Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə39/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   35   36   37   38   39   40   41   42   ...   128

154 

 

— 



Bəli. Yoxsa mən onu bir daha görmək istəmirəm. 

— Beləliklə,  qızım,  sən  faciəvi  seçim  qarşısında 

qoyulmusan.  Bu  dəqiqədən  etibarən  valideynlərinin 

birindən 

məhrum olursan. Mister Kollinzə ərə getməsən, anan səni 

görmək  istəmir,  onun  təklifi  ilə  razılaşarsansa,  mən  bir 

daha üzünə baxmayacağam. 

Elizabet  bu  qədər  təntənə  ilə  başlayan  söhbətin  belə 

yekunlaşmasına görə özünü gülməkdən saxlaya bilmədi. 

Ancaq ərinin məsələyə onun kimi baxdığını özünə təlqin 

etmiş missis Bennet çox narahat oldu. 

— Siz bu sayaq düşünərkən nəyi nəzərdə tutursunuz, 

mister  Bennet?  Məgər  siz  mənə  bu  qızcığazı  ona  ərə 

getməyə vadar edəcəyinizi vəd etmədiniz? 

— Əzizim,  —  əri  cavab  verdi,  —  mənim  sizdən  iki 

kiçik  xahişim  var.  Birincisi,  istərdim  ki,  hazırkı 

vəziyyətdə  mənə  sağlam  düşüncəmdən  sərbəst  şəkildə 

istifadə etməyə icazə verəsiniz, ikincisi isə öz otağımdan. 

Mənə  çox  xoş  olardı  ki,  kitabxana  mümkün  qədər  tez 

sərəncamımda olsun. 

Missis 

Bennet 


əri  sarıdan  məyus  olmasına 

baxmayaraq,  yenə  də  təslim  olmağa  hazırlaşmırdı.  O, 

Elizabetlə təkrar-təkrar danışır, hey dilətutmadan təhdidə 

keçirdi.  Missis  Bennet  Ceyndən  sözünə  qüvvət  almağa 

çalışdı, ancaq Ceyn, ona xas 

olan  həlimliklə  məsələyə  qarışmaqdan  imtina  etdi. 

Elizabet anasının həmlələrini gah tam ciddiyyətlə, gah da 

zarafat  etməyə  cəhd  göstərərək  dəf  edirdi.  Ancaq  o, 

downloaded from KitabYurdu.org



155 

 

cavablarının  formasını  nə  qədər  dəyişsə  də,  qərarı 



dəyişməz qalırdı. 

Bu  arada  mister  Kollinz  təklikdə  bu  səhər  başına 

gələnləri düşünüb-daşındı. O öz şəxsiyyəti barədə o qədər 

yüksək fikirdəydi ki, əmisi nəvəsinin onun evlilik təklifini 

qəbul  etmək  istəməməsinin  səbəbini  anlaya  bilmirdi. 

Onun  qıza  meyli  yalnız  təxəyyülündəydi.  Anasının 

Elizabetə ünvanladığı qınaqların tamamilə haqlı olduğunu 

güman  edərək  o,  çətin  ki,  izdivacın  alınmamasına 

təəssüflənəydi. 

Şarlotta  Lukas  gələndə  Bennet  ailəsi  çaşqınlıq 

içindəydi.  Zalda  onu  Lidiya  qarşıladı.  Qonağa  tərəf 

cuman qız pıçıltı ilə bildirdi: 

—  Nə  yaxşı,  gəldin.  Burda  nələr  baş  verir,  nələr! 

Düşünə  bilərsənmi,  bu  gün  səhər  nə  baş  verdi?  Mister 

Kollinz Lizziyə evlilik təklifi etdi, o isə rədd cavabı verdi! 

Şarlottanın  cavab  verməyə  macal  tapmasından  az 

öncə  Kitti  qaçaraq  zala  gəldi  və  dərhal  eyni  xəbəri 

paylaşdı. Qızlar ev 

sahibəsinin  tək-tənha  oturduğu  səhər  yeməyi  otağına 

girdikləri  vaxt  missis  Bennet  yenidən  eyni  mövzuda 

söhbət  açdı,  miss  Lukasa  yalvardı  ki,  Lizzinin, nəhayət, 

ailənin  istəklərinə  güzəştə  getməsindən  ötrü  rəfiqəsinə 

təsir göstərsin. 

— Allah  xatirinə,  əziz  miss  Lukas,  bunu  edin,  —  o, 

dalğın- dalğın əlavə etdi. — Heç kim məni dəstəkləmir. 

Heç  kimdə  mərhəmət  görmürəm,  hamı  özünü  qəddar 

aparır.  Heç  olmasa  kimsə  mənim  korlanmış  əsəblərimi 

downloaded from KitabYurdu.org




156 

 

düşünsün! 



Şarlottanın  cavab  verməsinə  Ceyn  və  Elizabetin 

görünməsi mane oldu. 

— Bax, bu da o özü, — missis Bennet davam etdi, — 

elə  bil  suda  ördəkdir.  Biz  onun  vecinə  deyilik,  sanki 

haradasa Yorkda yaşayırıq. Təki ona dəyməsinlər! Ancaq 

eşidin,  görün  nə  deyirəm,  əziz  Lizzi:  əgər  beyninizə 

qoymusunuzsa  ki,  bundan  sonra  da  kim  olur  olsun,  sizə 

elçi düşən hər bir damadı rədd edəcəksiniz, o zaman heç 

ərə  getməyəcəksiniz. Sizə and içirəm  ki,  atanız öləndən 

sonra sizin qayğınıza kimin qalacağı mənə məlum deyil. 

Buna  mənim  gücüm  çatmayacaq,  yadda  saxlayın.  Bu 

gündən mən sizinlə qurtardım. Daha sizinlə 

danışmayacağam  —  bunu  artıq  kitabxanada  da  sizə 

demişəm.  Əmin  olun  ki,  mən  sözümün  üstündə  dura 

biləcəyəm. Naşükür övladla danışmaqdan nə zövq almaq 

olar? Ümumiyyətlə, nəyin xatirinə onunla danışım? Xəstə 

əsəbləri olan insanlar danışmağa o qədər də meyilli olmur. 

Heyhat,  mənim  əzablanmı  başa  düşmürlər!  Ancaq  buna 

təəccüblənmək  olmaz.  Şikayət  etməyən  mərhəmət 

görməz. 


Qızlar bu sicilləməni susaraq dinlədilər, bilirdilər ki, 

analarını  sakitləşdirmək  üçün  istənilən  cəhdləri  yalnız 

onun qıcıqlanmasın! artıracaq. Ona görə də missis Bennet 

ta adi vaxtda olduğundan daha təşəxxüslü görünən mister 

Kollinz  ona  qoşulana  qədər  taleyindən  şikayətlənməkdə 

davam etdi. Onu görən kimi missis Bennet qızlara dedi: 

—  İndi  isə  istəyirəm  ki,  siz,  bəli,  bəli,  siz  hamınız 

downloaded from KitabYurdu.org




157 

 

dilinizi  dinməz  saxlayasınız  və  imkan  verəsiniz  ki,  heç 



olmasa mister Kollinzlə bir az könlümüzcə söhbət edək. 

Elizabet  otaqdan  çıxdı,  Ceyn  və  Kitti  onun  ardınca 

getdilər,  Lidiya  isə  mümkün  olan  hər  şeyi  eşitmək 

qəranna  gələrək  yerindən  tərpənmədi.  Şarlotta  əvvəlcə 

mister Kollinzin iltifatına 

cavab vermək üçün ləngidi - Kollinz təfərrüatlı bir şəkildə 

ondan bütün doğmalarını soruşdu və özünün cansağlığı ilə 

maraqlandı.  Daha  sonra  Şarlotta  marağa  boğularaq 

pəncərəyə  tərəf  getdi  və  özünü  elə  göstərdi  ki,  guya 

buradan heç nə eşidilmir. 

Missis  Bennet  hazırlamış  olduğu  söhbətə  əzabkeş 

harayla başladı: 

— 

Ah, mister Kollinz! 



— Xanım,  —  o,  cavab  verdi,  —  daha  bu  mövzuya 

toxunmayaq.  Mən  qızınızın  davranışından  inciməkdən 

uzağam, — o, məlum incikliyini bəlli edən tonla davam 

etdi.  —  Qaçılmaz  şər  qarşısında  boyun  əymək  bizim 

ümumi borcumuzdur. Mənim kimi cəmiyyətdə irəliləmək 

xoşbəxtliyinə erkən nail olmuş gənc adama bu, daha çox 

yaraşır.  Ona  görə  də  mən  özümü  itaətə  məcbur  edirəm. 

Bəlkə də gözəl əmim nəvəsi mənə könül versəydi (buna 

şübhəm  yaranıb),  çox  asanlıqla  gerçək  xoşbəxtliyimi 

tapardım. Çünki mən tez-tez müşahidə edirəm ki, itaət heç 

vaxt məhrum olduğumuz yaxşı bir şeyin təsəvvürümüzdə 

öz dəyərini itirməyə başladığı vaxt olduğu 

qədər  tam  olmur.  Ümidvaram  ki,  xanım,  sizi  və  mister 

Benneti  mənə  görə  öz  valideynlik  hakimiyyətinizdən 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə