Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   ...   15   16   17   18   19   20   21   22   ...   174

 
41 
idilər; lakin qanunun maddəsinə görə, onun xərclərinin ödənilməsinə hər bir koloniya 
kömək  etməli  idi.  Burada  köməyin  məbləği  bərabər  deyil,  əhalinin  sayına  müvafiq 
olaraq  müəyyən  edilirdi.  Ona  görə  ən  ağır  yükü  Massaçusets  daşımalı  idi.  Bu 
səbəbdən Massaçusets  öz mənafeyinə birbaşa uyğun olmayan xərclərə etiraz edirdi. 
Məsələn,  Cənub  çayının  üstündə  hollandların  Nyu  Hevnə  vurduğu  ziyanın 
ödənilməsinə  kömək  göstərilməsinə  səs  vermədi.  Hətta  İngiltərə  Niderlandla 
müharibə  apardıqda,  konfederasiyanın  səlahiyyətli  nümayəndələri  hollandlarla 
müharibə  aparmağa  səs  verdiyi  halda,  massaçusetslilər  bundan  qəti  imtina  etdilər. 
Həmçinin  bu  koloniya  başqa  koloniyalardan  Bostona  gətirilən  mallar  üçün  rüsum 
tələb  edirdi.  Çünki  konfederasiya  Konnektikut  çayının  mənsəbində  rüsum  yığmaq 
hüququnu Konnektikut koloniyasına vermişdi. Bu Plimut və Konnektikut üçün xeyli 
dərəcədə faydasız partnyorluq idi. Lakin bu Nyu Hevn üçün xüsusən ağır idi, çünki o 
hollandlardan  daha  çox  ziyan  görürdü.  Onun  əhalisi  tacirlər  idi  və  vətəndən  bura 
gələrkən  bəslədikləri  niyyətlərini  unutmamışdılar.  Onlar  sakit  cənub  limanını  seçib 
burada  məskunlaşmışdılar.  Bu  vaxt  da  yalnız  öz  din  və  ticarət  nöqteyi-nəzərlərini 
əsas götürmüşdülər.  
1650-ci ildə nəhayət ingilis və holland koloniyalarının sərhədlərinin müəyyən 
olunması haqqında müqavilə imzalandı. Bundan bir il əvvəl Massaçusetsinin əsasını 
qoyan  Con  Uintrop  buradan  getmişdi.  Başqa  liderlər  də  müxtəlif  səbəblər  üzündən 
dəyişilirdi. Beləliklə liderlərin ilk nəsli sıradan çıxdı. Onların yerini yeni növ adamlar 
tutdu.  
Kromvelin  ölkəni  idarə  etdiyi  dövrdə  bütün  Avropa  İngiltərənin 
güclənməsindən  qorxurdu.  Onun  üçün  İrlandiyanı  işğal  etmək  və  Şotlandiyanı 
ordunun  gücü  ilə  sakitləşdirmək  heç  də  kifayət  deyildi.  O,  özünü  ölkədə  ağaya 
çevirmişdi,  artıq  Lord-Protektor  titulunun  pərdəsi  altında  əsl  diktatorluq  edirdi.  O, 
hesab edirdi ki, onun vəzifəsi İngiltərəni qələbələrin və gücün böyük taleyinə doğru 
irəli  və  yalnız  irəli  aparmaqdır.  Adamlar  buna  Şekspir  və  Xeyirxah  Kraliça 
günlərində  açıq  nəzərlə  baxırdılar,  lakin  həmin  hisslər  Styuartların  vaxtında 
unudulmuş  və  itirilmişdi.  Lord-Protektorun  gizli  təlimatlarına  uyğun  olaraq  ingilis 
qüvələri fransızların olduğu Akadiyaya gəldi və buranı qəflətən zəbt edərək, ingilis 
əyalətinə  çevirdi.  Elə  həmin  1654-cü  ildə  Toskana  qrafı  admiral  Bleyk  ingilislərə 
ziyan vuran Tunis dəniz quldurlarını cəzalandırmaq üçün Aralıq dənizinə göndərildi. 
1655-ci ildə böyük donanma ispan mülkiyyətinə qarşı Vest İndiyaya girdi və böyük 
Yamayka adası İngiltərə bayrağı altına keçməklə onun ticarətinə xidmət etməli oldu. 
Vest  İndiya  ilə  azad  ticarət  aparmaq  üçün  İspaniyadan  buna  şərait  yaratmaq  tələb 
edildi.  Bununla  kifayətlənməyib,  ingilis  təbəələrini  inkvizisiyanın  dəhşətli 
tiraniyasından  azad  etməyi  tələb  etdi.  Əgər  İngiltərə  İspaniya  ilə  güc  qaydasında 
rəqabət apara bilsə, ondan daha çox şey tələb edə biləcəkdi. Bu vaxt İspaniya özünün 
Qərbdə olan varlı koloniyalarından çoxlu qızıl və gümüş daşıyırdı. İngiltərə heç bir 
şübhə etmədən gözləyirdi ki, İspaniya onun bu tələblərini rədd edəcəkdir, ona görə 
də əvvəlcə hərbi gəmi göndərmək istədi ki, İspaniyanın vermədiyini özü ondan alsın. 
O  başa  düşürdü  ki,  gələcəkdə  Amerikaya  sahib  olmaq  və  bu  ərazinin  ticarəti  necə 
böyük  əhəmiyyət  kəsb  edəcəkdir.  Ona  görə  də  İngiltərə  Amerikadan  olan  şuranın 
təsiri ilə bunları edirdi. Bu şuraya isə Amerikanın ən nüfuzlu adamları daxil idi. Bu 


 
42 
adamların  çoxu  Puritan  olduqlarından  İspaniyaya  nifrət  edirdi  və  onu  Roma 
kilsəsinin aləti hesab edirdi.  
Kromvel  Amerikanı  pis  tanımırdı.  O,  özü  danışırdı  ki,  Çarlz  kral  olanda  və 
parlament  çağrılmayanda  çalışmışdı  ki,  həmin  məşəqqətli  günlərdə  təhlükəsiz 
sığınacaq  tapmaq  üçün  Puritan  koloniyalarından  birinə  getsin.  Kromvel  Yeni 
İngiltərədən  Hukeri  kilsənin  islahatını  aparmaq  üçün  geriyə  İngiltərəyə  qayıtmağa 
dəvət edən məktubu imzalayan bir qrup parlament üzvünə qoşulmuşdu. Şübhəsiz ki, 
bu  tədbir  Amerikada  İngiltərənin  böyük  imperiya  yaratması  üçün  öz  vətənində 
Kromvelin əl-qolunu xeyli açardı. Lakin 1658-ci ilin 3 sentyabrında baş verən ölümü 
onun bütün planlarını pozdu. Bu planlar isə olduqca geniş və böyük idi, hətta bütün 
Avropanın gələcək taleyinə əsaslı təsir göstərəcəkdi.  
Massaçusets  bu  vaxtdan  öz  səlahiyyətlərini,  yeni  gələn  sakinlərin  üzərinə 
doğru genişləndirmək üçün istifadə etdi. Öz sikkələrini buraxmaq üçün pul düzəldən 
müəssisə - sikkəxana təsis etdi. Bu puldan o, koloniyaya gətirilən mallar üçün haqq-
hesab çəkməkdən ötrü istifadə edəcəkdi. Burada kilsənin işlərinin nizamlanmasına da 
başlandı.  
Bu  dövrdə  Virciniya  həqiqi  dəyişikliyə  məruz  qaldı.  İngiltərə  dövləti  ilə 
razılaşıb,  onlar kapitan Riçard Benetti qubernator seçdilər.  O, puritanların lideri idi 
və vaxtilə Berkili onu Merilendə qovmuşdu.  
İngiltərədə bu qarışıqlıqlar baş verən vaxt Virciniyaya royalist qaçqınlar axını 
davam edirdi. Lakin dövlət süqut etdikdə və II Çarlz kral kimi bərpa edildikdə belə 
immiqrantların  gəlişi  dayanmadı.  Böyük  bir  ərazi  yeni  gələn  adamlarla  dolmuşdu. 
Əgər 1648-ci ildə Virciniyada on beş min ingilis əhalisi var idisə, 1670-ci ildə burada 
otuz  səkkiz  min  ingilis  yaşayırdı.  Doqquz  yeni  mahal  Burqess  Assambleyasına 
nümayəndəsini  göndərdi.  İyirmi  il  ərzində  koloniyanın  əhalisi  iki  dəfədən  çox 
artmışdı.  Gələnlərin  çoxu  bura  həm  də  öz  həyat  tərzini  gətirirdi.  Onların  gəlişi 
həmçinin  koloniyadakı  yaşayış  tərzində  və  onun  miqyasında  dəyişikliklər  əmələ 
gətirirdi. Burada indi zənci qullara daha çox tələbat vardi. Holland və Yeni İngiltərə 
gəmiləri  onları  Afrikadan  və  Vest  İndiya  adalarından  gətirərkən,  körfəzdə  həmişə 
olduğundan daha artıq sevinclə qarşılanırdı. Bu kiçik əyalətin cəmiyyəti bir çox saray 
adamlarının  iştirakı  ilə  zənginləşirdi.  Bu  əvvəlki  illərə,  Virciniya  əhalisinin  bu 
münbit torpaqlara yaşamağa gəlməsi dövrünə bənzəmirdi. İndi bura böyük adamlar, 
qədim sülalərə məxsus olanlar gəlirdi. Onların arasında polkovnik Riçard Li, Lourens 
Vaşinqtonun nəvəsi Con Vaşinqton, Randolflar, Pendletonlar, Medisonlar, Ladvellər, 
Marşalllar, Parklar, Kabellər kimi adamlar var idi. Virciniya bu adamları heç də yeni 
növ  və  bir  ənənə  kimi  qəbul  etmirdi.  Onlar  Virciniya  və  Yeni  İngiltərə  arasında 
müəyyən  dərəcədə  mövcud  olan  tam  kontrastı  əmələ  gətirdilər.  Onlar  kral 
partiyasının,  restavratsiya  partiyasının  adamları  idi,  onlar  üçün  Virciniya  artıq  adi 
vətənə çevrildi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə