Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə37/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

 
110 
deyir:  “Qəfildən  imam  Әsgərinin  (ə)  qardaşı  Cəfəri  həyətdə  gördüm. 
Şiələr  onun  ətrafında  cəmləşib  başsağlığı  verir,  təbrik  edirdilər.” 
Hədisdən  yalnız  bu  aydın  olur  ki,  həzrət  Mehdinin  (ə)  imamətindən 
xəbərsiz şiələr Cəfərin imamətə çatdığını güman etmişlər.  
2. Әhməd Katib iddia edir ki, Cəfəri təbrik edənlər arasında imam 
Mehdinin  (ə)  birinci  naibi  Osman  ibn  Səid  də  olmuşdur.  Hansı  ki, 
hədisdə bu şəxsin adı çəkilmir. Bir daha məlum olur ki, Әhməd Katib 
hansısa  məqsədlə  yalan  danışır...  Әbül-Әdyanın  rəvayətlərinə 
müraciət  etdikdə  görürük  ki,  Cəfər  öz  iddiasında  yalançı  olmuşdur. 
Әbül-Әdyan  deyir:  “Həzrətin  qapısına  çatdığım vaxt  gördüm  ki,  onu 
kəfənə  bükmüşlər.  Cəfər  cənazəyə  namaz  qılmaq  üçün  önə  keçdi. 
Namazın təkbirini demək istədiyi vaxt pərdənin arxasından çıxan uşaq 
Cəfərin  əbasını  çəkdi  və  buyurdu:  “Kənara  çəkil,  əmi.  Atamın 
namazını qılmağa mən daha layiqəm.” Cəfər rəngi qaçmış vəziyyətdə 
kənara çəkildi. Uşaq qabağa keçdi və imam üçün cənazə namazı qıldı. 
İmam  atasının  qəbrinin  yanında  dəfn  olundu.  Sonra  körpə  buyurdu: 
“Ey  Bəsri!  Səndəki  məktubun  cavabını  mənə  ver.”  Mən  də  onu 
həzrətə verdim...”
1
  
Sonra  Әbül-Әdyan  belə  deyir:  “Cəfəri  belə  görüb  öz-özümə 
dedim:  Әgər  bu  (Cəfər)  imamdırsa,  demək,  əslində  imamət  batildir. 
Çünki,  mən  onu  şərab  içən,  qumar  oynayan,  tənbur  çalan 
görmüşəm...”
2
  
Uşaq yaşlarında imamət 
Sual:  166.  Uşaq  yaşlarında  imamətin  mümkünlüyünü  kimlər 
şübhə altına alır? 
Cavab: Həzrət Mehdi (ə) ilə bağlı ünvanlanmış suallardan biri də 
budur ki, insan uşaq yaşlarında imamət və xilafətə necə çatar? 
Sünnə  əhli  alimlərindən  olan  ibn  Hicr  Heytəmi  deyir:  “Pak 
şəriətdə  təsbit  olunmuşdur  ki,  körpə  uşağın  vilayəti,  hakimiyyəti 
düzgün  deyil.  Bəs  necə  olur  ki,  şiələr    beş  yaşa  çatmamış  uşağın 
imamətinə inanırlar?!
3
  
Әhməd  Katib  yazır:  “Allahın  körpə  uşağı  müsəlmanlara  rəhbər 
təyin etməsi ağılabatan deyil.”
4
 
 
                                                 
1
 “Kəmalud-din”,s. 275-276; “Bihar”, c. 52, s. 67. 
2
 Həmin mənbə. 
3
 “Səvaiqul-mühriqə”, s. 166. 
4
 “Tətəvvürəl-fikrul-siyasi”, s. 102. 


 
111 
Sual: 167. Quran körpənin imamət və nübüvvətini təsdiq edirmi? 
Cavab:  Quran  baxımından körpənin  nübüvvət  və  vilayəti nəinki 
mümkündür, hətta ilahi kitabda bu mövzuda xəbərlər var.  
a) Allah-təala həzrət Yəhyaya xitabən buyurur:  
“Ey  Yəhya!  Sən  bizim  səmavi  kitabdan  möhkəm  tut.  Biz  ona 
uşaq yaşlarında nübüvvət məqamı verdik.”
1
  
Fəxr  Razi    Allah-təalanın  həzrət  Yəhyaya  buyuruğu  haqqında 
deyir: “Şərif ayədə həqiqətən nübüvvət məqamı nəzərdə tutulmuşdur. 
Çünki  Allah-təala  Yəhyanın  əqlini  uşaq  yaşlarında  kamilləşdirdi  və 
ona  vəhy  göndərdi.  Allah-təala  orta  yaşlarında  peyğəmbərliyə  çatmış 
həzrət Musa və Məhəmməddən (s) fərqli olaraq, həzrət Yəhya və İsanı 
uşaq yaşlarında peyğəmbərliyə seçdi.”
2
  
b)  Həzrət  İsa  haqqında  isə  belə  buyurulur:  “Məryəm  körpəyə 
işarə etdi. Onlar dedilər: “Beşik uşağı ilə necə danışaq? O uşaq dedi: 
“Həqiqətən,  mən  Allahın  bəndəsiyəm,  O,  mənə  səmavi  kitab  və 
nübüvvət şərəfi əta buyurdu...”
3
  
Qunduzi  Hənəfi  imam  Mehdinin  (ə)  dünyaya  gəlişini  qeyd 
etdikdən  sonra  yazır:  “Deyirlər  ki,  Allah-təala  ona  uşaq  yaşlarında 
hikmət əta etdi və aləmlərdəkilər üçün nişanə buyurdu. Necə ki, həzrət 
Yəhya  və  həzrət  İsaya  belə  lütf  etmişdi.  Allah  həzrət  Mehdinin  (ə) 
ömrünü həzrət Xızrın ömrü kimi uzatdı.”
4
  
Qütb  Ravəndi  və  başqaları  Yezid  Kənasidən  belə  nəql  edirlər: 
Həzrət  Әbu-Cəfərdən  (ə)  soruşdum:  “Həzrət  İsa  beşikdə  danışdığı 
vaxt  Allahın  yer  əhlinə  höccəti  idimi?”  Həzrət  buyurdu:  “İsa  həmin 
gün  Allahın  peyğəmbəri  və  mürsəl  höccəti  idi.  Məgər  belə  bir 
buyuruğu  eşitməmisən:  “Mən  Allahın  bəndəsiyəm,  O  mənə  kitab 
verib, məni peyğəmbər seçib, harada olsam vücudumu bərəkətli edib; 
nə  qədər  ki  diriyəm,  mənə  namaz  və  zəkatı  tapşırıb.”  Әrz  etdim  ki, 
onda İsa beşikdə ikən Zəkəriyya Allahın höccəti idi? Həzrət buyurdu: 
“İsa  həmin  halda  xalq  üçün  nişanə,  həzrət  Məryəm  üçün  Allah 
tərəfindən  bir  rəhmət  idi.  Danışıb  təbir  etdiyi  halda  onu  eşidənlərə 
peyğəmbər və höccət idi. Sonra  İsa susdu və iki il danışmadı. Həmin 
arada  xalqa  höccət  Zəkəriyya  oldu.  Onun  vəfatından  sonra  Yəhya 
körpə  yaşında  kitab  və  hikmətə  varis  oldu.  Allahın  Yəhyaya 
                                                 
1
 “Məryəm”, 12. 
2
 “Təfsire-Fəxr-Razi”, c. 11, s. 192. 
3
 “Məryəm”, 29, 30. 
4
 “Yənabiul-məvəddət”, s. 454. 


 
112 
müraciətini  eşitməmisənmi?!  İsa  yeddi  yaşına  çatdıqda  ilk  nazil  olan 
vəhy  peyğəmbərlikdən  xəbər  verdi.  Həmin  vaxtdan  İsa  Yəhyaya  və 
bütün xalqa höccət oldu. Ey Әba Xalid! Adəm yaranan gündən bir gün 
olsun belə, yer üzü ilahi höccətsiz olmayıb...”
1
  
İrad  tutulmasın  ki,  həzrət  İsa  ilə  bağlı  bəyanatlar  qrammatik 
baxımdan  keçmiş  zamana  aiddir,  amma  əslində  gələcək  zaman 
nəzərdə  tutulur.  Әvvəla,  bu  ehtimal  keçmiş  zaman  formasına  zahirən 
xilafdır  və  belə  bir  ehtimal  üçün  dəlil  lazımdır.  İkincisi,  “nəbi”  ilə 
“rəsul” arasında fərq var. Həzrət İsa ilə bağlı “rəsul” yox, “nəbi” təbiri 
işlədilmişdir.  Belə  bir  nəticə  çıxarmaq  olar  ki,  azyaşlı  olduğu  üçün 
risalət məqamına çatmamış İsa öncə nəbi məqamına çatmışdı.  
 
Sual: 
168. 
Tarixi 
baxımdan 
uşaqda 
imamət 
məqamı 
görünmüşdürmü? 
Cavab:  Tarixə  müraciət  etdikdə  görürük  ki,  körpənin  rəhbərlik 
etməsi  faktdır.  Filosoflar,  hikmət  sahibləri  deyir:  “Bir  işin 
mümkünlüyünün ən güclü dəlili onun baş verməsidir.” 
Həzrət  Peyğəmbər  (s)  hicrətin  üçüncü  ili  “və  ənzir  əşirətəkə...” 
ayəsi  nazil  olduqdan  sonra  аzyaşlı  Әli  ibn  Әbu-Talibi  (ə)  canişinliyə 
təyin  etdi  və  öz  qövmünə  göstəriş  verdi  ki,  onun  əmrlərinə  tabe 
olsunlar.
2
  
Şeyx Müfid yazır: “Şiələr və sünni əhli yekdil olaraq bu rəydədir 
ki,  həzrət  Peyğəmbər  (s)  yaşı  az  olmasına  baxmayaraq,  Әlini  (ə) 
canişinliyə təyin etdi...”
3
  
 
Sual: 169. Uşağın imam olmasını ağıl təsdiq edirmi? 
Cavab: Bəziləri deyirlər ki, azyaşlı uşağın imamlığı ağla sığmır. 
Nəzərinizə  çatdırmalıyıq  ki,  mahal,  mümkünsüz  iş  üç  qismdir:  Zatən 
mahal  (istənilən  bir  şəraitdə  mümkünsüz);  baş  tutması  mahal  (səbəb 
olmadan  bir  işin  baş  verməsinin  mümkünsüzlüyü);  adi  mahal  (təbiət 
qanunlarına əsasən baş verməsi mümkünsüz olan möcüzə kimi işlər.) 
Erkən yaşlarında imamət haqqında bunu deyə bilərik ki, bu iş nə 
zatən mahaldır, nə də baş verməsi mümkünsüzdür. Çünki Allah risalət 
və  imamətin  bütün  şərtlərini  bir  körpədə  ödəməyə  qadirdir.  Bundan 
əlavə, həzrət Yəhya və İsanın nəbiliyi deyilənlərə ən gözəl sübutdur.  
                                                 
1
 “Kafi”, c. 1, s. 382. 
2
 “Tarixe-Təbəri”, c. 2, s. 62, 63; “Kamile-ibn-Kəsir”, c. 2, s. 40, 41. 
3
 “Әl-füsulul-muxtarə”, s. 316. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə