Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə49/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   45   46   47   48   49   50   51   52   ...   128

194 

 

— Ümidvaram ki, — missis Qardiner əlavə etdi, — o 



bu 

səfəri 


gənc 

oğlan 


barədə 

düşüncələrlə 

əlaqələndirməyəcək.  Biz  şəhərin  başqa  hissəsində 

yaşayırıq  və  onunla  ümumi  tanışlarımız  yoxdur.  Sən 

bilirsən, biz evdən o qədər nadir 

hallarda çıxırıq ki, onların Londonda rastlaşması ehtimalı 

mənə,  demək  olar,  inanılmaz  görünür  —  yalnız  o  halda 

mümkündür ki, o, qızı ziyarət etmək fikrinə düşsün. 

— Bu,  tamamilə  istisnadır.  O,  dostunun  nəzarəti 

altındadır. Mister Darsi isə imkan verməz ki, dostu belə 

yerlərə  ziyarətə  yollansın.  Xala,  əzizim,  siz  bu  barədə 

necə  düşünə  bildiniz?  Ola  bilər,  mister  Darsi  Qreysçerp 

küçəsi barədə nəsə eşidib. Ancaq o, yəqin ki, güzarının bu 

yerlərə  düşəcəyi  halda  ona  yapışan  palçığı  bir  aya 

təmizləyə bilməyəcəyini düşünür. Mister Binqli haqqında 

isə tamamilə arxayın ola bilərsiniz — o öz mürəbbisinin 

rüsxəti olmadan bir addım da atmağa cəsarət etməz. 

— Eləmi,  lap  yaxşı.  Ümid  edirəm  ki,  onlar  daha 

görüşməyəcəklər.  Yeri  gəlmişkən,  məgər  Ceyn  onun 

bacısı  ilə  yazışmır?  Miss  Binqli  hər  halda  ziyarətdən 

yayma bilməz. 

— Düşünürəm  ki,  o,  ümumiyyətlə,  bu  tanışlığa  son 

qoyacaq. 

Elizabet  sonuncu  fikri,  -  ondan  əvvəlki,  mister 

Binqliyə  Ceynlə  görüşmək  imkanı  verilmədiyi  barədəki 

daha mühüm 

qənaəti - kifayət qədər qətiyyətlə ifadə etdi, o bu mövzuda 

söhbəti  davam  etdirmək  istəyirdi.  Bir  az  düşündükdən 

downloaded from KitabYurdu.org



195 

 

sonra isə anladı ki, iş ona o qədər də ümidsiz görünmür. 



Ola bilər və bu ona hərdən tamamilə inandıncı görünürdü 

ki, mister Binqlinin qəlbində Ceynə qarşı yenidən duyğu 

oyanacaq  və  o,  daha  güclü,  təbii  bağlılığın  təsiri  altında 

yaxınlarının maneələrini dəf edəcək. 

Miss  Bennet  xalasının  dəvətini  sevinclə  qəbul  etdi. 

Kerolayn  qardaşından  ayrı  yaşadığı  üçün  Ceyn  ümid 

edirdi  ki,  keçmiş  pərəstişkarı  ilə  rastlaşmaq  riskinə 

getmədən miss Binqli ilə səhərlər arabir vaxt keçirəcək. O 

bu ailədən olan başqaları ilə ilgili ümid bəsləməyi özünə 

rəva görmürdü. 

Qardinerlər  Lonqbomda  bir  həftə  qaldılar.  Filipsin, 

Lukaslar və Derboşir polkunun zabitlərinin sayəsində bu 

müddətin  bir  günü  belə  hər  hansı  ziyarət  olmadan 

keçmədi.  Missis  Bennet  qardaşını  və  onun  xanımını 

əyləndirmək üçün elə səylə çalışırdı ki, onlar bir dəfə də 

olsun  məhdud  ailə  dairəsində  nahar  edə  bilmədilər. 

Kampaniya  Lonqbornda  toplaşırdısa,  mütləq  bir  neçə 

zabit, o cümlədən mister Uikhem 

orada iştirak edirdi. Elizabetin bu gənc haqqında yüksək 

fikirdə olması missis Qardinerə şübhəli görünürdü və onu 

ərinin bacısı qızma və zabitə göz qoymağa vadar edirdi. 

Bu  müşahidələrin  əsasında  onların  bir-birinə  ciddi 

bağlılıq  bəsləməsini  güman  etmək  mümkün  olmasa  da, 

açıq-aşkar  qarşılıqlı  meyilləri  onu  əndişələndirməyə 

bilməzdi.  Missis  Qardiner  yola  düşməzdən  öncə 

Elizabetlə  mütləq  danışmaq  qərarına  gəldi  və  ona  bu 

sevdaya  yol  verməyin  qız  üçün  nə  qədər  dərrakəsiz  ola 

downloaded from KitabYurdu.org




196 

 

biləcəyini izah etdi. 



Təsadüfi  bir  fakt  ona  gətirib  çıxarmışdı  ki,  mister 

Uikhem missis Qardineri təkcə öz zahiri görünüşünə görə 

maraqlandırmırdı. On-on iki il öncə, ərə gedənə qədər o, 

uzun  müddət  Derbişirin  həmin  hissəsində,  Uikhemin 

doğulduğu  yerdə  yaşamışdı.  Ona  görə  də  onların  çoxlu 

ümumi tanışlan çıxdı. Mister Darsinin atası vəfat edəndən 

bəri beş il ərzində Uikhem, demək olar, doğma yurdunda 

olmasa  da,  o,  hər  halda  missis  Qardinerə  onun  köhnə 

dostları  barədə  qadının  bildiyi  xəbərlərdən  daha  yeni 

məlumatlar verdi. 

Bir  zamanlar  missis  Qardinerin  Pemberliyə  yolu 

düşmüşdü  və  o,  mülkün  mərhum  sahibi  barədə  çox  şey 

bilirdi.  Pemberli  barədə  yadda  qalan  xatirələri  dilə 

gətirmək, malikanənin onun həmsöhbətinin təqdim etdiyi 

daha dəqiq təsvirini tutuşdurmaq və mərhum mister Darsi 

haqqında  tərif  dolu  fikir  mübadiləsi  onların  hər  ikisini 

xeyli  dərəcədə  məmnun  etdi.  Gənc  Darsinin  Uikhemlə 

necə  qəddar  davranması  barədə  öyrənərkən,  missis 

Qardiner  Pemberlinin  varisinin  barəsində,  onun  hələ 

yeniyetmə 

olduğu  vaxtlarda  bütün  eşitdiklərini 

yaddaşında  bərpa  etməyə  çalışdı.  Axırda  o  özünü 

inandırdı ki, gənc Fitsuilyam Darsinin təkəbbürlü və pis 

xasiyyəti barədə danışıldığını xatırlayır. 

III 

FƏSİL 


Missis Qardiner niyyəti barədə Elizabeti xəbərdar etməyi 

unutmadı və onunla təklikdə danışmağın mümkün olduğu 

ilk  fürsətdə  nəzakətlə  öz  həyəcanını  qızla  bölüşdü.  Onu 

downloaded from KitabYurdu.org




197 

 

narahat edən hər şey barədə açıq danışaraq davam etdi: 



—  Lizzi,  sən  kifayət  qədər  ağıllısan  ki,  yalnız  səni 

daşındırdıqlan  üçün  sevməyəsən.  Ona  görə  də  açıq 

danışmaqdan çəkinmirəm. Çox istərdim ki, sən ayıq-sayıq 

olasan. Özün aludə olma və onu aludə etməyə çalışma — 

sizin cüzi vəsaitləriniz olduğunu nəzərə alsaq, bu, tamam 

şüursuzluq  olacaq.  Mən  onu  nədəsə  qınaya  bilmərəm. 

Əlbəttə,  o,  çox  maraqlı  gəncdir.  O,  layiq  olduğu  qədər 

varlı  olsaydı,  hesab  edirəm  ki,  sən  bundan  daha  uğurlu 

seçim  edə  bilməzdin.  Ancaq  hazırkı  vəziyyətdə  sən 

təsəvvürlərinə  qol-qanad  verməməlisən.  Sənin  sağlam 

düşüncən var və biz əminik ki, hərəkətlərində onu rəhbər 

tutacaqsan.  Bilirəm  ki,  atan  sənin  ağlına  və  yaxşı 

davranışına  necə  güvənir.  O,  səndən  yana  məyus 

olmamalıdır. 

— 

Xala, əzizim, siz elə ciddi şeylərdən danışırsınız ki! 



— Əlbəttə.  Ümid  edirəm  ki,  sən  də  onlan  eləcə 

ciddiliklə qəbul edirsən. 

— Belə  olduğu  halda  siz  əndişələnməyə  bilərsiniz. 

Mən mister Uikhem və özüm barədə qayğı çəkərəm. Bir 

də əgər yalnız mən buna mane ola bilərəmsə, o, heç vəchlə 

mənə vurulmayacaq. 

— 

Elizabet, sən zarafata salmağa çalışırsan. 



— Üzr  istəyirəm.  Əvvəldən  başlayım.  Bu  saat  mən 

mister  Uikhemə  vurulmamışam.  Bunu  tam  əminliklə 

bəyan  edə  bilərəm.  Ancaq  o,  şübhəsiz  ki,  rastlaşdığım 

gənclərin  ən  yaraşıqlısıdır.  O  mənə  qarşı  ciddi  şəkildə 

meyil  hiss  etsəydi...  güman  edirəm  ki,  bu,  daha  yaxşı 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə