Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə26/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   22   23   24   25   26   27   28   29   ...   128

102 

 

bərabər  yüksəlirdi.  Əmi  nəvəsini  dinləməkdən  təngə 



gəlmiş və səbirsizliklə musiqi gözləməkdən və sobadakı 

Çin rəsmlərinin miyanə imitasiyasma tamaşa 

etməkdən  başqa  əlacları  olmayan  qızlar  üçün  vaxt 

olduqca ağır gedirdi. Budur, nəhayət, gözləmə dəqiqələri 

sona yetdi. Kişilər gəlib çıxdılar və Uikhem otağa daxil 

olanda Elizabet başa düşdü ki, ilk görüş zamanı ona baxıb 

və  nəticədə  onun  barəsində  müəyyən  heyranlıqla 

düşünüb. Derbişir alayının zabitlərinin əksəriyyəti  yaxşı 

gənclər  idi,  gecədə  onların  ən  seçilmişləri  iştirak  edirdi. 

Ancaq  mister  Uikhem  onlardan  istənilən  birini  öz 

görkəmi, qaməti, maneraları və yerişi ilə elə üstələyirdi ki, 

eynilə onlar özləri də arxalannca içəri girən Filip əmidən 

-  bu,  vaxtı  sona  çatan  çaxır  çəlləyinə  dönmüş,  kökəlib 

göbək  bağlamış  kişidən  o  qədər  sərfəli  şəkildə 

fərqlənirdilər. 

Mister  Uikhem  kişi  cinsinə  mənsub  olan  o 

bəxtəvərlərdən  idi  ki,  zalda  olan  xanımların  hamısının 

gözü ona zillənmişdi. Elizabet isə onların arasında həmin 

bəxtəvər  idi  ki,  Uikhem  nəhayət,  özünə  yeri  gəlib  onun 

yanında  tapdı.  O  oturan  kimi,  o  dəqiqə  onunla  havanın 

yaxşı  olması  barədə  söhbətə  başladı.  Hava  olsa-olsa 

axşam rütubəti və yaxınlaşmaqda olan yağışdan başqa bir 

şey olmasa da, Elizabet hiss etdi ki, ən darıxdırıcı və 

çeynənmiş  mövzu  həmsöhbətin  müvafiq 

ustalığı 

sayəsində xeyli maraqlı ola bilər. 

Mister Uikhem və onun zabit dostları kimi zərif cinsin 

diqqəti  uğrunda  mübarizə  aparan  bu  cür  rəqiblər  mister 

downloaded from KitabYurdu.org



103 

 

Kollinzi  tamam  arxa  plana  çəkilməyə  vadar  etdilər. 



Xanımlar  üçün  gerçəkdən  mövcudluğunu  dayandırdı. 

Ancaq zaman- zaman o, missis Filipsin simasında həssas 

dinləyici qazanır və onun qayğısı sayəsində qəhvə və kökə 

sandan korluq çəkmirdi. 

Kart masaları döşənəndə o, oyunda iştirak edərək öz 

növbəsində nəzakət sərgiləmək imkanı əldə etdi. 

— Mən hələlik o qədər də təcrübəli tərəfdaş deyiləm, 

— o dedi, — ancaq mənə təkmilləşmək gərəkdir. Çünki 

mənim həyatdakı mövqeyim... 

Missis Filips dəvəti qəbul etdiyi üçün çox minnətdar 

oldu, amma onu sonadək dinləyə bilmədi. 

Mister Uikhem vist oynamadı və başqa masada vəcdlə 

qarşılanaraq,  Lidiya  və  Elizabetin  arasında  əyləşdi. 

Əvvəlcə  təhlükə  vardı  ki,  susmadan  çərənləmək 

qabiliyyəti  olan  Lidiya  onu  büsbütün  ələ  alacaq.  Ancaq 

oyun qızı heç də az 

maraqlandırmırdı.  Lidiya  oyuna,  pul  qoyuluşlarına, 

uduşlara elə aludə oldu ki, heç kimə fikir vermədi. Bunun 

sayəsində  mister  Uikhem  oyunun  imkan  verdiyi  qədər 

Elizabetlə söhbətləşmək imkanı qazandı. Qız onu böyük 

həvəslə  dinləyirdi,  hərçənd  ümid  etmirdi  ki,  söhbət  onu 

hər  şeydən  çox  maraqlandıran  mövzuya  -  onun  mister 

Darsi ilə tanışlığına toxunacaq. O, hətta bu adamın adını 

çəkməyə  cəsarət  etmədi.  Lakin  tamamilə  gözlənilmədən 

onun marağı təmin olundu. Mister Uikhem bu mövzuya 

özü toxundu. Nezerfild və Meriton arasındakı məsafə ilə 

haqqında  soruşan  və  bu  suala  cavab  alan  Uikhem 

downloaded from KitabYurdu.org




104 

 

müəyyən  çəkingənliklə  maraqlandı  ki,  mister  Darsi 



burada çoxdanmı olur. 

— Bir  ay  olar,  —  Elizabet  dedi  və  onu 

həyəcanlandıran  mövzunu  əldən  buraxmaq  istəmədən 

əlavə  etdi:  —  Eşitdiyimə  görə,  onun  Derbişirdə  böyük 

malikanəsi var? 

— Bəli,  —  Uikhem  cavab  verdi,  —  əla  mülkdür  — 

illik on min funt xalis gəlir! Çətin ki, məndən başqa, bu 

məsələyə  dair  sizə  daha  dəqiq  məlumat  verə  biləcək 

kimləsə rastlaşa 

bilərdiniz.  Onun  ailəsi  ilə  mən  lap  uşaqlıqdan  məlum 

şəkildə bağlıyam. 

Elizabet təəccübünü ifadə etməyə bilmədi. 

— Necə  də  təəccüblənməyəsiniz,  miss  Bennet!  Siz 

dünən axşam bizim onunla necə soyuq salamlaşdığımızı 

müşahidə etməli idiniz. Siz onunla yaxından tanışsınız? 

— Biz  onunla  tanışlığın  bundan  yaxın  olmasını 

arzulamamağa  bəs  edəcək  qədər  tanışıq!  —  Elizabet 

duyğulu  şəkildə  dedi.  —  Mənə  onunla  bir  dam  altında 

dörd gün keçirmək nəsib olub və o, mənə çox xoşagəlməz 

insan təsiri bağışlayıb. 

— Mühakimə  etməyə  cürət  etmirəm  ki,  o 

xoşagələndir,  ya  xoşagəlməzdir.  —  Uikhem  dedi.  — 

Hətta mənə bu cür rəydə olmaq yaraşmır. Ədalətli hakim 

olmaqdan ötrü mən onu həddən artıq uzun müddətdən bəri 

və yaxşı tanıyıram. Bununla belə, mənə elə gəlir ki, sizin 

Darsi  haqqında  rəyiniz  çoxlarını  təəccübləndirərdi.  Ola 

bilər,  haradasa  başqa  yerdə  siz  bunu  hətta  dilə 

downloaded from KitabYurdu.org




105 

 

gətirməzdiniz. Burada,  əlbəttə, məsələ başqa cürdür. Siz 



özünüzünkülərin yanındasınız... 

— Sözün  doğrusu,  Neserfild  istisna  olunmaqla  bu 

rayondakı istənilən evdə təkrarlaya bilməyəcəyim heç nə 

demədim. O, Hartfördşirdə heç kəsin xoşuna gəlmir. Bu 

adamın  qüruru  hamını  ondan  qətiyyətlə  kənara  itələyib. 

Siz  mister  Darsi  haqqında  məndən  yaxşı  fikir  söyləyən 

kimisə çətin taparsınız. 

— Mən  özümü  kədərli  göstərməyəcəyəm  ki,  mister 

Darsini və ya kim olursa olsun, bir başqasını əməlinə görə 

qiymətləndirirlər, — kiçik pauzadan sonra mister Uikhem 

dedi. — Ancaq mister Darsi ilə bu çox nadir hallarda olur. 

İnsanlar adətən onun sərvəti və hakimiyyəti qarşısında kor 

olurlar  və  ya  onun  təkəbbürlü  kübar  davranışları  ilə 

əzilirlər.  Adamlar  onu,  onun  özünün  görünmək  istədiyi 

kimi görürlər. 

— Hətta  səthi  tanışlıq  da  onun  necə  ağır  xasiyyəti 

olduğunu hiss etməyə imkan verdi. 

Uikhem yalnız başını buladı. 

Elizabetlə  danışmaq  yenidən  ona  müyəssər  olanda 

soruşdu: 

— 

Bəs  mister  Darsu  buralarda  uzun  müddət 



yaşayacaq? 

— Bax, bunu bilmirəm. Mən Nezerfilddə olanda onun 

gedişi  barədə  danışmadıq.  Ümid  edirəm  ki,  onun 

qonşuluqda  olması  sizin  Derbişir  alayına  xidmətə  daxil 

olmaq niyyətinizə təsir göstərməz? 

— Yox,  yox!  Mənim  yol  verməyim  gərəkməz. 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə