Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə124/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   120   121   122   123   124   125   126   127   128

494 

 

yerində  oturdu.  Mən  əvvəlcə  onu  haqlı  olaraq  narahat 



edən bir halı ona açmalıydım. Mən özümə rəva görmədim 

ki,  bacınızın  üç  qış  ayını  Londonda  keçirdiyini,  bunu 

bildiyimi və bunu ona bilərəkdən demədiyimi gizləyərək 

saxlayım. O əsəbiləşdi. Ancaq onun qəzəbi, əminəm ki, 

bacınızın ona qarşı hisslərinə şübhəsi kəsilən kimi çəkildi. 

Bu saat o, artıq məni ürəkdən bağışlayıb. 

Elizabetin  dilinin  ucuna  Binqlinin  öz  böyük 

yoldaşının  məsləhətinə  baxmağa  hazır  olan  necə  bir 

əvəzedilməz dost 

olduğu  barədə  irad  gəldi.  Ancaq  Darsini  hələ  öz 

zarafatlarına  alışdırmağın  lazım  gəldiyini  xatırlayaraq 

özünü saxladı. Buna indidən girişmək hələ çox riskli idi. 

Yolun yerdə qalan hissəsini onlar Binqlinin gələcək ailə 

xoşbəxtliyinin  yalnız  Darsinin  özünün  xoşbəxtliyinə 

güzəştə gedəcəyi barədə sonuncunun mühakimələri ilə qət 

etdilər. 

Zalda onlar ayrıldılar. 

XVII 


FƏSİL 

— Lizzi,  əzizim,  siz  harada  belə  uzun  müddət  itib-

batmışdınız? 

— Elizabet otağa girən kimi Ceyn onu bu sualla qarşıladı. 

Eyni sualı ona hamı masa arxasına oturunca, ailənin yerdə 

qalan üzvləri də verdilər. O qızararaq təkcə onu deyə bildi 

ki, naməlum yerə gedib çıxıblar. Ancaq nə onun üzündəki 

al rəng, nə də hər hansı bir başqa hal azacıq da olsun şübhə 

doğurmadı. 

Axşam  sakit,  olaysız  ötüşdü.  Tanınıb  qəbul  edilmiş 

downloaded from KitabYurdu.org



495 

 

sevgililər  danışıbgülürdülər,  tanınmamış  sevgililər  isə 



susurdular.  Öz  xoşbəxt  hisslərinə  qızğın  şənliyə  çıxış 

imkanı axtarmaq Darsiyə xas deyildi, həyəcanlanmış və 

utanmış  Elizabet  isə  tezliklə  öz  xoşbəxtliyinə  görə 

həyəcan dolu hisslər keçirməkdən çox, onu dərk etdi. Bu 

kimi  hallarda  hər  bir  gənc  qızın  hiss  etdiyi  adi 

naqolaylıqla yanaşı, bir çox başqa əndişələr də onu əzirdi. 

Ceyndən  başqa  hər  kəsin  Darsiyə  böyük  ikrahla 

yanaşdığını  yaxşı  bilərək,  o  bu  hissin  çox  güclü  ola 

biləcəyindən 

və nə onun sərvətinin, nə də cəmiyyətdəki mövqeyinin bu 

qənaəti dağıda biləcəyindən qorxurdu. 

Yatmazdan  qabaq  o,  hər  şeyi  bacısına  etiraf  etdi. 

Adətən Ceyn onun sözlərinə şübhə etməsə də, bu dəfə son 

dərəcə inamsızlıq nümayiş etdirdi. 

— Zarafat edirsən, Lizzi? Bu ola bilməz! Mister Darsi 

ilə nişanlanmısımz! Yox, sən məni aldadırsan. Bilirəm, bu 

mümkün deyil. 

— Eh, başlanğıc doğrudan da ümidverici  deyil. Mən 

yalnız  sənə  ümid  edirdim.  Əgər  hətta  sən  də  mənə 

inanmırsansa,  mən  başqalarını  inanmağa  necə  vadar 

edəcəyəm?  Ceyn,  əzizim,  sənə  ciddi  deyirəm.  Sırf 

həqiqəti. O məni indiyə qədər sevir və biz nişanlandıq. 

Ceyn inamsız-inamsız bacısına baxdı. 

— Ah, Lizzi, bu qətiyyən mümkün deyil. Mən bilirəm, 

sən axı ona dözə bilmirsən. 

— Sən  heç  nə  bilmirsən.  Olub-keçənləri  tərtəmiz 

unutmaq  lazımdır.  Ola  bilər,  mən  heç  də  həmişə  indiki 

downloaded from KitabYurdu.org




496 

 

kimi sevməmişəm. Ancaq belə durumlarda yaxşı yaddaş 



bağışlanmazdır.  Bu  saat  mən  bu  barədə  sonuncu  dəfə 

xatırlayıram. 

Miss  Bennet  nə  düşünəcəyini  bilmirdi.  Elizabet 

yenidən  və  daha  ciddiyyətlə  onu  inandırdı  ki,  bütün 

dedikləri sırf həqiqətdir. 

— Ey qadir ilahi! — Ceyn səsləndi. — Doğrudanmı 

bu baş verə bilərdi? Ancaq mən indi sənə inanmalıyam. 

Lizzi,  əzizim,  istərdim,  səni  ürəkdən  təbrik  etməyə  şad 

olardım.  Ancaq  bu  suala  görə  məni  bağışla,  tam 

əminsənmi ki, onunla xoşbəxt olacaqsan? 

— Buna  şübhə  etməyə  bilərsən.  Biz  artıq  qərara 

almışıq  ki,  dünyanın  ən  xoşbəxt  ər-arvad  cütlüyü 

olacağıq. Ancaq məyus olmadın, Ceyn? Belə bir yeznəni 

sevə biləcəksənmi? 

— Əlbəttə ki,  bütün  ürəyimlə! Binqli  ilə bizim üçün 

bu ən böyük sevincdir. Biz onunla belə bir imkan barədə 

danışmışıq və təəssüf ki, qərara gəlmişik ki, bu istisnadır. 

Ancaq  sən  onu  doğrudanmı  sevirsən?  Ah,  Lizzi,  nə 

istəyirsən,  et,  ancaq  yalnız  sevgisiz  ərə  getmə!  Sən 

əminsən  ki,  ona  kifayət  qədər  güclü  duyğular  hiss 

edirsən? 

— Ah,  bəli!  Mən  sənə  hər  şeyi  etiraf  edəndə  sən 

mənim onu həddən artıq sevdiyimi görəcəksən! 

— 

Nəyi nəzərdə tutursan? 



— Onu ki, vicdanla desək, mən onu mister Binqlinin 

sevdiyindən  çox  sevirəm.  Qorxuram  ki,  buna  görə  sən 

mənə hirslənəcəksən! 

downloaded from KitabYurdu.org




497 

 

— Lizzi, canım, zarafatı saxlamağa çalış. Bizim ciddi 



danışmağımız lazımdır. Bu saat mənə bilmədiyim hər şeyi 

danış. Sən onu çoxdan sevirsən? 

— Bu  hiss  məndə  elə  tədricən  böyüdü  ki,  özüm  də 

onun nə vaxt baş qaldırdığını deyə bilmərəm. Fəqət bəlkə 

də mən onu Derbişirdəki valehedici malikanədə ilk dəfə 

gördüyüm günü bu hissin başlanğıc günü saymaq olar. 

Ciddiliyə yeni çağırış öz arzuolunan məqsədinə çatdı. 

Elizabet  tezliklə  bacısını  mister  Darsiyə  dərin  bağlılığı 

olduğuna  tam  əmin  etdi.  Nəhayət,  Ceyn  büsbütün  buna 

inandıqda ona arzulamağa başqa bir şey qalmadı. 

— İndi mən gerçəkdən də xoşbəxtəm! — O dedi. — 

Sənin  həyatın  da  mənimki  kimi  sevincli  olacaq.  Mən 

Darsi haqqında 

həmişə  yüksək  fikirdə  olmuşam.  Təkcə  onun  sənə  olan 

məhəbbəti mənim gözümdə onu çox yaxşı nəzərdə təqdim 

edirdi.  İndi  isə  Binqlinin  dostu  və  sənin  ərin  olaraq,  o 

mənim üçün dünyada səndən və Binqlidən sonra ən əziz 

adam  olacaq.  Ancaq,  Lizzi,  bu  qədər  hiyləgərlik 

haradandır?  Heç  demə,  sən  məndən  bu  qədər  çox  şey 

gizlətmisən!  Mən  axı,  demək  olar,  Pemberlidə  və 

Lemtonda  nə  baş  verdiyini  bilmirdim.  Bu  barədə  mənə 

məlum  olan  şeylərin  hamısını  mən  başqalarından 

eşitmişəm. 

Elizabet qapalılığınm səbəblərini izah etdi. Bu zaman 

o,  bacısına  mister  Binqli  barədə  xatırlatmaq  istəmədi. 

Hələ də öz hisslərindən kifayət qədər baş açmadığı üçün 

o,  mümkün  qədər  mister  Darsinin  adını  çəkməkdən  də 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə