Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə32/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   28   29   30   31   32   33   34   35   ...   128

126 

 

—  Əziz  ser,  mən  çox  böyük  zövq  aldım.  Bu  cür 



zərifliklə rəqs edənləri nadir hallarda görmək olur. Sizin 

ali cəmiyyətə mənsubluğunuz dərhal gözə çarpır. Ancaq 

icazə  verin  qeyd  edim  ki,  bu  saat  rəqs  etdiyiniz  gözəl 

xanım mənə öz tərəf- müqabilinə tamamilə layiq görünür 

və  ümid  edirəm  ki,  indi  bu  kimi  həzzi  xüsusilə  tez-tez 

alacağam.  Əlbəttə  ki,  müəyyən  və  təbii  ki,  arzulanan 

hadisə baş verəndən sonra — elə deyilmi, əziz miss Eliza? 

— bu zaman o Binqli və Ceyn tərəfə baxdı — O hadisə nə 

qədər  təbrik  doğuracaq!  Ancaq  mən  mister  Darsiyə 

müraciət edirəm, sizi ləngitməyimə rüsxət verməyin, ser. 

Siz parlaq gözləri artıq mənə açıqaşkar tənə ilə baxan bu 

cazibədar  xanımla  söhbətinizə  mane  olduğuma  görə 

təşəkkür etməyəcəksiniz. 

Bu  tiradanm  axırıncı  hissəsini  çətin  ki,  Darsi  eşitdi. 

Ancaq  ser  Uilyamm  onun  dostu  barədə  səsləndirdiyi 

ehtimal ona möhkəm təsir etdi. Üzü çox ciddi ifadə aldı 

və çılğınlıqla rəqs 

edən  Binqli  və  Ceynə  tamaşa  etdi.  Fəqət  Darsi  özünə 

gələrək xanımına - Elizabetə tərəf döndü və dedi: 

— 

Ser Uilyamın müdaxiləsi söhbətimizin ipini itirdi. 



— Məncə,  biz  heç  də  danışmırdıq.  Çətin  ki,  ser 

Uilyam bu zalda birbirilə bu qədər az danışmaq istəyən iki 

rəqs  edən  tapa  bilərdi.  Biz  uğursuz  şəkildə  bir  neçə 

mövzuya  toxunmağa  cəhd  göstərdik.  Mənim  hətta 

beynimə gəlmir ki, indi biz nə barədə danışa bilərik. 

— Kitablar  haqqında  nə  düşünürsünüz?  —  o,  gülə-

gülə soruşdu. 

downloaded from KitabYurdu.org




127 

 

— Kitablar  haqqında?  Xeyr,  mən  əminəm  ki,  biz 



sizinlə  bir  və  eyni  kitabları  oxumamışıq.  Hər  halda 

mütaliə edərkən eyni hissləri keçirməmişik. 

— Üzgünəm ki, siz belə düşünürsünüz. Hətta siz haqlı 

olsaydınız  da,  yenə  də  bizim  söhbət  üçün  mövzu 

tapmağımız asan olardı. Biz ortaya müxtəlif rəylər qoya 

bilərdik. 

— Xeyr, mən bal zamanı kitablardan danışacaq halda 

deyiləm. Burada mənim ağlıma başqa fikirlər gəlir. 

— O fikirlər həmişə sizi bilavasitə əhatə edən şeyə aid 

olur, elədirmi? — mister Darsi şübhəylə soruşdu. 

— Bəli,  bəli,  həmişə,  —  Elizabet  mexaniki  şəkildə 

cavab verdi. Əslində onun fikirləri söhbətin mövzusundan 

tamam uzaqda dolaşırdı və bu, tezliklə onun qəfləti qeydi 

ilə təsdiqləndi: 

— Yadımdadır,  mister  Darsi,  siz  etiraf  etdiniz  ki, 

həyatınızda  çətin  ki,  kimisə  bağışlamısımz.  Sizin 

sözlərinizə  görə,  kim  sizi  bir  dəfə  övkələndiribsə,  ona 

qarşı  yumşalmanıza  ümid  edə  bilməz.  Yəqin  ki,  siz  hər 

xırda  şeyə  görə  hiddətlənməməyinizə  kifayət  qədər 

nəzarət edirsiniz? 

— 

Bəli, əlbəttə, — Darsi əminliklə cavab verdi. 



— 

Heç  vaxt  bu  əqidənizin  qurbanına  çevrilmirsiniz 

ki? 

— 

Ümidvaram ki, yox. 



— Öz fikri ilə hərəkət etməyənlər üçün hər şey barədə 

lap  əvvəldən  sağlam  mühakimə  yürütmək  xüsusilə 

vacibdir. 

downloaded from KitabYurdu.org




128 

 

— 



Sizin nəyi nəzərdə tutduğunuzu öyrənə bilərəmmi? 

— 

Ooo,  mən,  sadəcə,  sizin  təbiətinizi  çözməyə 



çalışıram, 

—  Elizabet  sifətindəki  rahatlıq  ifadəsini  saxlamağa 

çalışaraq 

cavab verdi. 

— Siz buna müyəssər olursunuz? 

O, başını yırğaladı. 

— Heyhat,  azacıq  belə  yox.  Mən  sizin  barənizdə  o 

qədər  müxtəlif  rəylər  eşitmişəm  ki,  sadəcə  olaraq, 

təxminlərin içində azıram. 

— Yaxşı,  təsəvvür  edə  bilərəm  ki,  sizin  aldığınız 

məlumatlar  büsbütün  ziddiyyətlidir,  —  o,  olduqca  ciddi 

tövrdə dedi. — Mən üstün tutardım ki, miss Bennet, siz 

hələlik öz təxəyyülünüzdə mənim mənəvi simamın şəklini 

çəkməyəsiniz.  Əks  təqdirdə  sizin  əldə  etdiyiniz  rəsm  nə 

mənə, nə də sizə şərəf gətirər. 

— Ancaq mən bu saat ən başlıca qeydi etməsəm, ola 

bilər, heç vaxt əlimə başqa fürsət düşməyəcək. 

— Hər  necə  bir  ləzzət  olsa  da,  sizi  bundan  məhrum 

etmək istəməzdim, — Darsi soyuq-soyuq dedi. 

Qız  heç  bir  cavab  vermədi.  Rəqslərini  bitirdikdən 

sonra  onlar  qarşılıqlı  nifrət  hissi  ilə  susqun  şəkildə 

ayrıldılar. Yeri gəlmişkən, Darsi artıq ürəyində Elizabetə 

qarşı kifayət qədər 

güclü  meyil  bəsləyirdi,  bunun  sayəsində  o,  öz  hiddətini 

başqa bir şəxsin üzərində cəmləşdirərək, tezcə qıza bəraət 

qazandırdı. 

downloaded from KitabYurdu.org



129 

 

Bundan  tezliklə  sonra  miss  Binqli  Elizabetə  yanaşdı 



və iltifatlı, bir az da təkəbbürlü görkəmdə ona xitab etdi: 

—  Beləliklə,  miss  Eliza,  siz  Corc  Uikhemə  heyran 

olmusunuz,  doğrudurmu?  Mən  bu  barədə  Ceyndən 

eşitdim.  O  məni  sözün  birbaşa  mənasında  sizin  yeni 

dostunuz  barədə  sual  yağışına  tutdu.  Ancaq  onun 

sözlərindən belə başa düşdüm ki, gənc adam sizə verdiyi 

bir  çox  məlumatların  arasında  mərhum  mister  Darsinin 

qapıçısı  işləyən  qoca  Uikhemin  oğlu  olduğunu  deməyi 

unudub. Mən sizi dostcasına xəbərdar etmək istərdim ki, 

onun  dediklərinə  çox  da  güvənməyəsiniz.  Onun  mister 

Darsinin onunla pis davrandığı barədə dediklərinin hamısı 

sırf  uydurmadır.  Əksinə,  mister  Darsi  qeyri-adi 

alicənablıq  nümayiş  etdirib.  Əvəzində  Corc  Uikhem 

mister Darsiyə qarşı ən nanəcib şəkildə hərəkət edib. Mən 

təfərrüatlarla tanış deyiləm, ancaq yaxşı bilirəm ki, mister 

Darsini  nədəsə  çətin  qınamaq  olar!  Boşuna  deyil  ki,  o, 

Corc  Uikhem  barədə  hətta  adi  xatırlatmaya  belə  dözə 

bilmir! Mənim qardaşıma Uikhemin 

bala  dəvət  olunan  zabitlərin  siyahısından  çıxarılması 

mümkünsüz  görünsə  də,  mister  Darsi  onun  özünün 

dəvətdən  boyun  qaçırmasını  öyrənəndə  çox  şad  oldu. 

Uikhemin  bu  yerlərdə  peyda  olması  görünməmiş 

arsızlıqdır. Anlaşılmır, o buna necə cəsarət edə bilər! Çox 

üzgünəm ki, miss Eliza, sizin yeni tanışınızın qüsurlarını 

ifşa  etməli  oldum.  Yəqin  ki,  onun  mənşəyini  nəzərə 

aldıqda,  ondan  yaxşı  şey  gözləmək  çətin  ki,  mümkün 

olsun. 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə