Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə53/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

 
158 
göstərdi. Onlar imamın övladında bir sıra möcüzələr müşahidə etdilər. 
Orada olanlardan biri də Әhməd ibn İshaq Әşəri idi.
1
 
 
Sual:  250.  İmam  Mehdi  (ə)  kiçik  qeyb  dövründə  öz 
mövcudluğunu sübut etmək üçün hansı tədbirlər gördü? 
Cavab:  Həzrət  Mehdi  (ə)  əvvəlki  imamların  Məhdəviyyət 
məsələsi  ilə  bağlı  hazırlıq  görməsinə  baxmayaraq,  özü  də  müxtəlif 
yollarla mövlud və imamətini sübuta yetirirdi.  
Həzrətin bu sahədəki bəzi tədbirləri ilə tanış olaq: 
1.  Həzrət  şiə  böyüklərinin  onunla  görüşə  bilməsi  üçün  müəyyən 
tədbirlər görürdü.  
2.  Zəruri  məqamlarda  həzrət  kəramət  və  möcüzə  göstərirdi. 
Bəzən  bu  möcüzələr  səfirlər,  bəzən  də  onun  öz  vasitəsi  ilə  həyata 
keçirdi.
2
 
3.  Həzrət  xalqın  Məhdəviyyət  məsələsinə  inamını  artırmaq  üçün 
bəzi sualları özü cavablandırırdı.  
4. Həzrətin xüsusi xətti onun imamətini sübuta yetirən dəlillərdən 
sayıla  bilər.  Xalq  imam  Әsgərinin  (ə)  vaxtında  bu  məsələ  ilə  tanış 
olmağa  başlamışdı.  Müqəddəs  nahiyə  (nümayəndəlik)  tərəfindən 
verilən bəyanatlar imamın varlığı ilə bağlı yəqinlik yaradırdı.  
 
Sual:  251.  Həzrət  Mehdi  (ə)  düşmənlərdən  məxfi  qalmaq  üçün 
hansı tədbirlər gördü? 
Cavab:  İmam  Әsgərinin  (ə)  şəhadətindən  sonra  zalım  hakimlər 
həzrəti  öldürmək  qəsdində  olduqlarından,  o,  məxfi  qalmaq  üçün  bir 
sıra tədbirlər gördü. Bu tədbirlərdən bəzilərini nəzərdən keçirək:  
1. Həzrət özünü yalnız fədakar şiələrə göstərirdi.  
2.  Həzrət  onunla  görüşmüş  şəxsə  tapşırırdı  ki,  bu  görüş  gizli 
qalsın.  
3.  Həzrət  Mehdinin  (ə)  adının  (“Məhəmməd”)  çəkilməsi  haram 
edilmişdi.  Bu  səbəbdən  də  həmin  dövrdə  imam  “Qaim”,  “Qərim”, 
“Höccət”,  “”Nahiyə”,  “Sahibəz-zaman”  və  başqa  adlarla  yada 
salınırdı.
3
  
4. Həzrət xilafət və onun valilərindən məxfi yaşayırdı.  
                                                 
1
 “Kəmalud-din”,s.384; “Bihar”, c. 52, s. 23, 24. 
2
 “Bihar”, c. 51, s. 325. 
3
 “Әl-ğeybət”, Tusi, s. 364; “Bihar”, c. 51, s. 351. 


 
159 
5.  Həzrət  tez-tez  yerini  dəyişir,  kimsənin  diqqətini  cəlb  etmirdi. 
Həzrətin  yeri  ilə  bağlı  verilən  məlumatların  ziddiyyətli  olması  bu 
səbəbdəndir.  
6.  Vəkillər  və  ya  səfirlər  imamla  elə  bir  şəraitdə  görüşürdü  ki, 
kimsə bundan xəbər tutmurdu.  
7.  Həzrət  öz  vəkillik  və  nümayəndəliyini  ən  xalis  və  fədakar 
insanlara  tapşırırdı.  Onlar  həzrətin  məkanı  və  xüsusiyyətləri  ilə  bağlı 
kimsəyə  məlumat  vermirdilər.  Әbu-Səhl  Növbəxtiyə  belə  bir  sual 
verirlər:  “Nə  üçün  imam  nümayəndəliyə  sizi  yox,  Hüseyn  ibn  Ruhu 
seçdi?” O belə cavab verir: “Hüseyn ibn Ruh elə bir şəxsdir ki, imam 
onun əbası altında olsa, tikə-tikə doğransa da, səsini çıxarmaz.”
1
  
Səfirlər 
Sual: 252. Həzrət Mehdinin (ə) ilk səfiri kim olub? 
Cavab:  İmam  Mehdinin  (ə)  ilk  səfiri  Әbu-Әmr  Osman  ibn  Səid 
Әmri  olmuşdur.  Bu  şəxs  tanınmamaq  üçün  yağ  satmaqla  məşğul 
olurdu.  Tarixi  mənbələrdə  onun  doğum  və  ölüm  tarixləri  göstərilmir. 
Әbu-Әmr yalnız imam Hadinin (ə) xüsusi vəkili olaraq tanıtdırılır.  
Bu şəxs imam Hadinin (ə) şəhadətindən sonra imam Әsgərinin (ə) 
vəkili  olmuşdur.  İmam  Әsgəri  (ə)  Әbu-Әmri  müxtəlif  münasibətlərlə 
tərif  etmişdir.  Həzrət  onun  haqqında  buyurur:  “Әbu-Әmr  etibarlı 
şəxsdir,  həm  keçmişdəkilərin,  həm  də  mənim  inamımı  qazanmışdır. 
Məndən  sonra  da  belədir.  Nə  desə,  məndəndir,  nə  çatdırsa,  mənim 
tərəfimdəndir.”
2
 
Әbu-Әmr  imam  Әsgərinin  (ə)  digər  40  şiəsi  ilə  birlikdə  onun 
yanında  olduqda  həzrət  oğlu  Mehdini  (ə)  onlara  göstərmiş,  övladının 
imamət  və  qeybi  haqqında  məlumat  vermişdir.  Әbu-Әmrin  vəkilliyi 
haqqında həzrət buyurur: “Osman nə desə, qəbul edin...”
3
 
Hicri  260-cı  ildə  imam  Әsgərinin  (ə)  şəhadəti  zamanı  Osman 
onun qüsl ayinində iştirak etmiş, bütün işləri öz üzərinə götürmüşdür.
4
 
İmam  Әsgərinin  (ə)  qüsl  mərasimini  Osmanın  icra  etməsi  zalım 
hakimlərin diqqətini yayındırmaq məqsədi daşıya bilər. Çünki imamın 
qüslü  və  kəfənlənməsi  o  biri  imamın  öhdəsinədir.  Osman  ibn  Səid 
imam  Әsgərinin  (ə)  şəhadətindən  sonra  onun  öncədən  təsdiqi  və 
həzrət  Mehdinin  (ə)  razılığı  ilə  Qumlular  Samirraya  daxil  olarkən 
                                                 
1
 “Әl-ğeybət”, Tusi, s. 391; “Bihar”, c. 51, s. 358. 
2
 Tusi, Әl-Ğeybət”, s. 354; “Bihar”, c. 51, s. 344. 
3
 “Bihar”, c. 51, s. 346. 
4
 Tusi, Әl-Ğeybət”, s. 356. 


 
160 
həzrətin  birinci  səfiri  təyin  olundu.  Həmin  vaxtdan  öz  səfirlik 
vəzifəsini  icra  etdi.  Dünyasını  dəyişdiyi  vaxt  oğlu  Әbu-Cəfər 
Məhəmməd  ibn  Osman  onu  dəfnə  hazırlayıb  Bağdadın  qərbində 
torpağa tapşırdı.
1
 
Osman  ibn  Səidin  vəfatından  sonra  müqəddəs  nahiyə  tərəfindən 
yazılmış  məktubda  imam  Mehdi  (ə)  Osmanın  vəfatı  ilə  bağlı  oğlu 
Məhəmmədə başsağlığı verdi və onu öz səfiri təyin etdi.
2
 
 
Sual:  253.  Osman  ibn  Səidin  səfirliyini  təsdiqləyən  rəvayətlərin 
sənədi zəifdirmi? 
Cavab:  Әhməd  Katib  deyir:  Osman  ibn  Səidin  imam  Mehdi  (ə) 
üçün səfirliyinin imam  Әsgəri  (ə)  tərəfindən  elan  olunmasını bildirən 
rəvayətin  sənədi  zəifdir.  Çünki  bu  rəvayətlər  Nəccaşi  və  İbn  Әl-
Ğəzairi  tərəfindən  rədd  olunmuş  Cəfər  ibn  Məhəmməd  ibn  Malik 
Fərazi tərəfindən nəql edilmişdir. Bəs həqiqətdə necədir? 
1.  Cəfər  ibn  Məhəmməd  ibn  Malik  Şeyx  Tusi  tərəfindən 
təsdiqlənmiş  şəxsdir.  Onu  etibarsız  sayan  ibn  Әl-Ğəzairinin  kitabı 
imamiyyə alimləri tərəfindən təsdiqlənməmişdir.  
2.  Şeyx  Tusi  “Әl-Ğeybət”  kitabında Әhməd  ibn  İshaq  Qummiyə 
istinadən ikinci naib və onun atasının vəkilliyini nəql etmişdir.
3
 
3. Şiə əqidəsində imamət və səfirlik məsələlərinə ciddi  yanaşılır. 
Bir şəxsin özünü səfir hesab etməsi yetərli sayılmır. Yalançı səfirlərlə 
çox ciddi mübarizə aparılmışdır.  
 
Sual:  254.  İmam  Mehdinin  (ə)  qeyb  mövzusunun  Osman  ibn 
Səid tərəfindən uydurulması düzdürmü? 
Cavab:  Bəziləri  deyirlər  ki,  qeyb  mövzusu  səhabələr,  xüsusi  ilə 
Osman ibn Səid tərəfindən uydurulmuşdur.  
Hansı  ki,  imamın  qeyb  mövzusuna  ilkin  toxunan  həzrət 
Peyğəmbər  (s)  olmuşdur.  Sonra  həzrət  Әli  (ə)  və  digər  imamlar  bu 
mövzunu təsdiqləmişlər. Onlar qeyb hadisəsi haqqında öncədən xəbər 
vermiş, xalqa bu barədə xəbərdarlıq etmişlər.  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “And  olsun  bizi  müjdə  üçün 
seçmiş Allaha! Mənim övladlarımın qaimi bağlanmış əhdə görə qeybə 
çəkilər.  İnsanların  çoxu  deyər  ki,  Allahın  Ali-Məhəmmədə 
                                                 
1
 “Bihar”, c. 51, s. 350. 
2
 “Tusi, Әl-Ğeybət”, s. 361; “Kəmalud-din”,s.510; “Bihar”, c. 51, s. 348. 
3
 “Tusi, Әl-Ğeybət”, s. 359, 360. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə