BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,21 Mb.
səhifə37/53
tarix19.10.2018
ölçüsü1,21 Mb.
#75196
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

AYƏ 116:


﴿ وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللّهِ إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ ﴾

TƏRCÜMƏ:


«Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn gümanın arxasınca gedirlər ancaq təxmin edirlər

TƏFSİR:


Bildiyimiz kimi, bu surənin bütün ayələri Məkkədə nazil olmuşdur. O dövrdə müsəlmanların sayı çox az idi, bəzən onların azlıqda, bütpərəstlərin isə əksəriyyət təşkil edən çoxluqda olması bəzilərində belə bir şübhə yarada bilərdi ki, əgər onların dinləri batil və əsassızdırsa, nə üçün bu qədər ardıcılı vardır? Eləcə də əgər biz haqq yoldayıqsa, nə üçün sayımız bu qədər azdır?

Yarana biləcək belə yanlış təsəvvürlərin aradan qaldırılması üçün bu ayədə Peyğəmbərə (s) xitab olunaraq buyurulur: Əgər yer üzündə olan insanların əksəriyyətinə tabe olsan, səni haqq yoldan azdıracaqlar.

Sonrakı cümlədə bu məsələnin dəlilinə işarə edilir və buyurulur: Çünki onlar düzgün məntiq və fikir əsasında işləmirlər, onların yolgöstərəni bir ovuc həvayi-nəfs, yalan, təxminə qarışmış gümandan başqa bir şey deyildir.

AYƏ 117:


﴿ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir

TƏFSİR:


Əvvəlki ayədən məlum oldu ki, əksəriyyət təşkil edənlər təklikdə haqq yolunu göstərə bilməzlər. Deməli, haqq yolunu, tərəfdarlarının azlıqda olmasına baxmayaraq, yalnız Allahdan əxz etmək lazımdır. Buna görə də bu ayədə həmin müddəanın dəlili bəyan edilir və buyurulur: Hər şeydən xəbərdar və agah olan, sonsuz elmində azacıq belə səhvə yol verilməyən Pərvərdigar kimin yoldan azdığını və kimin hidayət olunduğunu daha yaxşı bilir.

AYƏ 118:


﴿ فَكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ إِن كُنتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:


«Buna görə , əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin

TƏFSİR:

ŞİRKİN BÜTÜN ƏSƏR VƏ ƏLAMƏTLƏRİ MƏHV EDİLMƏLİDİR.


Əvvəlki ayələrdə müxtəlif bəyanlarla tövhid və onun həqiqəti isbat olunur ki, bununla da şirk və bütpərəstliyin batil olması aşkara çıxır. Bunun nəticələrindən biri də odur ki, müsəlmanlar bütlərin adına kəsilən heyvanların ətini yeməkdən çəkinməlidirlər. Yalnız o heyvanların ətini yeyə bilərlər ki, başları kəsilən zaman Allahın adı çəkilmiş olsun. Buna görə də əvvəlcə buyurulur: Əgər Onun ayələrinə imanınız varsa, o ətlərdən yeyin ki, Allahın adını çəkməklə kəsilmiş olsun.

Yəni iman sadəcə iddia, danışıq və əqidədən ibarət deyil, əksinə, onunla yanaşı əməl də aşkar olmalıdır. Allaha imanı olanlar yalnız bu kimi yeməklər yeməlidirlər.


AYƏ 119:


﴿وَمَا لَكُمْ أَلاَّ تَأْكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلاَّ مَا اضْطُرِرْتُمْ إِلَيْهِ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ﴾

TƏRCÜMƏ:


«Sizə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərinizərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqlabütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: “Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.”»

TƏFSİR:


Bu ayədə buyurulur: Nə üçün o heyvanların ətindən yemirsiniz ki, kəsilən zaman Allahın adı zikr olunmuşdur? Halbuki, Allah haram olunan şeyləri sizə şərh etmişdir. Sonra bir müstəsna hal göstərilir: Yalnız çıxılmaz vəziyyətə düşdüyünüz zaman haram yeməkdən yeyə bilərsiniz. İstər bu çıxılmaz vəziyyət çöldə və səhrada şiddətli aclığa düçar olmaqdan irəli gəlsin, istərsə də müşriklərin əlinə keçdiyiniz zaman bu məsələyə məcbur edildiyiniz zaman.

Sonra əlavə edilir ki, camaatın çoxu cəhalət, nadanlıq və həvəs üzündən başqalarını yoldan azdırırlar.

Ayənin axırında buyurulur: Sənin Pərvərdigarın təcavüzkarların halından daha agahdır. Onların nəinki özləri haqq yoldan azmışlar, üstəlik başqalarını da haqdan azdırmağa çalışırlar.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə