Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə35/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   31   32   33   34   35   36   37   38   ...   128

138 

 

cəmləşdirmək  imkanı  əldə  etdi.  Elizabet  artıq  özünə 



gəlməyə başlamışdı. Fəqət fasilə qısa sürdü. Şam yeməyi 

bitdikdə musiqidən danışdılar və Elizabet 

Merinin qısa çəkən dilətutmalardan sonra ictimaiyyəti öz 

sənətkarlığı  ilə  feyzyab  etməyə  hazırlaşdığını  görərək, 

daha  bir  utanc  hissi  keçirməli  oldu.  Elizabet  onun  bu 

fədakarlığının  qarşısını  baxışları  ilə  almağa  çalışsa  da, 

səyləri hədər oldu. Özünü bütün parlaqlığı ilə göstərmək 

imkanı qazanmasında sevincək olan Meri heç nəyi başa 

düşmək  istəmədi  və  fortepiano  arxasında  əyləşdi. 

Olduqca  pərt  vəziyyətdə  qalan  Elizabet  gözünü 

ayırmadan bacısını müşahidə edirdi və səbirsizliklə onun 

bir  kupletdən  digərinə  necə  keçdiyini  izləyirdi.  Ancaq 

mahnının  bitməsi  rahatlıq  gətirmədi  -  bəyənmə 

alqışlarının  arasında  bəxş  elədiyi  həzzi  davam  etdirmək 

xahişinə eyham tutan Meri dərhal yeni mahnıya başladı. 

Onun  camaat  qarşısında  çıxış  etmək  üçün  heç  bir 

göstəricisi yox idi: səsi zəif idi, ifa manerası işgəncəydi. 

Elizabet  çarəsiz  idi.  O  bu  əzabı  Ceynin  necə  yaşadığını 

öyrənmək  üçün  böyük  bacısına  baxırdı.  Ancaq  Ceyn 

Minqli  ilə  şirin-şirin  çənə  vururdu.  Elizabet  onun 

bacılarına  nəzər  saldı  və  gördü  ki,  onlar  bir-birinə  və 

mister  Darsiyə  istehzalı  işarələr  edirlər.  Ancaq  mister 

Darsi sifətinin tutqun və sabit ifadəsini qoruyub 

saxlayırdı.  Nəhayət,  Elizabet  atasına  baxaraq,  gözlərilə 

onu  müdaxilə  etməyə  çağırdı,  yoxsa  Meri  səhərə  qədər 

oxumağa davam edə bilərdi. Mister Bennet onu anladı və 

Meri ikinci mahnını bitirəndə bərkdən dedi: 

downloaded from KitabYurdu.org




139 

 

— Bu  qədər  tamamilə  kifayətdir,  övladım.  Sən  artıq 



qulaqlarımızı kifayət qədər feyzyab etdin. İndi icazə ver 

başqa gənc qızlar da özlərini göstərsinlər. 

Meri  özünü  elə  göstərdi  ki,  atasının  sözləri  ona 

çatmayıb,  bununla  belə,  o  bu  sözlərdən  bir  balaca  pərt 

oldu.  Elizabet  isə  bacısının  əvəzindən  xəcalət  çəkərək, 

atasından  inciyərək  hiss  etdi  ki,  müdaxiləsi  ilə  durumu 

daha  da  pisləşdirdi.  Bu  arada  yeni  ifaçı  axtarmağa 

başladılar. 

— Mənim  musiqi  qabiliyyətim  olsaydı,  —  mister 

Kollinz  dilləndi,  —  şübhəsiz  ki,  cəmiyyəti  hansısa  bir 

ariya  ilə  sevindirməyi  özüm  üçün  zövq  hesab  edərdim. 

Çünki  mən  musiqini  kilsə  xadiminin  durumu  ilə  tam 

uyğun  gələn  ən məsum  əyləncə sayıram.  Əlbəttə, hesab 

etmirəm ki, musiqiyə çox vaxt ayırmağa haqqımız yoxdur 

—  bizdən  diqqət  tələb  edən  çox  işlər  mövcuddur.  Bir 

bilsəydiniz kilsə keşişinin nə qədər 

vəzifələri var! Birincisi, o, aşar vergisini (ondabir) düzgün 

bölməlidir və bu zaman özünün və maraqlarının qayğısına 

qalmalı  və  rəhbərinin  mənafelərini  qorumalıdır.  Daha 

sonra  ona  moizələr  yazmaq  gərəkdir.  Yerdə  qalan  vaxt 

kilsə  ayinlərinin  icrasına  və  keşişin  heç  bir  halda 

rahatlığını  təmin  etməyə  etinasız  yanaşmamalı  olduğu 

evini 

təkmilləşdirməyə 



güc-bəla 

çatır. 


Bütün 

ətrafdakılara,  xüsusilə  də  onların  içindən  bu  mövqeyinə 

görə  borclu  olduğu  birinə  diqqət  yetirmək,  onlara 

qatılmaq onun üçün çox vacibdir. Mən qətiyyən özümü 

belə  bir  borcdan  azad  etmirəm,  eləcə  də  özünün  rəhbəri 

downloaded from KitabYurdu.org




140 

 

ilə  qohumluq  əlaqəsində  olan  istənilən  şəxsə  ehtiramını 



ifadə  etmək  imkanını  əldən  buraxan  insan  barədə  yaxşı 

fikirləşməzdim! 

O,  toplanan  camiənin  yarısının  eşitdiyi  yüksək  səslə 

irad  etdiyi  nitqini  mister  Darsiyə  tərəf  təzim  edərək 

yekunlaşdırdı.  Məclis  iştirakçılarının  bəziləri  mister 

Kollinzə diqqətlə baxdı, bəziləri gülümsədi. Ancaq onun 

çıxışı heç kəsi mister Bennet qədər əyləndirmədi, həmin 

vaxt missis Bennet tam ciddi halda 

onu  bəyəndi  və  sakit  səslə  qonşusu  ledi  Lukasa  mister 

Kollinzin  qeyri-adi  ağıllı  və  ləyaqətli  gənc  olduğunu 

bildirdi. 

Elizabetə elə gəlirdi ki, onun ailə üzvləri bu axşam öz 

çatışmazlıqlarını  nümayişə  çıxarmaq  üçün  qəsdən 

sözləşmiş  olsaydılar,  çətin  ki,  onu  böyük  parlaqlıqla 

yerinə yetirə və bundan daha yaxşı uğur qazana bilərdilər. 

Mister  Binqlinin  və  Ceynin  xoşbəxtliyindən,  bu 

tamaşanın  bəzi  nömrələri,  belə  görünür  ki,  insan 

axmaqlıqlarına çox da həssas olmayan gəncin diqqətindən 

yayınıb.  Ancaq  kifayət  qədər  pis  olan  məqam  o  idi  ki, 

mister  Darsi  və  bacıları  üçün  onun  doğmalarını  ələ 

salmağa möhtəşəm imkanlar açılmışdı. Elizabet bir qərara 

gələ bilmirdi ki, onun üçün daha dözülməz olan hansıdır: 

iki  ledinin  meydan  oxuyurmuş  kimi  gülməsi,  yoxsa 

centlmenin susqun ikrahı. 

Gecənin  yerdə  qalan  hissəsi  ona  çox  az  xoş  gəldi. 

Yanından  ayrılmadan,  onu  dabanqırma  izləyən  mister 

Kollinz Elizabetə əziyyət verməkdə davam etdi. Onu rəqs 

downloaded from KitabYurdu.org




141 

 

etmək üçün dilə  tutmaq durumunda olmayan Kollinz öz 



varlığı ilə qızın hansısa bir kavalerin dəvətini qəbul etmək 

imkanından  məhrum  etdi.  Elizabet  hədər  yerə  onu  dilə 

tutdu ki, başqa xanımlann 

məclisdə  olmasından istifadə  etsin, hətta onu balda olan 

istənilən  xanımla  tanış  etmək  təklifi  irəli  sürdü.  Mister 

Kollinz iddia etdi ki, rəqslərə biganədir və hər şeydən çox 

öz əziz əmisi nəvəsinə diqqət yetirmək istərdi, bununla da 

çalışdı  ki,  özünü  onun  gözündə  mümkün  olduğu  qədər 

yaxşı göstərsin. Bu səbəbdən o, balın axırma qədər ondan 

aynlmamağı üstün tutardı. Belə bir istəyə qarşı nəsə etiraz 

etmək  çətin  idi.  Ona  görə  də  Elizabet  tez-tez  onlara 

yaxınlaşan  və  mister  Kollinzlə  söhbət  etmək  cəfasını 

fədakarlıqla  öz  üzərinə  götürən  miss  Lukasa  minnətdar 

idi. 


Elizabet ən azı mister Darsinin nəzərindən qurtulduğu 

üçün  şad  idi.  O,  hərdən  heç  bir  işi  olmadan  Elizabetin 

yaxınlığında gəzişsə də, onunla danışmağa cəhd etmirdi. 

Elizabet buna Uikhem barədə eyhamları ilə nail olduğunu 

düşünür və məmnun qalırdı. 

Lonqbornlu qonaqlar zalı axınncı tərk etdilər. Missis 

Bennetin  xüsusi  hiyləsi  sayəsində  onlann  ekipajı  o  biri 

qonaqlann  getməsindən  on  beş  dəqiqə  sonra  hazır  oldu. 

Bu,  onlara  Nezerfild  sakinlərindən  kimin  onlann  yola 

çıxmasını 

səbirsizliklə  gözlədiyini  müşahidə  etmək  imkanı  verdi. 

Missis  Hörst  və  onun  bacısı  ağızlarını  yalnız  ona  görə 

açdılar  ki,  yorğunluqdan  şikayət  etsinlər.  Onlar  bütün 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə