26
qadın elan edərək, kiçik qızlar barədə söz açılmasını,
ümumiyyətlə, artıq sayaraq, iki böyük qıza eyham etdilər
ki, onlarla daha yaxın tanışlığı arzu edərdilər. Belə diqqət
Ceyni çox sevindirdi. Ancaq onların bütün yerli
cəmiyyətə, hətta onun bacısına yekəxana münasibətini
hələ də hiss edən Elizabet missis Hörstün və miss
Binqlinin müəyyən xoşməramlılığınm, böyük ehtimalla,
mister
Binqlinin
Ceynə
meyilli
olmasından
qaynaqlandığını hesab edərək bu iltifatı olduqca soyuq
qəbul etdi. Əslində, bu meyillilik onları birlikdə görən hər
kəsin nəzərinə çarpırdı. Elizabet üçün də aydın idi ki,
tanışlıqlarının lap başlanğıcında Ceynin mister Binqliyə
olan tutqusu getdikcə daha da güclənəcək və tezliklə qız
ona bütün varlığı ilə vurulacaq. Fəqət
Elizabet məmnunluqla müşahidə edirdi ki, bu vurğunluq
kənar adamlara tezliklə məlum olmayacaq, çünki Ceyn
hisslərinin böyük enerjisini elə bir dəyanət və
gülərüzlülüklə birləşdirmişdi ki, bu onu hər şeylə ifrat
şəkildə maraqlanan tanışların şübhələrindən müdafiə
edəcəkdi. O bu müşahidəsini rəfiqəsi miss Lukasla
bölüşdü.
Şarlotta dedi: - Hisslərini bu kimi durumlarda büruzə
verməmək üçün özünü təmkinli aparmaq, yəqin ki, pis
deyil. Ancaq bu qabiliyyətdə müəyyən təhlükə gizlənə
bilər. Əgər qadın sevib-seçdiyindən xoşlandığını
gizlədirsə, o onu əlində saxlaya bilməməklə riskə gedir.
Onda o, heç kəsin bu macəradan xəbər tutmamasınm onun
üçün zəif təsəlli olduğunu dərk edəcək. Demək olar, hər
downloaded from KitabYurdu.org
27
bir bağlılıq müəyyən dərəcədə minnətdarlığa, ya da
təkəbbürə söykənir və ona etinasız yanaşmaq heç də
təhlükəsiz deyil. Biz hamımız tamamilə təmənnasız
olaraq yüngülcə xoşlanmağa hazırıq - xəfif istək tam
təbiidir. Ancaq hər hansı əvəz olmadan sevmək üçün o
qədər nəcib insan az tapılar. On haldan doqquzunda
qadının gerçəkdə olduğundan daha artıq vurulmuş kimi
görünməsi
daha yaxşıdır. Sənin bacın şübhəsiz ki, Binqlinin xoşuna
gəlir. Buna baxmayaraq o ona açılışmağa kömək etməsə,
bütün bunlar heç nəylə bitə bilər.
— O ona onun xasiyyətinin imkan verdiyi qədər
kömək edir. Məgər o bu qədər diqqətsizdirmi ki, qızın
mənə açıq-aydın görünən meylini fərq etməsin.
— Eliza, unutma ki, Ceynin xasiyyəti sənə məlum
olduğu qədər ona məlum deyil.
— Ancaq qadın kişiyə laqeyddirsə və bu hissini
özündə boğmaq istəmirsə, o bunu fərq etməlidir, ya yox?
— Mümkündür, yalnız o qadınla kifayət qədər vaxt
keçirirsə. Ancaq Binqli və Ceyn kifayət qədər tez-tez
görüşsələr də, heç vaxt uzun müddət təklikdə qalmırlar.
Cəmiyyət arasında görüşərkən, onlar, əlbəttə, bütün
zamanı yalnız bir-birilə danışa bilmirlər. Ona görə də
Ceyn onun diqqətində olduğu hər bir saatdan daha yaxşı
istifadə etməlidir. Binqlinin ürəyi fəth olunandan sonra
qızın onun özünə vurulmaq üçün nə qədər desən, vaxtı
olacaq.
Elizabet cavab verdi: - Tezliklə ərə getmək fürsəti
downloaded from KitabYurdu.org
28
axtaranlar üçün pis plan deyil. Mən varlı ər və ya hər hansı
bir nişanlı əldə etməyi düşünsəydim, yəqin ki, bundan
istifadə edərdim. Ancaq Ceynin duyğulan tamamilə başqa
cürdür. O, hesab qurmur. Hələ də o, nə öz bağlılığının
gücünə, nə də bu sevdanın nə qədər məntiqli, ağlabatan
olduğuna əmin deyil. Onlann tanış olmasından cəmi iki
həftə keçib. O, Meritonla onunla iki rəqs edib, daha sonra
onu bir səhər görüşü boyunca Nezerfilddə görüb. Bundan
sonra onlar daha dörd dəfə böyük ziyafət zamanı birlikdə
nahar ediblər. Bu onun xasiyyətini öyrənə bilməsi üçün
ona kifayət deyil.
— Hər şeyə sənin baxdığın kimi baxılarsa, əlbəttə,
kifayət deyil. Qız onunla yalnız nahar edibsə, o zaman o
yalnız mister Binqlinin iştahası barədə fikir yürüdə bilər.
Ancaq sən unudursan ki, onlar birlikdə dörd axşam
keçiriblər. Dörd axşam isə daha çox şey deməkdir.
— Bəli, bu dörd axşam onlara imkan verdi ki, hər
ikisinin “iyirmi bir” oyununu poker oynamaqdan üstün
tutduğunu
bilsinlər. Fəqət qorxuram ki, xasiyyətlərinin başqa önəmli
cizgilərini açmağa qat-qat az macal ediblər.
— Yaxşı, — Şarlotta dedi, — Ceynə ürəkdən uğurlar
arzu edirəm. O, günü sabah ona ərə getsəydi, hesab
edərdim ki, onun xoşbəxt olmaq şansı gələcək ərinin
xasiyyətini nə dərəcədə öyrənməsindən asılıdır. Nikahda
uğur tamamilə təsadüflərin oyunudur. Tərəflərin qarşılıqlı
meyilləri nə qədər yaxşı məlum olsa da və onlar ilk
baxışdan nə qədər yaxşı uyuşsalar da, bunun ər-arvadm
downloaded from KitabYurdu.org
29
xoşbəxtliyində heç cür təsiri olmur. Zaman keçdikcə
onların arasında qaçılmaz anlaşılmazlıqlar baş qaldırır və
paylarına qəm-kədər düşür. Bu halda həyatını birgə
keçirəcəyin insanın çatışmazlıqlarını mümkün qədər az
bilmək daha yaxşı deyilmi?
— Sən məni mübahisəyə çəkmək istəyirsən, Şarlotta.
Ancaq sənin mülahizələrin tamam cəfəngiyatdır. Özün də
bunu dərk edirsən. Çətin ki, sən bu mülahizələri öz
həyatın üçün əlində rəhbər tutardın.
Mister Binqli və Ceyn arasındakı münasibətlərə göz
qoyarkən, Elizabet özünün də bir müddətdir onun
dostunun
sürəkli müşahidə predmeti olduğu düşüncəsindən uzaq
idi. Mister Darsi əvvəlcə onun heç də pis olmadığı barədə
rəyi özünə güc-bəla yaxın buraxdı. O, balda ona tamam
biganəliklə baxmışdı. Onlar növbəti dəfə qarşılaşdıqda da
o, qızda yalnız çatışmazlıqları görürdü. Ancaq o özünə və
dostlanna qızın simasında bir düzgün cizginin belə
olmadığını tam sübut edincə, birdənbirə fərq etməyə
başladı ki, onun çöhrəsi qara gözlərinin mənalı baxışları
sayəsində qeyri-adi dərəcədə ilhamvericidir. Bu kəşfin
ardınca az riskli olmayan başqaları da gəldilər. O öz seçici
gözlərilə qızın zahiri görünüşündə onun idealından neçə-
neçə sapıntı olduğunu aşkarlamasına baxmayaraq, hər
halda onun qeyri-adi dərəcədə cazibədar olduğunu etiraf
etməyə məcbur idi. O, Elizabetin davranışlarının kübar
cəmiyyətdə qəbul olunan qaydalardan fərqləndiyini
təsdiqləsə də, bu davranış öz canlı sərbəstliyi ilə mister
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |