Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə38/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   34   35   36   37   38   39   40   41   ...   128

150 

 

olduğum həyat 



şəraiti sizi təmin etməyə bilər. De Bör ailəsi ilə əlaqələr 

və  sizin  ailə  ilə  qohumluq  mənim  cəmiyyətdəki 

mövqeyimə  xüsusilə  əlverişlidir.  Bir  də  sizin  bütün 

məziyyətlərinizə  baxmayaraq,  başa  düşməlisiniz  ki,  ərə 

getmək  üçün  əlinizə  yeni  fürsət  düşməyə  bilər.  Sizin 

cehizinizin  az  əhəmiyyətli  olması  gözəlliyinizin  və  sair 

müsbət  keyfiyyətlərinizin  bütün  cazibə  qüvvəsini azalda 

bilər. Ona görə də düşünürəm ki, ürəyinizin dərinliyində 

heç  də  mənə  rədd  cavabı  vermək  niyyətində  deyilsiniz. 

Mən sizin  cavabınızı gözəl  qadınlara xas  olan cazibədar 

işvəkarlıq  vasitəsilə  mənim  duyğularımı  daha  şiddətlə 

alovlandırmaq arzusu kimi izah etməyə meyilliyəm. 

— Sizi əmin edirəm ki, ser, mən ciddi adamın hissləri 

ilə  oynayaraq  uğur  qazanmağa  tamamilə  iddia  etmirəm. 

Hər  şeydən  çox  istərdim  ki,  siz  mənim  səmimiyyətimi 

qiymətləndirəsiniz.  Mən  bir  daha  etdiyiniz  nəzakətli 

təkliflə mənə şərəf verdiyinizə görə sizə minnətdarlığımı 

bildirirəm, ancaq onu qəbul etmək mənim üçün qətiyyən 

mümkünsüzdür. Mənim bütün duyğulanm buna qarşıdır. 

Mən  daha  aydın  ifadə  edə  bilərəmmi?  Mənə  sizi 

işvəkarlıq toruna salmış birisi kimi 

baxmağı  dayandırın  və  qarşınızda  həqiqəti  səmimi 

qəlbdən danışan məntiqli bir varlıq görməyə çalışın! 

— Siz, sadəcə, çox sevimlisiniz! — o, yersiz nəzakət 

nümayiş  etdirərək  səsləndi.  —  Əminəm  ki,  təklifimi 

möhtərəm  valideynləriniz  bəyənəndə  siz  ona  tamam 

iltifatla yanaşacaqsınız. 

downloaded from KitabYurdu.org




151 

 

Elizabet başa düşdü ki, mister Kollinzin özünəinamım 



azacıq  da  olsa  silkələmək  üçün  tamam  gücsüzdür.  O, 

dərhal otaqdan çıxdı və qərara aldı ki, bundan sonra bir də 

onun  rədd  cavabını  ümidverici  təşviq  kimi  qəbul  etsə, 

atasına  müraciət  etsin.  -  O,  davranışının  gözəl  qadının 

işvəkarlığı  kimi  yozulmasmdan  qorxmadan  Kollinzə 

kifayət qədər aydın şəkildə cavab verər. 

XX 

FƏSİL 


Mister  Kollinz  sevgi  uğurları  barədə  uzun  düşüncələrə 

dalası olmadı. Missis Bennet zalda danışıqların nəticəsini 

səbirsizliklə gözləyirdi. Qızı qapını taybatay açaraq qaçıb 

gedəndə o, Kollinzin yanına cumdu, onu və özünü tezliklə 

aralannda  baş  tutası  ən  yaxın  qohumluğa  görə  hərarətlə 

təbrik etdi. Mister Kollinz onun atəşin xitabına qulaq asdı 

və  eyni  vəcdlə  cavab  verdi,  sonra  isə  nəticəsindən 

tamamilə məmnun qaldığı söhbətin təfərrüatlarını danışdı. 

Əmisi  nəvəsinin  inadla  rədd  cavabı  verməsi,  gerçəkdən 

də, təbii olaraq onun utancaqlığı və təbiətinin lətifliyi ilə 

izah olundu. 

Hər  halda  bu  xəbər  missis  Bennetdə  müəyyən 

narahatlıq  doğurdu.  O  ümid  etmək  istəyirdi  ki,  Elizabet 

mister  Kollinzin  elçiliyini  onun  hisslərini  daha  da 

alovlandırmaq niyyəti ilə rədd edib. Fəqət buna inanmağa 

cürət  etmədi  və  narahatlığını  həmsöhbətindən  gizlədə 

bilmədi. 

— Amma  siz  mənə  güvənin,  əzizim!  —  o  dedi.  — 

Mən  onu  ağıllandıraram.  Elə  bu  dəqiqə  onunla  açıq 

danışacağam.  Nə  inadkar  və  özbaşına  qızdır  —  öz 

downloaded from KitabYurdu.org



152 

 

xoşbəxtliyini anlamır. Ancaq mən ona başa salacağam. 



— Xanım,  bağışlayın  ki,  sözünüzü  kəsməyi  özümə 

rəva görürəm, — mister Kollinz qeyd etdi. — Ancaq əgər 

o  doğrudan  da  inadkar  və  özbaşınadırsa,  mən  əmin 

deyiləm ki, o, ümumiyyətlə, mənim mövqeyimdə olan və 

təbii  ki,  nikah  ittifaqında  rifah  axtaran  adam  üçün 

münasib həyat yoldaşı olmağa qadirdir. Ona görə də əgər 

o bundan sonra da mənim təklifimi qəbul etməkdən imtina 

edəcəksə,  bəlkə  də  bizim  üçün  ən  yaxşısı  onu  buna 

məcbur 

etməməkdir? 



Qorxuram 

ki, 


bu 

sayaq 


naqisliklərdən iztirab çəkərkən o, çətin ki, məni xoşbəxt 

edə bilə. 

— 

Ah, ser, siz məni tamamilə yanlış anladınız, 



—  həyəcanlanmış  miss  Bennet  cavab  verdi.  —  Iizzi 

yalnız bu cür müstəsna hallarda inadkar olur. Bütün başqa 

vəziyyətlərdə  o,  dünyanın  ən  yumşaq  məxluqudur.  Mən 

bu saat mister 

Bennetlə  danışaram  və  sizə  zəmanət  verirəm  ki,  çox 

tezliklə hər şeyi yoluna qoyarıq. 

Kollinzə  cavab  vermək  imkanı  yaratmadan  o,  tez-

tələsik ərinin üstünə qaçdı, elə kitabxananın astanasmdaca 

səsləndi: 

— Ey,  mister  Bennet  siz  ləngimədən  mənə  kömək 

etməlisiniz!  Biz  hamımız  çaşqınlıq  içindəyik.  Qaçın  və 

Lizzini mister Kollinzə ərə getməyə vadar edin. Çünki o, 

onun arvadı olmağa razı deyil. Siz elə bu dəqiqə müdaxilə 

etməsəniz,  o,  fikrini  dəyişə  bilər  və  onun  əri  olmaq 

istəməz. 

downloaded from KitabYurdu.org




153 

 

Onun göründüyü vaxt mister Bennet kitabdan ayrıldı 



və verdiyi xəbərdən azacıq da olsun həyəcanlandığını heç 

nə ilə göstərmədən sakit şəkildə həyat yoldaşına baxdı. 

— Təəssüf  ki,  əzizim,  sizin  sözlərinizin  mənasını 

qavramaq  məmnunluğuna  malik  olmadım,  —  o,  xanımı 

susduqda 

dedi, — nə barədə danışırsınız? 

— Mister Kollinz və Lizzi haqqında. Lizzi bildirib ki, 

o, mister Kollinzə ərə getmək istəmir, mister Kollinz isə 

artıq Lizzi ilə evlənmə fikrindən daşınmaq üzrədir. 

— Bu halda mən nə edə bilərəm? Məsələ kifayət qədər 

ümidsiz görünür. 

— Siz  Lizzi  ilə  danışmalısınız!  Ondan  tələb  edin  ki, 

ona ərə getsin. 

— 

Qoy  onu  bura  çağırsınlar.  Mən  ona  öz  fikrimi 



deyərəm.  Missis  Bennet  zəng  çaldı  və  Elizabet 

kitabxanaya dəvət 

olundu. 

— 

Yaxın  gəl,  övladım,  —  qız  içəri  girəndə  atası 



dilləndi. 

— Səni vacib işdən ötrü çağırdım. Başa düşdüyüm qədər 

mister  Kollinz  sənə  ona  ərə  getməyi  təklif  edib.  Bu 

doğrudurmu? Elizabet təsdiqləyiri cavab verdi. 

— 

Çox yaxşı. Sən də ona rədd cavabı verdin? 



— 

Bəli, ser. 

— Çox  gözəl.  İndi  biz  əsas  məsələnin  üstünə  gələk. 

Sənin  anan tələb edir ki,  sən bu təklifi qəbul  edəsən,  — 

düzdürmü, missis Bennet? 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə