Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə29/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   25   26   27   28   29   30   31   32   ...   128

114 

 

olunur ki, o xalası oğlu ilə birgə iki sərvəti birləşdirəcək. 



Bu  sözləri  eşidən  zaman  Elizabet  bilaixtiyar  yazıq 

miss  Binqli  barədə  düşünərək  gülümsündü.  Heç  demə, 

onun mister 

Darsinin diqqətini cəlb etmək səylərinin hamısı əbəs imiş, 

elə  Darsinin  bacısına  bağlılıq  və  onun  özünə  heyranlıq 

izharları da. Mister Darsi başqasının qismətidir. 

— Mister Kollinz ledi Ketrini və onun qızını hər cür 

tərifləyib  göylərə qaldırır, —  o dedi.  — Ancaq onun öz 

xeyriyyəçisi barədə söhbətlərindəki bəzi qəribəliklər məni 

şübhələndirib,  məncə,  minnətdarlıq  hissi  onu  aldanışa 

sövq  edib.  Mənim  qohumuma  verdiyi  bütün  dəstəyə 

baxmayaraq,  bu  lütfkar  xanım  mənə  şıltaq  və  özündən 

razı qadın təsiri bağışlayır. 

— Düşünürəm  ki,  bu  da,  o  biri  də  düzdür.  Mən  onu 

uzun  illərdən  bəri  görməmişəm,  ancaq  xatırlayıram  ki, 

onun  müstəbid  və  cürətkar  maneraları  heç  vaxt  xoşuma 

gəlmirdi.  O,  qeyri-adi  ağıla  və  məntiqə  sahib  qadındır. 

Ancaq güman edirəm ki, buna görə o, qismən öz ranqma 

və  sərvətinə,  qismən  də  özünəinama  borcludur.  Bundan 

başqa,  o,  bütün  qohumlarının  dahiyanə  ağılları  ilə 

seçilməsini istəyən bacısı oğluna da minnətdardır. 

Bu  açıqlama  Elizabetə  tam  inandırıcı  gəldi.  Bir-

birindən  məmnun  olan  gənclər  başlanan  şam  yeməyi 

oyunu  yarıda  kəsənə  qədər  laqqırtı  vurmağa  davam 

etdilər.  Şam  yeməyi  zamanı  başqa  xanımlar  da  mister 

Uikhemin  diqqət  payından  istifadə  etmək  imkanı 

qazandılar. Missis Filipisin masası arxasında elə hay-küy 

downloaded from KitabYurdu.org




115 

 

hökm  sürürdü  ki,  söhbət  etmək,  demək  olar,  mümkün 



deyildi.  Ancaq  mister  Uikhemin  maneraları  hamının 

xoşuna  gəldi.  O,  nə  danışırdısa,  yaxşı  danışırdı,  nə 

edirdisə,  zərifliklə  edirdi.  Elizabet  evə  gedərkən  yalnız 

onun haqqında düşündü. Yolda mister Uikhem  və onun 

dediyi sözlər barədə düşüncələr bir an da olsun qızı tərk 

etmədi. Ancaq onun adını çəkmək ona müyəssər olmadı, 

çünki  Lidiya  və  mister  Kollinz  kirimədən  danışırdılar. 

Lidiya loto oyunundakı nömrələri, uduzduğu qoyuluşlar, 

qazandığı  uduşlar  barədə  dayanmadan  gəvəzəlik  edirdi, 

mister Kollinz isə mister və missis Filipslərin lütfkarlığım 

öyürdü,  kartda  uduzmasının  onu  qətiyyən  dilxor 

etmədiyinə hamını inandırırdı, süfrəyə verilən yeməkləri 

sayırdı  və  elə  hey  ekipajda  əmi  nəvələrinin  yerini  dar 

edib-etmədiyini  soruşurdu.  Mövzu  dairəsi  o  qədər  geniş 

idi ki, 

kareta  Lonqborndakı  evin  qarşısında  dayanana  qədər 

bunları əhatə etməyə macal tapdı. 

XVII 


FƏSİL 

Ertəsi  gün  Elizabet  Uikhemlə  söhbəti  barədə  Ceynə 

danışdı.  Ceyn  heyrətləndi  və  kefi  pozuldu:  o,  inana 

bilmirdi ki,  mister Darsi mister Binqlinin dostluğuna bu 

qədər  layiq  deyil.  Bununla  yanaşı,  mister  Uikhem  kimi 

cazibədar görünüşlü gənc insanın sözlərinin doğruluğuna 

şübhə  etmək  ona  xas  deyildi.  Təkcə  ona  vurulan  zərər 

barədə  düşüncə  kifayət  idi  ki,  şəxsinə  qaynar  rəğbət 

yaransın.  Ona  görə də Ceynin  onlara kölgə sala  biləcək 

hər şeyi anlaşılmazlıq və səhvlərə bağlayıb əfv edərək iki 

downloaded from KitabYurdu.org



116 

 

gəncə  də  bəraət  qazandırmaqdan  başqa  əlindən  heç  nə 



gəlmədi. 

—  Düşünürəm  ki,  onlann  ikisi  də  bizə  məlum 

olmayan şəkildə aldanışa yuvarlanıblar, — o dedi. — Ola 

bilər  hansısa  tamahkar  niyyətlər  güdən  insanlar  onlarda 

bir-biri  barədə  yalançı  təsəvvür  yaradıb.  Ancaq 

aralarındakı nifaqı nə yaradıbsa, yaxşısı budur, biz nə onu, 

nə  bunu  onda  ittiham  edək,  bu  həmişəlik  aramızda  sirr 

qalsın. 


Sən tamamilə haqlısan. İndi isə, əziz Ceyn, sən bu işdə 

əli olan və tamahkar niyyətlər güdənlərin müdafiəsi üçün 

nə  deyəcəksən?  Onlara  da  bəraət  qazandırmaq  lazım 

gəlmirmi?  Yoxsa  biz  onlar  barədə  yalnız  pis  düşünməli 

olacağıq. 

— Mənə nə qədər istəsən istehza edə bilərsən, ancaq 

fikrimdən daşındıra bilməzsən. Lizzi, əzizim, sən bir anlıq 

düşün,  bu,  mister  Darsiyə  hansı  kölgəni  atır!  Atasının 

sevimlisi  olan,  atası  tərəfindən  gələcəyinin  təmin 

edilməsinə  söz  verilmiş  gənclə  bu  cür  davranmaq!  Bu, 

sadəcə olaraq, inanılmazdır. Öz reputasiyasını əziz tutan 

heç  bir  şəxs  bu  hərəkətə  qadir  deyil.  Məgər  ən  yaxın 

dostlar bunda belə aldana bilərdilərmi? Xeyr, bu mümkün 

deyil. 


— Mənə burada mister Binqlinin aldanmış olduğunu 

təsəvvür  etmək,  dünən  nəql  edilən  hadisənin  mister 

Uikhemin  uydurmasını  düşünməkdən  daha  asandır.  O, 

səlis  şəkildə  adlar,  hallar,  faktlar  göstərdi.  Qoy  mister 

Darsi  əgər  bacanrsa  hər  şeyi  təkzib  etməyə  cəhd  etsin. 

downloaded from KitabYurdu.org




117 

 

Uikhemin hekayətində hər bir söz həqiqətlə nəfəs alırdı. 



— Bütün  bunlar  o  qədər  pis  və  dolaşıqdır  ki,  nə 

düşünəcəyini bilmirsən. 

— Bağışla, lütfən, ancaq mənə aydındır ki, bu barədə 

düşünülməlidir. 

Ancaq  Ceyn  üçün  yalnız  bir  şey  aydın  idi  ki,  əgər 

mister Binqli  doğrudan  da aldanıbsa, bütün  bu vəziyyət 

ona məlum olanda çox kədərlənəcək. 

Bu  söhbət  evin  yaxınlığında,  kənarlarına  kollar 

əkilmiş  cığırda  baş  verirdi.  Gənc  qızlar,  onların 

söhbətində adları çəkilən bəzi şəxslərin gəlişinə görə evi 

tərk  etməli  olmuşdular.  Mister  Binqli  və  bacılan 

Lonqborna  hamını  Nezerfilddə  çoxdan  gözlənilən  və 

həftənin  ikinci  günü  baş  tutası  bala  şəxsən  dəvət  etmək 

üçün gəlmişdilər. Hər iki  ledi öz  əziz rəfiqəsini yenidən 

gördüyü üçün çox xoşbəxt idi, onlara elə gəlirdi ki, onu 

bir  ömür  boyu  görməyiblər.  Onlar  dayanıb  durmadan 

aynldıqdan  bəri  nə  işlə  məşğul  olduğunu  soruşurdular. 

Qızlar o biri Bennetlərə, demək olar, diqqət yetirmirdilər

ev sahibəsindən uzaq durmağa, mümkün qədər Elizabetlə 

danışmamağa  və  onun  kiçik  bacılanna  bir  kəlmə  belə 

deməməyə çalışırdılar. 

Tezliklə  onlar  öz  tələskənlikləri  ilə  qardaşlarını  mat 

qoyaraq  ayağa  qalxdılar  və  dərhal  da  yola  düşdülər. 

Gedərkən elə tələsirdilər ki, sanki missis Bennetlə iltifat 

mübadiləsindən yayınmaq istəyirdilər. 

Nezerfild  balı  barədə  düşüncələr  Bennet  ailəsindəki 

bütün xanımları olduqca qayğılandırdı. Missis Bennet bu 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə