14
səsləndi.
— Şərəfimə and olsun, mən bir gecədə bu qədər
xoşagələn qadına bir dəfə də rast gəlməmişəm; onların
içində, sadəcə, gözəllər var!
— Siz bu zaldakı yeganə gözəl qızla rəqs edirsiniz, —
Mister Darsi böyük miss Bennetə baxaraq dedi.
— Bəli, bu, indiyə qədər rast gəldiyim ən cazibədar
məxluqdur! Ancaq odur, orada, sizin arxanızda onun
bacılarından biri oturub. Məncə, o da çox yaraşıqlıdır.
İstəyirsiniz, mən xanımımdan sizi tanış etməyi rica edim.
— Siz kimin haqqında danışırsınız? — Darsi geri
çevrilərək Elizabetə baxdı, ancaq qızın ona baxdığını
görüb gözlərini qaçırdı və soyuq-soyuq dedi: — Bəli, o,
gözəl görünür. Amma hər halda mənim qəlbimin
rahatlığını pozacaq qədər yaxşı
deyil. Bu saat mənim başqa kavalerlərin unutduğu gənc
ledilərə təsəlli vermək həvəsim yoxdur. Öz xanımınızın
yanma qayıdın. Əmin edirəm ki, onun təbəssümü ilə həzz
alaraq keçirə biləcəyiniz vaxtı burada mənimlə itirirsiniz.
Binqli bu tövsiyəyə əməl etdi, onun dostu otağın o biri
küncünə çəkildi, Elizabet isə Darsiyə münasibətdə o qədər
xoş olmayan hisslər keçirə-keçirə oturduğu yerdə qaldı.
Yeri gəlmişkən, o bu olay barədə dostlarının dairəsində
məmnuniyyətlə danışdı - çünki şən ovqatlı idi və deyib-
gülməyi sevirdi.
Bütün ailə axşamı çox xoş keçirmişdi. Missis Bennet
Nezerfild sakinlərinin onun böyük qızma göstərdiyi
diqqətdən vəcdə gəlmişdi. Mister Binqli onunla iki dəfə
downloaded from KitabYurdu.org
15
rəqs etmişdi və bacıları bunu nəvazişlə qəbul etmişdi.
Ceyn buna anasından az sevinməmişdi, hərçənd, riqqətini
bu qədər açıq-aşkar büruzə vermirdi. Elizabet Ceynə görə
çox sevinirdi. Meri eşitmişdi ki, kimsə miss Binqli ilə
söhbətində onu bütün rayonun ən oxumuş qızı adlandırıb;
Ketrin və Lidiya ona görə xoşbəxt idilər ki, bir dəfə də
rəqslər zamanı kavalersiz qalmamışdılar - onlar baldan
bundan artığını arzulamağı öyrənməmişdilər. Beləliklə,
onlar Lonqbernə - yaşadıqları və Bennet ailəsinin
görkəmli mövqeyə sahib olduğu kəndə yüksək ovqatda
qayıdırdılar. Onlar gəlib çatanda mister Bennet hələ
yatmamışdı. Kitab oxuyarkən o, zamanın necə keçdiyini
hiss etməmişdi; bu dəfə onun üçün çox maraqlıydı ki, ailə
üzvlərinin çox şey gözlədiyi gecə necə keçib. O, demək
olar, yeni tanışlanna münasibətdə arvadının niyyətlərinin
uğurla nəticələnməyəcəyinə şübhə etmirdi. Ancaq tezliklə
başa düşdü ki, tamam başqa cinsdən olan hekayət
dinləməli olacaq.
— Ey əziz mister Bennet, - arvadı otağa girə-girə
səsləndi, - necə bir gecə keçirdik! Bal möhtəşəm idi!
Yalnız təəssüf ki, siz yox idiniz. Ceyn qeyri-adi uğur
qazandı. Hamı hey onun necə gözəl olduğundan danışırdı.
Mister Binqli onu cazibədar adlandırdı və onunla iki dəfə
rəqs etdi. Siz bir düşünün, mənim dostum, düz iki dəfə!
Mister Binqlinin rəqsə dəvət etdiyi yeganə xanım idi.
Əvvəlcə o, miss Likasla rəqs etdi. Onlan cüt görəndə
mənə çox toxundu. Ancaq qız onun heç xoşuna gəlmədi.
O, kimin xoşuna gələ bilər, siz özünüz bilirsiniz!
downloaded from KitabYurdu.org
16
Əvəzində Ceyn
rəqs edəndə, o, elə bil alışıb-yanırdı. Onun kim olduğunu
öyrəndi və rica etdi ki, onu Ceynə təqdim etsinlər və
dərhal ikinci dəfə rəqsə dəvət etdi. Üçüncü rəqsdə o, miss
Kinqlə cüt oldu, dördüncüdə Mariya Lukasla, beşincidə
bir daha Ceynlə, altıncıda Lizzi ilə. O, bulanje rəqsi edirdi.
— Onda mənə qarşı bir damcı mərhəmət olsaydı, —
əri səbirsizliklə onun sözünü kəsdi, — iki dəfə az
oynayardı. Allah xətrinə, daha onun oynadığı xanımları
saymayın. Birinci rəqs zamanı ayağını burxutsaydı, nə
olardı?
— Ah, mənim əzizim, mən ona heyranam! — missis
Bennet davam etdi. — O, qeyri-adi dərəcədə yaraşıqlıdır.
Onun bacılan isə, sadəcə, cazibədardırlar! Mən ömrümdə
bundan zərif geyimlər görməmişəm! Düşünürəm ki,
missis Hörstün paltarının krujevası...
Burada onun nitqi yenidən kəsildi, çünki mister
Bennet geyimlərin təsvirini dinləmək istəmədi. Ona görə
də missis mövzunu dəyişməli oldu, həyəcanlı və
mübaliğəli şəkildə mister Darsinin görünməmiş
arsızlığından danışdı.
— Sizi inandıra bilərəm ki, — o qərarlaşdırdı, — Lizzi
onun zövqünə uyğun olmadığına görə o qədər də çox şey
itirmədi! Bu mənfur adama xoş gəlməyə dəyməz də. Elə
vacib və şişmiş idi, əbəs yerə hamının ondan zəhləsi
getmədi. Ora-bura gəzir, özünü, Allah bilir, nə sanır.
Onunla rəqs etmək üçün kifayət qədər yaraşıqlı deyil!..
İstərdim ki, siz orada olasınız, onu üz- üzə görəsiniz. Bu
downloaded from KitabYurdu.org
17
insana dözə bilmirəm!
IV
FƏSİL
Ceyn və Elizabet tək qalanda, mister Binqli barədə tamam
təmkinli danışan Ceyn ondan necə xoşlandığını bacısına
etiraf etdi.
— O məhz gənc adamın olmalı olduğu
kimidir, — dedi, — ağıllı, mehriban, şən. Mən heç vaxt
belə rahat, bu qədər sərbəst maneralar görməmişəm.
Bununla birlikdə yaxşı tərbiyə aldığı hiss olunur!
— Üstəlik, o yaraşıqlıdır, — Elizabet əlavə etdi, —
əgər ona aid etsək, bu da gənc insanın lehinədir. Bunun
sayəsində onun xasiyyətini tam mükəmməl hesab etmək
olar.
— O məni ikinci dəfə rəqsə dəvət edəndə mən o qədər
qürur duydum! Etiraf edirəm ki, bunu qətiyyən
gözləmirdim.
— Gözləmirdin! Əvəzində sənin yerinə mən
gözləyirdim. Diqqət nəzərləri hər dəfə səni qəfildən tutur,
məni isə — heç vaxt. Bu, aramızdakı fərqlərdən biridir.
Onun səni bir dəfə rəqsə dəvət etməsindən təbii nə ola
bilərdi? Məgər o görmürdümü ki,
zalda ən gözəl qız sənsən? Burada onun nəzakətliliyinə
təəccüblənəcək nə var? Yeri gəlmişkən, o, doğrudan da,
kifayət qədər şirin bir gəncdir. Qoy o sənin xoşuna gəlsin.
Neçə dəfə ondan betərləri xoşuna gəlib.
—
Lizzi, əzizim!
— Sən özün də bilirsən ki, heç kəsdə azacıq da olsa
qüsur fərq etmədən istənilən adamı tərifləməyə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |