BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə32/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

AYƏ 81:


﴿وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُواْ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌ مِّنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ وَاللّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللّهِ وَكَفَى بِاللّهِ وَكِيلاً﴾

TƏRCÜMƏ:


«Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir

TƏFSİR:


Bu ayədə bir dəstə münafiqin və ya imanı zəif olan müsəlmanın vəziyyəti bəyan olunur və buyurulur: Onlar müsəlmanların arasında, Peyğəmbərin (s) hüzurunda olarkən öz mənafelərini qorumaq, ehtimal olunan zərəri dəf etmək, yaxud da zahirdə başqaları ilə eyni fikirdə olduğunu və ya Peyğəmbərin (s) fərmanına itaət etməsini göstərmək üçün deyirlər: «Cani-dildən ona itaət etməyə hazırıq!»

Amma bu münafiqlər və imanları zəif olanlar Peyğəmbərin (s) hüzurundan getdikdən sonra öz sözlərini və əhd-peymanları unudaraq özlərinin gecə yığıncaqlarında Peyğəmbərin (s) sözlərinin əksinə olan qərarlar qəbul edirlər. Lakin Allah bu yığıncaqlarda qəbul edilən qərarları yazır və Peyğəmbərə (s) göstəriş verir ki, öz tədbirlərində heç vaxt onlara güvənmə. Yalnız Allaha arxalan, çünki O ən yaxşı köməkçi və müdafiəçidir.


AYƏ 82:


﴿ أَفَلاَ يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا ﴾

TƏRCÜMƏ:


«Bəs məgər onlar bu Quranın (maarifi) barəsində düşünmürlər?! Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar

TƏFSİR:


Peyğəmbərə (s) vurulan ittihamlardan biri də bu idi ki, guya, «o, Quranı başqasından öyrənmişdir!»31

Quranın onların tərəfindən dərindən dərk oluna bilməməsi qəlblərinin paslanması və qıfıllanması ilə əlaqədardır. Başqa bir ayədə buyurulur:32

Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa qəlblərinə qıfıl vurulmuşdur?”

Adi yazılar uzun müddət ərzində yazıldıqda və ya adi sözlər uzun müddət ərzində deyildikdə onda müxtəlif dəyişikliklər, təzadlar yaranır, müəyyən qədər təkmilləşir. Amma Quranın 23 il ərzində, həm də müxtəlif şəraitlərdə, o cümlədən, müharibə, sülh, qürbət, hicrət, qüvvəli və zəif hallarda, eləcə də zamanın axarlarında, eyni zamanda təhsil almamış bir şəxs tərəfindən heç bir ixtilaf, ziddiyyət və təzad olmadan bəyan olunması onun bəşər kəlamı deyil, məhz Allah tərəfindən olan bir kəlam olmasına dəlalət edir.



Buna əsasən Quran Peyğəmbərin (s) əbədi möcüzəsidir və o Həzrətin (s) risalətinin haqq olmasına canlı bir dəlildir.

AYƏ 83:


﴿وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لاَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلاَّ قَلِيلاً﴾

TƏRCÜMƏ:


«Əgər onlara əmin-amanlıq ya qorxu (müsəlmanların qələbəsi ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın peyğəmbərinə özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər ( bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla hamınız Şeytana tabe olardınız

TƏFSİR:


Sirli xəbərləri və şayiələri faş edib yaymaq müsəlmanlara həmişə zərbə vurmuşdur. Bu kimi xəbərlərin yayılması, adətən, aşağıdakı səbəblərdən irəli gəlir: sadəlik, intiqamçılıq hissi, zərbə vurmaq, kiminsə əlində oyun-oyuncaq olmaq, maddiyyata tamah, özünü göstərmək, özünün məlumatlı olduğunu bildirmək və sair. İslam dini hərtərəfli bir din olmaqla bu məsələni də irəli çəkərək sözügedən ayədə hərbi sirlərin açılmasını tənqid atəşinə tutmuş, qələbə və ya məğlubiyyət xəbərini öz rəhbərlərinə təqdim etməzdən qabaq camaat arasında yaymağı bir növ xəyali düşməndən vəhşət və ya qürur amili hesab etmişdir. Əgər ilahi məhəbbət və xəbərdarlıqlar olmasaydı bu yolda daha çox adam şeytanın toruna düşər, sirlərin ifşa olunması kimi səhvə düçar olardılar.

Buna əsasən, şayiə yaymaq münafiqlərin seçdiyi yollardan biridir. Halbuki, cəbhə xəbərləri və hərbi sirlər mərkəzi bir nöqtəyə aparılmalı, araşdırılıb təhlil edildikdən sonra məsləhət görülən qədər yayılmalıdır.

Buna görə də ilahi rəhbərə müraciət olunmadan hərbi xəbərlərin yayılması şeytana tabe olmaq sayılır. Əlbəttə, hərbi, siyasi və təhlükəsizliklə əlaqədar xəbərlərin hidayət olunması və ictimai sirlərin saxlanması ictihad və istinbat sahibi olan bir şəxsin – rəhbərin nəzarəti altında olmalıdır. Buna görə də vilayətlə fəqahət arasında qırılmaz rabitə mövcuddur.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə