Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə21/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   17   18   19   20   21   22   23   24   ...   128

82 

 

Bu  sözlər  ümumi  təəccübə  səbəb  oldu  və  mister 



Bennetin  tam  məmnuniyyətinə  rəğmən  ailənin  bütün 

üzvləri  onu  sual  yağışına  tutdular.  O,  ümumi  maraqdan 

əylənə-əylənə axır ki, belə bir izahat verdi: 

— Bir ay əvvəl mən bax bu ismarışı aldım və ona iki 

həftə öncə cavab verdim. Məsələ o qədər incədir ki, mən 

onu öncədən götür-qoy etməyi üstün tutdum. Onu əmim 

oğlu,  mənim  ölümümdən  sonra  ağlına  yerləşəcəyi 

təqdirdə  sizi  bu  evdən  bayıra  ata  biləcək  həmin  mister 

Kollinz yazıb. 

— Ah, mənim dostum, — missis Bennet səsləndi, — 

mən onun barəsində eşitmək istəmirəm. Allah xatirinə, bu 

bədheybət  barədə  danışmayın.  Bundan  da  böyük 

ədalətsizlik olarmı ki, öz doğma uşaqlarınızı sizə məxsus 

mülkdən  qovsunlar?  Sizin  yerinizdə  olsaydım,  mən, 

əlbəttə ki, artıq çoxdan bir tədbir görməyə çalışardım. 

Ceyn və Elizabet analanna mayorat haqqında qanunun 

mahiyyətini  anlatmağa  çalışdılar.  Onların  belə  cəhdləri 

əvvəllər də olmuşdu. Ancaq bu mövzu onun qavrayışının 

hüdudlarından  kənara  çıxırdı  və  o,  beş  qızı  olan  ailənin 

əlindən  alınan  evin  bura  qədər  heç  kimə  azacıq  belə 

aidiyyəti  olmayan  adama  verilməsini  nəzərdə  tutan 

qanunun  sərtliyindən  acı-acı  şikayətlənməkdə  davam 

edirdi. 

— Bu, əlbəttə, olduqca ədalətsizdir, — mister Bennet 

dedi, — Mister Kollinz də Lonqbornun vərəsəliyinə görə 

günahı öz üzərindən heç nə ilə ata bilməz. Fəqət, əgər siz 

mənə onun ismanşmı oxumağa imkan versəniz, ola bilər, 

downloaded from KitabYurdu.org




83 

 

onun yazıldığı ton sizi bir qədər barışdıra bilər. 



— Əminəm  ki,  mənimlə  bağlı  bu,  baş  verməyəcək. 

Ümumiyyətlə, onda həyasızlıq və ikiüzlülüyün dərəcəsinə 

bax  ki,  sizə  məktub  yazıb!  Saxta  dostlara  nifrət  edirəm! 

Ən yaxşısı o olardı ki, o da atası kimi sizinlə düşmənçilik 

etsin. 

Siz  eşidəcəksiniz  ki,  o,  doğrudan  da,  bu  mənada 



müəyyən oğulluq öhdəlikləri hiss edir: 

“Hansford, Uesterhemin yaxınlığı, 

Kent, 

15 oktyabr 



Əziz ser, 

Sizinlə  mənim  möhtərəm  mərhum  valideynlərimin 

arasında  mövcud  olan  anlaşılmazlıq,  onu  itirmək 

bədbəxtliyinə malik olandan bəri məni həmişə çox məyus 

edib, mən dəfələrlə bizi ayıran uçurumu aradan qaldırmaq 

arzusu  hiss  etmişəm.  Bir  müddət  ərzində  məni  şübhə 

bürümüşdü ki, birdən onun küsülü olduğu adamlarla yaxşı 

münasibətlər  quraraq  yanlışlıqla  onun  xatirəsini  təhqir 

etmiş olaram”. 

— Görürsünüz, missis Bennet! 

“Ancaq  artıq  məndə  qərar  yetişib.  Ötən  pasxa 

bayramında pastor rütbəsini qəbil edərək, mən ser Luis de 

Böriin  dul  və  liilfkar  xanınu  Ketrin  de  Börün 

malikanəsindəki kilsəyə layiq görülən xoşbəxt fani insan 

oldum. Bu ledinin  səxavəti və xoşməramlılığı  sayəsində 

mən  yerli  kilsənin  rahibi  oldum  və  orada  mənim  ən 

səmimi  istəyim  özümü  lütfkar  xanıma  münasibətdə 

downloaded from KitabYurdu.org




84 

 

hörmətlə aparmaq və İngiltərə kilsəsinin keşişinə layiq bir 



şəkildə ayin və mərasimləri həyata keçirmək 

olacaq. Kilsə xadimi olaraq mən həmçinin nüfuzum yetə 

bilən  bütün  ailələr  arasmda  sülh  və  lülf  səpməyi  öz 

borcum  sayıram.  Bu  səbəbdən  mən  özümü  ümidə 

kökləyirəm  ki,  Siz  mənim  bu  xoş  məramımın  ifadəsinə 

iltifatla  yanaşacaqsınız  və  mənim  Lonqbornun  varisi 

olduğuma  alicənabcasuıa  göz  yumaraq,  tərəfimdən  sizə 

uzadılmış zeytun budağını rədd etməyəcəksiniz. Mən çox 

üzülürəm  ki,  istəmədən  Sizin  gözəl  qızlarınızın  rifahına 

zərbə vuran alət rolunu oynayıram və onlara üzrxahlığımı 

yetirməyi özümə rəva görərək, Sizi əmin etməyə tələsirəm 

ki,  bu  zərərin  yerini  necəsə  ödəmək  üçün  məndən  asılı 

olan hər şeyi etməyə hazıram... Ancaq bu barədə bir qədər 

sonra.  Əgər  mənim  ziyarətimə  qai'şı  Sizin  etirazınız 

yoxdursa,  mən  öziimə  Sizi  və  Sizin  ailəni  bazar  ertəsi, 

noyabrın  18-də,  saat  dörddə  ziyarət  etmək  və  Sizin 

qonaqpərvərliyinizdən,  ola  bilər,  növbəti  həftənin  şənbə 

gününə  qədər  yararlanmaq  məmnunluğu  bəxş  etmək 

istəyirəm.  Həmin  müddətdə  kilsədən  kənarda  olmağı 

əhəmiyyətli itki olmadan özümə rəva görə bilərəm, çünki 

ledi  Ketrin  hərdən  bazar  günləri  mənim  xidmətdə 

olmamağıma 

etiraz  etmir  -  əlbəttə  ki,  bu  gün  üçün  vacib  olan  kilsə 

vəzifələrini  əvəzimdən  hansısa  bir  ruhani  şəxsin  icra 

edəcəyi təqdirdə. 

Əziz  ser,  Sizin  xanımınıza  və  qızlarınıza  hörmətlə 

təzim etməkdə qalıram. Sizin xeyirxahınız və dostunuz 

downloaded from KitabYurdu.org




85 

 

Uilyam Kollinz”. 



— Beləliklə,  saat  dörddə  biz  evimizdə  bu 

sülhməramlını gözləyə bilərik — mister Bennet məktubu 

qatlaya-qatlaya  dedi.  —  Belə  görünür  ki,  o,  qeyri-adi 

sayğıdəyər və tərbiyəli bir gəncdir. Güman edirəm ki, bu 

tanışlığa  ciddi  dəyər  verəcəyik,  xüsusilə  də  əgər  ledi 

Ketrin bundan sonra da lütfkarlıqla onu bizim diyar tərəfə 

buraxacaqsa. 

— Onun bizim qızlar haqqında yazdığı sözlərdə, mənə 

elə  gəlir  ki,  hansısa  məna  var.  Əgər  o,  onlar  üçün  nəsə 

etmək istəyirsə, mən onu dilə tutmağa hazırlaşmıram. 

— Təsəvvür  etmək  çətindir  ki,  o  bizə  dəyən  zərərin 

yerini necə ödəməyə hazırlaşır, — Ceyn dedi. — Ancaq 

artıq təkcə istəməsi belə ona şərəf verir. 

Elizabetin gözünə hər şeydən çox, onun ledi Ketrinə 

olan ehtiramı və öz icmasının ehtiyacı olduğu qədər xaç 

suyuna  çəkməyə,  nikahlamağa,  dəfn  etməyə  vicdanla 

yanaşması çarpdı. 

— Əcəb maraqlıdır. Bu bizimlə əminəvəsi düşür, — o 

dedi.  —  Onu  dərhal  anlamaq  çətindir.  Bir  də  o  öz 

vərəsəlik hüquqları üçün nəyə görə üzrxahlıq edir? Bu, nə 

təntənəli  üslubdur!  İnanmaq  çətindir  ki,  o  bizə  kömək 

edəcək — hətta buna qadir olsa da. Ser, siz düşünürsünüz 

ki, o, ağıllı adamdır? 

— Xeyr,  əzizim,  tamam  elə  düşünmürəm.  Mən  nəsə 

tamam əksinə bir şey gözləyirəm. Onun məktubu elə bir 

köləlik və mənəm-mənəmliyin qarışığıdır ki, gözəl əlamət 

rolunu oynayır. Ona görə də onu görmək mənim üçün çox 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə