Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə42/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   38   39   40   41   42   43   44   45   ...   128

166 

 

də, tamamilə müstəqil adam olan mister Binqliyə təsir edə 



bilər. 

O, Ceyni öz sözünün düzgünlüyünə o qədər hərarətlə 

inandırdı  ki,  tezliklə  sözlərinin  ona  müsbət  təsir 

göstərdiyini sevinclə müşahidə etdi. Ceyn təbiəti etibarilə 

ruh  düşkünlüyünə  meyilli  idi  və  bacısı  onda  ürkək  və 

hərdən şübhələrlə tündləşən ümid işıltıları  yarada bildi  - 

mister Binqli Nezerfildə qayıdacaq və onun ürəyinin hər 

döyüntüsünə cavab verəcək. 

Onlar  qərara  gəldilər  ki,  analarına  yalnız  mister 

Binqlinin  bacılarının  Nezerfilddən  getdiklərini  desinlər, 

gənc  oğlanın  özünün  niyyətləri  barədə  isə  heç  nə 

danışmasınlar. Ancaq bu yanmçıq məlumatlar da missis 

Bennetin kefini olduqca pozdu. O, acı-acı miss Binqli və 

missis Hörstü, onların ailələrinin bu qədər yaxınlaşdığı bir 

vaxtda getməyə məcbur edən fatal 

şərtlərin  üst-üstə  gəlməsindən  şikayətləndi.  Fəqət  bir 

müddət  dərdli-dərdli  danışdıqdan  sonra  o,  mister 

Binqlinin  tezliklə  qayıdacağı  və  Lonqbornda  nahar 

edəcəyi fikri ilə təsəlli tapdı. Sakitləşdikdən sonra missis 

Bennet  son  olaraq  bildirdi  ki,  bu  gənc  olsa-olsa  ailə 

yeməyinə  dəvət  olunsa  da,  o,  həmin  gün  yeməklərin 

sayının süfrədə iki dəfə artıq olmasının qayğısına qalmaq 

üçün əlindən gələni edəcək. 

XXII 


Bennetlər  Lukaslara  nahara  dəvət  edilmişdilər  və  miss 

Lukas  yenə  o  qədər  mehriban  idi  ki,  günün  böyük 

hissəsini  mister  Kollinzin  izhannı  dinlədi.  Elizabet 

downloaded from KitabYurdu.org




167 

 

fürsətdən  istifadə  edərək  rəfiqəsinə  minnətdarlığını 



bildirdi. 

— Səninlə danışarkən o, əla ovqatda olur, — dedi. — 

Mən bu köməyə görə sənə çox borcluyam. 

Şarlotta onu inandırdı ki, öz dostlanna faydalı olmaq 

ona xoşdur. Onun etdiyi bütün bu hərəkətlər çox xoş idi. 

Ancaq  Şarlottanın  bu  nəcibliyi  Elizabetin  təsəvvür  edə 

bilməyəcəyi qədər genişləndi. O nə az, nə çox, rəfiqəsini 

Kollinzin  bərpa  oluna  biləcək  girişmə  təhdidlərindən 

birdəfəlik  xilas  etmək  üçün  onları  özünə  yönəltməyi 

nəzərdə tuturdu. Bu iş onda çox uğurla irəlilədi. Şarlotta 

kavaleri ilə ayrıldığı axşam artıq şübhə etməyə bilərdi ki, 

Kollinzin Hartfördşirdə qalmaq müddəti qısa olmasaydı, 

demək  olar  ki,  məqsədinə  çatardı.  Ancaq  o,  Kollinzin 

xasiyyətindəki birbaşalığı və yeyinliyi doğru-dürüst 

qiymətləndirə  bilmədi.  Bu,  xasiyyətinin  sayəsində  o, 

ertəsi  gün  səhər  heyrətamiz  bir  çevikliklə  Lonqborndan 

sivişib  çıxdı  və  Lukas  Loca  Şarlottanın  ayaqlanna 

qapanmağa tələsdi. O, evdən gizli şəkildə çıxmağa çalışdı, 

qorxurdu ki, onun gedişi fərq edilər. Kollinz niyyətlərini 

uğurla sonuclanana qədər sirr olaraq saxlamaq istəyirdi və 

onların üstünün vaxtından əvvəl açılacağından çəkinirdi. 

Çünki işlərin gedişi, demək olar, şübhə etməsə də (bu, heç 

də əsassız deyildi, Şarlotta ona kifayət qədər üz vermişdi), 

son baş verənlərə görə onda məlum inamsızlıq yaratmışdı. 

Lakin o özü üçün ən iltifatlı şəkildə qəbul edildi. Kollinz 

Lukas  Loca  yaxınlaşanda  onu  yuxan  mərtəbədən  görən 

miss Lukas evdən qaçaraq çıxdı ki, bağ cığınnda onunla 

downloaded from KitabYurdu.org




168 

 

guya  ki,  təsadüfən  qarşılaşsın.  Ancaq  çətin  ki,  o,  görüş 



yerində  onu  necə  eşq  bəlağətinin  gözlədiyini  güman 

etməyə cürət göstərərdi. 

Hər  ikisinin  məmnunluğuna  görə,  gənclər  hər  şey 

barədə,  mister  Kollinzin  uzun  ifadələrinin  yol  verdiyi 

qədər  tez  razılaşdılar.  Onlar  evə  girəndə  o,  artıq  israrla 

yalvanrdı  ki,  fani  bəndələrin  onu  ən  xoşbəxti  edəcəyi 

günü təyin etsin. Hazırda bu arzusu hələ təmin olunmuş 

olmasa da, qız heç də öz kavalerinin 

xoşbəxtliyinə  yüngülməcazlıqla  yanaşmağa  meyilli 

deyildi.  Damadın  anadangəlmə  axmaqlığı  toyqabağı 

dövrü bütün cazibəsindən məhrum edirdi. Adətən qızlar o 

cazibəyə  görə  bu  dövrün ömrünün daha çox uzanmasını 

istərlər.  Kollinzə  yalnız  öz  taleyini  qurmaq  üçün  ərə 

getməyə  razılaşan  miss  Lukas  üçün  planının  məhz  nə 

zaman həyata keçəcəyinin fərqi yox idi. 

Ləngidilmədən  ser  Uilyam  və  ledi  Lukasın  razılığı 

istənildi və onlar dərhal razılıq verdilər. Mister Kollinzin 

hazırda  tutduğu  mövqe  bu  büsatı  onların  qızı  üçün 

olduqca  uğurlu  edirdi  və  buna  görə  çox  az  cehiz  verə 

bilərdilər.  Buna  rəğmən  onun  gələcəkdə  varlanacağı 

gözlənilirdi!  Ledi  Lukas  bu mövzuya nə  vaxtsa  əvvəllər 

duyduğundan  qat-qat  artıq  maraqla  mister  Bennetin 

bundan sonra nə qədər ömrünün qaldığını qiymətləndirdi, 

ser Uilyam isə tam əminliklə bəyan etdi ki, mister Kollinz 

Lonqborn  malikanəsinə  sahib  olanda  o  və  arvadı  Sent-

Ceyms  sarayında  görünə  bilərlər.  Kəsəsi,  bütün  ailənin 

sevincinin həddi yox idi. Kiçik bacılar inanırdılar ki, onlar 

downloaded from KitabYurdu.org




169 

 

əvvəl  ümid  etdiklərindən  bir-iki  il  tez  cəmiyyət  arasına 



çıxaracaqlar.  Qardaşlar  Şarlottanm  qanmış  qız  kimi 

öləcəyindən 

qorxmalarına  son  verdilər.  Qızın  özü  isə  kifayət  qədər 

sakit görünürdü. O, məqsədinə çatmışdı və indi yaranmış 

vəziyyəti  götür-qoy  etməyə  çalışırdı.  Onun  əldə  etdiyi 

nəticələr əsasən qaneedici idi. Əlbəttə, mister Kollinzi nə 

ağıllı, nə də yaraşıqlı adam hesab etmək olardı; onunla bir 

arada olmaq ağır idi, Kollinzin ona bağlılığı isə şübhəsiz 

ki, uydurmaydı. Bununla belə, Kollinz onun əri olacaqdı. 

Şarlottanm nikah və ümumiyyətlə, kişilər barədə yüksək 

fikirdə  olmamasına  rəğmən,  ərə  getmək  həmişə  onun 

məqsədi olmuşdu. Yalnız bu varlı olmayan savadlı qadına 

ləyaqətli ictimai mövqe yaradırdı. Qadın bu evlilikdə öz 

səadətini  tapa  bilməsə  də,  ən  azı  ehtiyaclardan  müdafiə 

olunurdu.  İndi  belə  bir  müdafiəni  o  əldə  edirdi. 

Cazibədarlıqdan məhrum iyirmi  yeddi  yaşlı qız bəxtinin 

nə  qədər  gətirdiyini  gözəl  başa  düşürdü.  Qarşıda  duran 

nikahın ən xoşagəlməz cəhəti Şarlottanm xüsusilə dostluq 

etdiyi  Elizabet  Bennetin  buna  necə  yanaşacağı  ilə  bağlı 

ürəyinə daman hisslər idi. Bu xəbər rəfiqəsinə tamamilə 

inanılmaz görünməli idi və ola bilər onun sərt mühakiməsi 

ilə  qarşılanacaqdı.  Bu  durum  Şarlottanm  qərarlılığmda 

tərəddüd 

yaratmayacaqdısa  da,  hər  halda  ona  dərin  mənəvi  yara 

vura bilərdi. O, hər şey haqqında rəfiqəsinə özü danışmaq 

istəyirdi,  ona  görə  də  mister  Kollinzdən  tələb  etdi  ki, 

nahara  Lonqborna  qayıdarkən  olub-bitənlər  barədə  bir 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə