BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə21/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

AYƏ 49:


﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمْ بَلِ اللّهُ يُزَكِّي مَن يَشَاء وَلاَ يُظْلَمُونَ فَتِيلاً ﴾

TƏRCÜMƏ:


«Özlərini təmizə çıxarıb tərifləyənləri görmədinmi?! (Bəşər övladına özünü tərifləmək yaraşmaz,) əksinə istədiyinin pak olmasını tərifləyən Allahdır. (Əgər Allah onları tərifləməsə onlara özlərini təriflədiklərinə görə əzab versə) onlara xurma çərdəyinin üzərində olan nazik sap qədər zülm olunmaz

TƏFSİR:


Özünü tərifləmək, bütün eyb və nöqsanlardan uzaq bilmək və hamıdan üstün saymaq digər Quran ayələrində də məzəmmət olunmuşdur («Nəcm» surəsi, 32-ci ayə - «Özünüzü tərifləməyin. Allah müttəqilərin kim olduğunu daha yaxşı bilir.»)

Həzrət Əli (ə) «Həmmam» xütbəsində müttəqilərin xüsusiyyətlərindən biri olaraq bunu qeyd edir ki, onlar hər vaxt təriflənsələr qorxarlar. Buna əsasən qürur, özünü böyük görmək və başqalarını təhqir etmək əsasında olan özünü tərifləmək qadağan edilir. Lakin Allaha pərəstiş etmək böyük bir dəyər sayılır.

Bunu da qeyd edək ki, ilahi cəzalar Allah tərəfindən insanlara edilən zülm deyil, insanların öz yaramaz əməllərinin nəticəsidir.

AYƏ 50:


﴿ انظُرْ كَيفَ يَفْتَرُونَ عَلَى اللّهِ الكَذِبَ وَكَفَى بِهِ إِثْمًا مُّبِينًا ﴾

TƏRCÜMƏ:


«Bax gör (özlərini tərifləmək Onun övladı olmalarını iddia etməklə) Allaha qarşı necə yalan uydururlar. Aşkar bir günah kimi, elə bu kifayətdir

TƏFSİR:


Yəhudilərin özlərini yüksək irqdən hesab etmələri Allaha atılan ən böyük iftiradır. (Onlar özlərini, hətta Allahın sevimliləri və övladları hesab edirdilər!) Çünki Allah heç kəsi Özünə övlad qərar verməmişdir. Bütün insanlar Onun müqabilində bərabərdir, imtiyaz və üstünlük isə yalnız iman və təqva əsasındadır.

İftiranın yalan olmaqdan əlavə, töhmət, əzab-əziyyət, zülm, abır-heysiyyətin aradan aparılması kimi günahları da vardır.

Allaha iftira yaxmaq insanın orucunu da batil edir. İmam Baqir (ə) buyurur: «Yalan danışmaq şərab içməkdən ağır günahdır. Lakin iftira yalandan da şiddətlidir.»

AYƏ 51:


﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُواْ هَؤُلاء أَهْدَى مِنَ الَّذِينَ آمَنُواْ سَبِيلاً ﴾

TƏRCÜMƏ:


«Məgər kitabdan (Tövrat İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, hər büt azğına iman gətirir küfr edən kəslər barəsində «onlar iman gətirənlərdən daha doğru yoldadırlar» deyirlər?!»

TƏFSİR:


«Ühüd» müharibəsindən sonra bir dəstə yəhudi Məkkəyə gedib müşriklərlə, müsəlmanların əleyhinə əhd-peyman bağladılar. Kafirlərin xoşuna gəlmək üçün onların bütləri qarşısında səcdə etdilər və dedilər ki, sizin bütə pərəstiş etməyiniz müsəlmanların İslamından daha yaxşıdır.

«Cibt» lüğətdə bütə, sehrkara və kahinə deyilir. Bu kəlmə Quranda bir dəfə, «tüğyan edən» mənasını verən “tağut” kəlməsi isə səkkiz dəfə qeyd olunmuşdur. Cibt və tağut dedikdə yəhudilərin səcdə etdiyi iki bütün, həm də cibt dedikdə büt, tağut dedikdə isə bütpərəstlər və onların himayəçilərinin nəzərdə tutulması mümkündür.



İNCƏ MƏTLƏBLƏR

1. İslamla mübarizə aparan düşmənlər bu yolda hətta öz əqidələrindən belə dönürlər (müşriklərin xoşuna gəlmək, onların razılığını cəlb etmək və müsəlmanların əleyhinə əlbir olmaq xatirinə onların bütləri qarşısında səcdə etmək kimi işlər görürlər.)

2. İnadkarlıq ruhiyyəsi düzgün və insaflı mühakimə yolunu dəyişir və haqqın gizlədilməsinə səbəb olur.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə