Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə5/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   2   3   4   5   6   7   8   9   ...   128

18 

 

meyillisən.  Bütün  insanlar  sənə  xeyirxah  və  gözəl 



görünür. Bax, ömründə bir dəfə kiminsə barəsində pis söz 

demisən? 

— Mən heç kəsi  tanımaza-bilməzə mühakimə etmək 

istəməzdim. Ancaq həmişə düşündüyümü danışıram axı. 

— Bilirəm.  Məhz  bu  məni  hər  şeydən  çox 

təəccübləndirir. Sən öz sağlam düşüncənlə ətrafdakıların 

zəiflik  və  axmaqlıqlarını  necə  fərq  etməyə  bilərsən? 

Adam saxta comərdliyə kifayət qədər tez-tez, az qala hər 

addımda  rast  gəlir.  Ancaq  səmimi  şəkildə,  heç  bir 

yalançılıq  və hesablama  olmadan hər bir insanda  yalnız 

yaxşı keyfiyyətləri görmək, üstəlik, onları şişirdərək, pis 

heç nə görməmək — buna yalnız sən qadirsən. 

Demək,  onun  bacılan  da  sənin  xoşuna  gəlib?  Onlar  öz 

ədaları ilə mister Binqlidən çox fərqlənirlər axı. 

—  Əlbəttə,  ilk  baxışdan  mühakimə  etsək,  elədir. 

Ancaq onlarla bir qədər söhbət etmək kifayətdir ki, necə 

yaxşı qadınlar olduğunu hiss edəsən. Miss Binqli qardaşı 

ilə  birgə  yaşamağa  və  onun  təsərrüfatını  idarə  etməyə 

hazırlaşır.  Mənə  elə  gəlir  ki,  onun  simasında  qeyri-adi 

dərəcədə  xoş  bir  qonşu  tapacağımızı  indidən  söyləsəm, 

yanılmaram. 

Elizabet  onu  diqqətlə  dinləyirdi,  amma  ürəyində 

onunla razılaşmırdı. Mister Binqlinin bacılarının baldakı 

davranışları 

qətiyyən 

hamının 


bəyənməsinə 

hesablanmamışdı.  Ceyndən  daha  çox  müşahidəçilik 

qabiliyyəti  olan,  onun  qədər  sadəlövh  və  şəxsi 

hisslərindən  asılı  olmayan  Elizabet  onlara  valeh  ola 

downloaded from KitabYurdu.org



19 

 

bilmirdi.  Onlar  ovqatları  yaxşı  olanda  hazırcavablıqdan 



məhrum  deyildilər,  niyyətləri  olanda  xoşa  gəlməyi  də 

bacarırdılar,  ancaq  eyni  zamanda  təkəbbürlü  və 

təşəxxüslü  idilər.  Onların  ikisi  də  kifayət  qədər  gözəl 

görünürdülər,  ən  yaxşı  özəl  pansionlardan  birində  təhsil 

almışdılar,  iyirmi  min  funta  sahib  idilər  və 

sərəncamlarında olduğundan daha çox pul 

xərcləyirdilər,  kübar  cəmiyyətdə  dolaşmağa  vərdiş 

etmişdilər,  ona  görə  də  özlərini  öz  şəxsiyyətləri  barədə 

yüksək,  ətrafdakılar  haqqında  isə  aşağı  rəy  daşımaqda 

haqlı sayırdılar. Onlar öz mənşəyini Şimali  İngiltərədən 

götürən  möhtərəm  bir  ailədə  doğulmuşdular.  Bu  durum 

onların  yaddaşında  öz  sərvətlərinə  görə  ticarətə  borclu 

olduqlarına nisbətən daha dərin həkk olmuşdu. 

Mister Binqlinin atası oğluna yüz min funta yaxın pul 

qoyub  getmişdi.  Sağ  olduğu  vaxt  o,  malikanə  almağa 

hazırlaşırdı,  ancaq  arzusunu  heç  cür  həyata  keçirmədi. 

Mister Binqlinin özü ürəyində belə bir niyyət bəsləyirdi, 

hətta  bir  dəfə  bu  məqsədlə  doğma  qraflığa  səfər  də 

etmişdi. Ancaq Binqli, ətrafında ovlaqları olan yaxşı bir 

evə sahib olandan sonra, onun vecsiz xarakterini bilənlərə 

elə  gəlirdi  ki,  Binqli,  bütün  həyatını  Nezerfilddə 

keçirəcək,  Binqli  sülaləsi  malikanəsinin  yaradılmasını 

sonrakı nəslin dönəminə qədər təxirə salacaq. 

Bacılan  çox  istəyirdi  ki,  o,  mülkədar  olsun.  Ancaq 

hələlik  o  yalnız  icarəçi  olsa  da,  miss  Binqli  onun 

masasının  arxasında  ev  sahibəsi  rolu  oynamaqdan  heç 

vəchlə imtina etmirdi. Varlı-hallı 

downloaded from KitabYurdu.org




20 

 

olmazdan  çox,  nəsilnəcabətli  adama  ərə  getmiş  missis 



Hörst özünə münasib olduğu vaxtlarda onun evini öz evi 

saymağın əleyhinə deyildi. Binqli Nezerfild parkı barədə 

həddi-büluğa çatmasından iki il sonra təsadüfi bir tövsiyə 

sayəsində  xəbər  tutmuşdu.  O,  yarım  saat  ərzində  evi 

dolaşdı,  onun  yerləşdiyi  məkandan  və  daxili 

quruluşundan,  eləcə  də  sahibinin  mülkün  üstünlükləri 

barədə  xülasəsindən  məmnun  qaldı  və  dərhal  oranı 

icarəyə götürdü. 

Xasiyyətləri arasındakı fərqə baxmayaraq o, Darsi ilə 

sıx  dost  idi.  Darsi  Binqlini  yüngül,  açıq  və  yumşaq 

təbiətinə  görə qiymətləndirirdi. Bu keyfiyyətlər  onun öz 

xasiyyəti  ilə  kəskin  ziddiyyət  təşkil  edirdi  və  özü  də  bu 

xasiyyətindən qətiyyən məmnun deyildi. Binqli Darsinin 

dostluğuna  tamamilə  güvənirdi,  özününkünə  nisbətən 

onun  daha  dərin  olan  mühakimələrinə  inanırdı.  Binqli 

qətiyyən cahil adam olmasa da, Darsi gerçəkdən də ağıllı 

idi. Eyni zamanda Darsi qürurlu, qapalı adam idi və onu 

məmnun  etmək  asan  deyildi.  Onun  maneralan  yaxşı 

tərbiyə almasından xəbər versə də, ətrafda olanlarda ona 

qarşı o qədər də güvənc yaratmırdı. Bu xüsusda 

onun dostu xeyli üstün idi. Binqli harada olurdusa, orada 

özünə dost münasibəti qazanırdı. Darsi isə əksinə, daima 

hamını özündən kənara itələyirdi. 

Meriton balına hər ikisinin münasibəti səciyyəvi idi. 

Binqli həyatı boyunca bu qədər məhrəm cəmiyyət və belə 

gözəl  qadınlar  görməmişdi: hamı ona qarşı mehriban və 

qayğıkeş idi, o, heç bir gərginlik hiss etmədi və tezliklə 

downloaded from KitabYurdu.org




21 

 

zalda olanların hamısı ilə qaynayıb-qarışdı. Miss Bennetə 



gəlincə,  o  bundan  gözəl  mələyi  təsəvvürünə  gətirmirdi. 

Darsi  əksinə,  ətrafında  kifayət  qədər  idbar  və  büsbütün 

zövqsüz  kütlə  görürdü  və  onlara  azacıq  da  olsun  maraq 

göstərmirdi,  elə  onlardan  da  diqqət  görmürdü.  O  etiraf 

edirdi ki, miss Bennet o qədər də pis deyil, bununla belə, 

onun həddindən çox güldüyünü qüsur sayırdı. 

Missis  Hörst  və  onun  bacılan  miss  Bennetin  belə 

səciyyələndirilməsi ilə razılaşmağa hazır idilər, ancaq hər 

halda Ceyn onların xoşuna gəlmişdi və onlar onun şirin 

bir  qız  olduğunu  elan  etdilər  və  bildirdilər  ki,  onunla 

tanışlığın  davam  etdirilməsinə  qarşı  heç  bir  fikirləri 

yoxdur. Beləcə, miss Bennet 

şirin qız olaraq qaldı və buna uyğun da mister Binqliyə 

onunla  ağlının  kəsdiyi  kimi  münasibət  qurmağa  rüsxət 

verildi. 

FƏSİL 



Lonqbornun  yaxınlığında  Bennetlərin  xüsusilə  yaxın 

münasibət saxladığı bir ailə yaşayırdı. Ser Vilyams Lukas 

əvvəllər  Meritonda  ticarətlə  məşğul  olmuş,  burada 

müəyyən  var-dövlət  qazanmış,  eləcə  də  vaxtilə  Meriton 

merinin  krala  xüsusi  müraciət  ünvanlaması  sayəsində 

baron titulu ilə təltif olunmuşdu. Sonuncu fərqlənmə ona

belə görünür ki, çox təsir göstərmişdi. Bu onda öz keçmiş 

həyat tərzinə və kiçik ticarət şəhərindəki məşğuliyyətinə 

ikrah yaratmışdı. Bununla və o biri ilə üzülüşən ser Lukas 

öz ailəsi ilə birlikdə Meritondan bir mil aralıda yerləşən 

evə daşınmışdı. O vaxtdan ora “Lukas Loc” adlanırdı. O, 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə