BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə33/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

AYƏ 84:


﴿ فَقَاتِلْ فِي سَبِيلِ اللّهِ لاَ تُكَلَّفُ إِلاَّ نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِنِينَ عَسَى اللّهُ أَن يَكُفَّ بَأْسَ الَّذِينَ كَفَرُواْ وَاللّهُ أَشَدُّ بَأْسًا وَأَشَدُّ تَنكِيلاً ﴾

TƏRCÜMƏ:


«Odur ki, Allah yolunda vuruş. Sən yalnız özün (öz vəzifən) üçün məsuliyyət daşıyırsan. Möminləri (cihada) həvəsləndir. Ümid var ki, Allah kafirlərin bəla zərərin(dən siz)i saxlasın. Allah daha artıq bəla daha ağır cəza verəndir

TƏFSİR:


Kafirlər «Ühüd» müharibəsində qələbə çaldıqdan sonra Əbu Süfyan qürurla dedi: Bir daha kiçik «Bədr mövsümü»ndə (zil-qədə ayında «Bədr»də təşkil olunan bazarın adıdır) müsəlmanlarla qarşılaşarıq!»

Vədə verilən gün gəlib çatanda Peyğəmbər (s) camaatı cihada dəvət etdi. 70 nəfər hazır oldu. Lakin hərbi qarşıdurma baş vermədən müsəlmanlar sağ-salamat Mədinəyə qayıtdılar.

Buna əsasən, təhlükə hiss olunan zaman rəhbər hamıdan öndə getməlidir.

Əgər müsəlmanlar zəif və məzlumların ah-nalələrinə laqeyd yanaşsalar müsəlmanların rəhbəri təklikdə hərəkət etməlidir.

Peyğəmbərə (s) tək qaldıqda belə, düşmənlə müharibə etmək fərmanının verilməsi nümunəvi bir fərmandır.

AYƏ 85:


﴿ مَّن يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُن لَّهُ نَصِيبٌ مِّنْهَا وَمَن يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُن لَّهُ كِفْلٌ مِّنْهَا وَكَانَ اللّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقِيتًا ﴾

TƏRCÜMƏ:


«Kim (hər hansı bir xeyir işdə Allah ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən ona pay (dünyada axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq işdə ya ləyaqətsiz bir şəxsin xeyrinə vasitəçilik) etsə, ona da həmin işdən (işin günah əzabından) pay düşəcəkdir. Allah həmişə hər şeyə qadir hər şeyi qoruyand

TƏFSİR:


Ayədə qeyd olunan «muqit» kəlməsi başqasına «qüvvət verən», «canını qoruyan» deməkdir, həmçinin mühafizəçi və hesabdar mənasında da işlənir.

Əvvəlki ayədə qeyd olundu ki, hər kəs öz işinə cavabdehdir. Amma burada insanlar yaxşı işlərdə vasitəçiliyə dəvət edilərək buyurulur ki, hər kəs bu işi görsə, onun fayda və mükafatından bəhrələnəcəkdir. Buna əsasən, moizə etmək, barışıq yaratmaq, elm tədris etmək, cihada təşviq etmək, yaxşı işlərə kömək və s. - hamısı yaxşı işlərdə şəfaətin nümunələrindəndir. Bunun da müqabilində qeybət etmək, söz gəzdirmək, yaxşı işə maneçilik törətmək, töhmət vurmaq, fitnə-fəsad yaratmaq, camaatı cihaddan çəkindirmək, vəsvəsə yaratmaq, məkrli tədbirlərə əl atmaq və sair kimi işlər «səyyiə şəfaət»in (mənfi şəfaət) bariz nümunələrindəndir. Bütün vasitəçiliklərdə Allahı nəzərə almaq lazımdır.

Hədislərdə qeyd olunur ki, başqalarının barəsində dua etmək, əmr be məruf, insanlara düz yol göstərmək, hətta yaxşı işə işarə etmək belə, “həsənə şəfaət”in (müsbət şəfaət) nümunələrindəndir.33

AYƏ 86:


﴿ وَإِذَا حُيِّيْتُم بِتَحِيَّةٍ فَحَيُّواْ بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا إِنَّ اللّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ حَسِيبًا ﴾

TƏRCÜMƏ:


«Sizə salam verildikdə siz ondan daha gözəl yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır

TƏFSİR:


Ayədə qeyd olunan «təhiyyət» dedikdə məqsəd salam vermək, yaxud hər növ başqa xoş rəftara deyilir – istər sözlə olsun, istərsə də əməllə. Bu zaman salam verilən şəxsin həyatı, sağlamlığı və şadlığı Allahdan istənilir. Hədiyyənin əvəzi də onun özündən yaxşı şəkildə verilməlidir.

İslamın tərbiyəvi sistemində təkcə kiçiklərdən böyüklərə salam verilmir, Allahdan, Peyğəmbərdən (s) və mələklərdən də salam verilir:

1. Allahın salamı.34

2. Peyğəmbərin salamı.35

Bir kəniz İmam Həsənə (ə) bir dəstə gül verdikdə İmam (ə) onu azad etdi. Camaatın bu barədə təəccüblə verdikləri suala həmin ayəni oxumaqla cavab verdi.

İslam dinində başqalarına salam vermək çox tövsiyə edilmişdir – istər salam verənin tanıdığı adam olsun, istərsə də tanımadığı. Simic o kəsdir ki, salam verməkdə də simiclik etsin. Peyğəmbər (s) görüşdüyü hər kəsə, hətta uşaqlara belə, salam verirdi.

Ayənin axırında salamın cavabının hər bir mərhələdə Allaha gizlin olmamasını bəyan etmək üçün buyurulur: «Allah hər şeyin hesabına yetişəndir.»


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə