Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə36/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   32   33   34   35   36   37   38   39   ...   93

 
107 
irsiyyətçi  alimi  Seyyid  Әmri,  hicri  V  əsrin  tanınmış  alimi  Fəxr  Razi 
Şafei,  hicri  Vİ  əsrin  alimi  Müruzi  Әzvər-Qani,  Cəmaləddin  Әhməd, 
hicri Xİ əsrin alimi Әbül-Həsən Məhəmməd Hüseyni Yəmani Sənani 
Zeydi,  Məhəmməd  Әmin  Süyudi,  Məhəmməd  Veys  Heydəri  Suri, 
Әllamə  Seyyid  Məhəmməd  ibn  Hüseyn  İbn  Әbdüllah  Hüseyni 
Səmərqəndi Mədəni, Şərif Әnəs Kətbi Həsəni, Seyyid Məhəmməd ibn 
Әhməd ibn Həmkddin Nəcəfi, Şərif Әnəs Kutubi Həsəni. 
 
Sual:  159.  İmam  Mehdinin  (ə)  əmisi  Cəfər  onun  mövludunu 
inkar etmişdirmi? 
Cavab:  Cəfər  bu  mövludu  inkar  etmişsə  də,  bəzi  səbəblərdən 
bunu nəzərə almamaq lazım gəlir:  
1.  Möhkəm  dəlillərə  əsasən  həzrət  Mehdinin  (ə)  mövludu  sübut 
olunmuşdur.  
2. Ümmət yekdil olaraq bu rəydədir ki, Cəfər məsum olmamışdır. 
Adi  zümrədən  olan  Cəfərin  büdrəmə  ehtimalları  var.  Necə  ki,  həzrət 
Yəqubun övladlarından bəziləri yolunu azmışdır.  
3.  Bəzi  xəbərlərdən  məlum  olur  ki,  Cəfər  yolunu  azdığından 
imam Әskərinin (ə) övladı olmasını inkar etmişdir.  
4.  Ehtiyatla  yanaşılası  məsələlərdən  biri  budur  ki,  Cəfər  layiq 
olmadığından imam Әsgəri (ə) öz övladını ona göstərməmişdir.  
 
Sual: 160. Nə üçün Cəfər “yalançı” kimi tanınır?  
Cavab:  İmamın  müqəddəs  nümayəndəliyi  tərəfindən  verilən 
məlumata  əsasən,  həzrət  Mehdi  (ə)  Cəfər  haqqında  buyurmuşdur: 
“Heç  şübhəsiz,  bu  şəxs  Allaha  iftira  yaxır,  iddiaları  yalandır. 
İddialarını  necə  sübut  edəcəyini  bilmirəm.  And  olsun  Allaha  ki,  o 
halalı haramdan seçmir, yanlışı doğrudan ayıra bilmir...”
1
  
Bu  məlumatlardan  aydınlaşır  ki,  Cəfəri  ilkin  olaraq  həzrət  özü 
“yalançı”  adlandırmışdır.  Sonralar  Cəfər  bu  ləqəblə  tanınmışdır. 
Bəziləri  isə  bildirirlər  ki,  Cəfər,  sadəcə,  imam  Cəfər  Sadiqdən  (ə) 
fərqləndirilmək üçün bu ləqəblə çağırılmışdır.  
 
Sual: 161. Cəfər hansı ləyaqətsiz işlər görmüşdür? 
Cavab:  İmam  Hadinin  (ə)  oğlu  Cəfər  qardaşı  imam  Әsgəri  (ə) 
dünyasını  dəyişdikdən  sonra  bir  sıra  ləyaqətsiz  işlər  görmüşdür.  O 
cümlədən:  
                                                 
1
 “Әl-ğeybət”, Tusi, s. 288-290; “Bihar”, c. 53, s. 195. 


 
108 
1.  Özbaşına  olaraq  qardaşı  imam  Әsgərinin  (ə)  cənazə  namazını 
qılmağa cəhd göstərmişdir.
1
  
2.  İmamət və  rəhbərlik iddiasında olmuşdur. Cəfər Abbasi vəziri 
Әbdüllah  ibn  Yəhya  ibn  Xaqana  belə  demişdir:  “Qardaşımın 
məqamını mənə verin. Mən sizə ildə 20000 dinar ödəyəcəyəm.”
2
  
3.  Cəfər  qardaşının  mülkünə  sahib  çıxmaq  məqsədi  ilə  onun 
övladı  olmadığını  iddia  etmişdir.  Abbasi  hökuməti  Cəfərə  icazə 
vermişdir ki, qardaşının mülkünə sahib dursun.
3
  
4. Cəfər imam Mehdinin (ə) həbs olunması üçün hökuməti təhrik 
etmişdir.  
 
Sual:  162.  Nə  üçün  həzrət  Mehdi  (ə)  öz  əmisi  Cəfəri  həzrət 
Yusifin qardaşlarına oxşatmışdır? 
Cavab:  İmam  Mehdi  (ə)  Məhəmməd  ibn  Osman  Әmriyə 
tapşırığında buyurur: “Әmim Cəfərin və onun övladlarının tutduğu yol 
Yusifin qardaşlarının yolu kimidir...”
4
  
Oxşar cəhətləri nəzərdən keçirək:  
1.  Həzrət  Mehdinin  (ə)  əmisi  Cəfərin  hökmünü  peyğəmbər 
övladlarının  hökmü  kimi  onların  babalarının  ixtiyarına  verək  və  bu 
barədə danışmayaq. 
2.  Yusifin  qardaşları  tövbə  etdiyi  kimi,  Cəfər  də  tövbə  etmişdir. 
Çünki bəziləri Cəfəri “təvvab” ləqəbi ilə çağırmışlar.  
3. Yəqubun övladları günaha batdıqda Allah Yəquba xatir onları 
bağışladı. Cəfər də imamın oğlu, imam qardaşı və imam əmisi olduğu 
üçün bağışlandı.  
4.  Peyğəmbər  övladları  peyğəmbərlər  kimi  məsum  olmur. 
Yəqubun övladları günaha batdığı kimi, imamın da övladı günaha bata 
bilər.  
 
Sual:  163.  Nə  üçün  peyğəmbərlərin  və  imamların  bəzi  övladları 
yolunu azır? 
Cavab: Әvvəla, Cəfər imam övladı olsa da, ana tərəfdən zəmanət 
almamışdır. Aydın məsələdir ki, məsum imamlar həm ata, həm də ana 
tərəfdən  pakdırlar. Onların  övladları haqqında  bu  sözü demək olmaz. 
                                                 
1
 “Kəmalud-din”,c. 2, s. 475. 
2
 Həmin mənbə, c. 2, s. 379. 
3
 “Kafi”, c. 1, s. 505. 
4
 “Bihar”, c. 53, s. 180. 


 
109 
Bu  səbəbdən  də  peyğəmbər  və  imamların  bəzi  övladları  yolunu 
azmışdır.  
İkincisi,  olsun  ki,  peyğəmbərlərin  və  imamların  həyatında  bəzi 
problemlərin yaranması onların ilahiləşdirilməməsi məqsədini daşıyır.  
 
Sual:  164.  İmam  Həsən  (ə)  və  imam  Hüseyndən    (ə)  sonra 
imamətin iki qardaşa ötürülməsi caizdirmi? 
Cavab: Әhməd ibn Katib iddia edir ki, imam Həsən (ə) və imam 
Hüseyndən 
(ə) 
sonra 
imamətin 
iki 
qardaşa 
ötürülməsinin 
mümkünsüzlüyü  zəif  məlumatdır  və  həmin  vaxt  bu  məsələ  icma 
tərəfindən qəbul olunmamışdır... 
Mütəvatir məlumatlar əsasında şiə məzhəbində qəbul olunmuşdur 
ki, imam Həsən (ə)  və imam Hüseyndən (ə) sonra imamət iki qardaşa 
ötürülə bilməz.  
İsmail  ibn  Әli  Növbəxti  deyir:  “İmamlardan  nəql  olunmuş 
mütəvatir xəbərlərdən bildirdik ki, Həsən (ə) və Hüseyndən (ə) sonra 
yalnız imamın övladı imam ola bilər.”
1
  
Әşəri Qummi və Әli ibn Həsən Növbəxti də bu əqidədə olmuşdur.  
Məsələnin aydınlaşması üçün bəzi rəvayətlərə nəzər salaq:  
Kuleyni  səhih  sənədə  əsasən  imam  Sadiqdən  (ə)  belə  nəql  edir: 
“Həsən və Hüseyndən sonra heç vaxt iki qardaş imam olmayacaq.”
2
  
Digər bir səhih sənədə əsasən imam Sadiqdən (ə) belə nəql olunur: 
“Həsən və Hüseyn sonra iki qardaş imamətə çatmaz.”
3
  
İsmail ibn Bəzh nəql edir ki, imam Rizadan (ə) belə sual olundu: 
“İmamət  əmi  və  ya  dayıya  keçirmi?”  Həzrət  buyurdu:  “Xeyr.”  Әrz 
olundu: “İki qardaşa necə?” Həzrət buyurdu: “Xeyr”.
4
  
 
Sual:  165.  Şiələr  imam Әsgərinin  (ə)  şəhadətindən  sonra  Cəfərə 
başsağlığı verdilərmi? 
Cavab:  Әhməd  Katib  deyir:  “Әbül-Әdyandan  nəql  olunmuş 
hədisə  əsasən  şiələr  imam  Әsgərinin  (ə)  vəfatından  sonra  Cəfərə 
başsağlığı verib, onun imamət məqamını təbrik etdilər.” 
Bəs əslində necə olub? 
1.  Әbül-Әdyanın  nəql  etdiyi  hədisə  nəzər  saldıqda  görürük  ki, 
Әhməd Katib bu hədisdən düzgün nəticə çıxarmamışdır. Әbül-Әdyan 
                                                 
1
 “Kəmalud-din”. 
2
 “Kafi”, c. 1, s. 285. 
3
 Həmin mənbə, s. 286. 
4
 Həmin mənbə. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə