78
— Mən bir qədər musiqi dinləmək istəyirəm, — miss
Binqli iştirak etmədiyi söhbətə qulaq asmaqdan usanaraq
dedi. — Luiza, ərini oyatsam, sən hirslənməzsən ki?
Onun bacısının buna heç bir etirazı olmadı və
Kerolayn fortepianonun qapağını qaldırdı. Dərindən
düşünən Darsi Elizabetə həddindən çox vaxt ayırdığını
hiss etsə də, buna təəssüflənmədi.
XII FƏSİL
Bacılar öz aralarında şərtləşdikləri kimi, ertəsi gün səhər
Elizabet anasına məktub yazıb göndərdi ki, onların
arxasınca ekipaj göndərsinlər. Ancaq qızının Nezerfilddə
həftənin ikinci gününə qədər, yəni bir həftə qalmasına
ümid edən missis Bennet onun daha tez gəlməyə
hazırlaşmasından heç bir məmnunluq duymadı. Ona görə
də onun cavabı az əlverişli oldu - ən azı səbirsizliklə evə
qayıdacağını gözləyən Elizabet üçün. Məktubda deyilirdi
ki, missis Bennet çətin ki, ikinci gündən tez ekipaj
göndərə bilər. Məktubun sözardı hissəsində qeyd
olunurdu ki, əgər mister Binqli və onun bacıları Ceyn və
Elizabet qalmaq üçün dilə tutsalar, o, böyük qızları
olmadan daha uzun müddət keçinə bilər. Ancaq Elizabet
ləngimək haqda düşünmək belə istəmirdi - o, hətta tam
əmin deyildi ki, onlardan qalmağı xahiş edəcəklər.
Əksinə, necə görünsə belə, onların Binqlilərdə qalmasının
uzanmasından çəkinərək, o, Ceyni tovlamağa çalışdı ki,
mister Binqlidən dərhal ekipaj
istəsin. Axırda qərara alındı ki, elə bu səhər ona evə
qayıtmaq istəmələri bildirilsin, eyni zamanda ekipaj
downloaded from KitabYurdu.org
79
barədə xahiş edilsin.
Onlann yola çıxması barədə xəbər ümumi təəssüf
doğurdu. Bununla belə, əminlik ifadə edildi ki, xəstənin
tam sağalması üçün Nezerfilddə ən azı daha bir gün
qalması lazımdır. Sonda bacılar növbəti səhərə qədər
qalmağa razılaşdılar. Miss Binqli tezliklə onlara qalmaq
təklifi etməsinə peşman oldu, çünki bacılardan birinə
qarşı duyduğu qısqanclıq və nifrət hissi ikinciyə
bağlılıqdan qat-qat güclü idi.
Ev yiyəsi qarşıdakı ayrılıq səbəbindən səmimi
qəlbdən kədərli idi və qızğın tövrlə miss Bennetə sübut
edirdi ki, o, yola çıxmaq üçün kifayət qədər
yaxşılaşmayıb. Ancaq əbəs yerə - Ceyn öz hərəkətlərinin
düzgünlüyünə əmin olduqda möhkəm olmağı bacarırdı.
Mister Darsi bu qərardan məmnun idi. Elizabet
Nezerfilddə kifayət qədər çox yubanmışdı. Onun sehri
ona, istədiyindən də çox güclü təsir göstərmişdi. Üstəlik,
miss Binqli qızla həddindən artıq sərt idi və Darsinin
özünü də adi günlərdə olduğundan daha tez-tez narahat
edirdi. O, tam müdrikliklə
düşünürdü ki, Elizabetə münasibətdə hər cür diqqət
nəzərlərindən
qaçmalıdır.
Çünki
bu,
qızın
şübhələnməsinə imkan verərdi ki, guya Darsinin
xoşbəxtliyi ondan asılıdır. Bununla yanaşı, o dərk edirdi
ki, əgər bu sayaq gümanlar onun beynində əmələ gəlməyə
macal tapıbsa, onların təsdiqi əhəmiyyətli dərəcədə qızın
getməsi ərəfəsində onun özünü necə aparmasından asılı
olacaq. O öz niyyətində möhkəmlənərək, bütün şənbə
downloaded from KitabYurdu.org
80
günü yarım saatdan artıq bir otaqda ikilikdə olsalar da,
Elizabetə on-on beş sözdən artıq heç nə demədi. Bu vaxt
ərzində Darsi elə böyük səylə kitab oxudu ki, hətta qız
olduğu səmtə belə baxmadı.
Bazar günü, səhər ibadətindən dərhal sonra nəhayət,
çoxlan üçün arzuolunan ayrılıq anı yetişdi. Miss Binqlini
Elizabetə, həmçinin onun Ceynə bağlılığı onların yola
çıxmasında bir az əvvəl nəzərəçarpacaq şəkildə böyüdü.
Ayrılıq zamanı böyük bacını əmin etdilər ki, onunla
Lonqbornda və ya Nezerfilddə görüş hər zaman sevincli
hadisə olacaq. Miss Binqli zarafatla Ceyni qucaqladıqdan
və hətta onun bacısına əl
uzatdıqdan sonra, Elizabet bütün kampaniya ilə xoş bir
ovqatla aynidı.
Miss Bennet onlan o qədər də xoş üzlə qarşılamadı. O,
onların gəlişindən təəccübləndi, ağılsız şəkildə hamıya
narahatlıq yaratdıqlarını iddia edərək bildirdi ki, Ceynin
yenidən xəstələnəcəyinə şübhə etmir. Mister Bennet
əksinə, təmkinli üslubda olsa da, qızlara bildirdi ki, o,
onların qayıdışından məmnundur - ailə söhbətləri zamanı
böyük qızlarının yeri çox görünüb. Ceyn və Elizabetin
yoxluğunda axşam söhbətləri öz zəkiliyinin bir hissəsini
və demək olar, bütün mənasını itirmişdi.
Onlar Merini adəti üzrə musiqi harmoniyasını və
insan təbiətinin əsaslarını öyrənən yerdə tapdılar və ondan
bir neçə yeni sitat, eləcə də nəsihətamiz məsəllər
dinlədilər. Ketrin və Lidiyanm xəbərləri tamam başqa cür
idi. Ötən çərşənbədən etibarən polkda bir çox hadisələr
downloaded from KitabYurdu.org
81
baş vermişdi: bir neçə zabit onların əmisigildə nahar
etmişdi, sıravi əsgər fiziki cəzaya məruz qalmışdı və
davamlı şayiələr yayılmışdı ki, polkovnik Forster
evlənmək niyyətindədir.
XIII FƏSİL
— Ümidvaram ki, əzizim, siz bu gün yaxşı naharımız
olmasının qayğısına qalmısınız? — Mister Bennet ertəsi
gün sübh çağı səhər yeməyi süfrəsinin arxasında soruşdu.
— Güman edirəm ki, masamızın arxasında kimsə yeni bir
sima görünə bilər.
— Kim barədə danışırsınız, mənim dostum?
Bildiyimə görə, heç kəs bizə gəlməyə hazırlaşmır. Gəlsə-
gəlsə, bəlkə Şarlotta Lukas gələ... Ancaq onun üçün, ümid
edirəm ki, bizim naharlar həmişə kifayət qədər yaxşıdır.
Düşünmürəm ki, o belə bir masaya öz evlərində xüsusən
adət edib.
— Mən gəlmə centlmeni nəzərdə tuturam.
Miss Bennetin gözləri parıldadı.
— Gəlmə centlmeni? Əminəm ki, bu, mister Binqlidir!
Ah, Ceyn, yaramaz qız, sən bunu əvvəldən niyə
deməmisən? Yaxşı, nə olar, mən mister Binqlini görməyə
şad olaram. Ancaq, ilahi, dəhşətə bax, balıq xörəyimiz
olmayacaq! Lidiya, ürəyim,
zınqırovu çal, lütfən. Elə bu dəqiqə missis Hillə sərəncam
vermək lazımdır.
— Söhbət mister Binqlidən getmir, — onun əri cavab
verdi. — Mən hələ heç vaxt görmədiyim adamı
gözləyirəm.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |