Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə36/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   32   33   34   35   36   37   38   39   ...   128

142 

 

görkəmləri  ilə,  nəhayət,  tək  qalmaq  istədiklərini 



göstərirdilər.  Xanımlar  missis  Bennetin  söhbət  salmaq 

cəhdlərindən  yayınaraq  ortada  olanların  hamısına 

uyuşuqluq göstərirdilər. Bu səhnə mister Kollinzin yenicə 

başa  çatmış  gecənin  lətafəti,  ev  sahiblərinin  iltifatı  və 

qonaqpərvərliyi  münasibətilə  mister  Binqlinin  və  onun 

bacılarının 

ünvanına 

səsləndirdiyi 

dolğun 

komplimentlərlə,  əhatəli  mühakimələri  ilə  bir  az 



canlanırdı. Mister Darsi, ümumiyyətlə, heç nə danışmırdı. 

Mister  Bennet  də  susur,  qarşısında  açılmış  tamaşadan 

ləzzət  alırdı.  Mister  Binqli  və  Ceyn  başqalarından  bir 

qədər  aralıda  duraraq,  yalnız  öz  aralarında  danışırdılar. 

Elizabet öz susqunluğunu miss Hörst və miss Binqlidən 

əskik olmayan inadkarlıqla qoruyurdu. Lidiya da o qədər 

yorulmuşdu  ki,  enerjili  əsnəklə  müşayiət  olunan  “ilahi, 

necə  də  yorulmuş”  deyə  qırıq-qırıq  dediyi  sözlər  nəzərə 

alınmasa, heç nə danışmırdı. 

Nəhayət, hamı çıxışa doğru yönələndə missis Bennet 

nəzakətli  bir  şəkildə  Nezerfild  kampaniyasını  mütləq 

tezliklə  Lonqbornda  görmək  arzusunu  ifadə  etdi.  O, 

əsasən  mister  Binqliyə  müraciət  edərək  dedi  ki,  onun 

ailəsi  istənilən  vaxt  öz  naharını  onunla  və  onun 

yaxınlarıyla  bölməyə  hazırdır  -  təmtəraqsız  və  rəsmi 

dəvətlərsiz.  Mister  Binqli  ona  səmimi  qəlbdən 

təşəkkürünü  bildirdi  və  sabah  yola  düşməli  olduğu 

qısamüddətli  işgüzar  London  səfərindən  qayıtdıqdan 

sonra  onları  ilk  münasib  fürsətdə  ziyarət  edəcəyini 

həvəslə vəd etdi. 

downloaded from KitabYurdu.org



143 

 

Missis Bennet tamamilə məmnun idi. Nezerfildi tərk 



edərkən  o,  ürəyində  xoşbəxt  əminlik  bəsləyirdi  ki,  üç-

dörd aydan sonra onun qızı buraya köçəcək, bundan ötrü 

yeni  ekipajlar  və  şərait,  eləcə  də  toy  libaslan  tədarük 

etmək  lazım  gələcək.  O,  eyni  şəkildə  ikinci  qızının  da 

tezliklə ərə gedəcəyinə əmin idi. Bu nikaha ümid də ona 

Ceynin  nikah  gözləntisi  qədər  güclü  olmasa  da,  xeyli 

məmnuniyyət  verirdi.  Missis  Bennet  Elizabeti  o  biri 

qızlarından  az  sevirdi.  Missis  Bennet  Kollinzə  və  onun 

keşiş evinə etirazı olmasa da, onlar, əlbəttə, mister Binqli 

və Nezerfildlə heç bir müqayisəyə gəlmirdilər. 

XIX 

FƏSİL 


Ertəsi gün Lonqbornda yeni vacib hadisələr oldu. Mister 

Kollinz mister Bennetin ikinci qızına rəsmi evlilik təklifi 

etdi.  Onun  Lonqbornda  olma  müddəti  yaxınlaşan  şənbə 

günü  başa  çatırdı  və  o,  vaxt  itirmək  istəmirdi.  O  öz 

hisslərini sərbəst şəkildə ifadə etməsinə mane ola biləcək 

utancaqlığı  ilə  seçilmirdi,  ona  görə  də  bu  niyyətini  tam 

düşünülmüş  şəkildə,  hərəkətlərini  lazımi  şərtlərlə 

müşayiət etdirərək həyata keçirdi. 

Səhər  yeməyindən  sonra  missis  Benneti  Elizabet  və 

onun kiçik bacılarından biri ilə birlikdə görən Kollinz ev 

sahibəsinə belə bir sual verdi: 

—  Xanım,  ümid  edə  bilərəmmi  ki,  əgər  gözəl  miss 

Elizabetdən  mənə  xüsusi  şərəf  verərək  bu  gün  onunla 

təklikdə söhbət etmək imkanı yaratmağı xahiş etsəm, siz 

ona öz təsirinizdən istifadə edəcəksiniz? 

Elizabet  gözlənilməzlikdən  yalnız  qızarmağa  macal 

downloaded from KitabYurdu.org



144 

 

tapdı, çünki missis Bennet dərhal dilləndi: 



— Ax,  ilahi!  Əlbəttə!  Söyləməyə  belə  gərək  yox! 

Əminəm ki, Lizzi sizi böyük məmnuniyyətlə dinləyəcək. 

Onun heç bir etirazı ola bilməz. Gedək, Kitti, sən yuxanda 

mənə lazımsan. 

O, iynə-sapını yığışdıraraq çıxışa tələsdi. Elizabet onu 

dayandırmağa cəhd etdi: 

— Lütfən,  buradan  getməyin.  Çox  xahiş  edirəm. 

Mister Kollinz məni bağışlayar. O mənə bu evdə istənilən 

adamın eşitməli olmadığı heç nə deməyəcək. Ən yaxşısı 

budur özüm gedim. 

— Axmaqlığa  bax.  Mənə  sənin  bu  otaqda  qalmağın 

lazımdır.  —  O,  utanmış  və  özünü  itirmiş  Elizabetin 

gerçəkdən də qaça biləcəyini görüb əlavə etdi: —  Lizzi, 

mən  tələb  edirəm  ki,  sən  qalasan  və  mister  Kollinzi 

dinləyəsən. 

Bu qədər qeyd-şərtsiz əmri pozmağa Elizabetin hünəri 

çatmadı.  Qısaca  düşünərək  bu  qərara  gəldi  ki,  ən  ağıllı 

çıxış yolu məsələni sürətlə və az hay-küylə həll etməkdir. 

Yenidən oturdu və tikiş məşğuliyyətinə daldı. O, gülmək 

və  ağlamaq  istəyirdi.  Missis  Bennet  və  Kitti  çıxan  kimi 

Kollinz açılışmağa başladı: 

—  İnanın,  əziz  miss  Elizabet,  təvazökarlığınız  sizi 

nəinki  mənim  gözümdən  salır,  hətta  kamilliyinizi  daha 

güclü  şəkildə  nəzərə  çarpdırır.  Mənə  qarşı  olan 

laqeydliyinizi  aşkar  etməsəydim,  bu  qədər  cazibədar 

görünməzdiniz.  Ancaq  icazə  verin,  əmin  edim  ki,  sizə 

müraciət edərkən mən artıq möhtərəm ananızın razılığını 

downloaded from KitabYurdu.org




145 

 

təmin  etmişəm.  Siz  çətin  ki,  mənim  təqib  etdiyim 



məqsədlərə  münasibətdə  yanılırsınız,  bununla  belə,  ola 

bilər  ki,  fitri  utancaqlığınız  üzündən  bunu  inkar 

edəcəksiniz.  Əslində  mən  həddən  artıq  açıq  şəkildə  sizi 

üstün  tutduğumu  bəlli  edirdim  ki,  niyyətlərimi  anlaya 

biləsiniz. Demək olar ki, bu evin kandarından içəri ayaq 

qoyduğum  vaxt  anladım  ki,  siz  mənim  həyat  yoldaşım 

olmağa  məhkumsunuz.  Ancaq  alovlu  duyğularıma 

sərbəstlik  verməzdən  öncə,  ola  bilər,  mən  evlənməyə 

hazırlaşmağıma  və  bu  evdə  öz  gələcək  rəfiqəmi 

tapmaqdan ötrü məni Hartfördşirə gəlməyə məcbur edən 

səbəbləri sizinlə bölməli idim. 

Başbilən  və  təmtəraqlı  əmisi  nəvəsinin  öz  alovlu 

duyğularına sərbəstlik verə bilməsi fikri az qala Elizabeti 

gülməyə vadar edəcəkdi. Bu üzdən o, kiçik pauzadan 

yararlanaraq mister Kollinzi sonrakı izahlardan saxlamadı 

və ona öz monoloqunu davam etdirmək imkanı verdi. 

— Beləliklə, mən evlənmək istəyirəm. Hesab edirəm 

ki, birincisi, mənim kimi maddi vəsait korluğu çəkməyən 

hər bir kilsə  xadimi  öz icmasında nümunəvi  ailə başçısı 

olmalıdır. İkincisi, əminəm ki, bu addım mənim həyatımı 

daha  da  xoşbəxt  edəcək.  Nəhayət,  üçüncüsü  (bəlkə  də 

mən  bunu  hər  şeydən  öncə  dilə  gətirməliydim),  mən 

hazırda  rəhbərim  adlandırmaq  şərəfinə  nail  olduğum 

olduqca nəcib ledinin məsləhət və istəklərini xüsusilə əldə 

rəhbər  tuturam.  O,  artıq  iki  dəfə  özünə  sığışdıraraq  bu 

barədə  öz  baxışlarını  (mənim  heç  bir  xahişim  olmadan) 

ifadə  edib.  Hətta  ötən  şənbə  günü,  Hansforddan  yola 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə