Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə45/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

 
134 
qısalığı  haqqında  məsəllər  çəkilib.  Ehtimalların  hesabı  baxımından, 
hər  hansı  yalanın  bir  bu  qədər  davam  edib  bütün  ümmət  tərəfindən 
qəbul olunması mümkünsüzdür.”
1
  
 
Sual:  205.  Әqli  dəlillər  müəyyən    bir  imamın  mövcudluğunu 
sübut edirmi? 
Cavab:  1.  Әqli  dəlillər  kamil  bir  insanın  mövcudluğunun 
zəruriliyini təsdiqləyir. Bu dəlillərin həmin şəxsin məhz imam Mehdi 
(ə)  olması  ilə  əlaqəsi  yoxdur.  Amma  uyğun  dəlillər  imamiyyə 
şiələrinin  məsum  bir  imamın  mövcudluğuna  etiqadını  təsdiqləyir. 
Beləcə, uyğun dəlillər yalnız şiələrin baxışına uyğundur.  
2.  Ustad  Həsənzadə  Amuli  deyir:  “Bu  məqamda  iki  mövzuda  
danışmaq  lazımdır:  Külli  və  şəxsi  mövzularda.  Külli  mövzu  dedikdə 
daimi  mövcud  olan  höccətin  varlığını  sübut  edən  dəlillər  nəzərdə 
tutulur.  Şəxsi  mövzu  dedikdə  isə  qaimin  konkret  kimliyi  ilə  bağlı 
dəlillərdən  danışılır.  Fərdin  kamilliyini  tanımaq  üçün  isə  mütəvatir 
hədislərə və vəhyə müraciət etmək lazımdır.”
2
  
3.  İslam  irfanı  məqsədə  çatmaq  üçün  şeyx  və  ustadın  varlığını 
şərt  sayır.  Bu  şərt  də  iki  qisimdir:  “Ümumi  ustad  və  xüsusi  ustad. 
Ümumi  ustad  odur  ki,  sırf  hidayət  məsuliyyəti  daşımasın  və  ona 
məlumat almaq üçün müraciət olunsun.   
Xüsusi  ustad  isə  sırf  hidayət  məsuliyyəti  daşıyan  şəxsdir  və 
həqiqət  yolunu  gedən  kəs  heç  bir  halda  bu  ustaddan  kənar 
düşməməlidir.
3
  
Bu məsələlər sünnə əhli arifləri tərəfindən də qəbul olunur. Çünki 
onlar  da  iki  ustadın  mövcudluğunu  şərt  sayır.  Onlardan  biri  mürşid, 
digəri  ilahi  feyz  daşıyıcısı  olan  ustaddır.  Әgər  bu  ustad  dünyada 
olmasa,  dünya  dağılar.  Bu  səbəbdən  də  aləmin  sabitliyi  bu  şəxsin 
varlığından  asılıdır.  Sünnə  əhli  arifləri  dünyanın  belə  bir  ümumi 
ustada ehtiyacını qəbul edirlər. Uyğun həqiqəti qəbul edənlər arasında 
Әbdül-Vəhhab  Şərani,  Mühyiddin  ibn  Әrəbi,  Cami  Hənəfi,  Әttar 
Nişapuri, Cəlаləddin Rumi diqqəti cəlb edir.  
Başqa  sözlə,  qeyd  olunan  dəlillər  məsum  imamın  varlığının 
zərurətini  göstərir.  Ariflər  bu  şəxsi  imkan  dairəsinin  qütbü 
adlandırırlar.  İrfanda  hər  zamanın  yalnız  bir qütbü  ola  bilər.  Bir  neçə 
                                                 
1
 “Bəhsun-həvləl-Məhdi (ə)”, s. 109-110. 
2
 “Nəhcül-vilayə”, c. 7, 8. 
3
 “Risaleye lubbul-ləbab”, s. 133, 134. 


 
135 
qütbün  olması  mümkünsüzdür.  Bu  qütb  bütün  səhv  və  nöqsanlardan 
pakdır.
1
 Bunu da qeyd etməliyik ki, ayə və rəvayətlərdən də bu sayaq 
anlayışlar  əldə  olunur.  Qütb  anlayışı  həmin  anlayışlardandır. 
Әmirəlmöminin  (ə)  Şiqşiqiyyə  xütbəsində  özünü  qütb  adlandırır: 
“And olsun Allaha! Әbu-Qəhafənin oğlu Әbu-Bəkr mənim xilafətdəki 
yerimin  dəyirman  daşı  oxunun  (qütbünün)  dəyirmandakı  yeri  kimi 
olduğunu bildiyi halda xilafət əbasını geyindi.”
2
  
 
Sual:  206.  Şəriət  və  millətin  keşiyində  dayanmayan  və  ilahi 
hökmləri icra etməyən imamın nə faydası var? 
Cavab:  Bəzən  deyirlər  ki,  pərdə  arxasında  qalmış,  kimsəyə 
görünməyən, hökmləri icra etməyən, xalqı cihada çağırmayan imamın 
nə faydası ola bilər? 
Sualı xülasə şəkildə belə cavablandıra bilərik:  
1.  İmamın  qeybə  çəkilməsində  təsirli  olduğumuz  kimi,  onun 
zühuruna da əməllərimizin təsiri var.  
2. Qeyb dövründə heç bir ilahi hökm gücdən düşmür, cihad təxirə 
salınmır. Bu iş imamın vəkaləti ilə fəqihlər tərəfindən icra olunur.  
3.  İmam  qeybdə  olsa  da,  onun  nəzarəti  var  və  şəriətin 
keşiyindədir.  Həqiqətə  qarşı  icma  təşkil  olunduqda  imam  müdaxilə 
edib həqiqəti bildirir.  
4.  İmamın  vücudu  ilahi  feyz  vasitəsidir.  İmam  olmasa,  dünya 
dağılar.  
5. İmam xalqın nəzərlərindən gizli olsa da, batini bir nüfuz gücü 
var. Ləyaqəti olan hər bir kəs batini yolla haqqa yönəldilir.  
Quran baxımından həzrət Mehdinin (ə) varlığı 
Sual: 207. “Qədr” surəsinin ayələri imam Mehdinin (ə) vücudunu 
təsdiqləyirmi? 
Cavab:  “Qədr”  surələrində  bildirilir  ki,  mələklər  hər  ilin  qədr 
gecəsi yerə enirlər.  
“Biz onu (Quranı) qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, 
qədr gecəsi nədir?! Qədr gecəsi min aydan üstündür. Mələklər və ruh 
həmin  gecə  Rəbbinin  izni  ilə  hər  işdən  ötrü  nazil  olar.  Bu  gecə  sübh 
ağartısınadək salamatlıqdır.”
3
 
                                                 
1
 “Müqəddiməye-qeysəri”. 
2
 “Nəhcül-bəlağə”. 
3
 “Qədr”, 1-5. 


 
136 
“Duxan” surəsində də bu məsələyə işarə olunur: “Ha, mim. And 
olsun bu aydın kitaba ki, biz onu bərəkətli bir gecədə nazil etdik. Biz 
daim  qorxudan  olmuşuq.  Həmin  gecə  hər  bir  iş  hikmət  əsasında 
tənzim (tədbir) olar.”
1
  
Ramazan  ayı  qiyamət  gününədək  təkrarlanar.  Qədr  gecəsi  də 
qiyamətə qədər davam edəsidir. Demək, mələklərin və ruhun gəlişi də 
hər qədr gecəsi təkrarlanır. Belə bir sual yaranır: “Hər qədr gecəsi yerə 
enən mələklər və ruh həzrət Peyğəmbərdən (s) sonra kimə nazil olur? 
Diqqətlə  araşdırdıqda  görürük  ki,  hər  bir  dövrdə  kamil  və  məsum 
imam  olmalıdır  ki,  mələklər  və  ruh  ona  nazil  olsun.  İmam  Baqir  (ə) 
buyurur:  “Ey  şiələr!  “İnna  ənzəlnahu”  surəsinə  sarılsanız,  qalib 
gələcəksiniz.  And  olsun  Allaha  ki,  bu  surə,  peyğəmbərdən  sonra 
Allahın  höccəti  üçündür.  Bu  surə,  həqiqətən,  sizin  dininizin  təsdiqi, 
bizim elmimizin nəhayətidir. Ey şiələr! “Ha, mim, vəl kitabil-mubin” 
ayəsi  haqqında  danışın.  Çünki  bu  ayələr  peyğəmbərdən  sonrakı  əmr 
sahiblərinə aiddir...”
2
  
Başqa  bir  məqamda  İmam  (ə)  buyurur:  “And  olsun  Allaha, 
həqiqətən,  qədr  gecəsini  təsdiq  edən  şəxs  bizə  aid  elmdən  əldə 
edər...”
3
  
Həzrət  Әli  (ə)  ibn  Abbasa  buyurur:  “Həqiqətən,  hər  ilin  qədr 
gecəsi var. Həmin gecə  bir ilin işləri nazil olar. (Bir ildə baş verəcək 
işlər müəyyənləşər.) Onun üçün peyğəmbərdən sonra vəlilər var.” İbn 
Abbas deyir: Әrz etdim ki, onlar kimlərdir? Həzrət buyurdu: “Mən və 
məndən olan on bir övladım hamısı imam və mühəddisdir.”
4
  
Həzrət Peyğəmbər (s) səhabələrinə buyurmuşdur: “Qədr gecəsinə 
iman  gətirin.  Çünki  o,  Әli  ibn  Әbi-Talib  və  onun  on  bir  övladı 
üçündür.”
5
 
 
Sual:  208.  “İmam”  (“İsra”  surəsinin  71-ci)  ayəsi  imamın 
mövcudluğunu necə təsdiqləyir? 
Cavab: Allah-təala “İsra” surəsində buyurur: “Bir gün ki, hər bir 
güruhu imamı vasitəsi ilə çağırarıq. Әməl naməsi sağ əlinə verilənlər 
onu  (şadlıqla)  oxuyar.  Xurma  dənəsinin  lifi  qədər  onlara  sitəm 
qılınmaz.”  
                                                 
1
 “Duxan”, 1-4. 
2
 “Kafi”, c. 1, s. 249. 
3
 Həmin mənbə, s. 252, 253. 
4
 Həmin mənbə, c. 1, s. 247, 248. 
5
 “Kəmalud-din”,c.1, s.280, 281. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə