Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə41/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   37   38   39   40   41   42   43   44   ...   128

162 

 

gedək və onu istirahət  saatlarını  narahat  mehmanxanada 



keçirmək zərurətindən xilas  edək. Tanışlarımın bir çoxu 

artıq qışı keçirmək üçün 

şəhərə  gedir.  Çox  eşitmək  istərdim  ki,  Siz  də,  mənim 

dəyərli rəfiqəm, onların cərgəsində olmağı düşünürsünüz, 

ancaq, heyhat, mən buna ümid bəsləməyə cürət etmirəm. 

Ürəkdən  ümid  edirəm  ki,  Milad  bayramı  Hartfördşirdə 

Sizə,  ilin  bu  fəslinə  xas  olan  bütün  xoşbəxtlikləri 

gətirəcək  və  kavalerlərinizin  çoxluğu  Sizi  məhrum 

etdiyimiz  üç  kavalerin  itkisini  hiss  etməyə  imkan 

verməyəcək”. 

— Bu sözlərdən aydındır ki, — Ceyn əlavə etdi, — o, 

bu qış geriyə gəlməyəcək. 

— Bu sözlərdən yalnız o aydındır ki, o, miss Binqlinin 

fikrincə, gəlməməlidir. 

— Ancaq nəyə görə belə düşünürsən? Yəqin sənə elə 

gəlir ki, onun özünü idarə etməsi şəxsi işidir? Ancaq hər 

şeyi bilmirsən. Məktubun məni xüsusilə yaraladığı yerini 

sənə oxuyacam. Səndən gizlədəsi bir şeyim yoxdur. 

“Mister  Darsinin  sənin  bacını  görmək  üçün  səbri 

çatnur  və  açıq  desək,  biz  də  onunla  görüşməyi  heç  də 

ondan az istəmirik. Əslində mən düşünmürəm  ki,  kimsə 

bir  başqası  gözəllikdə,  zəriflikdə  və  sair  keyfiyyətlərdə 

Corciana Darsi ilə 

müqayisəyə  gələ bilər. Ancaq öz kamilliyi ilə  məndə və 

Luizada  yaratdığı  bağlılıq  zaman  keçdikcə  onun  bizim 

bacımız  olacağına  bəslədiyimiz  ümidlər  sayəsində  daha 

mühüm bir şeyə çevrilir. Yadımda deyil, Sizə əvvəllər öz 

downloaded from KitabYurdu.org




163 

 

ehtimallarım barədə danışmışammı, ancaq istəməzdim ki, 



onlar barədə Sizə deməmiş əyaləti tərk edim, inanıram ki, 

yanlış başa düşməyəcəksiniz. Qardaşım əvvəllər də miss 

Darsiyə  heyran  idi.  İndi  o,  onunla  ən  rahat  şəraitdə  və 

daha teztez görüşmək imkanı əldə edəcək. Qızuı, eləcə də 

Çarizm  bütün  doğmaları  bu  birgəliyi  istəyir.  Doğmalıq 

hisslərinin  məni  aldatmadığına  ümid  edərək,  Çarlzı 

istənilən  qadının  ürəyini  fəth  etməyə  tamamilə  qadir 

sayıram. Bu bağlılığın yaranmasına yardımçı olmuş bütün 

hallai'a və hər hansı bir əngəlin olmamasına görə, məgər 

mən  bir  çoxlarına  bu  qədər  səadət  gətirəcək  hadisəyə 

ümid  bəsləməkdə  haqlı  deyilənimi,  mənim  dəyərli 

Ceynim?” 

— Bu ifadəyə görə nə deyirsən, Lizzi, əzizim? Məgər 

o kifayət qədər aydın deyil? — Ceyn məktubu qatlayaraq 

soruşdu. — Məgər Kerolayn hər hansı bir sapıntıya yol 

vermədən  bəyan  etmirmi  ki,  o  mənim  bacım  olmaq 

istəmir və bunu mümkün saymır? Bir də mister Binqlinin 

mənə etinasızlığına əmin olaraq və ola bilər, mənim ona 

duyğularımın  səciyyəsinə  şübhə  etməyərək,  o  məni 

nəzakətli bir şəkildə xəbərdar etmək istəyirsə, necə olsun? 

Bunu başqa cür izah etmək mümkündürmü? 

— Bəli, həm də çox asan. Məsələn, mən buna başqa 

cür baxıram. Deyim sənə, nə düşünürəm? 

— 

Allah xatirinə, de. 



— Bunu  çox  qısaca  ifadə  etmək  olar.  Miss  Binqli 

görür ki, onun qardaşı sənə vurulub, ancaq o istəyir ki, onu 

miss Darsi ilə evləndirsin. O, qardaşının ardınca Londona 

downloaded from KitabYurdu.org




164 

 

gedərkən  ümid  edir  ki,  onu  orada  saxlaya  biləcək  və 



çalışır ki, onun səninlə bir işi olmadığına səni inandırsın. 

Ceyn başını yırğaladı. 

— Ceyn, əzizim, sən mənə inanmalısan! Sizi bir yerdə 

görənlərin  heç  biri  onun  duyğularına  şübhə  edə  bilməz. 

Onlara,  əlbəttə  ki,  miss  Binqli  də  şübhə  etmir,  —  buna 

onun ağlı çatır. Əgər o, mister Darsidə həmin hisslərin bir 

qismini öz 

personasına  qarşı  görsəydi,  artıq  özünə  gəlinlik  paltarı 

sifariş verərdi. Fəqət, məsələnin mahiyyəti ondadır ki, biz 

onlar üçün kifayət qədər varlı və əsil-nəsəbli deyilik. Miss 

Binqli  isə  qardaşını  miss  Darsi  ilə  həm  də  ona  görə 

evləndirmək  istərdi  ki,  ailələr  arasındakı  bir  qohumluq 

əlaqəsinə görə ikincisinə asanlıqla nail olacağını düşünür. 

Bu  plan  gerçəkdən  də  iki  zəkadan  xali  deyil.  Bəlkə  də 

onun yolu üstündə miss de Bör olmasaydı, bu plan uğurla 

nəticələnə bilərdi. Ancaq sən axı ciddi düşünə bilməzsən

bir  halda  ki  miss  Binqli  qardaşının  mister  Darsinin 

bacısına heyran olduğunu sənin üçün təsvir edir, demək, 

mister Binqlinin səni qiymətləndirməsi, ikinci gün baldan 

sonra  səninlə  vidalaşdığı  vaxtda  olduğundan  bir  misqal 

azalıb.  Yaxud  da  miss  Binqli  ona  səni  yox,  istəkli 

rəfiqəsini sevməyi təlqin etmək istəyir. 

—  Əgər  biz  miss  Binqli  barədə  eyni  cür  mühakimə 

yürüdərdiksə,  —  Ceyn  cavab  verdi,  —  sənin  məktuba 

verdiyin şərh məni sakitləşdirərdi. Ancaq mən bilirəm ki, 

sən  yanlış  gümanlardan  çıxış  edirsən.  Kerolayn  qəsdən 

aldatmağa qadir deyil. Mən yalnız ona ümid edə bilərəm 

downloaded from KitabYurdu.org




165 

 

ki, o özü yanılır. 



— Lap  əla.  Bir  halda  ki  mənim  şərhim  sənin  üçün 

qəbuledilməzdir,  sən  bundan  daha  yaxşı  bir  şey  düşünə 

bilmirsən.  Allah  xatirinə,  hesab  et  ki,  bu  onun 

yanılmasıdır.  Sən  öz  borcunu  yerinə  yetirdin  və  heç  nə 

barədə narahat olmaya bilərsən. 

— Elizabet,  əzizim,  ən  yaxşısını  ehtimal  edək.  Mən 

bacılarının  və  dostunun  başqasıyla  evləndirmək 

istədikləri adama ərə getməklə xoşbəxt ola bilərəmmi? 

— Bu,  sənin  işindir,  —  Elizabet  dedi,  —  Əgər 

sonradan  düşününcə  qərar  verirsənsə  ki  xoşbəxt  evlilik 

sənin  üçün  onun  bacılarının  narazılığından  daha  az 

əhəmiyyətlidir,  sənə  ona  rədd  cavabı  verməyini  tövsiyə 

edərdim. 

— Necə belə danışa bilirsən? — Ceyn zəif təbəssümlə 

dedi,  —  Sən  ki  bilirsən,  onların  bəyənməzliyi  məni  nə 

qədər məyus etsə də, cavabımda tərəddüd etməzdim. 

— Mən buna əminəm.  Ona görə də sənin bu dərdini 

ürəyimə yaxın qəbul etmirəm. 

— Əgər  o,  bütün  qış  boyunca  qayıtmasa,  ola  bilər 

cavabıma  ehtiyac  qalmayacaq.  Altı  ayda  minlərlə  yeni-

yeni durumlar 

alına bilər! 

Mister  Binqlinin  Nezerfildə  qayıtmamaq  ehtimalı 

Elizabetə  inanılmaz  gəlirdi  və  bunda  maraqlı  olan 

Kerolaynın  qurmacası  kimi  görünürdü.  Elizabet  bir 

dəqiqə  də  olsun  yaxınına  qoymurdu  ki,  missi  Binqli  öz 

istəyini  nə  qədər  bacarıq  və  israrla  qardaşına  təlqin  etsə 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə