BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə40/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

AYƏ 101:


﴿ وَإِذَا ضَرَبْتُمْ فِي الأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُواْ مِنَ الصَّلاَةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُواْ إِنَّ الْكَافِرِينَ كَانُواْ لَكُمْ عَدُوًّا مُّبِينًا ﴾

TƏRCÜMƏ:


«Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər

TƏFSİR:


Cihad və hicrətlə əlaqədar bəhslərdən sonra müsafirin namazı bəyan olunur. «Zərbun fil-ərz» səfər etmək mənasınadır. Çünki səfərə çıxan şəxs səfər boyu yeri ayaqlarının altında qoyub keçir (Müfrədati-Rağib, «zə-rə-bə» kökü).

Quranda bəzi hallarda «vacibdir» kəlməsi əvəzinə «eybi yoxdur» kəlməsindən istifadə edilir ki, bu ayədə qeyd olunan hal da həmin nümunələrdən biridir.

Namazın qəsr (şikəstə) qılınması təkcə qorxu törənən, təhlükə olan hallara məxsus deyildir, lakin əksər hallarda səfərdə qorxu və nigarançılıq olduğundan, yaxud namaz ilk dəfə qorxu hallarında qəsr qılınmalı olub sonradan bütün səfərlərə aid edildiyindən «in xiftum» - əgər qorxsanız, qeydi gətirilmişdir.

İNCƏ MƏTLƏBLƏR

1. Namaz heç vaxt götürülmür, lakin müəyyən qədər yüngülləşdirilir.

2. Həqiqəti dərk etmək və haqqın qarşısında təslim olmaq ilahi qanunlarda əsas bir prinsipdir.

3. Namaz halında da düşməndən qafil olmamalıyıq. Siyasətlə din, ibadətlə ayıqlıq bir-birindən ayrı deyildir. Bir əl təkbirdə, bir əl də silahda olmalıdır.

4. Küfrlə iman bir-birilə ziddiyyət təşkil edir.

5. Bütün küfr ordusu sizinlə düşmənçilikdə sanki bir qüdrət hesab olunduğundan şərif ayədə «əduvv» kəlməsi cəm şəklində deyil, tək halda gətirilmişdir.


AYƏ 102:


﴿وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلاَةَ فَلْتَقُمْ طَآئِفَةٌ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُواْ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُواْ فَلْيَكُونُواْ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَى لَمْ يُصَلُّواْ فَلْيُصَلُّواْ مَعَكَ وَلْيَأْخُذُواْ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ وَدَّ الَّذِينَ كَفَرُواْ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةً وَاحِدَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَى أَن تَضَعُواْ أَسْلِحَتَكُمْ وَخُذُواْ حِذْرَكُمْ إِنَّ اللّهَ أَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا﴾

TƏRCÜMƏ:


«(Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar ( namaz qılsınlar) əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər ( namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar namazını qılmamış digər bir dəstə gəlsin öz namazlarını sənin (ikinci rükətin) birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı mallarınızı yaddan çıxarasınız, beləliklə onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud xəstə olsanız silahlarınızı yerə qoyaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır

TƏFSİR:


Hicrətin 6-cı ilində Peyğəmbər (s) bir dəstə müsəlmanla Məkkəyə doğru yola düşdü. Hüdeybiyyə adlı yerdə Xalid ibn Vəlid başda olmaqla 200 nəfərlə qarşılaşdılar. Onlar Peyğəmbərin (s) Məkkəyə daxil olmasının qarşısını almaq üçün səngər qurmuşdular. Bilal azan dedikdən və camaat namazı bərqərar olduqdan sonra Xalid ibn Vəlid fürsəti qənimət saydı və öz adamlarına dedi ki, hamısı əsr namazını birlikdə qılan zaman qəfildən onlara hücum edək. Yuxarıdakı ayə nazil oldu və müsəlmanları onların bu hiyləsindən agah etdi. Xalid bu möcüzəni gördükdən sonra müsəlman oldu.39

Bu namazda birinci rəkət sona çatdıqdan sonra əvvəlki dəstə qalxaraq namazı tamamlayır və imam camaat ikinci dəstənin gəlib ikinci rəkətə qoşulmasını gözləyir, onlar da silahlı halda namaza dayanırlar.

Buna əsasən namaz heç bir şəraitdə götürülmür və İslam əsgəri namazsız olmamalıdır (bir əldə silah, bir əldə isə mənəviyyat olmalıdır).

Camaat namazının əhəmiyyəti barədə bunu demək kifayətdir ki, hətta cəbhələrdə düşmənlə üzbəüz olarkən, bir rəkətlə olsa belə, camaat namazı bərqərar olunur. İki vacib vəzifə (cihad və namaz) qarşıya çıxan zaman birini digərinə fəda etmək olmaz.

Bu kimi hallarda da ayıqlıq lazımdır. Hətta, namaz da müsəlmanları düşmənin təhlükəsindən qafil etməməlidir. Döyüşçü heç bir halda özünün müdafiə vasitələrindən uzaqda olmamalıdır. (Hətta əgər silahı olmazsa, zirehli paltarını geyinməlidir ki, ehtimal üzrə düşmən həmlə edərsə kömək çatıncaya qədər özünü qoruya bilsin.)

Lakin müəyyən zəruri halların qarşıya çıxması və namaz vaxtı silahın, müdafiə vasitələrinin daşınmasının çox çətin olması mümkün olduğundan ayənin axırında göstəriş verilir ki, əgər yağışdan narahat olsanız, yaxud xəstəlikdən əziyyət çəksəniz, öz silahlarınızı yerə qoymağınız sizin üçün günah deyildir.

Siz bu göstərişlərə əməl edin və əmin olun ki, qələbə sizinlədir. Çünki Allah kafirlər üçün xaredici cəzalar hazırlamışdır.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə