Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə31/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   27   28   29   30   31   32   33   34   ...   128

122 

 

salamlaşmaq  üçün  nəzakətlə  yanaşanda  cavab  verməyə 



özünü  güclə  vadar  etdi.  Bu  insana  qarşı  diqqət,  acıma, 

dözümlülük  sərgiləmək  Uikhemə  münasibətdə  xəyanətə 

bərabər  idi.  Elizabet  Darsi  ilə  hər  cür  söhbət  etmək 

imkanını o qədər rədd etdi ki, üzünü ondan çevirdikdən 

sonra hiddətini hətta mister Binqli ilə söhbətdə də dəf edə 

bilmədi.  Binqlinin  öz  dostuna  kor-koranə  bağlılığı  qıza 

bağışlanmaz görünürdü. 

Fəqət Elizabet melanxoliya üçün yaranmamışdı. Onun 

balla  bağlı  ümidləri  puç  olmuşdusa  da,  bu  cür  qara 

fikirlərə uzun müddət qapılıb qalmadı. Öz məyusluğunu 

bir  həftədən  bəri  görüşmədiyi  Şarlotta  Lukasa  açıb 

danışan  Elizabet  həvəslə  öz  qeyri-adi  əminəvəsi  barədə 

söhbətə  keçdi  və  onun  diqqətini  rəfiqəsinə  cəlb  etdi. 

Ancaq  birinci  rəqs  onda  yenidən  tam  ruh  düşkünlüyü 

yaratdı.  Bu,  dəhşətli  bir  mərasim  idi.  Mühüm  və 

bacarıqsız, tez-tez yanlış hərəkətlər edən və buna görə hey 

üzr  istəyən  mister  Kollinz  rəqs  qamətinə  diqqət  etmək 

əvəzinə, onu həqarət və pərtlik hiss etməyə vadar etdi - 

bunu bir rəqs ərzində  yalnız qeyrimünasib tərəf-müqabil 

edə  bilərdi.  Kollinzin,  nəhayət,  ondan  ayrıldığı  dəqiqə 

qıza sözlə ifadəsi olmayan rahatlıq gətirdi. 

Kollinzdən  sonra  o,  bir  zabitlə  rəqs  etdi.  Elizabet 

onunla Uikhem barədə danışıb ondan gənc insanın hamı 

tərəfindən sevildiyini öyrənərək bir qədər özünə gəldi. O, 

öz kavalerini tərk edərək miss Lukasm yanma qayıtdı və 

başı  söhbətə  qarışdığından  mister  Darsinin  ona  xitab 

edərək  növbəti  rəqsə  dəvət  etdiyini  gec  gördü. 

downloaded from KitabYurdu.org




123 

 

Gözlənilməzlikdən Elizabet özünü 



itirdi və qərarsızlıq içində dəvəti qəbul etdi. Darsi aralandı 

və  o,  kifayət  qədər  bacanqlı  tərpənmədiyi  üçün  kefi 

pozulmuş  halda  rəfiqəsi  ilə  təklikdə  qaldı.  Şarlotta  ona 

təskinlik verməyə çalışdı: 

— Bununla belə, düşünürəm ki, o, xoş tərəf-müqabil 

olacaq. 


— Allah  eləməsin!  Bu,  ən  böyük  bədbəxtlik  olardı. 

Nifrət etmək qərarı verdiyim bir adamı xoş bulmaq! Sən 

mənə bundan betər bir şey arzulaya bilməzdin. 

Rəqslər  yenidən  başlandı  və  Darsi  ona  yaxınlaşaraq 

əlini  uzatdı.  Şarlotta  yenə  dözmədi,  yavaşca  rəfiqəsinə 

xəbərdarlıq  etdi  ki,  özünü  ağıllı  aparsın  və  Uikhemə 

rəğbəti üzündən özünü onunla müqayisədə daha mühüm 

olan adamın  gözündən salmasın.  Elizabet  heç bir cavab 

vermədi  və  rəqs  edənlərin  arasında  öz  yerini  tutdu.  O, 

mister  Darsi  ilə  bir  cütlükdə  olduğuna  təəccübləndi  və 

ətrafdakıların  gözündə  də  bu  təəccübü  gördü.  Onlar  bir 

müddət  susqun  halda  rəqs  etdilər.  O  bu  susqunluğun 

rəqsin  sonuna  qədər  davam  edəcəyini  düşünməyə 

başlamışdı və onu birinci pozmamaq fikrindəydi. Ancaq 

tərəf-  müqabilini  danışmağa  məcbur  etməklə  onu  daha 

çox 


qıcıqlandıracağını düşünərək, oynayanlar barədə bir neçə 

söz dedi. Darsi cavab verdi və susdu. Bir-iki dəqiqə çəkən 

pauzadan sonra Elizabet yenidən ona xitab etdi: 

— İndi, mister Darsi, sizin söhbət etmək növbənizdir. 

Mən rəqsdən danışdım — siz zalın böyüklüyü və ya rəqs 

downloaded from KitabYurdu.org




124 

 

edən cütlüklərin sayma dair nəsə bir qeyd edə bilərdiniz. 



O  gülümsədi  və  qızın  eşitmək  istədiyi  hər  şeydən 

danışmağa hazır olduğunu bildirdi. 

— Yaxşı,  lap  əla, — Elizabet  dedi.  — Yaxın zaman 

üçün siz kifayət qədər çox danışdınız. Ola bilər, bir azdan 

sonra mən görəcəyəm ki, özəl ballar ictimai baldan daha 

xoşdur. Ancaq hələlik biz tamam susa bilərik. 

— 

Siz rəqs edərkən danışmağa öyrəşmisiniz? 



— Bəli, zaman-zaman. Axı hərdənbir sükutu pozmaq 

lazımdır,  doğru  deyilmi?  İki  insanın  bir-birinə  heç  nə 

demədən  yanm  saat  birlikdə  vaxt  keçirməsi  çox  gülünc 

görünür. Hər halda, əgər biz bu sayaq söhbət aparsaq, bir-

birimizlə mümkün qədər az danışsaq, kimin üçünsə daha 

yaxşı olar. 

— Bunu  deyərkən  siz  mənim  istəklərimi  ehtimal 

edirsiniz, yoxsa sizə münasib olanı nəzərdə tutursunuz? 

— 

Həm  bu,  həm  o,  —  Elizabet  başdansovdu  cavab 



verdi. 

— Mən çoxdan bizim düşüncə tərzimizdə tez-tez üst-üstə 

düşmələr müşahidə edirəm. Biz ikimiz də az ünsiyyətcilik 

və əgər bizə nəsə sıradışı, ətrafdakılarm heyrətinə səbəb 

olan  və  atalar  sözü  kimi  ağızdan-ağıza  keçərək  gələcək 

nəsillərə  ötürülən  söz  demək  imkanı  verilmirsə, 

danışmağa meyilli deyilik. 

— Sizin  xasiyyətinizə  gəlincə,  —  o  dedi,  —  məncə, 

siz  onu  tamamən  düzgün  təsvir  etdiniz.  Məni  nə  qədər 

düzgün  səciyyələndirdiyinizə  dair  qərar  verə  bilmərəm. 

Yeri  gəlmişkən,  yəqin  ki,  siz  özünüz  bu  portreti  uğurlu 

downloaded from KitabYurdu.org




125 

 

sayırsınız. 



— 

Öz bacanğım barədə mühakimə yürüdə bilmərəm. 

Darsi heç nə demədi və onlar yenidən susdular. Növbəti 

rəqs  fiqurları  zamanı  o,  Elizabetdən  soruşdu  ki,  onun 

bacılan  və  o  özü  Meritona  teztez  gəlməli  olurlarını. 

Elizabet təsdiqləyiri cavab verərək, özünü əlavə etməkdən 

saxlaya bilmədi: 

— Biz  bu  günlərdə  sizinlə  orada  rastlaşanda  küçədə 

yeni bir tanış qazanmışdıq. 

Bu  sözlərin  təsiri  özünü  ləngimədən  göstərdi. 

Darsinin  üzündə  təkəbbürlü ifadə əmələ  gəldi. Ancaq o, 

heç  nə  demədi,  Elizabet  isə  özünü  qorxaqlığa  görə  nə 

qədər danlasa da, davam etməyə qətiyyəti çatmadı. Darsi 

bir qədərdən sonra soyuq- soyuq qeyd etdi. 

— Mister  Uikhemin  elə  bir  xoşbəxt  maneralan  və 

görünüşü  var  ki,  asanlıqla  dostlar  tapır.  Amma  onları 

yanında saxlaya bilirmi, bax, bu mənə xeyli şübhəli gəlir. 

— O  sizin  dostluğunuzu  itirmək  bədbəxtliyinə  düçar 

olub, — Elizabet mənalı-mənalı qeyd etdi. — Ola bilər, 

bu onun bütün həyatında ağır iz qoyacaq. 

Darsi heç bir cavab vermədi, ancaq görünürdü ki, o, 

söhbətin  mövzusunu  dəyişmək  istərdi.  Bu  zaman  qarşı 

tərəfdən rəqs edənləri yararaq gələn Uilyam Lukas onlann 

yanında  peyda  oldu.  O,  mister  Darsini  görərək,  ona 

fövqəladə  lütfkarlıqla  təzim  etdi  və  dərhal  onun  rəqs 

etmək maneralan və 

tərəf-müqabil  xanımının gözəlliyi  barədə  komplimentlər 

yağdırdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə