BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan ədəbiyyat


FƏDƏK NƏ İDİ VƏ HARADA YERLƏŞİRDİ?



Yüklə 0,87 Mb.
səhifə14/20
tarix01.09.2018
ölçüsü0,87 Mb.
#66320
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

FƏDƏK NƏ İDİ VƏ HARADA YERLƏŞİRDİ?


Fədək, Hicaz məntəqəsində və Xeybər qalasının yaxınlığında yerləşən münbit və məhsuldar bir yer idi. Mədinə ilə onun arasında 2-3 günlük yol var idi. Bəziləri deyirlər ki, bu məsafə 140 kilometrdir. Fədək bağında axar çeşmələr və çoxlu xurma ağacları var idi.141

İbni Əbil Hədid deyir: “Peyğəmbər (s) Xeybər qalasının fəthindən qayıtdıqdan sonra, Allah-taala Fədək əhlinin ürəyinə dəhşətli bir qorxu saldı. Onlar bir nəfəri Peyğəmbərin hüzuruna göndərib bu əsasda müqavilə bağladılar ki, Fədəkin yarısını ona versinlər. Göndərilən o şəxs, Peyğəmbəri Xeybərdə yaxud da Mədinə yolunda) qarşılayıb bu müqaviləni imzaladı.”

Beləliklə, Fədək Peyğəmbərin xüsusi mülkiy-yətinə keçdi. Çünki, Quran ayəsinin hökmünə əsasən,142 müharibə aparılmadan müsəlmanların ixtiyarına keçən hər bir şey Peyğəmbərin özünə məxsus olur və müharibə qəniməti kimi müsəl-manlar arasında bölüşdürülmür.

Sünnü və şiə tarixçilərinin çoxu, Peyğəm-bərin Fədəki öz həyatında Fatimə (ə)-a bağışladığını yazırlar. (Çünki Fədək Peyğəm-bərin şəxsi mülkü idi.) Böyük sünnü alimi və məşhur təfsirçi Cəlaləddin Süyuti öz təfsirində143 Əbu Səid Xidridən belə nəql edir:


“Və ati zəl-qurba həqqəhu” ayəsi nazil olanda Peyğəmbər (s) Fatimə (ə)-ı öz yanına çağırıb, Fədəki ona bağışladı.

Əmirəl-möminin Əli (ə) Osman ibni Hüney-fə yazdığı məktubda Fədək hadisəsini xatırla-dıb buyurdu:


“Bəli, asimanın kölgə saldığı bütün şeylər içərsinidə yalnız Fədək bizim əlimizdə idi. Ancaq bir dəstə camaat buna paxıllıq etdi. Başqa bir dəstə isə, səxavətliliklə ona göz yumdular. Ən yaxşı hakim Allahdır.”144

Bu hədisdən aydın olur ki, elə Peyğəmbərin zamanında Fədək Əli və Zəhra (ə,m)-ın ixtiyarında idi. Ancaq sonralar bir dəstə insan ona tamah saldılar. Əli və Zəhra (əleyhiməssalam) məcburiyyət qarşısında qalıb öz haqlarından keçdilər. Şübhəsiz, bu göz yummaqlıq da onların öz razılıqları əsasında deyildi. Əks halda (əgər öz razılıqları ilə olsaydı), “ən yaxşı hakim Allahdır” deməyin mənası olmazdı.


NƏ ÜÇÜN FƏDƏKİ FATİMEYİ ZƏHRA (Ə)-A VERMƏDİLƏR?


Həqiqət bundan ibarətdir ki, əgər Əbu Bəkr Fədəki Zəhra (ə)-a verməklə razılaşsaydı, bu iş Zəhra (ə)-ın xilafəti də tələb etməyinə səbəb olacaqdı. İbni Əbil Hədid bu məsələni “Nəhcül-bəlağə”yə yazdığı şərhində çox incəliklə bəyan edib deyir: “Mən öz müəllimim Əli ibni Fariqidən soruşdum ki, Fatimənin Fədəki tələb etməsindəki iddiası yerli idimi? O, “bəli” - deyə cavab verdi. Mən dedim: Bəs onda nə üçün Əbu Bəkr Fədəki ona vermədi, halbuki, Əbu Bəkr onun düz danışan olduğunu bilirdi!?

O gülümsəyib (heç vaxt zarafat əhli olmadığı halda) nəcib bir cavab verərək dedi:


Əgər həmin vaxt Əbu Bəkr Fatimənin iddia etməsi ilə eyni zamanda Fədəki ona versəydi, sabahı gün gəlib xilafəti öz əri Əli üçün tələb edəcəkdi, Əbu Bəkri isə öz məqamından götürəcəkdi. Bu halda onun müdafiə olunmağa heç bir əsası və dəlili olmayacaqdı. Çünki, Fədəki Fatiməyə verməklə onun öz iddiasında doğruçu olduğunu da qəbul edəcəkdi və bu halda şahidə ehtiyac olmayacaqdı.

Sonra İbni Əbil Hədid sözünə əlavə edib deyir: “Müəllimim bu sözləri zarafatyana desə də, bunlar danılmaz bir həqiqətdir.”145

Keçmiş bəhslərdə “Səhihi-Buxari”, “Tarixi-Təbəri”, “Əs-səvaiqül-muhriqə” kimi kitablarda Ayişədən nəql edilmiş hədisdə oxuduq ki, Fatimə (ə) gecə ikən dəfn edildi, Əli (ə) ona tənha namaz qıldı və Əbu Bəkrə də xəbər vermədi. “Əs-səbətü minəs-sələf” kitabının müəllifi “Səhihi-müslüm”, “Sünəni-Beyhəqi”, “Müşkilül-Asar” (müəllif: Təhavi) və “Təbəqat” (müəllif: İbni Səd) kitablarından nəql edib deyir: “Fatimə (ə) gecə dəfn edildi. Əli (ə) Əbu Bəkrə xəbər vermədi.”

Hakim Nişapuri Ayişədən belə nəql edir: “Peyğəmbərin qızı Fatimə (ə) gecə ikən dəfn olundu. Əli (ə) özü tənha ona namaz qıldı və Əbu Bəkri bu işdən xəbərdar etmədi.”146

Beyhəqi Ayişədən belə nəql edir: “Fatimə atasından sonra altı ay ömür sürdü. Vəfat etdikdə isə Əli onu gecə dəfn etdi. Bu haqda Əbu Bəkrə xəbər vermədi, özü ona tənha namaz qıldı.”

Görəsən nə üçün Əli (ə) Fatimə (ə)-ı məhz gecə dəfn edib, Əbu Bəkrə xəbər vermədi? Əli (ə) onların tərəfindən çoxlu vəfasızlıq, əzab-əziyyət görmüşdü. Amma onlara qarşı öz nara-zılığını çox da büruzə vermirdi. Bütün bunlarla yanaşı Fatimə (ə)-ın dəfn məra-simini Əbu Bəkrə xəbər vermədi və onu gecə dəfn etdi. Çünki, Fatimə (ə) özü belə istəmişdi. Səbəbi də ondan narazı və qəzəbli olması idi.

İbni Qüteybənin nəql etdiyi rəvayətdə oxuduq ki, Əbu Bəkr və Ömər Fatimə (ə)-ın evinə daxil olub, salam verdikdə, Fatimə (ə) üzünü divara çevirib onların salamını almadı. Halbuki, bütün müsəlman fəqih və alimləri buyurmuşlar ki, salam verən şəxs müsəlman olduqda onun cavabını vermək vacibdir. Zəhra (ə) onlara dedi: “Allaha and olsun, əgər Peyğəmbəri görsəm sizin hər ikinizdən ona şikayət edəcəyəm!” Sonra Əbu Bəkrə dedi: “Hər namazda Allahdan, sizi mühakiməyə çəkməsini istəyəcəyəm.”

Deməli, Zəhra (ə) şəhadətinə kimi onlardan narazı idi.


FATİMƏ (Ə)-IN ZƏMANƏSİNİN İMAMI KİM İDİ?


İndi belə bir sual yaranır: Fatimənin zəma-nəsinin imamı kim idi? Peyğəmbər (s) buyurub:
“Hər kəs öz zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlər kimi dünyadan getmiş olar.”147 (Yəni, həqiqi imanın şərtlə-rindən biri də zamanın imamını tanımaqdır.)

Sünnü alimlərinin dediklərinə görə, əgər Əbu Bəkr doğrudan da müsəlmanların xəlifəsi, zəmanənin imamı və ona itaət etmək bütün müsəlmanlara vacib idisə bəs onda nə üçün razılığı Peyğəmbərin razılığına, qəzəbi də onun qəzəbinə səbəb olan Fatimə (ə) o imama itaət etmədi və ondan küsülü olaraq dünyadan getdi? Əgər Zəhra (ə)-ın zəmanəsinin imamı Əbu Bəkr olsaydı, onda rəva deyildi ki, Zəhra ondan küssün və onun razılığı Peyğəmbərin və Allahın razılığına, qəzəbi də Peyğəmbərin və Allahın qəzəbinə səbəb olsun. Əgər Əbu Bəkr doğrudan da zəmanənin imamı idisə, onda nə üçün dəfələrlə özünü bu vəzifədən azad etmişdi? Halbuki, imamlıq məqamı Allah tərəfindən təyin olunan bir şeydir və heç kimin onu bu vəzifədən azad etməyə haqqı yoxdur. Doğrusu, Fatimənin zəmanəsinin imamı kim idi? Müsəlmanlara bu haqda təhqiqat aparmaq, Allah tərəfindən təyin edilmiş imamın və müsəlmanların ixtiyar sahiblərinin kim olduğunu bilmək lazım deyilmi?




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə