BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə36/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

AYƏ 92:


﴿وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلاَّ خَطَئًا وَمَن قَتَلَ مُؤْمِنًا خَطَئًا فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَى أَهْلِهِ إِلاَّ أَن يَصَّدَّقُواْ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّ لَّكُمْ وَهُوَ مْؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَإِن كَانَ مِن قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِّيثَاقٌ فَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَى أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةً فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِّنَ اللّهِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا﴾

TƏRCÜMƏ:


«Heç bir möminə səhv xəta (tamamilə xəta üzündən baş verən ya qəsdən edilənə oxşayan xəta) istisna olmaqla hansısa bir mömini öldürmək yaraşmaz ( bu həm ağıl, həm şəriət baxımından da rəva deyildir). Kim səhvən bir mömini öldürsə, (qətlin kəffarəsi olaraq) bir mömin qulu azad etməli öldürülənin qohumlarına (qanbahasını) bağışlamadıqları təqdirdə qanbahası verməlidir. Əgər öldürülən şəxs sizinlə düşmən olan bir dəstədən, özü mömin olsa, onda (kəffarə olaraq) mömin bir qulun azad edilməsi vacibdir ( qanbahası lazım deyildir). Əgər sizinlə aralarında (sülh ya himayə) əhd-peyman(ı) bağlanmış bir dəstədən olsa, onda onun qanbahası qohumlarına verilməli mömin bir qul azad edilməlidir. (Qul) tapmayan kəs dalbadal iki ay oruc tutmalıdır. (Bunlar) Allah tərəfindən olan bir tövbədir. Allah həmişə (hər şeyi) bilən hikmət sahibidir

TƏFSİR:

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Məkkə müşriklərindən olan Haris ibn Yəzid adlı bir şəxs Əbu Cəhl ilə əlbir olub Əyyaş ibn Əbi Rəbiəyə İslamı qəbul etdiyinə görə işgəncə verirdilər. Müsəlmanlar Mədinəyə köçdükdən sonra Əyyaş da Mədinəyə köçdü. Bir gün o, Mədinənin ətrafında Haris ibn Yəzidi gördü və fürsətdən istifadə edərək onu qətlə yetirdi. O, bir İslam düşmənini öldürdüyünü fikirləşirdi. Halbuki, Harisin sonralar tövbə edib İslamı qəbul etdiyini bilmirdi. Bu hadisədən sonra Peyğəmbərin (s) hüzuruna gəlib hadisəni danışdı. Yuxarıdakı ayə nazil olaraq səhv və xəta üzündən baş verən qətlin hökmünü bəyan etdi.

XƏTA ÜZÜNDƏN OLAN QƏTLİN HÖKMLƏRİ


Keçən ayələrdə münafiqləri, eləcə də İslamın ən təhlükəli düşmənlərini məhv etməklə əlaqədar müsəlmanlara tam ixtiyar verilmişdi. Bu qanundan sui-istifadə edilməməsi üçün, habelə düşmənçilik və kin-küdurət bəslədikləri şəxsi münafiq adlandıraraq ondan şəxsi qisas alınmasına yol verməmək üçün bu və ondan sonrakı ayədə səhvən və xəta üzündən olan qətlin hökmləri bəyan edilir. Bu ayədə buyurulur: Heç bir mömin şəxsin (xəta üzündən olan qətl istisna olmaqla) imanlı bir şəxsi qətlə yetirməyə haqqı yoxdur.

Xəta üzündən olan qətlin kəffarəsi (cəriməsi) üç mərhələdə bəyan olunur:

Əvvəlcə günahsız olaraq səhvən öldürülən şəxsin müsəlman ailəsindən olması fərz olunur. Bu halda qatil iki iş görməlidir: həm müsəlman bir qul azad etməli, həm də öldürülənin qan bahasını (diyəni) öldürülən şəxsin ailəsinə verməlidir. Şərif ayədə buyurulur: Hər kəs bir mömini xəta üzündən qətlə yetirsə, mömin bir qul azad etməli və öldürülənin qan bahasını onun adamlarına (qəyyumlarına) verməlidir. Amma əgər öldürülən şəxsin ailəsi diyəni tam razılıqla güzəştə getsə, onda (verməməsinin) eybi yoxdur.

İkinci halda öldürülən mömin şəxsin müsəlmanlarla düşmən olan bir ailədən olması fərz edilir. Bu halda xəta üzündən baş verən qətlin kəffarəsi müsəlman bir qul azad etməkdir.

Maddi imkanlarının möhkəmlənməsi müsəlmanlar üçün ciddi bir təhlükə sayılan adamlara diyə verilməsinin heç bir zərurəti yoxdur. Bundan əlavə, İslam dini bu kimi şəxslərin İslama düşmən olanlarla (burada öz ailəsi ilə) rabitəsini tamamilə kəsilmiş hesab edir. Buna əsasən, xəsarətin ödənməsinə heç bir lüzum yoxdur.

Üçüncü halda isə öldürülən şəxsin ailəsinin müsəlmanlarla peyman (müqavilə) bağlamış kafirlərdən olması fərz edilir. Belə olan halda əhd-peymana ehtiram qoyulsun deyə, bir müsəlman qulun azad edilməsindən əlavə, öldürülən şəxsin qan bahsı da onun ailəsinə verilməlidir. Zahirən burada qeyd olunan «öldürülən şəxs» mömin olmalıdır.

Ayənin axırında qul azad etməyə imkanı olmayanlar, yəni ya bu işə maddi imkanı olmayan, ya da azad etmək üçün qul tapmayan şəxslər barəsində buyurulur: Hər kəsin qul azad etməyə imkanı yoxdursa, iki ay ardıcıl oruc tutmalıdır.

Sonra buyurulur: Bu hökmün (qul azad etməyin) iki ay oruc tutulmaqla dəyişdirilməsi Allah tərəfindən bəndələrə olan bir növ yüngüllük, güzəşt və tövbədir. Allah həmişə, hər bir şeydən xəbərdardır və Onun bütün göstərişləri mütləq hikmət əsasındadır.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə