Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə40/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   36   37   38   39   40   41   42   43   ...   128

158 

 

istifadə  etmək  xahişi  ilə  çətinliyə  salmayaraq,  qızınıza 



verdiyim  üstünlükdən  imtinamı  ailənizə  hörmətsizlik 

izharım  hesab  etməyəcəksiniz.  Narahatam  ki,  ola  bilər, 

özümü  valideynlərin  deyil,  sizin  qızınızın  cavabına 

əsaslanmaqda azad saymağım davranışıma kölgə salacaq. 

Ancaq  biz  hamımız  səhv  edə  bilərik.  Hər  halda,  mən 

hərəkətlərimdə ən yaxşı niyyətləri əldə rəhbər tuturdum. 

Mən yaxşı həyat yoldaşı tapmaq və eyni zamanda ailənizə 

xidmət  göstərmək  istəyirdim.  Əgər  mənim  hərəkətimdə 

nəsə  qmanılmağa  layiq  bir  şey  olubsa,  xanım,  sizdən 

rəhmdil olmağı rica edirəm. 

XXI 

FƏSİL 


Mister  Kollinzin  elçiliyinə  görə  yaranmış  təlatüm 

yekunlaşırdı.  Elizabet  indi  yalnız bu hadisənin  qoyduğu 

xoşagəlməz çöküntüdən və missis Bennetin hərdən onun 

ünvanına  səsləndirdiyi  narazı  tənələrdən  iztirab  çəkirdi. 

Centlmenin özünə gəlincə, o, heç də xəcalətli və ya dilxor 

görünmürdü, hətta əmisi nəvəsi ilə bir arada olmaqdan da 

qaçmırdı, sadəcə, öz hisslərini müəyyən süni ciddilik və 

qeyzli susqunluqla büruzə verirdi. O, demək olar ki, qızla 

danışmırdı  və  bütün  axşam  boyunca  öz  yüksək  dəyərli 

diqqətini  yalnız  miss  Lukasa  ayırdı.  Şarlotta  onunla 

söhbətə  həvəslə  girişərək rəfiqəsinə  və  bütün  ailəyə tam 

yerinə düşən xidmət göstərdi. 

Növbəti  səhər  missis  Bennetin  sağlıq  durumunu  və 

ovqatını yaxşılaşdırmadı. Mister Kollinzin bütün görkəmi 

əvvəlki  kimi  yaralanmış  heysiyyətindən  xəbər  verirdi. 

Elizabet  ümid  edirdi  ki,  incikliyi  onu  Lonqbornu 

downloaded from KitabYurdu.org



159 

 

vaxtından tez tərk etməyə məcbur edəcək, ancaq qonağın 



planı dəyişmirdi: onun 

gedişi şənbə gününə təyin olunmuşdu və o, məhz şənbə 

günü onları tərk etmək niyyətində idi. 

Səhər  yeməyindən  sonra  qızlar  Meritona  getdilər  ki, 

mister  Uikhemin  qayıdıb-qayıtmadığını  öyrənsinlər  və 

Nezerfild  balında  olmamasına  görə  təəssüflərini 

bildirsinlər. O, qızları şəhər kənarında qarşıladı və onlarla 

birlikdə  missis  Filipsin  evinə  getdi.  Orada  mister 

Uikhemin sıxıntısı və yerdə qalanların məyusluğu kifayət 

qədər  dilavərliklə  ifadə  olundu.  Ancaq  Elizabetlə 

söhbətində  o  etiraf  etdi  ki,  onun  səfərinin  zəruriliyi 

şişirdilib. 

— Bala bir neçə gün qalanda, — o dedi, — mən başa 

düşdüm ki, ən yaxşısı mister Darsi ilə rastlaşmamağımdır. 

Mən onunla bir otaqda, bir camiədə uzun müddət qalmağa 

dözə bilməzdim. Bu xoşagəlməz səhnələrə gətirib çıxara 

bilərdi, həm də təkcə mənim üçün yox. 

Elizabet  onun  tədbirliliyini  yüksək  qiymətləndirdi. 

Onlar bu mövzuda gen-bol danışdılar və Uikhemlə daha 

bir zabit qızları  Lonqborna qədər müşayiət  edərkən bir-

birinə kompliment dedilər. Gəzinti zamanı bu gənc adam 

Elizabetə 

xüsusi diqqət yetirdi. Onun qızı düz evə qədər ötürməyə 

hazır  olması  Elizabet  üçün  ikiqat  xoş  idi:  birincisi,  öz-

özlüyündə  bu  iltifat  idi,  ikincisi,  mister  Uikhemi 

valideynlərinə  təqdim  etmək  üçün  münasib  imkan 

yaradırdı. 

downloaded from KitabYurdu.org




160 

 

Onlann  qayıdışından  sonra  böyük  miss  Bennetə 



Nezerfilddən  məktub  gətirdilər.  O  dərhal  açıldı.  Zərfdə 

cilalanmış  kağızın  zərif  qadın  xətti  ilə  yazılmış  qəşəng 

vərəqi vardı. 

Bacısı  ayrı-ayrı  kəlmələrin  üstündə  dayanaraq 

məktubu oxuduğu zaman Elizabet gördü ki, onun sifətinin 

ifadəsi  dəyişir. Ceyn tezliklə  özünü  ələ  aldı və  məktubu 

gizlədərək,  adi  şən  ovqatla  ümumi  söhbətə  qoşulmağa 

çalışdı. Ancaq məktub Elizabeti o qədər maraqlandırdı ki, 

onun  diqqəti  hətta  Uikhemdən  də  yayındı.  Uikhem  və 

onun dostu Lonqbornu tərk edər-etməz, Ceyn baxışlan ilə 

bacısını  onun  ardınca  yuxarı  gəlməyə  çağırdı  və  onlar 

otağa girəndə o, məktubu yenidən çıxararaq dedi: 

— Bu, Kerolayn Binqlidəndir. Etiraf edirəm ki, mən 

onun  məzmunundan  heyrətləndim.  Bu  arada  onların 

bütün dəstə- 

tifaqı, yəqin ki, Nezerfildi tərk etmişlər və Londona doğru 

yoldadırlar. Və onlar geri dönməyə hazırlaşmırlar. Qulaq 

as, nə yazılıb. 

O,  məktubun  birinci  cümləsini  oxudu,  orada 

bildirilirdi  ki,  bacılar  mister  Binqlinin  ardınca  Londona 

getməyi qərara alıblar və bu gün mister Hörstün Qrovnor 

küçəsindəki  evində  nahar  etmək  fikrindədirlər.  Sonrakı 

sətirlərdə yazılırdı: “Sizdən gizlətmək istəmirəm, mənim 

dəyərli rəfiqəm, Hartfördşiri tərk edərkən Sizinlə bir arada 

olmaqdan  başqa  heç  nə  üçün  təəssüf  etmirəm.  Ancaq 

ümid  edək  ki,  bizə  dəfələrlə  nə  vaxtsa  yenidən,  bir 

zamanlar bu yerlərdə aramızda mövcud olduğu kimi, nəfis 

downloaded from KitabYurdu.org




161 

 

yaxınlığımızdan  zövq  almaq  qismət  olacaq.  Hələlik 



hicran  acısını  vaxtaşırı  və  mötəbər  yazışma  vasitəsilə 

xəfif  edərik.  Bu  məsələdə  mən  Sizə  ümid  edirəm”. 

Elizabet  bu  saxta  və  təmtəraqlı  cümlələri  laqeydliklə 

dinlədi.  Mister  Binqlinin  bacılarının  qəfil  gedişi  onu 

təəccübləndirsə  də,  alınmış  xəbərdə  heç  bir  xoşagəlməz 

şey tapmadı. Məktubdan elə çıxmırdı ki, miss Binqlinin 

və missis Hörstün yoxluğu onlann qardaşının Nezerfildə 

qayıtmasına mane ola bilər. Elizabet şübhə etmirdi 

ki, Ceyn mister Binqli ilə bir arada olmağın həzzi ilə tez 

bir  zamanda  bu  qadınlarla  ayrılığın  acısını  hiss  etməyi 

dayandıracaq. 

— Əlbəttə, heyif ki, vidalaşmaq sizə nəsib olmadı, — 

qısa  pauzadan  sonra  o  dedi,  —  ancaq  miss  Binqlinin 

arzuladığı xoşbəxt görüşün onun düşündüyündən daha tez 

olacağına  ümid  edə  bilmərik  məgər?  Ola  bilməzmi  ki, 

rəfiqə olduğunuz vaxt aranızda yaşadığınız nəfis yaxınlıq 

siz bacılara çevriləndə yenidən baş qaldıraraq daha da xoş 

olsun?  Onlar  mister  Binqlini  Londonda  tutub  saxlaya 

bilməzlər axı. 

— Kerolayn açıq şəkildə yazır ki, onlardan heç kim bu 

qış  Hartfördşirə  qayıtmayacaq.  Qoy  mən  o  yeri  sənə 

oxuyum. 


“Dünən  bizi  tərk  edərkən  qardaşun  düşünürdü  ki, 

onun  LoTidona  getməsini  zəruri  edən  işi  o,  iki-üç  gün 

ərzində görüb qurtara bilər. Ancaq biz yaxşı bilirik ki, elə 

deyil. Çarizm şəhərə gəldikdən sonra onu yenidən tezliklə 

tərk  etməyəcəyinə  əmin  olaraq  qərara  aldıq  ki,  ardınca 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə