Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə34/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   30   31   32   33   34   35   36   37   ...   128

134 

 

Mən buna kilsəyə şərəf hissi ilə xidmət etməyi krallıqda 



ən yüksək vəzifələrin icra edilməsi ilə bərabər gördüyümü 

əlavə  etməliyəm  —  əlbəttə,  bu  xidmətin  lazımi 

itaətkarlıqla  həyata  keçirilməli  olduğunu  da  gərək 

unutmayaq. Ona görə də icazə verin, hazırda mən borcum 

hesab  etdiyim  işi  görməyə  çağıran  vicdanımın  səsinə 

qulaq asaraq hərəkət edim. İstənilən başqa məsələdə əldə 

rəhbər tutmağa hazır olduğum 

məsləhətinizdən istifadə etmək istəməməyimə görə məni 

bağışlayın.  Yaranmış  vəziyyətdə  mən  sizin  kimi  gənc 

ledidənsə  təhsilə  və  təcrübəyə  görə  davranışımın 

düzgünlüyünə dair fikir yürütmək üçün özümü daha qadir 

hesab edirəm. 

Mister  Kollinz  dərindən  təzim  edərək  Elizabeti  tərk 

etdi  və  birbaşa  mister  Darsinin  yanma  getdi.  Elizabet 

həyəcanla  bu  gözlənilməz  müraciətin  Darsiyə  necə  təsir 

göstərəcəyini müşahidə etməyə başladı. Kollinzin elə ilk 

sözlərindən Darsi açıq-aşkar təəccübləndi. Mister Kollinz 

təmtəraqlı  yaltaqlanmaqdan  başladı  və  onun  nitqi 

Elizabetin qulağına gəlib çatmasa da, ona elə gəldi ki, o, 

ard-arda  ibarəli  cümlələr  eşidir.  Qız  onun  dodaqlarının 

tərpənişindən  “üzrxahlıq”,  “Hansford”,  “ledi  Ketrin  de 

Bör” kimi sözlər dilə gətirdiyini təxmin etdi. Qohumunun 

mister  Darsinin  qarşısında  bu  qədər  komik  rolda  çıxış 

etməsini görmək onun üçün olduqca utancverici idi. Darsi 

Kollinzə  gizlədilməz  heyrətlə  baxırdı.  Nəhayət,  o, 

Darsiyə  danışmaq  imkanı  yaradanda  Darsi  ona  soyuq 

cavab  verdi.  Fəqət  bu,  mister  Kollinzi  bir  misqal  da 

downloaded from KitabYurdu.org




135 

 

çəkindirmədi və onu yeni nitq irad etməkdən saxlamadı. 



Onun 

mədhiyyəsinin davamlılığı, görünürdü ki, mister Darsinin 

ikrahını  bir  qədər  də  artırdı,  belə  ki,  Kollinz  çıxışını 

bitirəndə  o,  yalnız  yüngülcə  başını  tərpətdi  və  dönüb 

getdi. Kollinz isə Elizabetin yanma qayıtdı. 

— İnanın ki, mənə göstərilən qəbuldan heç bir şəkildə 

məyus deyiləm, — o, qıza yanaşaraq dedi. — Mister Darsi 

mənim  hörmətcilliyimdən  tam  məmnundur.  O,  mənimlə 

qeyri-  adi  nəzakətlə  danışdı  və  hətta  mənə  kompliment 

bəxş etdi, dedi ki, ledi Ketrinin sərraflığım kifayət qədər 

bilir və şübhə etmir ki, onun xeyirxahlığından yalnız əsl 

ləyaqətli adamlar istifadə edə bilərlər. Necə də gözəl ifadə 

edilib! Doğrusu, o mənim çox xoşuma gəldi. 

Elizabetin  özünün  baldan  gözlədiyi  bir  şey 

qalmadığından o, demək olar, bütün diqqətini bacısının və 

mister  Binqlinin  üzərində  cəmləşdirmişdi.  Bu  onda  xoş 

düşüncələr  oyadırdı  və  buna  görə  o  özünü,  demək  olar, 

Ceyn  qədər  xoşbəxt  hiss  edirdi.  Öz  təsəvvüründə  o, 

bacısını bu evin sahibəsi kimi, gerçək sevgiyə əsaslanan 

nikahla yaranmış bəxtəvərlik və firavanlıq içində yaşayan 

görürdü. Bu kimi vəziyyətdə Elizabet hətta 

özünü  mister  Binqlinin  bacısını  sevməyə  qadir  sayırdı. 

Aydın idi ki, missis Bennetin düşüncələri də eyni mətləbə 

cəmləşib. Elizabet qəti şəkildə ondan uzaq olmaq qərarına 

gəldi, çünki qorxurdu ki, anası ona artıqəskik nəsə deyər. 

Ancaq  masa  arxasında  əyləşdiyi  zaman,  onun  üçün  nə 

qədər üzüntülü olsa da,  Elizabet  özünü missis  Bennetlə, 

downloaded from KitabYurdu.org




136 

 

demək olar,  yanaşı  gördü. O, anasının  ən qeyri-münasib 



adamla, ledi Lukasla başqa bir mövzuya yox, məhz mister 

Binqlinin  Ceynlə  evlənməsi  mövzusuna  həsr  olunmuş, 

fasiləsiz və hündürdən danışa- danışa apardığı söhbətinə 

utana-utana qulaq asırdı. Mövzu o qədər əyləncəli idi ki, 

gələcək cütlüyün üstünlüklərini sadalayan missis Bennet 

yorulub-usanmaq  bilmirdi.  Hər  şeydən  öncə  o  özünü 

təbrik  edirdi  ki,  mister  Binqli  belə  bir  sevimli  gəncdir, 

belə  varlıdır  və  Lonqborndan  cəmisi  üç  mil  aralıda 

yaşayır.  Daha  sonra  o,  vəcdlə  bildirirdi  ki,  mister 

Binqlinin  bacıları  Ceynə  bu  qədər  bağlanıblar  və  onlar 

qarşılıqlı  qohumluq  imkanından  necə  sevinməlidirlər. 

Bundan başqa, bu hadisə onun kiçik qızları  üçün də bir 

çox yaxşı imkanlar açır, belə ki, Ceynin ərə getməsindən 

sonra onlar başqa varlı kişilərin 

nəzərində olacaqlar. Və nəhayət, yaşının bu vaxtında ona 

ərsiz  qızlarını  ərli  bacılarının  himayəsinə  verərək  kefi 

istədiyi  vaxt  cəmiyyətdə  görünmək  rahat  olacaq  - 

ümumən qəbul edilmiş baxışlara uyğun olaraq bu durumu 

mütləq  yaxşı  şey  kimi  izhar  etmək  lazımdır,  hərçənd 

missis  Bennetdən  daha  az  həvəslə  evdə  oturan  adam 

tapmaq  çətindir.  Yekunda  çoxlu  bu  cür  arzular  ifadə 

olundu  ki,  qoy  ledi  Lukas  da  yaxın  gələcəkdə  bu  qədər 

bəxtəvər olsun, bununla belə, missis Bennet özünün bütün 

görkəmi ilə açıq-aşkar və təntənə ilə işarə verirdi ki, bunu 

tamamilə inanılmaz hesab edir. 

Qız  əbəs  yerə  anasının  bəlağət  selləməsini 

xəfiflətməyi  və  ya  anasından  heç  olmasa  öz  vəcdini  bu 

downloaded from KitabYurdu.org




137 

 

sayaq  gurultulu  ifadə  etməməsini  istəyirdi.  Çünki  bu 



söhbət  Elizabetin  özlüyündə  ifadəedilməz  utancla  qeyd 

etdiyi kimi, demək olar, üzbəüz əyləşmiş mister Darsinin 

qulağına çatırdı. Qızın anası isə yalnız hirslənərək bildirdi 

ki, bu nə cəfəngiyatdır, qızı danışır. 

—  Sənin  mister  Darsin  kimdir  ki,  mən  ondan 

çəkinim? Məgər bizim ona nəzakətli müraciət borcumuz 

var  ki,  onun  zövqünə  uyğun  olmayan  nəyisə  deməyə 

çalışmayaq? 

—  Ana,  Allah  xatirinə,  yavaş  danışmağa  çalışın. 

Mister  Darsini  təhqir  etmək  nəyə  lazımdır?  Məgər  siz 

bununla  özünüzü  onun  dostunun  qarşısında  yaxşı 

göstərirsiniz? 

Lakin bu dilətutmalar anasına heç bir təsir göstərmədi. 

Missis  Bennet  bəslədiyi  ümidlər  barədə  hər  kəsin  eşidə 

biləcəyi  tərzdə  danışmaqda  davam  etdi  və  Elizabet  hey 

utancdan və  pərtlikdən qızarmalı oldu.  O, zaman-zaman 

Darsiyə  nəzər  salmaqdan  özünü  saxlaya  bilmirdi  və  hər 

dəfə əmin olurdu ki, narahatlığı nə qədər əsaslıdır. Darsi 

həmişə  missis  Bennet  tərəfə  baxmasa  da,  qız  bilirdi  ki, 

oğlanın bütün diqqəti məhz ona yönəlib. Bu zaman onun 

üzünün  ifadəsi  tədricən  dəyişdi:  əvvəldə  onun  üzündən 

hiddətli  nifrət  oxunurdusa,  axırda  bu  tutqun  və  davamlı 

qətiyyətə çevrildi. 

Ancaq missis  Bennetin bəlağəti tükəndi  və  bütün bu 

vaxt  ərzində  həmsöhbətinin  coşqulu  izharını  çətin  ki, 

paylaşan, dəfələrlə əsnəyini ram edən ledi Lukas axır ki, 

sakit  halda  fikrini  toyuq  və  vetçinanm  üzərində 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə