Бирляшмиш Штатлара артан мараг



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/174
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31886
1   ...   13   14   15   16   17   18   19   20   ...   174

 
37 
Gələn  immiqrantların  çoxu  Plimutda  özünü  köhnə  dost  və  yoldaş  kimi  hiss 
edirdi.  Plimutda  təpənin  üstündə  salınan  sadə  kənd  on  iki  il  ərzində  bura  gələnlərin 
hamısının dadına çatırdı. Sonrakı yeddi ildə koloniya çox böyüdü. Plimut artıq yeddi 
şəhəri  birləşdirirdi.  Koloniyanın  idarəçiliyi  buna  uyğunlaşdırılmışdı.  Lakin  yeni 
qanun məcəlləsi tərtib etmək lazım gəldi. Bu sakit buxtaya yeni və rəngarəng həyat 
gəldi. Kapitan Standiş ərazini genişləndirmək üçün birinci nümunə göstərdi. 1632-ci 
ildə  o,  şəhərin  qarşısındakı  kiçik  limanı  keçib  Daksbyuridə  ev  tikməyə  başladı. 
Başqaları  onun  ardınca  getdi.  Sakinlər  içərilərə  girib  Taunton  şəhərni  tikməyə 
başladılar.  Hollandlar  öz  qapılarının  ağzında  yığışan  ingilislərə  qarşı  necə  hərəkət 
etmək barədə düşünürdülər. Ən sakit yol öz əhalisini artırmaq yolu idi. Təklif edilən 
böyük  torpaqlar  bir az  varlı  alıcıların  diqqətini  cəlb  edirdi.  Lakin  əsl  məskunları bu 
ərazi o qədər də məftun etmirdi. Heç də çox adam Yeni Dünyaya gəlib burada feodal 
ağaların hakimiyyəti altında yaşamaq  istəmirdi. Buradakı qaydalar Köhnə Dünyada 
olduğundan daha sərt idi. İkinci yol isə müqavimət göstərmək idi. Zəif və ləng Van 
Tuiller  ingilislər  Konnektikutda  yığışdıqda  hiddətlənsə  və  hədə  göndərsə  də,  elə  bir 
əməli  tədbir  görmədi.  Cənub  çayında  isə  hollandların  çoxlu  dostları  özlərini 
riyakarcasına apardılar. 1638-ci ildə Cənub çayının üstündə İsveç kralının çarteri ilə 
koloniya yarandı. Burada isveçlərdən çox hollandlar var idi.  
1643-cü  il  mayın  19-da  Massaçuretsin,  Plimutun,  Konnektikutun  və  Nyu 
Hevnin  səlahiyyətli  nümayəndələri  Bostonda  görüşüb  rəsmi  razılaşma  qəbul  etdilər 
ki,  onların  koloniyaları  bir-birinə  kömək  göstərmək  və  müdafiə  üçün  Yeni 
İngiltərənin  Birləşmiş  Koloniyaları  adı  altında  konfederasiyada  birləşirlər. 
Konnektikut şəhərləri heç bir çarterə malik olmadıqlarından belə köməyə çox möhtac 
idi.  Plimut  və  Massaçusets  birliyə  girməyə  ona  görə  razı  idilər  ki,  onlar  üçün 
hindulardan  və  şimalda  isə  fransızlardan  təhlükə  mövcud  idi.  Ona  görə  də  bəzən 
koloniyaların  arasını  məskunlaşdırmaq  müzakirə  edildikdə,  konfederasiya  kimi  bir 
ümumi  nüfuzun  olması  vacib  sayılırdı.  Massaçusets  koloniyalardan  ən  böyüyü  və 
güclüsü  olduğundan  heç  şübhə  etmədən  gözləyirdi  ki,  konfederasiyanın  şurasında 
aparıcı rol oynayacaqdır. Digər koloniyalar isə ümid edirdi ki, Massaçusetsi bundan 
saxlaya və onu hökmranlıq etmək iştahasından uzaqlaşdıra biləcəklər.  
Elə həmin il Rocer Uilyams Narraqanset mahalında yaradılan məskənlər üçün 
icazə  almaqdan  ötrü  İngiltərəyə  yollandı.  Bir  il  sonra  Rod  Aylend  və  Providens 
plantasiyaları ayrıca çarterlə hüquqlar aldılar və beləliklə Plimut və Massaçusetlərlə 
hüquqlar baxımından bərabərləşdilər.  


 
38 
İngiltərədə inqilab və onun nəticələri 
 
Yeni birliyin Puritan koloniyalarına verdiyi konfederasiya maddələri okeanın 
o tayından, ana vətəndən gözlənilən məsləhətdən və himayədən xəbər verirdi. Lakin 
bu maddələr koloniyalar üzərində İngiltərənin hakimiyyəti haqqında heç nə demirdi. 
Bu  koloniyalar  müqavilə  hissəsində  özlərini  müstəqil  dövlətlər  kimi  aparırdı  və heç 
kəsi  bu  birliyə  girməyə  dəvət  etmirdi.  İngiltərə  özü  vətəndaş  müharibəsində 
boğulurdu.  Nəhayət,  on  il  ərzində  parlamentin  çağırılmasına  imkan  verməyən  kral 
Çarlzla  haqq-hesab  çəkildi.  O,  özünü  ingilislərin  azadlıqlarının  açıq  düşməni  kimi 
göstərmişdi.  Buna  görə  də  ona  qarşı  hiddət  güclənirdi.  Bu  Şotlandiyadan  baş 
qaldırmağa  başladı  və  adamlar  inqilabın  dik  gözünə  baxırdılar.  Çarlz  özünə  qarşı 
təhlükəni  hiss  edib  yumşaldı  və  parlamentin  yığılmasına  razılıq  verdi.  Pim  və 
Hempden  kimi  qətiyyətli  adamların  təsiri  altında  İcmalar  Palatası  kralın 
ədalətsizliyinə  kömək  etmiş  adamları  ittihamlandırdı  və  hökuməti  yenidən  geriyə, 
sərbəstliyin  azaldılmasının  köhnə  vəziyyətinə  qaytardı.  Çarlz  görürdü  ki,  o,  ya 
bütünlüklə  güzəştə  getməli,  yaxud  da  müqavimət  göstərməlidir.  O,  müqavimət 
yolunu  seçdi.  Nottinqemdə  1642-ci  ilin  avqustunda  kral  bayrağını  təsis  etdi  və  ona 
rəğbət  bəsləyən  bütün  təbəələrini  kralı  müdafiə  etməyə  çağırdı.  Beləliklə,  o 
İngiltərəni vətəndaş müharibəsinə və inqilaba cəlb etdi. Heç kəs nə etməli olduğunu 
bilmirdi.  İlk  dövrdə  parlament  parçalanmış  kimi  görünürdü.  Pim  vəfat  etmişdi  və 
Hempden öldürülmüşdü. Lakin artan sayda parlament tərəfdarları şəhərlərdə birliklər 
şəklində  formalaşdıqca,  könüllü  silahlı  dəstələrə  Mançester  hersoqu  ilə  birlikdə 
Oliver  Kromvel  komandanlıq  etməyə  başladı.  1644-cü  ilin  iyulunda  Kromvelin 
suvariləri prints Rupertin adamlarını ümidsiz bir yerə qovdu.  
Sonrakı  ilin  iyun  ayında  isə  Neysbidə  Kromvel  bu  qorxulu  işi  təkrar  etdi. 
Başladığı  işi  başa  çatdırdı  və  kralın  tam  məhvinə  nail  oldu.  1646-cı  ilin  mayında 
Çarlz ümidsiz vəziyyətini görüb özünü şotlandlara təslim etdi ki, yenidən siyasi oyun 
oynamaq  imkanı  əldə  etsin.  Çünki  müharibə  oyunu  artıq  uduzulmuşdu.  O,  güman 
edirdi  ki,  şotlandlar  presviterian  ollduqlarından,  Kromvellə  asanlıqla  razılığa 
gəlməyəcəklər.  Kromvelin  özünü  də  presviterianların  qurduğu  bir  tələyə  gətirmək 
olduqca çətin olacaqdı.  
Üç  il  keçdikdən  sonra  təslim  olmuş  kral  Uaythollda  1649-cu  ilin  yanvarında 
dar  ağacından  asılmaqla  öldürüldü.  O,  ölüm  hökmünə  parlament  tərəfindən  deyil, 
ordu  tərəfindən  məhkum  edildi.  Ordu  isə  heç  də  xalqı  təmsil  etmirdi.  Kromvel  öz 
adamlarını  hər  hansı  bir  rəy  sınağına  çəkmirdi.  Parlament  Şotlandiyanın  aparıcı 
adamları  ilə  ittifaqda  idi.  Axırıncılar  isə  presviterian  kimi  ordunun  artan  gücünə 
qısqanclıqla  yanaşırdı.  Düzdür  Kromvel  zorakı  qaydada  ordunu  geri  qaytardı. 
Əsgərlər  ona  İcmalar  Palatası  ilə  rəqabətdə  güc  vasitəsilə  qalib  gəlməkdə  kömək 
etdilər  və  Kromvel  onlara  başçılıq  etməyi  seçdi.  Kim  ordunun  və  istiqlaliyyətin 
tərəfdarı  deyildisə,  o,  İcmalar  Palatasından  qovulurdu  və  burada  bir  ovuc  adam 
qalmışdı və onlar kralı məhkəməyə gətirdilər. Ona ölüm hökmü verdilər və nəticədə 
onu Uaythollda öldürdülər. Bu yer onun ziyafət zalının pəncərəsinə çox yaxın idi.  
Krala qarşı çıxanlar özlərini əhalinin çoxluğu kimi aparırdı və heç kəs onları 
dayandırmağa cəsarət etmirdi. Belə hadisələrin cərəyan etdiyi İngiltərənin vaxtı yox 
idi  ki,  okeanın  o  tayından  koloniyalardakı  hadisələri  müşahidə  etsin.  Yeni  İngiltərə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə