Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   48   49   50   51   52   53   54   55   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
155 
sirrimə  iman  gətirdiniz,  Mənim  qeybimi  təsdiq  etdiniz.  Sizə  Mənim 
tərəfimdən gözəl savabla müjdə olsun!”
1
 
 
Sual:  244.  İmam  Sadiq  (ə)  imam  Mehdinin  (ə)  qeybi  haqqında 
xəbər vermişdirmi? 
Cavab:  İmam  Sadiq  (ə)  bir  hədisdə  buyurur:  “Yeddinci  övladın 
beşinci övladı sizdən qeybdə olacaq bir şəxsdir.”
2
 
Digər bir hədisdə həzrət buyurur: “Agah olun! And olsun Allaha, 
Mehdi  (ə)  sizin  aranızdan  qeybə  çəkiləcək.  Cahilləriniz  deyəcək  ki, 
Allahın Ali-Məhəmmədə ehtiyacı qalmadı...”
3
  
Həzrət  başqa  bir  məqamda  buyurur:  “Həqiqətən,  övladlarımdan 
altıncısı  üçün  qeyb  baş  verəcək.  O,  peyğəmbərdən  sonra  on  ikinci, 
hidayət  imamıdır.  Onların  birincisi  Әli  ibn  Әbi-Talib  (ə),  sonuncusu 
yer üzündəki Bəqiyyətullahdır...”
4
  
Bir  hədisdə  isə  həzrət  belə  buyurur:  “Həqiqətən,  qaim  üçün 
qiyamdan öncə qeyb dövrü var.”
5
  
 
Sual:  245.  İmam  Kazim  (ə)  imam  Mehdinin  (ə)  qeybini  xəbər 
vermişdirmi? 
Cavab:  İmam  Kazim  (ə)  buyurmuşdur:  “Yeddinci  övladın 
beşinci övladı qeybə çəkilən vaxt kimsə sizi dininizdən ayırmasın. Ey 
övladım! Həqiqətən, qaim üçün qəti şəkildə qeyb dövrü var...”
6
 
Yunis ibn Әbdür-Rəhman deyir: “Musa ibn Cəfərə ərz etdim: “Ey 
peyğəmbər  övladı!  Siz  həqiqətən  qaimsiniz?”  Həzrət  buyurdu:  “Mən 
haqq  olaraq  qaiməm.  Amma  yer  üzünü  Allah  düşmənlərindən 
təmizləyəcək,  ədaləti  bərpa  edəcək  qaim  mənim  beşinci  övladımdır. 
Həyatı  üçün  təhlükə  yarandığından  onun  üçün  böyük  qeyb  dövrü 
var...”
7
 
Həzrət 
“Loğman”  surəsinin  iyirminci  ayəsi  ilə  bağlı 
buyurmuşdur:  “Aşkar  nemət  aşkar  imam,  batini  nemət  qeybdə  olan 
imamdır.”  Rəvayətçi  soruşur  ki,  imamlar  arasında  qeybə  çəkilən 
varmı?  Həzrət  buyurur:  “Bəli,  o,  xalqın  gözündən  qeybə  çəkilər, 
                                                 
1
 “Kəmalud-din”,s.330; “Bihar”, c. 52, s. 145. 
2
 “Kəmalud-din”,s.338; “Bihar”, c. 51, s. 143. 
3
 “Həmin mənbə”, s. 341; “Bihar”, c. 45. 
4
 Həmin mənbə. 
5
 Həmin mənbə, s. 343. 
6
 “Kəmalud-din”,s.359, 360. 
7
 Həmin mənbə, s. 361; “Bihar”, c. 51, s. 151. 


 
156 
amma 
möminlərin 
qəlbindən 
qeyb 
olmaz. 
O, 
bizim 
on 
ikincimizdir...”
1
 
Sual:  246.  İmam  Riza  (ə)  imam  Mehdinin  (ə)  qeybini  xəbər 
vermişdirmi? 
Cavab:  Şeyx  Səduq  nəql  edir  ki,  imam  Riza  (ə)  buyurmuşdur: 
“Allah mənim dördüncü övladım, ən üstün qadınlardan olan xanımın 
övladı  vasitəsi  ilə  yer  üzünü  zülm-sitəmdən  təmizləyər.  Xalq  onun 
mövluduna şəkk edər. Qiyamdan öncə qeybə çəkilən kəs odur...”
2
 
Həzrət  Riza (ə) Dəbələ  buyurmuşdur:  “Ey Dəbəl!  Məndən  sonra 
övladım  Məhəmməd  (ə)  imamdır.  Məhəmməddən  sonra  onun  övladı 
Әli,  Әlidən  sonra  onun  övladı  Həsən,  Həsəndən  sonra  onun  övladı 
Höccət qaimdir...”
3
 
 
Sual:  247.  İmam  Cavad  (ə)  imam  Mehdinin  (ə)  qeybini  xəbər 
vermişdirmi?  
Cavab:  Әbdül-Әzim  Həsəni  deyir:  Mən  ağam  Məhəmməd  ibn 
Әli ibn Musa ibn Cəfər ibn Məhəmməd ibn Әli ibn Hüseyn ibn Әli ibn 
Әbi-Talibdən qaim  haqqında soruşduqda o buyurdu: “Ey Әbül-Qasim! 
Həqiqətən,  bizim  qaimimiz  Mehdidir  (ə).  Qeyb  vaxtı  onun  intizarını 
çəkmək,  zühur  vaxtı  ona  itaət  etmək  vacibdir.  O,  məndən  sonra 
üçüncü övladdır...”
4
 
Səqər  ibn  Әbu  Delf  deyir:  İmam  Cavaddan  (ə)  soruşdum  ki,  nə 
üçün qaimi müntəzir adlandırırlar? Həzrət buyurdu: “Çünki onun uzun 
müddətli qeybi olacaq. Xalis möminlər onun intizarını çəkəcək, şəkdə 
olanlar onu inkar edəcəklər...”
5
 
 
Sual:  248.  İmam  Hadi  (ə)  həzrət  Mehdinin  (ə)  qeybini  xəbər 
vermişdirmi? 
Cavab:  Şeyx  Səduq  Әbu-Haşim  Davud  ibn  Qasim  Cəfəriyə 
istinadən  imam  Hadidən  belə  nəql  edir:  “Məndən  sonra  canişin 
övladım Həsəndir. Ondan sonrakı canişin gözə görünməz, onun adını 
çəkmək halal deyil...”
6
 
 
                                                 
1
 “Kəmalud-din”,s.368; “Bihar”, c. 51, s. 151. 
2
 “Kəmalud-din”,s.371; “Bihar”, c. 52, s. 321. 
3
 Həmin mənbə, s. 372; “Bihar”, c. 51, s. 154. 
4
 “Kəmalud-din”,s.377; “Bihar”, c. 51, s. 156. 
5
 Həmin mənbə, s.378; “Bihar”, c. 51, s. 30» 
6
 “Kəmalud-din”,s.379, 380; “Elamul-vəri”, , s. 437, 438. 


 
157 
Sual:  249.  İmam  Әsgəri  (ə)  övladı  Mehdinin  (ə)  qeybi  üçün 
zəmin hazırlamışdırmı? 
Cavab:  İmam  Әsgərinin  (ə)  uyğun  sahədəki  fəaliyyətlərini  bir 
neçə qismə bölmək olar: 
1.  Təlimat  və  bəyanat  –  İmam  Әsgəri  (ə)  Әhməd  ibn  İshaqa 
buyurmuşdur:  “Ey  Әhməd  ibn  İshaq! O, bu  ümmət  arasında Xızır və 
Zül-Qərneyn  kimidir.  And  olsun  Allaha!  Onun  üçün  qeyb  dövrü  var. 
Yalnız  Allah  tərəfindən  onun  imamətinə  münasibətdə  sabit  qərar 
verilənlər  və  dua  ilə  onun  zühurunun  tezləşməsini  istəyənlər  həlak 
olmayacaq...”
1
 
İmam  buyurur:  “Agah  olun!  Həqiqətən,  övladım  üçün  elə  bir 
qeyb var ki, yalnız Allahın hifz etdikləri bu qeybə şəkk etməz.”
2
 
2.  Şiələrlə  əlaqələrin  azaldılması  –  Məsudi  deyir:  O  imamət 
məqamına  çatdığı  vaxt  həm  yaxınları,  həm  də  başqaları  ilə  pərdə 
dalından  danışardı.  Yalnız  sultanın  sarayına  aparıldığı  vaxt  belə 
olmurdu.”
3
 Bu səbəbdən də şiələr həzrətin yolu üstündə otururdular ki, 
onu görə bilsinlər.
4
  
3. Vəkalət qurumunun təşkili – Vəkalət qurumu öncədən mövcud 
olsa da, həzrət Әsgərinin (ə) dövründə bu qurum Mehdinin (ə) gəlişinə 
hazırlıq üçün daha da genişləndirildi. Bu məqsədlə Osman ibn Səid və 
onun  övladı  vəkil  olaraq  tanıtdırıldı:  Şahid  olun  ki,  Osman  ibn  Səid 
Әmri  mənim,  onun  övladı  Məhəmməd  isə  övladım  Mehdinin  (ə) 
vəkilidir.”
5
 
Məhəmməd  ibn  Әhməd  ibn  Cəfər  ibn  Seyqəl  də  imamın 
vəkillərindən idi. (həmin mənbə, c. 50, s. 309, 310)  
4. Övladı üçün qurbanlıq etməsi – Şeyx Səduq Әbu-Cəfər Әmriyə 
istinadən  belə  nəql  edir:  Ağa  dünyaya  gələn  vaxt  imam  Әsgəri  (ə) 
Әbu-Әmri yanına çağırıb buyurdu: “On min peymanə çörək və on min 
peymanə ət al və onu bəni-Haşim arasında böl. Onun tərəfindən filan 
sayda qoyun əqiqə et.” (Әqiqə - mövludla bağlı verilən ehsan).
6
 
5. Həzrət Mehdinin (ə) xüsusi şiələrə təqdimi – İmam Әsgəri (ə) 
şiələri  əmin  etmək  üçün  həzrət  Mehdini  (ə)  bəzi  yaxın  adamlarına 
                                                 
1
 “Kəmalud-din”,s.384; “Bihar”, c. 52, s. 23,24. 
2
 Həmin mənbə,s.409; “Bihar”, c. 51, s. 160. 
3
 “İsbatul-vəsiyyə”, s. 286. 
4
 “Bihar”, c. 5, s. 290. 
5
 “Bihar”, c. 51, s. 344. 
6
 “Kəmalud-din”,s.430; “Bihar”, c. 51, s. 5. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə