Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə43/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   39   40   41   42   43   44   45   46   ...   128

170 

 

kəlmə  də  danışmasın.  Sirri  saxlamaq  vədi,  əlbəttə  ki, 



böyük həvəslə verildi. Ancaq onu yerinə yetirməyin asan 

olmadığı  məlum  oldu.  Mister  Kollinzin  uzun  müddət 

ortalıqda  olmaması  Bennetlər  ailəsində  elə  bir  maraq 

doğurmuşdu  ki,  o,  Lonqborna  qayıtdıqdan  sonra  çox 

ətraflı  sorğu-suala  tutuldu.  Suallardan  yayınmaq  ondan 

müəyyən  yaradıcılıq  və  eyni  zamanda  fədakarlıq  tələb 

edirdi.  Çünki  onlann  qarşısında  öz  sevgi  uğurları  ilə 

öyünməyi çox istəyirdi. 

Mister  Kollinz  Lonqbornu  səhər  erkən  tərk  etməli 

olduğundan  yola  çıxarkən  Bennetlər  ailəsindən  kimisə 

görməyəcəyi ilə əlaqədar vidalaşma mərasimi xanımların 

yatmağa getməsindən əvvəl baş verdi. Bu zaman missis 

Bennet ən nəzakətli və mehriban şəkildə ona dedi ki, işləri 

imkan verdiyi vaxt o, yenidən onların ziyarətinə gəldikdə 

onu Lonqbornda görməkdən çox şad olacaq. 

Mister Kollinz cavab verdi: 

— Sizin  dəvətinizi  mən  xüsusilə  dəyərləndirirəm, 

çünki  qalmağı  arzulayırdım. Ona  görə də şübhə  etməyə 

bilərsiniz  ki,  mənim  üçün  imkan  yaranan  kimi  ondan 

istifadə edəcəyəm. 

Onun cavabı hamını heyrətləndirdi. Kollinzin tezliklə 

qayıdışının hamıdan daha çox sərf etmədiyi mister Bennet 

ləngimədən dedi: 

— Ser,  bunun  ledi  Ketrinin  narazılığına  səbəb 

olacağından 

narahat 


olmursunuzmu? 

Qohumluq 

əlaqələrinə etinasızlıq öz rəhbərinizi incik salmaqla riskə 

getməkdən daha yaxşıdır. 

downloaded from KitabYurdu.org



171 

 

— Dostcasına xəbərdarlığa görə, ser, sizə həddən artıq 



minnətdaram, — mister Kollinz cavab verdi. — Əlbəttə, 

əmin- arxayın olun, bu qədər məsuliyyətli addımı lütfkar 

xanımın icazəsi olmadan atmaram. 

— Çətin  ki,  siz  həddən  artıq  ehtiyatlı  olasınız.  Nə 

lazımdırsa, qurban verin, yalnız ona azacıq narazılıq üçün 

bəhanə  verməyin.  Əgər  görsəniz  ki,  belə  bir  bəhanə 

Lonqborna yeni səfərinizə görə baş qaldırır — mən bunu 

tamamilə 

mümkün  sayıram  —  o  zaman  sakitcə  evdə  qalın. 

Əndişələnməyin, biz heç cür sizdən incimərik. 

—  İnanın,  əziz  ser,  siz  şəxsimə  bu  qədər  müstəsna 

diqqətinizə  görə  məndə  ən  hərarətli  minnətdarlıq 

duyğulan  oyatdınız.  Bilin  ki,  siz  tezliklə  öz  itaətkar 

nökərinizdən  Hartfördşirdə  olduğum  zaman  mənə 

göstərilmiş  bu  və  bütün  başqa  diqqət  işarələrinə  görə 

minnətdarlıq məktubu alacaqsınız. Gözəl əminəvələrimə 

gəlincə, mənim burada olmamağım bunu gərəkli edəcək 

qədər uzun sürməyəcəksə də, yenə, əmim nəvəsi Elizabeti 

istisna  etmədən,  onlara  cansağlığı  və  firavanlıq 

arzulamağı özümə rəva görürəm. 

Bunun  ardınca  xanımlar  onun  tezliklə  Lonqborna 

qayıtmaq  niyyətindən  eyni  dərəcədə  təəccüblənərək 

uzaqlaşdılar.  Missis  Bennet  Kollinzin  bu  niyyətini  özü 

üçün  belə  izah  etmək  istədi  ki,  o,  diqqətini  onun  kiçik 

qızlarından birinə yönəltməyi nəzərdə tutur. Meri, yəqin 

ki,  onun  təklifini  qəbul  etməyə  razılaşardı.  Meri  onun 

qabiliyyətini  bacılarından  daha  yüksək  qiymətləndirir, 

downloaded from KitabYurdu.org




172 

 

tez-tez  onun  mühakimələrinin  əsaslı  olmasına  heyran 



qalırdı. Onun ağlını özününkünə tən 

saymayan  qız  düşünürdü  ki,  Kollinz  ondan  nümunə 

götürərək,  özünü  təkmilləşdirməklə  məşğul  olsa,  onunla 

bir  arada  olmağa  layiq  ola  bilərdi.  Heyhat,  bu  sayaq 

ümidlərin  hamısı  elə  ertəsi  gün  səhər  dağıldı.  Səhər 

yeməyindən bir az sonra miss Lukas evdə peyda oldu və 

Elizabeti  təkliyə  çəkərək  bu  ərəfədə  baş  vermiş 

nişanlanma barədə ona xəbər verdi. 

Mister  Kollinzin  özünü  Şarlottaya  vurulmuş  kimi 

təsvir  etməsi  fikri  Elizabetin  beyninə  necəsə  gəlmişdi. 

Ancaq onun qənaətinə görə, rəfiqəsi mister Kollinzi onun 

etdiyindən  artıq  təşviq  etməzdi.  Ona  görə  də  Elizabetin 

heyrəti  o  qədər  böyük  oldu  ki,  o,  ilk  anda,  bütün  ədəb 

qaydalan həddini pozaraq səsləndi: 

— Mister Kollinzlə nişanlanmısan? Şarlotta, əzizim, 

bu ağlasığmazdır! 

Bu  cür  birbaşa  məzəmmətin  təsiri  altında  ona  bu 

yeniliyi  nəql  edən  miss  Lukasın  tövrü  bir  anlıq  dəyişdi, 

qız özünü itirdi. Ancaq Elizabetin nidası onun rəfiqəsinin 

əvvəlcədən  hazırlaşmış  olduğu  əndazəni  aşmadı  və  o, 

özünü ələ alaraq sakit halda dedi: 

— Doğrudanmı  bu  səni  belə  təəccübləndirir,  əziz 

Eliza? Məgər səninlə uğursuzluğa məruz qaldıqdan sonra 

mister  Kollinzin  hansısa  bir  qadının  diqqətinə  layiq 

olması inanılmazdır? 

Elizabet ayıldı və özünü ələ alaraq, tamamilə inamlı 

bir səslə rəfiqəsi ilə qohum olmaqdan sevindiyini dedi və 

downloaded from KitabYurdu.org




173 

 

ona hər cür firavanlıq arzuladı. 



— Mən sənin bu saat nə hiss etməli olduğunu təsəvvür 

edirəm,  —  Şarlotta  dedi.  —  Sən,  ehtimal  ki, 

heyrətlənmisən,  hədsiz  dərəcədə  heyrətlənmisən!  Axı 

hələ  bu  yaxınlarda  mister  Kollinz  səninlə  evlənmək 

istəyirdi.  Ancaq  sən  hər  şeyi  götür-qoy  etdikdə, 

ümidvaram 

ki, 

mənim 


ağıllı  hərəkət  etdiyimi 

anlayacaqsan.  Bilirsən  ki,  mən  romantikadan  nə  qədər 

uzağam. Bu mənə həmişə yad olub. Mən başım üstündə 

dam axtarıram. Mister Kollinzin xasiyyətini, onun həyat 

tərzini,  cəmiyyətdəki  mövqeyini  nəzərə  alaraq,  bu 

nəticəyə  gəldim  ki,  xoşbəxt  ailə  həyatına  ümidlərim, 

demək  olar,  nikaha  girən  bütün  insanların  ümidlərindən 

azacıq da olsun geri qalmır. 

Elizabet  sakitcə  cavab  verdi:  “Hə,  əlbəttə”.  Naqolay 

pauzadan sonra rəfiqələr yerdə qalan camiəyə qatıldılar. 

Şarlotta  Lonqbornda  çox  ləngimədi  və  onun 

gedişindən  sonra  Elizabet  eşitdikləri  üzərində  düşünə 

bildi. Onun bu nikah barədə fikirlə birtəhər banşması üçün 

aradan az vaxt keçmədi. Mister Kollinzin üç gün ərzində 

ard-arda  iki  evlilik  təklifi  etməsi,  öz  hərzəliyinə  görə, 

ikinci  təklifin  qəbul  edilməsi  heç  bir  şeylə  müqayisəyə 

gəlmirdi.  Qıza aydın  idi  ki,  rəfiqəsinin  evliliyə baxışları 

onunku ilə  üst-üstə düşmür. Ancaq  güman  edə  bilməzdi 

ki,  Şarlotta  gerçəkdən  özünün  bütün  ən  yaxşı  hisslərini 

dünyəvi  firavanlıq  xatirinə  qurban  etməyə  qərar  verər. 

Onun ən yaxın rəfiqəsi - mister Kollinzin arvadı! Necə də 

qəmginlik gətirən bir mənzərə! Şarlottanm özünü bu cür 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə