Bismillahir-Rahmənir-Rahim Ön söz



Yüklə 12,56 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix01.09.2018
ölçüsü12,56 Mb.
#66105
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 65 - 
salmağı ona tapşırdı.  
Əbubəkr  Həzrət  İmam  Sadiq  (ə)-dan  nəql  edir  ki, 
Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Ey Əli!  Bu Quran 
mənim  yatağımın  yanında,  kağız  və  ipək  parçalarının 
üzərindədir.  Onu  bir  yerə  toplayın,  yəhudilər  Tövratı 
aradan aparan kimi onu zay etməyin. 
 ﻩوﺬﺨﻓ ﺲﻴﻃاﺮﻘﻟا و ﻒﺤﺼﳌا ﰱ ﻰﺷاﺮﻓ ﻒﻠﺧ ناﺮﻘﻟا ﻰﻠﻋ ﺎﻳ
ةارﻮﺘﻟا دﻮﻬﻴﻟا ﺖﻌﻴﺿ ﺎﻤﻛ ﻩﻮﻌﻴﻀﻳ ﻻو ﻩﻮﻌﲨا و
 
Beləliklə  Quran  Həzrət  Peyğəmbərin  (s) 
göstərişi  ilə,  elə  özü  həyatda  ikən  kitab  halına 
gətirildi.  Həzrət  İmam  Əli  (ə)  Peyğəmbər  (s)-in 
rehlətindən  6  ay  sonra  Quranı  təfsir  və  maarifi  ilə  bir 
yerdə  yenidən  cəm  edib  bir  dəvənin  üzərinə  qoyaraq 
camaata göstərdi.  
Muhəmməd  ibni  Seyreyn  Əkrəmədən  nəql  edir: 
Peyğəmbər  (s)  vəfat  edəndən  sonra  camaat  Əbu  Bəkr 
ilə biət etdilər. İmam Əli (ə) Quranı toplamağa başladı 
və bu işi altı aya tamam etdi.  
Muhəmməd  deyir:  Əkrəmədən  soruşdum: 
başqaları da Quranı toplamağa məşğul idilər? O, dedi: 
Əgər  ins  və  cin  istəsəydilər  də  Əli  kimi  edə 
bilməzdilər. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 66 - 
Mövla İmam Əli (ə)-ın tərtib etdiyi 
Quranın xüsusiyyətləri 
Mövla  İmam  Əli  (ə)  Quranın  təhrif  olunmamağı 
üçün  onu  toplamağa  başladı  və  bu  işi  axıra  qədər, 
kamil  surətdə  tamam  etdi.  Onun  tərtib  etdiyi  Quranın 
özunəməxsus  xüsusiyyətləri  var  idi.  O,  Quranı 
gördüyümüz formanı saxlamaqla yanaşı əlavə işlər də 
gördü: 
1.  Quranı nazil olduğu tərtiblə topladı. 
2.  Bu  Quran,  ayələrin  nuzul  səbəblərini,  nazil  olma 
məkanını  və  kimlərin  barəsində  nazil  olmağını 
özündə ehtiva etmişdi.  
Mövla  İmam  Əli  (ə)  topladığı  bu  Quran  irs 
olaraq  imamların  birindən  digərinə  keçərək  axırıncı 
imamın  yanında  olduğuna  dair  dəlillər  vardır.  Bir 
rəvayətdə  nəql  olunur  ki,  Təlhə  Əli  (ə)-dan  bu 
Quranın  barəsində  soruşanda  Əli  (ə)  buyurdu:  “Mən 
bu  Quranı  Peyğəmbər  (s)-in  əmri  ilə  toplamışam, 
onun  əmri  ilə  də  oğlum  İmam  Həsən  (ə)-a  təhvil 
verəcəyəm,  çünki  o,  mənim  canişinimdir.  O  da  öz 
növbəsində  öz  canişininə  və  bu  cürə  davam  edərək 
sonuncu imamın yanında qalacaqdır.” 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 67 - 
Birinci və üçüncü xəlifənin dövründə  
Quranla əlaqədar görülən işlər 
Birinci xəlifənin dövrundə də onun göstərişi ilə 
əldə  olan  Quranın  nüsxələri  artırıldı.  Yəmayə 
müharibəsində  1700  nəfərə  yaxın  müsəlman  şəhid 
oldu.  Onlardan  ən  azı  450  nəfər  qare  idilər.  Bunun 
kimi  başqa  işlər  səbəb  oldu  ki,  birinci  xəlifə  Quranı 
çoxaltmaq fikrinə düşdü. Qarelərin aradan getməyi ilə 
Quran barəsində ixtilafın yaranmasından ehtiyyat etdi.  
Təqribən  13  ildən  sonra  üçüncü  xəlifə  Osman 
da Quranı çoxaltmaq fikrinə düşdü. Odur ki, bir heyət 
təşkil edib bu  işi onlara tapşırdı. Çox ehtimala əsasən 
Osman 5 ədəd Quran düzəltdirdi və onları Kufə, Şam, 
Bəsrə  və  Məkkə  şəhərlərinə  göndərdi.  Birini  isə 
islamın  mərkəzi  olan  Mədinə  şəhərində  saxlatdırdı. 
Buna  səbəb  hamının  o  Qurana  baxıb  oxumağı  və 
Quranda  ixtilafın  vücuda  gəlməməsi  idi.  Osman  hər 
bir  Quranla  bir  qare  göndərdi  ki,  onların  vasitəsi  ilə 
Quran  müsəlmanlara  oxunsun.  Osmanın  tərtib  etdiyi 
Quran  əvvəlki  Quranlar  kimi  nöqtəsiz  və  erabsız  idi. 
Indi onlardan heç bir əsər-əlamət qalmayıbdır.  
Xəlifələrin  tərəfindən  Quranın  artırılmasına 
nisbət  imamların  mövqeyi  müsbət  idi  və  müxalifət 
etməyiblər. 
  


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 68 - 
Dördüncü  əsrin  axırlarına  qədər  müsəlmanlar 
Quranı “Kufi” xətti ilə  yazırdılar. Ondan sonra Quran 
“Nəsx”  xətti  ilə  yazılmağa  başladı.  Qurani-Kərim 
daha  artıq  qorunub  saxlanmaq  və  düzgün  oxunmaq 
üçün onu nöqtələyib erabla yazdılar. İlk dəfə bu iş Əli 
(ə)-ın şagirdi Əbu Əsvəd Duvelinin  vasitəsi  ilə əmələ 
gəldi.  
Qiraətin vücuda gəlmə mərhələləri 
Quranın oxunma formalarını yeddi mərhələyə bölmək 
olar: 
1.  Peyğəmbər  (s)  bəzi  səhabələrə  Quranı  oxumaq 
yolunu  təlim  etdi.  Bəzi  səhabələr  də  bu  barədə 
Həzrət  Peyğəmbər  (s)-ə  təkliflər  vermişdilər.  Bu 
mərhələnin  əfradı  aşağıdakılardan  ibarətdir:  Əli 
ibni  Əbutalib  (ə),  Ubey  ibni  Kəb,  Əbdullah  ibni 
Kəb,  Əbdullah  ibni  Məsud,  Zeyd  ibni  Sabit, 
Osman ibni Əffan, Əbu Musa Əşəri və Əbul Dərda. 
2.  Birinci  dəstənin  təlimi  vasitəsi  ilə  ikinci  dəstə 
qarelər əmələ gəldi və qiraətlər bəzi şəxslərə nisbət 
verildi.  
3.  Osmanın  vasitəsi  ilə  Quranın  vahid  qəraəti  üçün 
qarelər və quranların tərtib edilməsi. 
4.  Bəzi  ixtilafların  nəticəsində  təzə  nəsil  qare  və 
hafizlərin meydana gəlməsi. 


Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq 
www.ehlibeyt-aka.com
                         SonUmidTv 
- 69 - 
5.  Qiraətin  həddindən  artıq  inkişaf  edib,  o  cümlədən 
“qurrae səb”-in vücuda gəlməsi. 
6.  Qiraət  üçüncü  əsrdə  şifahi  formadan  yazılı 
formaya  çevirilməyə  başlandı.  Bu  iş  bir  neçə 
nəfərin  vasitəsi  ilə  oldu.  Onlar  Qasim  ibni  Səlam, 
Əbu  Hatəm  Səcistani,  Əbu  Cəfər  Təbəri  və  s. 
idilər.       
7.  Dördüncü  əsrin  əvvəllərində  İbni  Mücahidin 
Vasitəsi  ilə  qiraət  “yeddi  qiraətə”  hasarlandı  və 
bundan sonrakı yazılar da bu səmtə yönəldi.  
10-cu Dərsin Sualları 
1)  Həzrət Peyğəmbər (s)-in zamanında yaşayan 
Quran hafizlərindən bir neçəsini sadalayın. 
2)  Sonuncu səmavi kitab olan Quranın toplanaraq 
bir kitab halına salınması kimi məsuliyyətli bir işi 
Həzrət Peyğəmbər (s) öz zamanındamı həyata 
keçirdi, ya özündən sonraya saxlayaraq ümmətin 
ixtiyarına qoydu? Cavabınızı əsaslandırmaq üçün 
dəlil olaraq ayə və ya hədis gətirin.  
3)  Həzrət İmam Əli (ə)-ın, Həzrət Peyğəmbər (s)-in 
rehlətindən sonra tərtib etdiyi Quranın əlimizdə 
olan Quranla ümumi və fərqli cəhətləri nə idi? 
4)  Birinci və üçüncü xəlifənin dövrundə Quran ilə 
əlaqədar hansı işlər görülmüşdü?  


Yüklə 12,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə