116
yox, ağıl səviyyəsi nəzərdə tutulur. Məsum imamlarda isə belə
düşüncə uşaq yaşlarından mövcuddur.
Sual: 176. Beş yaşlı uşaq imam üçün cənazə namazı qıla bilərmi?
Cavab: Belə bir sualı yalnız imamı adi insanlardan üstün
saymayanlar ünvanlaya bilər. Әgər qəbul etsək ki, körpənin imaməti
möcüzə və etibarlı məlumatlarla təsdiqlənmişdir və düşüncəsi
kamildir, оnu adi xalqla müqayisə etmərik. Soruşurlar ki, hər birinin
öz ağırlığı olan təkvini (təbii), təşrii (şəriətlə bağlı) və batini rəhbərlik
hansı əsasla azyaşlı uşağa həvalə olunur? Öncə işarə etdik ki,
Allah bir
şəxsə hidayət və imamət məqamı verdikdə onun ağlını kamala çatdırır.
Bu kamilləşmə Allahın lütf və inayətidir.
Sual: 177. Heç bir dini vəzifə daşımayan körpə hansı əsasla
imam ola bilər?
Cavab: Yetkinlik yaşına çatmamış, heç bir dini vəzifəsi olmayan
bir uşağın imamət kimi bir məsuliyyəti qəbul etməsi bəzilərinə şübhəli
görünür. Әslində büluğ, yetkinlik həddi dedikdə ağıl baxımından
yetkinlik nəzərdə tutulur. Oğlanlar üçün on beş yaşın büluğ həddi
təyin olunmasının səbəbi onların, adətən, bu yaşda düşüncə
yetkinliyinə çatmasıdır. Әgər bir şəxs on beş yaşından qabaq şübhə
doğurmayacaq şəkildə yetkinlik həddinə çatmışdırsa, onun imaməti də
mümkündür. Ağıl baxımından kamil, məqam baxımından məsum
insanda imamət üçün heç bir nöqsan yoxdur.
Bəzi sünni alimləri həzrət Әlinin (ə) doqquz yaşında ikən iman
gətirməsinə şübhə ilə yanaşırlar. Onlar bildirirlər ki, Әli (ə) həmin
vaxt yetkinlik yaşına çatmadığından onun İslamı qəbul etməsi
dəyərsizdir. Onların nəzərincə Әbu-Bəkrin yuxarı yaşda iman
gətirməsi daha qiymətlidir.
Doqquz yaşında İslamı qəbul etmiş həzrət Әli (ə) uşaq
yaşlarından kamal həddinə çatmışdı. O öz uşaqlıq dövrünü həzrət
Peyğəmbərin (s) yanında keçirmişdi. İslamı tam bəsirətlə, agahlıqla
qəbul edən Әli (ə) həqiqətən ilk mömin və müsəlmandır.
Axı kim iddia edə bilər ki, yaşlı olmaq ağıllı olmaqdır? Bəs nə
üçün bir çox yaşlıların uşaqca ağlı yoxdur?!
Bu səbəbdən də həzrət Peyğəmbər (s) həzrət Zəhraya (ə) xitabən
buyurur: “Әli səhabələrimdən mənə ilkin iman gətirmiş kəsdir.”
1
1
“Müsnəde-Әhməd”, c. 5, s. 662.