BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə24/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

AYƏ 58:


﴿إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا﴾

TƏRCÜMƏ:


«Həqiqətən, Allah sizə əmanətləri (vacibi əməlləri Allaha camaatın haqlarını onlara) öz sahiblərinə qaytarmağınızı əmr edir. İnsanlar arasında (mübahisə dava-dalaş barəsində ya şəxslər hadisələr haqqında) hökm çıxaranda, ədalətlə hökm çıxarın. Doğrudan da Allah sizə gözəl bir öyüdlə nəsihət edir. Həqiqətən Allah həmişə eşidən görəndir.»

Peyğəmbər (s) bu istəyin əksinə olaraq, Kəbə evini murdar bütlərdən təmizlədikdən sonra onun qapısını bağlayıb açarını Osman İbn Təlhəyə qaytardı, bu zaman Həzrət (s) həmin ayəni oxuyurdu.


TƏFSİR:

İSLAMDA ƏMANƏT VƏ ƏDAVƏT


Ümumi və hərtərəfli bir hökmün bəyanedicisi olan bu ayədə buyurulur: Allah sizə fərman verir ki, əmanətləri sahiblərinə qaytarasınız. Ayənin ikinci hissəsində digər bir mühüm göstərişə işarə edilir: o da hökm verən zaman ədalətə riayət etməkdir. Ayədə buyurulur: Allah həm də sizə fərman verir ki, camaat arasında mühakimə yürütdüyünüz zaman ədalət əsasında hökm verəsiniz. Sonra bu iki mühüm fərmanı təkidləndirmək üçün buyurulur: Allah sizə necə də yaxşı öyüd-nəsihət verir və mövizə edir! Yenə də təkidlə buyurulur: Hər bir halda Allah sizin əməllərinizə nəzarət edir: həm sözlərinizi eşidir, həm də işlərinizi görür.

Aydındır ki, əmanət daha geniş mənaya malik olub hər növ maddi və mənəvi sərmayələrə şamildir. Bu ayənin aşkar buyurduğuna əsasən hər bir müsəlman əmanət sahibinin kimliyindən asılı olmayaraq heç bir əmanətə xəyanət etməməlidir – əmanət sahibi istər müsəlman olsun, istərsə də qeyri-müsəlman. Bu da həqiqətdə İslamda «insan hüquqları bəyannaməsi»dir.

Cəmiyyətdəki alimlər belə əmanətdar sayılır, onların vəzifələri həqiqətləri açıb demək, haqqı əsla gizlətməməkdir. İnsanın övladı da ilahi əmanətlərdir ki, valideyn onların təlim-tərbiyəsində laqeydliyə, səhlənkarlığa yol verməməlidir. Bundan da artıq insanın öz vücudu, eləcə də Allahın onun batinində qoyduğu bütün qüvvələr əmanətdir ki, insan onun qorunmasına, düzgün istiqamətdə istifadə olunmasına çalışmalıdır.

İmam Sadiq (ə) bir hədisdə əmanətin necə mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqədar öz dostlarından birinə buyurdu: «Əgər Əlinin (ə) qatili mənim yanımda bir şeyi əmanət qoysa, yaxud məndən ona nəsihət verməyimi istəsə, yaxud da mənimlə bir şey barəsində məşvərət eləsə mən bu işlər üçün hazırlığımı bildirsəm, şübhəsiz, əmanətin haqqına riayət edəcəyəm.»

Çoxlu rəvayətlərdə qeyd olunur ki, əmanət dedikdə məqsəd ümmətin həqiqi rəhbərlərinin tanıtdırılmasıdır ki, bu da Əhli-Beytdən (ə) ibarətdir.22

AYƏ 59:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha axirət gününə imanınız varsa, onu Allaha Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu (sizin üçün) daha xeyirli nəticə baxımından daha gözəldir

TƏFSİR:


Bu və bundan sonrakı bir neçə ayə ən mühüm İslami məsələlərdən biri, yəni cəmiyyətə rəhbərlik ilə əlaqədardır. Bu ayə dini və ictimai məsələlərdə ixtilaf və münaqişə yaranan zaman müsəlmanların kimə müraciət etməsini bəyan edir.

Əvvəlcə imanlı şəxslərə xitabən buyurulur: Ey iman gətirənlər, Allaha itaət edin.

Aydındır ki, imanlı bir şəxsin bütün itaətləri Allaha itaətlə nəticələnməli, hər növ rəhbərlik də Allahın pak və müqəddəs Zatından qaynaqlanmalı, həmçinin Onun fərmanlarına müvafiq olmalıdır. Çünki varlıq aləminin mütləq hakimi və təkvini maliki məhz Odur. Hər növ hakimiyyət və malikiyyət də yalnız Onun fərmanı ilə olmalıdır.

Sonrakı mərhələdə buyurulur: Allahın Peyğəmbərinə itaət edin.

Günahlardan tamamilə pak və məsum olan, heç vaxt həvayi-nəfs üzündən söhbət etməyən və Allahın insanlar arasındakı nümayəndəsi olan bir Peyğəmbərə itaət edin, çünki onun sözü elə Allahın sözüdür və bu məqam və mənsəb ona Allah tərəfindən verilmişdir.

Üçüncü mərhələdə buyurulur: Peyğəmbərin sizin aranızda olan canişinlərinə itaət edin. Çünki onlar İslam cəmiyyətinin içindən çıxmışlar və camaatın din və dünyasının keşikçiləridir.

Sonra buyurulur: Əgər Allaha və Qiyamət gününə imanınız varsa, hər hansı bir şeydə ixtilafa düçar olsanız onu Allaha və Peyğəmbərə təqdim edin. Bu sizin üçün daha yaxşı, axır-aqibəti isə daha gözəldir.

“ULİL-ƏMR” KİMLƏRDİR?


Bütün şiə təfsirçiləri yekdil nəzərlə buyurmuşlar ki, «ulil-əmr» dedikdə məqsəd məsum imamlardır ki, həyatın bütün sahələrində İslam cəmiyyətinin maddi və mənəvi rəhbərliyi Allah və Peyğəmbər (s) tərəfindən onlara həvalə edilmişdir. Bu ayə onlardan başqa heç kəsə şamil edilmir. «Təfsiri-Burhan»da bu barədə 39 rəvayət nəql olunmuşdur.23

Əlbəttə, onların tərəfindən, İslam cəmiyyətində müəyyən bir məqama seçilən şəxslərə itaət etmək də müəyyən şərtlər daxilində vacibdir. Onlara itaət etmək “ulil-əmr” olduqlarına görə deyil, “ulil-əmr”in nümayəndələri olduqları üçün vacibdir.



İNCƏ MƏTLƏBLƏR

1. Peyğəmbərə (s) və “ulil-əmr”ə qeydsiz-şərtsiz itaət olunmasının vacibliyi onların ismətli (günahsız) olmasını göstərir. Deməli, “ulil-əmr” üçün bəyan olunan hər bir nümunə, məsum olmadıqda rədd olunur.

2. İtaətin vacibliyinin (əmr formasında olan «ətiu» kəlməsinin) təkrar olunması göstərişlərin növünü bəyan edir. Peyğəmbər (s) bəzən ilahi hökmləri bəyan edir, bəzən də hökumətlə əlaqədar müəyyən göstərişlər verirdi. Yəni o Həzrət (s) həm hakimiyyət, həm də risalət məqamına malik idi.24

3. “Ulil-əmr” kəlməsinin Allahın və Peyğəmbərin (s) yanında qeyd olunması, eləcə də itaətlə yanaşı mütləq şəkildə (qeydsiz) bəyan olunması göstərir ki, İslam sistemi və hakimiyyət çox yüksək müqəddəsliyə malik olmalıdır. Çoxlu rəvayətlərə əsasən, “ulil-əmr” dedikdə Əhli-Beyt (ə) imamları nəzərdə tutulur.

4. Camaat İslam quruluşunu qəbul etməli, sözdə və əməldə ilahi rəhbərlərə arxa olmalıdırlar.

5. İtaətdə ardıcıllıq qorunmalıdır (yəni, itaətdə əvvəlcə Allah, sonra Onun Peyğəmbəri (s) , daha sonra “ulil-əmr” gəlir.)

6. Mərifət (agahlıq) yollarından biri də bir şeyi onun ziddi ilə müqayisə etməkdir. Quran günahkarlar, həddini aşanlar, azğınlar, cahillər və zalımlar barəsində onlara itaət etməmək əmrini verir. Buradan da belə nəticə alınır ki, yalnız o kəslərə itaət etmək lazımdır ki, onlara itaət etmək Allah tərəfindən qadağan olunmasın.

7. Tağuta (Allah tərəfindən təyin olunmayana) itaət etmək haramdır.

8. Əgər bütün müsəlman qrupları Qurana və sünnəyə müraciət etsələr bütün ixtilaflar həll olunar, cəmiyyətə vəhdət və səfa-səmimiyyət hakim olar.

9. Kamil dinin ixtilafları həll etmək üçün bəyan etdiyi yollar olmalıdır.

10. Allahın, Peyğəmbərin (s) və ilahi rəhbərlərin hökmləri ilə müxalifət edənlər öz imanlarına şübhə ilə yanaşmalıdırlar.

11. Uzaqgörənlik və uzun müddətli mənafeyə riayət etmək dəyərin meyarıdır.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə