Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə125/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   120   121   122   123   124   125   126   127   128

498 

 

qaçırdı.  Ancaq  indi  onun  artıq  Lidiyanın  evliliyində 



Darsinin  rolunu  gizlətməsinə  lüzum  yox  idi.  Hər  şey 

danışıldıqdan sonra onlar hələ gecənin yansını da söhbət 

edərək keçirdilər. 

-x-** 


—  İlahi,  —  ertəsi  gün  səhər  pəncərənin  qarşısında 

dayanmış  missis  Bennet  səsləndi.  —  Doğrudanmı  bu 

qırsaqqız  mister  Darsi  yenə  də  bizim  əziz  Binqliyə 

yapışıb?  Yalnız  bütün  gününü  belə  sitallıqla  bizdə 

keçirməldə  o  nə  düşünür?  Əgər  o,  ova  getsəydi  və  ya 

başqa işlərlə məşğul olsaydı və öz varlığı ilə yerimizi dar 

etməsəydi, mən azacıq da olsun, etiraz etməzdim. Bu gün 

biz onunla nə edəcəyik? Lizzi, Binqliyə mane olmaması 

üçün sənin onu yenə gəzintiyə çıxarmağın lazım gələcək. 

Bu  təklif  ona  sərfəli  olduğundan  Elizabet  gülməyini 

güclə  saxladı.  Bununla  yanaşı,  anasının  Darsinin  adını 

daima bu kimi epitetlərlə müşayiət etməsi qızı incitməyə 

bilmədi. 

Gənclər  içəri  girən  kimi,  Binqli  ona  elə  ifadəli 

baxışlarla  baxdı  və  əlini  elə  hərarətlə  sıxdı  ki,  onun 

məsələdən  xəbərdar  olduğuna  şübhə  etmək  mümkün 

deyildi. Tezliklə o dedi: 

— Missis Bennet, buralarda, bu dairədə gəzinti üçün 

hər hansı bir yer tapılarmı ki, Lizzi yenə aza bilsin. 

— Mən  mister  Darsiyə,  Lizziyə  və  Kittiyə  səhər 

ertədən  Oukhem 

təpələrinə 

yollanmağı  məsləhət 

görərdim, — missis 

Bennet cavab verdi. — Bu, əla gəzinti olar, mister Darsi 

downloaded from KitabYurdu.org




499 

 

hələ orada olmayıb. 



— İştirakçıların  yerdə  qalanma  gəlincə,  —  mister 

Binqli  dedi,  —  bu  onlara  tamamilə  münasibdir.  Ancaq 

Kittiyə  bəlkə  də  ora  gedib  çıxmaq  çətin  olacaq.  Elə 

deyilmi, Kitti? 

Kitti  təsdiq  etdi  ki,  o,  evdə  qalmağı  üstün  tutardı. 

Həmin vaxt mister Darsi təpənin mənzərəsi ilə qeyri-adi 

şəkildə maraqlandı və Elizabet susqun-susqun ora getmək 

üçün onu müşayiət etməyə razılaşdı. O, gəzintiyə getmək 

üçün öz otağına gedəndə missis Benet onun ardınca çıxdı 

və yolda ona pıçıldadı: 

— Lizzi,  təəssüf  edirəm  ki,  sən  bu  dözülməz  adam 

barədə qayğını öz üzərinə götürməli olursan. Ancaq ümid 

edirəm, sən etiraz etmirsən? Sənə axı anlaşılandır — hər 

şey Ceynin xətrinə edilir. Sənə heç də onunla danışmaq 

lazım  deyil.  Bir-iki  söz  demək  kifayətdir,  qoy  bu  səni 

narahat etməsin. 

Gəzinti  zamanı  qərara  alındı  ki,  bu  axşam  mister 

Bennetdən  razılıq  xahişi  edilsin.  Anasıyla  danışmağı 

Elizabet  öz  üzərinə  götürdü.  Onun  xəbəri  necə 

qarşılayacağını öncədən 

görmək  çətin  idi.  Hərdən  Elizabet  şübhələnməyə 

başlayırdı ki, görəsən, Darsinin bütün sərvəti və kübarlığı 

missis  Bennetin  bu  insana  qarşı  nifrətini  yumşalda 

bilərmi?! Ancaq onun gələcək nikahı narazılıq yaradacaq, 

yoxsa  vəcdə  gətirəcək  -  həmin  dəqiqələrdə  anasının 

davranışı onsuz da onun ağlına şərəf  gətirə bilməyəcək. 

Elizabet  üçün  missis  Bennetin  ilk  vəcd  və  ya  narazılıq 

downloaded from KitabYurdu.org




500 

 

partlayışının  Darsinin  yanında  olması  eyni  dərəcədə 



dözülməz idi. 

Axşam  mister  Bennetin  kitabxanaya  çəkilməsindən 

dərhal  sonra  Elizabet  gördü  ki,  mister  Darsi  onun 

arxasınca getdi. Elizabet olduqca həyəcanlandı. O, heç də 

atasının  mister  Darsiyə  rədd  cavabı  verəcəyindən 

qorxmurdu.  Ancaq  mister  Bennet  sevimli  qızının  öz 

seçimi ilə onu kədərləndirdiyinə və onda onun taleyi üçün 

əndişə  doğurduğuna  görə  böyük  məyusluq  yaşayacaqdı. 

Bu,  Elizabetə  çox  xoşagəlməz  idi  və  onu  bərk 

həyəcanlanmağa  vadar  edirdi.  O,  Darsinin  qayıtmasına 

qədər  əsəbi  narahatlıq  içində  oturub  gözlədi  və  yalnız 

onun  üzünə  baxaraq,  yüngül  təbəssüm  gördükdən  sonra 

müəyyən  rahatlıq  hiss  etdi.  Bir  neçə  dəqiqədən  sonra 

Darsi Kitti ilə onun 

üstündə tikiş işləri ilə məşğul olduqları masaya yaxınlaşdı 

və özünü tikişə tamaşa edirmiş kimi göstərərək pıçıldadı: 

— 

Atanızın yanma gedin, o sizi kitabxanada gözləyir. 



O, dərhal oraya getdi. 

Mister Bennet qaşqabaqlı və narahat halda otaqda var-

gəl edirdi. 

— Lizzi,  —  o,  qıza  müraciət  etdi,  —  sənə  nə  olub? 

Sənin  ağlın  başındadırmı?  Doğrudanmı  sən  ona  ərə 

getmək fikrinə düşmüsən? Məgər sən həmişə ona nifrətlə 

yanaşmırdın? 

O bu dəqiqələrdə öz əvvəlki ifadələrində kifayət qədər 

təmkin  və  ehtiyatlılıq  göstərmədiyindən  necə  də  acı 

şəkildə  peşman  idi!  Əgər  o,  əvvəllər  özünü  başqa  cür 

downloaded from KitabYurdu.org



501 

 

aparmasaydı, indi xoşagəlməz izahlardan canı qurtarmış 



olardı.  Ancaq  indi  bu  izahları  vermək  qaçılmaz  idi  və 

Elizabet  utancaq  şəkildə  atasını  mister  Darsiyə  olan 

duyğularına əmin etdi. 

— Demək,  başqa  sözlə,  sən  ona  ərə  getməyi  qərara 

almısan.  Yaxşı,  əlbəttə,  o,  çox  varlıdır  və  sənin 

Ceyninkindən  daha  çox  gözəl  libasların  və  ekipajların 

olacaq. Ancaq sən bundan xoşbəxt olacaqsanmı? 

— Sizdə mənim hisslərimə inanmamaqdan başqa hər 

hansı bir etiraz var? 

— Başqa heç bir şey. Biz hamımız onu qürurlu və çox 

da xoş olmayan insan sayırdıq, ancaq sən onu gerçəkdən 

də sevmisənsə, bu, əhəmiyyət kəsb etməzdi. 

— Ancaq  mən  ki  onu  sevirəm,  ürəkdən  sevirəm!  — 

Elizabet  göz  yaşları  içində  cavab  verdi.  —  Mən  onu 

sevirəm.  Və  onu  əbəs  yerə  qürrəli  sayırlar.  Əslində  o, 

mükəmməl insandır. Siz qətiyyən bilmirsiniz ki, o, necə 

bir  insandır.  Sizdən  xahiş  edirəm  ki,  onun  haqqında  bu 

tonda danışaraq mənim qəlbimi ağrıtmayın. 

— Lizzi,  —  mister  Bennet  dedi,  —  mən  razılıq 

vermişəm. O, məndən nəsə xahiş etdikləri təqdirdə imtina 

etməyə cürət göstərməyəcəyim insanlardandır. İndi onun 

ərin olub- olmaması səndən asılıdır. Ancaq icazə ver sənə 

bir tövsiyə verim — bu barədə yaxşı-yaxşı düşün. Sənin 

xasiyyətini  bilirəm,  Lizzi.  Mən  bilirəm,  sən  ərini 

dəyərləndirməsən,  ona  aşağıdan  yuxarı  baxsan,  xoşbəxt 

olmayacaqsan,  özünə  hörmət  etməyəcəksən.  Qeyri-

bərabər nikah halında zəkan və canlılığın 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə