BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə39/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

AYƏ 98:


﴿ إِلاَّ الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ لاَ يَسْتَطِيعُونَ حِيلَةً وَلاَ يَهْتَدُونَ سَبِيلاً ﴾

TƏRCÜMƏ:


«Heç bir çarəsi olmayan (hicrət etməyə) heç cür yol tapa bilməyən zəif salınmış kişi, qadın uşaqlar (hakim qüdrətin ya elm öyrənməyə mane olan mühitin zəif hala saldığı bu kəslər) müstəsnadırlar

TƏFSİR:


Hər kəs haqqı tanısa, habelə mühitdən hərəkət etməyə və ya onu dəyişdirməyə qüdrəti olsa, o, müstəzəf deyil və belə şəxsin hicrət etməyə heç bir əsaslı üzrü, bəhanəsi yoxdur.

Küfrü dəf etmək üçün tədbirləri, haqqa təslim olmaq üçün bir yolu olmayanlar müstəzəfdirlər və şəri vəzifə onların üzərindən götürülür.



Bunu da qeyd edək ki, bəhanə xarakterli üzrlər deyil, yalnız həqiqi mənada üzürlü olan səbəblər qəbul edilir.

AYƏ 99:


﴿ فَأُوْلَـئِكَ عَسَى اللّهُ أَن يَعْفُوَ عَنْهُمْ وَكَانَ اللّهُ عَفُوًّا غَفُورًا ﴾

TƏRCÜMƏ:


«Buna görə ümid var ki, Allah onları əfv etsin. Allah həmişə çox əfv edən bağışlayandır

TƏFSİR:


Bu ayədə buyurulur ki, onların ilahi əfv və rəhmətə nail olmaları mümkündür, çünki Allah həmişə bağışlayan və mehribandır.

AYƏ 100:


﴿وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلى اللّهِ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا﴾

TƏRCÜMƏ:


«Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan mehribandır

AYƏNİN NAZİLOLMA SƏBƏBİ


Məkkə müsəlmanlarından biri ağır xəstələndiyi zaman dedi: «Məni Məkkədən çıxardın, bəlkə mühacirlərdən sayılam.» Onu şəhərdən çıxartdıqları vaxt yol əsnasında vəfat etdi, sonra bu ayə nazil oldu.

TƏFSİR:

HİCRƏT İSLAMDA QURUCU BİR GÖSTƏRİŞDİR.


Vacib hicrət fərizəsinə əməl etməkdə səhlənkarlığa, laqeydliyə yol verərək müxtəlif zillətlərə və bədbəxtliklərə düçar olanlara işarə edildikdən sonra bu ayədə hicrətin əhəmiyyəti tam qətiyyətlə göstərilir və onun barəsində iki yöndə bəhs edilir: Əvvəlcə hicrətin dünyəvi xeyir-bərəkətlərinə işarə edilir və buyurulur: Allah yolunda və Onun razılığı üçün hicrət edənlər Allahın bu geniş dünyasında çoxlu əminamanlıq və geniş yerlər tapacaqlar ki, həmin yerlərdə haqqı dirçəldərək müxalifləri məğlub edə bilərlər.

Daha sonra hicrətin axirətdəki savabına və mənəvi yönünə işarə edilir və buyurulur: Əgər müəyyən şəxslər Allaha və Peyğəmbərə (s) doğru hicrət etmək məqsədilə öz ev-eşiklərindən və vətənlərindən çıxsalar və məqsədə çatmazdan əvvəl əcəl onları haqlayarsa onların əcr və mükafatı Allahın öhdəsinədir. Allah bağışlayan və mehribandır, onların günahlarını bağışlayır.

Deməli, hər iki halda hicrət qələbə ilə yanaşıdır.

Qeyd etmək lazımdır ki, hicrət təkcə canı qorumaq üçün deyil, İslam dinini qorumaq üçün olarsa, bu, müsəlmanların tarixinin başlanğıcı olur və bütün siyasi, təbliğati, ictimai hadisələrin bünövrəsini təşkil edir. Hər bir əsr, zaman və məkanda belə şərait yaranarsa, müsəlmanlar hicrət etməyə vəzifəlidirlər.





Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə