126
hikmət var. Bizim zahirinə baxıb xeyir saydığımız bir iş zərərli də ola
bilər.
Quran buyurur: “Sizin üçün Allah yolunda cihad müəyyənləşdi –
bir halda ki, sizə xoş gəlməz. Nə çox xoşlamadığınız, amma xeyrinizə
olan şeylər. Bəzən də zərərinizə olan şeyi dost tutursunuz.”
1
Digər bir ayədə buyurulur: “Xoşlamadığınız bir çox işlər ola bilər
ki, Allah həmin işdə böyük xeyir müəyyənləşdirib.”
2
İkincisi, imam ilahi müqəddərata təslim olduğundan Allahın
iradəsinə qarşı heç bir vasitədən istifadə etmir.
Üçüncüsü, Allahın övliyaları bu sınaq dünyasında imkan
həddində möcüzədən istifadə etməməyə çalışırlar.
Dördüncüsü, məsum şəxs heç vaxt şəxsi mənafeyi naminə təkvini
vilayətdən istifadə edib, ilahi müqəddərata qatışmır. Məsumlar yalnız
bəşəriyyətin xeyiri istiqamətində və Allahın iradəsinə uyğun şəkildə
səy göstərirlər.
Ağıl baxımından imam Mehdinin (ə) varlığı
Sual: 192. İmam Mehdinin (ə) varlığı ilahi lütf əsasında necə
sübut olunur?
Cavab: İlahi lütfün həzrət Mehdinin (ə) varlığına dəlil olmasını
araşdırmazdan öncə bir neçə nöqtəyə işarə edək:
1. Bir baxımdan lütf iki qismə bölünür:
a) Lütfi-müfəssəl: Bu lütf sayəsində insan ixtiyari olaraq itaət
yolunu seçir.
b) Lütfü-müqərrəb: bu lütf sayəsində insan vacib göstərişlərin
yerinə yetirilməsinə yaxınlaşır, haramlardan uzaqlaşır.
2. İmamiyyə və mötəzilə alimləri lütfü Allah üçün vacib sifət
saymışlar. Çünki Allah Öz bəndələrini boş yerə yaratmamışdır. Buna
görə də onları nəzərdə tutulmuş məqsədə çatdırmaq üçün şərait
yaradır,
o cümlədən, lütf göstərir.
Müqərrəb lütfə əsasən cəmiyyətdə haqqa mehvər olası, cəmiyyəti
xətadan uzaqlaşdırası imama ehtiyac var. Bu səbəbdən də deyirik:
icma höccətdir. Lütf qaydası tələb edir ki, xalq arasında rəis olsun.
Rəis cəmiyyətə biganə qalmamalıdır. Cəmiyyət yolunu azdıqda rəis
onu doğru yola sövq etməli, batilin qarşısını almalıdır.
1
“Bəqərə”, 216.
2
“Nisa”, 19.