Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə33/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   29   30   31   32   33   34   35   36   ...   128

130 

 

— Sizin sözlərinizdən başa düşdüm ki, xanım, mister 



Uikhemin  qüsurlan  onun  mənşəyindədir,  —  Elizabet 

kəskin cavab verdi. — Siz onun atasının mister Darsinin 

yanında qapıçı olmasından başqa heç bir günahını göstərə 

bilmədiniz.  Ancaq  bu  barədə,  sizi  inandırmağa  cəsarət 

edirəm ki, o özü mənə demişdi. 

— Üzr  istəyirəm,  —  miss  Binqli  ondan  aralanaraq 

istehza ilə qeyd etdi. — Müdaxiləm üçün bağışlayın, — 

mən yaxşı niyyətlə deyirdim. 

“Həyasızlığa bax! - Elizabet özlüyündə dedi. - Ancaq 

siz,  bu  qədər  ləyaqətsiz  hərəkətlə  mənə  təsir  edə 

biləcəyinizə ümid 

edirsinizsə,  dərindən  yanılırsınız,  xanım.  Bu  hərəkətlə 

təkəbbürlü 

cahilliyinizdən 

və 

mister 


Darsinin 

qərəzkarlığından başqa heç nə sübut etmədiniz”. 

O,  dərhal  onu  maraqlandıran  mövzuyla  bağlı  mister 

Binqli ilə danışmağa macal tapmış Ceyni axtardı. Bacısı 

onu  bu  gecənin  ona  nə  qədər  fərəh  bəxş  etdiyinə  işarət 

edən işıldayan təbəssümlə qarşıladı. Üzünün ifadəsindən 

Ceynin  fikirlərini  təxmin  edən  Elizabet  başa  düşdü  ki, 

onun mister Uikhemin uğursuzluqlarına acıması, zabitin 

düşmənlərinə  qarşı  narazılığı  və  sair  şeylər,  bacısının 

qarşıdakı xoşbəxtliyə bəslədiyi ümidlə müqayisədə çox az 

əhəmiyyətlidir. 

— Mən, əlbəttə, öyrənmək istərdim ki, — Elizabet heç 

də onunkundan əskik olmayan mehriban təbəssümlə dedi, 

—  sən  mister  Uikhem  barədə  bir  şey  aydınlaşdıra 

bildinmi. Bəlkə də sən vaxtını o qədər xoş keçirmisən ki, 

downloaded from KitabYurdu.org




131 

 

yalnız bir adam haqqında düşünə bilmişən? Mən səndən 



incimərəm. 

— 

Mən heç də onun barəsində unutmamışam, 



Lizzi,  —  Ceyn  cavab  verdi.  —  Ancaq  heyhat,  sənə 

təsəlliverici heç nə deyə bilməyəcəyəm. Bu əhvalat mister 

Binqliyə az 

məlumdur.  Mister  Uikhem  mister  Darsinin  qarşısında 

nədə  günahkardır,  o  bilmir.  Ancaq  o,  dostunun 

dürüstlüyünə, namuslu olduğuna və alicənablığına zamin 

durmağa  hazırdır.  Bir  də  o  əmindir  ki,  mister  Uikhem 

hətta Darsinin ona münasibətdə göstərdiyi qayğıya layiq 

olmayıb. Bu, qanımı qaraldır, amma onun, eləcə də miss 

Binqlinin sözlərindən belə çıxır ki, mister Uikhemi dürüst 

adam saymaq olmaz. Qorxuram ki, o özünü həddən artıq 

ehtiyatsız  apanb  və  bununla  da  mister  Darsinin 

ehtiramından tamamilə haqlı şəkildə məhrum olub. 

— 

Bəs mister Binqli mister Uikhemlə tanışdır? 



— Xeyr, o, Meritondakı görüşə qədər onu bir dəfə də 

görməyib. 

— Bu halda onun Uikhemə baxışları mister Darsidən 

borc götürülüb? Yaxşı, mən qane oldum. Bəs onda kilsə 

icması barədə hansı məlumatlar var? 

— O,  dostundan  dəfələrlə  bu  barədə  eşitsə  də, 

vəziyyəti  dəqiqliklə  xatırlamır.  Elə  görünür  ki,  kilsə 

Uikhemə yalnız şifahi şəkildə təhkim edilibmiş. 

—  Mən  mister  Binqlinin  səmimiyyətinə  şübhə 

etmirəm, — Elizabet bacardığı qədər yumşaqlıqla dedi. 

— Ancaq ümumi frazalara qane olmasam, məni bağışla. 

downloaded from KitabYurdu.org




132 

 

Mister  Binqli,  əlbəttə  ki,  dostunun  maraqlarını  vicdanla 



müdafiə  etməyə  borcludur.  Ancaq  bu  əhvalatın  bəzi 

hissələri  ona  məlum  olmadığından,  yerdə  qalanını  isə 

yalnız mister Darsinin sözlərindən öyrəndiyindən mən hər 

iki  gənc  adama  əvvəlki  kimi  münasibət  sərgiləməyi 

özümə rəva görə bilmərəm. 

Bundan  sonra  o,  söhbəti  daha  xoş,  onların  arasında 

heç  bir  fikir  ayrılığı  yaratmayan  mövzuya  yönəltdi.  O, 

Ceynin mister Binqlinin ona iltifat göstərməsinin onda nə 

qədər  bəxtəvərlik,  bununla  birgə  necə  ürkək  ümidlər 

oyatması  barədə  söhbətinə  sevinclə  qulaq  asdı.  Elizabet 

də  ondakı  bu  ümidlərə  qol-qanad  vermək  üçün  nə 

mümkündürsə,  hər  şeyi  dedi.  Mister  Binqli  yaxınlaşıb 

bacılara qoşulanda Elizabet kənara çəkildi və miss Lukası 

axtardı.  O,  rəfiqəsinin  rəqs  zamanı  axırıncı  tərəf- 

müqabili,  onun  qıza  nə  dərəcədə  xoş  gəlib-gəlmədiyi 

barədə sorğusuna cavab verməyə macal tapmamış mister 

Kollinz 

onlara  yaxınlaşdı  və  ehtizazlı  halda  xəbər  verdi  ki,  o, 

indicə çox mühüm bir kəşf edib. 

— Sırf  təsadüf  sayəsində  mən  bu  otaqda  xanım 

rəhbərimin  yaxın  qohumunu  tapdım.  Mənə  eşitmək 

xoşbəxtliyi nəsib oldu ki, o bu evin bəzəyi olan gənc ledi 

ilə söhbətində xalası qızı miss de Börün və onun anası ledi 

Ketrinin  adını  çəkdi.  Dünyada  necə  də  bu  sayaq 

möcüzələr  olurmuş!  Kim  düşünə  bilərdi  ki,  burada,  bu 

balda  mən  az  qala  ledi  Ketrinin  bacısı  oğlu  ilə 

rastlaşacam? Göylərə minnətdaram ki, gözlərimi vaxtında 

downloaded from KitabYurdu.org




133 

 

açdı və mən ona öz ehtiramımı bildirə bilərəm. Əlbəttə, 



onu elə bu dəqiqə həyata keçirmək istərdim. Ümid edirəm 

ki,  o,  yalnız  xəbərsizliyimdən  irəli  gələn  bu  cür 

yubanmağımı mənə bağışlayacaq. 

— Siz 


mister 

Darsiyə 


təqdim 

olunmağa 

hazırlaşırsınızmı? 

— Bəli,  əlbəttə.  Mən  acizanə  şəkildə  ondan  üzr 

istəyəcəyəm ki, bunu əvvəl etməmişəm. Düşünürəm ki, o, 

doğrudan  da,  ledi  Ketrinin  bacısı  oğludur.  Mən  onu 

inandıra biləcəm ki, cəmi bir həftə əvvəl lütfkar xanımın 

sağlıq durumu tam qaydasında idi. 

Elizabet  mister  Kollinzi  bu  addımı  atmaqdan 

bacardığı qədər saxlamağa səy göstərdi. O, iddia etdi ki, 

Darsi tanımadığı 

şəxsin  ona  müraciətini  xalasına  ehtiram  ifadəsindənsə, 

yolverilməz özbaşınalıq  sayacaq, onlar burada bir-birinə 

heç  diqqət  yetirməyə  bilərlər,  nəhayət,  əgər  hətta  buna 

zərurət  yaranıbsa,  tanışlıq  üçün  ilk  addımı  məhz 

cəmiyyətdə  daha  üstün  mövqedə  olan  mister  Darsi 

atmalıdır.  Mister  Kollinz  onu  öz  bildiyi  kimi  addım 

atmağa  qərar  vermiş  adam  görünüşü  ilə  dinlədi  və  qız 

susduqda cavab verdi: 

—  Əzizim  miss  Elizabet!  Mən  sizin  başınız  çıxan 

şeylər  barədə  əla  mühakimə  yürütmək  qabiliyyətiniz 

haqqında ən yüksək fikirdəyəm. Ancaq icazə verin deyim 

ki,  dünyəvi  şəxslər  arasında  qəbul  edilmiş  insan 

münasibətləri  normaları  ilə  ruhanilərin  davranışını 

müəyyənləşdirən  normalar  arasında  dərin  fərqlər  var. 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə