BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə18/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

AYƏ 43:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ وَلاَ جُنُبًا إِلاَّ عَابِرِي سَبِيلٍ حَتَّى تَغْتَسِلُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مِّنكُم مِّن الْغَآئِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللّهَ كَانَ عَفُوًّا غَفُورًا﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə ) dediyinizi bilənə kimi namaza yaxınlaşmayın. Həmçinin müsafir olduğunuz ( onda su tapmadığınız) hal istisna olmaqla cənabətli halda qüsl edənə kimi (namaza yaxınlaşmayın). Eləcə cənabətli halda qüsl edənə kimi məscidə yaxınlaşmayın. Keçməyiniz (bir qapıdan girib digərindən çıxmaq) istisnadır. Əgər xəstə ya səfərdə ikən, sizdən biri ayaqyolundan gəlmiş, ya qadınlarla yaxınlıq etmiş olsa su tapmasanız ( ya sudan istifadə etməməyə üzürlü səbəb olsa) pak torpaq axtarın (iki əlinizi ona vurduqdan sonra) üzünüzə əllərinizə sürtün. Doğrudan da Allah əfv edən çox bağışlayandır

TƏFSİR:

BİR NEÇƏ FİQHİ HÖKM


Bu ayədə bir neçə şəriət hökmü bəyan olunur:

1. Məst halında qılınan namazın batil olması. Şərif ayədə buyurulur: “Ey iman gətirənlər! Məst halında namaza yaxınlaşmayın ki, nə dediyinizi biləsiniz.

Bunun səbəb və fəlsəfəsi də tamamilə aydındır. Çünki bəndə namazda Allahla danışır, Onunla raz-niyaz edir. Bu zaman o, ayıqlığın son həddində olmalıdır. Sərxoş insanlar da bu mərhələdən tamamilə uzaqdırlar.



2. Cənabət halında namazın batil olması. Ayədə buyurulur: “Həmçinin cənabətli olduğunuz vaxt da namaza yaxın düşməyin.”

Sonra bu hökmdə mövcud olan istisna hal belə bəyan edilir: “Amma əgər səfərdə olsanız və su da tapa bilməsəniz, bu halda namazı təyəmmümlə qılmalısınız və bunun eybi yoxdur.”



3. Qüsl etdikdən sonra namaz qılmağın ya məsciddən keçməyin caiz olması. Bu da «hətta təğtəsilu» (qüsl edənə qədər) cümləsindən başa düşülür.

4. Üzrü olan şəxslər üçün təyəmmüm etmək. Həqiqətdə təyəmmümün qanuni hala salınmasının bütün yollarını bəyan edən sonrakı cümlədə əvvəlcə suyun bədənə zərərli olduğu hala işarə edilir və buyurulur: Əgər xəstə olsanız, yaxud səfərə getsəniz, yaxud sizlərdən biri öz təbii ehtiyacını ödəsə (ayaq yolu), yaxud da qadınlarınızla yaxınlıq etsəniz və bu kimi hallarda dəstəmaz və qüsl üçün su tapmasanız, pak-pakizə torpaqla təyəmmüm edin.

Sonrakı cümlədə isə təyəmmüm etməyin qaydası belə bəyan edilir: “Sonra üzünüzə və əllərinizə məsh edin.”

Ayənin axırında bu həqiqət bəyan edilir ki, yuxarıdakı göstəriş bir növ sizin üçün asanlıq və yüngülləşdirmədir. Çünki Allah-təala bağışlayan və mehribandır.

AYƏ 44:


﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلاَلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ السَّبِيلَ ﴾

TƏRCÜMƏ:


«Məgər kitabdan (səmavi kitab olan Tövrat ya İncil elmindən) bir pay verilmiş kəsləri görmədin ki, (həmin kitablardakı mətləbləri gizlətmək təhrif etməklə öz qövmləri üçün) azğınlığı necə alır sizin haqq yoldan azmağınızı istəyirlər?!»

TƏFSİR:


Bu ayədə Allah-təala təəccüb ifadə edən bir ifadə ilə Öz Peyğəmbərinə (s) xitab edərək buyurur: Səmavi kitabdan bir qədər bəhrələri olan bir cəmiyyəti görmədinmi?! Onlar bu kitabdan hidayət və mənəvi təkamül yolunda bəhrələnmək əvəzinə, həm özləri azğınlığa düşdülər, həm də sizin azğınlığa düşməyinizi istəyirlər.

Beləliklə, həm özlərinin, həm də başqalarının hidayət səbəbi olası şey onların pis niyyətləri xatirinə özlərinin azğınlığa düşmələrinə səbəb oldu. Onlar heç vaxt həqiqəti arayıb-axtarmaq istəmir, əksinə, hər şeyə nifaq, həsəd və dünyapərəstlik nəzəri ilə baxırdılar.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə