BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə27/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

AYƏ 66:


﴿وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُواْ أَنفُسَكُمْ أَوِ اخْرُجُواْ مِن دِيَارِكُم مَّا فَعَلُوهُ إِلاَّ قَلِيلٌ مِّنْهُمْ وَلَوْ أَنَّهُمْ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًا﴾

TƏRCÜMƏ:


«Əgər Biz onlara «(cihad cəbhəsində hazır olmaqla) özünüzü öldürün ya öz vətən evlərinizdən çıxın» (deyə) qərar versəydik, (bunu) onların az bir qismi istisna olmaqla, yerinə yetirməzdilər. Əgər onlara verilən nəsihətlərə əməl etsəydilər, şübhəsiz bu, onlar üçün daha yaxşı imanın sabitliyi ruhun güclənməsi baxımından daha möhkəm olardı

TƏFSİR:


Bu ayədə Peyğəmbərin (s) ədalətli mühakiməsindən narahat olanlarla əlaqədər bəhsi təkmilləşdirərək keçmiş ümmətlərə verilən üzücü vəzifələrin bir qisminə işarə edilir və buyurulur: Biz bunların üzərinə çox çətin və ağır vəzifələr qoymamışıq. Əgər əvvəlki ümmətlər kimi (məsələn, yəhudilər kimi. Belə ki, bütpərəstlikdən, danaya sitayiş etdikdən sonra onlara göstəriş verildi ki, bu günahın kəffarəsi olaraq bir-birinizi qətlə yetirin, yaxud qəlbən məhəbbət bağladığınız vətəndən çıxın) bunlara da ağır və üzücü göstərişlər versəydik ona necə tab gətirə bilərdilər?! Bir xurma bağının suvarılması üstündə Peyğəmbərin (s) verdiyi hökmə razı olmadıqları halda, digər imtahanlardan necə üzüağ çıxa bilərdilər?! Şübhəsiz, əgər onlara bir-birini qətlə yetirmək, yaxud ev-eşiklərindən çıxmaq əmr edilsəydi onlardan yalnız bir qrupu bu göstərişlərə əməl edərdi.

Sonra ilahi göstərişlərə əməl etməyin iki faydasına işarə edilir və buyurulur: Əgər onlar Allahın və Peyğəmbərin (s) mövizələrini, öyüd-nəsihətlərini qəbul etsəydilər həm öz xeyirlərinə bir iş görmüş olardılar, həm də bu onların imanlarının güclənməsinə səbəb olardı.

Bu ayədə ilahi hökmlərin mövizə və öyüd-nəsihət kimi təbir olunması bunu göstərir ki, ilahi hökmlərin yerinə yetirilməsinin faydası göstəriş verənin – Allahın xeyrinə deyil, məhz insanların öz xeyrinədir.

Bu ayədə buyurulur ki, insan Allaha itaət etmək və Onun fərmanlarını yerinə yetirmək yolunda nə qədər irəliləsə onun öz imanı və müqaviməti də bir o qədər möhkəmlənər. Həqiqətdə Allahın fərmanlarına itaət etmək insan üçün bir növ ruhun hazırlanmasıdır.


AYƏ 67-68:


﴿ وَإِذاً لَّآتَيْنَاهُم مِّن لَّدُنَّـا أَجْراً عَظِيمًا. وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُّسْتَقِيمًا ﴾

TƏRCÜMƏ:


67. «Onda Biz mütləq onlara Öz tərəfimizdən böyük bir mükafat əta edərdik

Bu ayədə Allah-təalanın əmr və fərmanlarına itaət edib təslim olmağın üçüncü faydasına işarə edilir və buyurulur ki, qeyd olunanlardan əlavə, belə olan halda Öz dərgahımızdan onlara böyük və əzəmətli bir mükafat da verərdik.

Sonrakı ayədə isə dördüncü xeyir və faydasına işarə edilir:

68. « şübhəsiz, onları (etiqad, əxlaq əməldə) doğru yola hidayət edərdik

Burada hidayət dedikdə Allah tərəfindən ikinci dərəcəli hidayət və mükafat ünvanı ilə verilən yeni lütf və mərhəmətlərdir ki, bu cür şəxslər ona layiq olmuşlar.


AYƏ 69:


﴿ وَمَن يُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَـئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاء وَالصَّالِحِينَ وَحَسُنَ أُولَـئِكَ رَفِيقًا ﴾

TƏRCÜMƏ:


«Allaha Onun Peyğəmbərinə itaət edənlər (dünya axirətdə) Allahın nemət verdiyi kəslərləpeyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar saleh insanlarlabirlikdədirlər. Onlar gözəl dostlardır.»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Bu və bundan sonrakı ayənin nazilolma səbəbi ilə əlaqədar nəql olunmuşdur ki, Peyğəmbərin (s) Novban adlı bir sahabəsi o Həzrətə (s) çox məhəbbət bəsləyirdi. Bir gün pərişan halda Peyğəmbərin (s) hüzuruna gəldi. Həzrət (s) onun narahatlığının səbəbini soruşduqda dedi: “Mən bu gün fikirləşirdim ki, Qiyamət günündə behişt əhli olsam, şübhəsiz, sizin məqamınızda olmayacağam. Əgər behişt əhli olmasam, onda vəziyyətim tamamilə aydındır və hər bir halda sizin hüzurunuzda olmaqdan məhrum olacağam. İndi necə pərişan olmaya bilərəm?!”

Bu iki ayə nazil oldu və belə şəxslərə müjdə verdi ki, Allaha itaət edənlər behiştdə də peyğəmbərlərlə, Allahın seçdiyi insanlarla yoldaş olacaqlar. Sonra Peyğəmbər (s) buyurdu: «Allaha and olsun! Müsəlman bir şəxsin imanı yalnız o zaman kamil olar ki, məni özündən, atasından, anasından bütün qohum-əqrəbalarından artıq sevsin, mənim sözlərim qarşısında təslim olsun.»


TƏFSİR:

BEHİŞT DOSTLARI


Əvvəlki ayələrdə Allahın əmr və fərmanlarına itaət edənlərin malik olduqları imtiyazlar sadalandı. Bu ayədə isə onlar təkmilləşdirilir və buyurulur: Allaha və Peyğəmbərə itaət edənlər Qiyamət günündə Allahın Özü tərəfindən onlara nemət verilən və nemət tamamlanan şəxslərlə birgə olacaqlar.

«Həmd» surəsində də qeyd olunduğu kimi, bu nemətə nail olanlar düz yolda qədəm götürənlər, azğınlığa və inhirafa azacıq belə yol verməyənlərdir.

Sonra bu cümlənin izahında dörd qism insanlara işarə edilir və buyurulur ki, onlar peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birgə olacaqlar:

1. Peyğəmbərlər, başqa sözlə, Allahın insanların hidayəti üçün göndərdiyi xüsusi bəndələr camaata rəhbərlik etməkdə və onların düzgün yola hidayət olunmasında ilk addımları atırlar.

2. Siddiqlər və düzgün insanlar o kəslərdir ki, həm sözdə düz danışırlar, həm də əməlləri sözlərini təsdiq edir və göstərir ki, sadəcə iman iddiası etmirlər. Əksinə, Allahın əmr və fərmanlarına həqiqi mənada iman gətirmişlər. Rəvayətlərdə siddiqlərin ən gözəl və bariz nümunələri kimi məsum imamlar (ə) və Həzrət Fatimeyi-Zəhra Siddiqeyi-Tahirə (ə) qeyd olunmuşdur.

3. Şəhidlər, pak və ilahi əqidələr, ali hədəflər yolunda canlarını qurban verənlər, eləcə də Qiyamət günündə insanların əməllərinə şahid olan ləyaqətli insanlar.

4. Salehlər müsbət, qurucu və faydalı əməllər yerinə yetirməklə peyğəmbərlərin göstərişlərinə tabe olaraq yüksək maqamlara çatmışlar.

Ayənin axırında buyurulur: «Bunlar necə də yaxşı yoldaşlardır!»

Yuxarıdakı ayədən bu həqiqət də aydın olur ki, insanın yaxşı yoldaşları, dəyərli həmsöhbətləri o qədər əhəmiyyət kəsb edir ki, hətta axirət aləmində belə behişt nemətlərinin təkmil olması üçün bu böyük nemət Allaha müti olan bəndələrə əta edilir.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə