Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə44/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   40   41   42   43   44   45   46   47   ...   128

174 

 

alçaltmasına,  onun  nəzərindən  salmasına  görə  yaranan 



ağrı-acı  onun  bədbəxt  taleyinə  qara  əminliklə  bir  az  da 

kəskinləşdi. 

XXIII 

Elizabet anası və bacılan ilə oturub eşitdiyi yenilik barədə, 



eləcə  də  bu  haqda  öz  doğmalanna  danışmaq  haqqının 

olub- olmadığını düşündüyü vaxt ser Uilyam Lukasın özü 

Lonqborna  gəldi.  Şarlotta  onu  göndərmişdi  ki,  Bennet 

ailəsinə  qızının  onların  qohumu  ilə  nişanlandığını  elan 

etsin. 

Öz 


nitqini 

onlara 


ünvanlanan 

çoxlu 


komplimentlərlə  bəzəyən  və  dəfələrlə  özünü  onların 

ailələrilə  qohumlaşmağa  məhkum  olmaları  münasibətilə 

təbrik edən ser Uilyam heyrətlənən və etimad bəsləməyən 

dinləyicilərə  baş  vermiş  hadisə  barədə  danışdı.  Missis 

Bennet həddən artıq özünə arxayın və bir elə də nəzakətli 

olmayan  tərzdə  qeyd  etdi  ki,  o,  dərindən  yanılır.  Hər 

zaman  təmkinsiz  və  tez-tez  kəskin  danışan  Lidiya  isə 

səsləndi: 

—  İlahi!  Ser  Uilyam,  siz  belə  bir  cəfəngiyatı  necə 

danışa bilirsiniz? Məgər siz bilmirsiniz ki, mister Kollinz 

Lizzi ilə evlənmək istəyir? 

Bu sayaq hərəkətlərə qıcıqlanmadan dözməkdən ötrü 

gerçək saray mənsubunun nəzakəti tələb olunurdu. Ancaq 

ser  Uilyam  elə  yaxşı  tərbiyə  almışdı  ki,  soyuqqanlı 

qalmağı  bacardı.  O,  məlumatının  mötəbərliyinə  onları 

inandıraraq, ünvanına səslənən bütün kəskin qeydləri tam 

yumşaqlıqla içəri ötürdü. 

Elizabet Uilyamm xoşagəlməz vəziyyətdən çıxmasına 

downloaded from KitabYurdu.org



175 

 

kömək  etməyi  özünə  borc  saydı  və  onun  sözlərini 



təsdiqləyərək bildirdi ki, bu barədə daha əvvəl Şarlottanm 

özündən  hər  şeyi  öyrənib.  Anasının  və  kiçik  miss 

Bennetlərin təəccüblü səs- sədalarmı kəsmək üçün o, ser 

Uilyama  xitab  edərək  təbriklərini  çatdırdı  və  az  sonra 

böyük  bacısı  Ceyn  də  səmimi  qəlbdən  ona  qoşuldu. 

Elizabet təbriklərini damada və gəlinə xoşbəxtlik arzuları 

ilə  müşayiət  etdirdi,  eləcə  də  mister  Kollinzin  əla 

xasiyyəti  və  Hansfordun  Londona  yaxınlığı  barədə  bir 

neçə cümlə dilə gətirdi. 

Missis Bennet gerçəkdən də elə güclü sarsılmışdı ki, 

ser  Uilyam  gedənə  qədər:  demək  olar,  bir  kəlmə  də 

danışmadı. Əvəzində o gedən kimi, qadının hissləri dərhal 

üzə  çıxdı.  Birincisi,  o,  israr  etməyə  başladı  ki,  bu, 

tamamilə inanılmaz bir 

şeydir. İkincisi, o, şübhə etmədi ki, onlar mister Kollinzi 

barmaqlanna  dolayıblar.  Üçüncüsü,  o,  əmin  idi  ki,  bu 

nikah ona xoşbəxtlik gətirməyəcək. Nəhayət, dördüncüsü, 

ona  aydın  idi  ki,  bu  nişan  pozulacaq.  Bütün  bunlardan, 

təbii  ki,  iki  nəticə  çıxırdı.  Birincisi  -  bütün  bəlaların  əsl 

günahkan Elizabetdir, ikincisi - evdə hamı onunla, sadəcə, 

acımasız davranır. Hər iki durum onun bütün gün ərzində 

dediklərinin  təməli  oldu.  Onu  sakitləşdirmək  və  təsəlli 

vermək  olmazdı.  Narazılığı  isə  bir  günə  sığışmadı. 

Elizabetin  üzünə  baxması,  ona  töhmət  yağdırmaması 

üçün  aradan  bir  həftə,  ser  Uilyam  və  ledi  Lukasla  öz 

nitqində  tikanlara  yol  vermədən  danışması  üçün  bir  ay, 

Şarlottam bağışlamaq imkanı tapması üçün isə neçə-neçə 

downloaded from KitabYurdu.org




176 

 

aylar  keçdi.  Mister  Bennet  olaya  olduqca  sakit  yanaşdı. 



Onun  sözlərinə  görə,  bu  hadisə  ona  hətta  xeyli 

məmnunluq bəxş edib. Onu xüsusilə sevindirirdi ki, ağıllı 

qız  saymağa  adət  etdiyi  Şarlotta  Lukasın  ağlının  onun 

arvadının ağlından çox olmaması, hətta öz qızmmkmdan 

az olması bəlli olub. 

Ceyn  etiraf  etməyə  bilmədi  ki,  mister  Kollinzin  təkrar 

elçiliyi  onu  xeyli  sarsıdıb.  Ancaq  o,  heyrəti  barədə  az 

danışdı, 

daha  çox  damad  və  gəlinə  xoşbəxtlik  arzuladı.  Hətta 

Elizabet də onu inandırmaq qüdrətində deyildi bu nikahın 

xoşbəxtlik  gətirəcəyinə.  Kitti  və  Lidiyanın  ağıllarına  da 

gəlmirdi  ki,  miss  Lukasa  həsəd  aparsınlar,  çünki  mister 

Kollinz, olsa-olsa, rahib idi. Onlar üçün bu nişan Meriton 

üzrə yayılmalı olan xəbərlərdən biri idi. 

Öz növbəsində, ledi Lukas qızının uğurlu evliliyi ilə 

bağlı  qonşusunun  qarşısında  lovğalanmaq  imkanı 

qazandığına  görə  özünü  qalib  ədası  sərgiləməkdən 

saxlaya  bilmirdi.  O,  xoşbəxt  yaşantılarını  bölüşməkdən 

ötrü  əvvəlki  vaxtlarda  olduğundan  daha  tez-tez 

Lonqborna  baş  çəkirdi,  ev  sahibəsinin  qaşqabaqlı 

baxışlarının və acıdil atmacalarının istənilən şəxsin kefini 

poza bilmək gücündə olduğuna da baxmırdı. 

Elizabet və Şarlotta arasında onları bu incə mövzudan 

yan ötməyə məcbur edən gərginlik yaranmışdı və Elizabet 

əmin  idi  ki,  daha  heç  vaxt  bir-birinə  əvvəlki  etimadla 

yanaşa  bilməyəcəklər.  Rəfiqəsi  sandan  məyus  olan 

Elizabet dürüstlüyü və nəcibliyi, sözsüz, heç bir halda ona 

downloaded from KitabYurdu.org




177 

 

qarşı dəyişməyən Ceynə daha böyük bağlılıq hiss edirdi. 



O, gündən-günə bacısının 

xoşbəxtliyi  üçün  daha  çox  narahat  olurdu.  Binqlinin 

gedişindən  artıq  bütöv  bir  həftə  ötmüşdü,  ancaq  onun 

barəsində heç bir xəbər-ətər yox idi. 

Ceyn yubatmadan Kerolaynın məktubuna cavab yazdı 

və  indi  rəfiqəsindən  yeni  xəbərin  nə  vaxt  gələcəyini 

təxmin 

edirdi. 


Mister 

Kollinzdən 

vəd 

edilmiş 


minnətdarlıq məktubu həftənin ikinci günü alındı. Məktub 

mister  Bennetə  ünvanlanmışdı  və  onun  məzmunu  adi 

adamın  yad  bir  ailədə  ən  azı  bütöv  bir  il  boyunca 

yaşamasının  yarada  biləcəyi  dərin  minnətdarlıq 

ifadəsindən  ibarət  idi.  Kollinz  öz  borcunu  yerinə 

yetirərək,  ən  bəlağətli  bir  tonla  xəbər  verirdi  ki,  onlann 

qonşularının gözəl qızı miss Lukasın rəğbətini qazanmağa 

müvəffəq olub. O, əlavə edərək yazırdı ki, yalnız onunla 

bir  arada  olmaq  məmnunluğundan  ötrü  Lonqbornu  bir 

daha  ziyarət  dəvətini  bu  cür  həvəslə  qəbul  edib  və 

vəziyyət  əlverişli  olarsa,  iki  həftədən  sonra  bazar  ertəsi 

gələcək. Çünki Kollinzin yazdığına görə, ledi Ketrin onun 

gözlənilən evliliyini bütün qəlbilə bəyənir və arzu edir ki, 

nikah mərasimi mümkün qədər tez olsun. Bu durum

şübhəsiz ki, istəkli Şarlottası üçün onu fani bəndələrin ən 

bəxtəvəri edəcəyi günün yaxınlaşmasına çox tutarlı dəlil 

olacaq. 

Mister  Kollinzin  Hartfördşirə  qayıtması  artıq  miss 

Benneti  sevindirə  bilməzdi.  Əksinə,  indi  arzuolunmaz 

qonağın gəlişinə görə narazılığının səbəbləri ərininkindən 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə