Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

 
146 
mövcuddur. Sadəcə, ona vəhy nazil olmur. Hazırki dövrdə bu canişin 
həzrət Mehdidir (ə). 
İbn  Hucr  Әsqəlani:  “Həzrət  İsanın  dünyanın  sonunda  bu 
ümmətdən olan şəxsin arxasında namaz qılması deyilənlərin möhkəm 
dəlilidir: Yer üzü heç vaxt “Qaim billah – höccətsiz olmayacaq.”
1
  
“12-ci xəlifə” hədislərində imam Mehdi 
Sual: 223. “12 xəlifə” hədisləri hansı hədislərdir? 
Cavab:  Şiə  və  sünnilər  tərəfindən  mütəvatir  hədis  kimi  qəbul 
olunmuş  digər  hədislər  12  xəlifə  haqqındadır.  Bu  rəvayətlərdə 
bildirilir  ki,  həzrət  Peyğəmbər  (s)  özündən  sonra  üçün  12  imam, 
canişin təyin etmişdir.  
Cabir ibn Səmərə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: 
“Nə  qədər  ki  12  xəlifə  hakimdir,  İslam  daim  əzizdir.”  Cabir  deyir: 
Həzrətin  buyurduğu  sonrakı  sözü  anlamadım.  Bu  barədə  atamdan 
soruşdum. O dedi: “Buyurdu ki, onların hamısı qüreyşdəndir.”
2
 
Bu  hədisi  müxtəlif  şəkillərdə  36  səhabə  nəql  etmişdir.  Bir  çox 
sünni alimləri də öz kitablarında bu hədisə yer vermişdir.  
 
Sual: 224. 12 xəlifə dedikdə kim nəzərdə tutulur? 
Cavab:  Bu  hədislər  vida  həccində  (“həccətul-vida”)  peyğəmbər 
tərəfindən  buyurulmuşdur.  Həmin  həccdə  “Səqəleyn”  və  “Ğədir” 
hədisləri də bəyan olunmuşdur.  
Quran ayələri kimi rəvayətlər də bir-birini təsdiq edir. Bu üç qrup 
rəvayətdən  belə  bir  nəticə  alınır  ki,  12  imam  həzrət  Peyğəmbərin  (s) 
əhli-beytindəndir.  Onların  birincisi  Әli  ibn  Әbi-Talibdir.  İslam 
peyğəmbəri  “Səqəleyn”  hədisində  buyurur:  “Mən  sizin  aranızda  iki 
dəyərli  şey  qoyuram.  Bu  iki  şeyə  sarılmaqla  heç  vaxt  yolunuzu 
azmayacaqsınız:  Allahın  kitabı  və  itrətim.”  Ğədire-Xum  günündə 
İslam peyğəmbəri Әli ibn Әbi-Talibin (ə) xilafət və imamət məqamını 
açıqladı.  
12  xəlifə  rəvayətlərində  həmin  xəlifələrin  bir  sıra  sifətləri 
açıqlanmışdır.  Bu  sifətlər  yalnız  məsum  imamda  ola  bilər:  İslam 
onların  varlığı  ilə  əzizdir;  din  onların  varlığı  ilə  bərpadır;  Onları  xar 
etmək istəyənlər boş yerə çalışır və onlara heç bir zərər vura bilməz.  
                                                 
1
 “Fəthul-Bari”, c. 6, s. 385. 
2
 “Səhihe-Müslim”, c. 6, s. 3. 


 
147 
Həməvinin  və  Qunduzunin  nəql  etdiyi  bəzi  rəvayətlərdə  həzrət 
Peyğəmbər (s) öz nəslindən olan 12 imamın adını birbəbir zikr edir.  
 
Sual:  225.  12  xəlifə  hədisləri  məsum  imamların  hakimiyyətini 
təsdiq edirsə, nə üçün əslində onlar hakimiyyətdə olmamışlar? 
Cavab:  Bəziləri  deyirlər  ki,  12  xəlifə  hədisləri  peyğəmbərdən 
sonra  imamların  hakimiyyətini  təsdiqlədiyi  halda  həzrət  Әli  (ə)  və 
imam Həsəndən (ə) savay şiə imamları hakimiyyətə çatmamışlar.  
Әslində,  bu  hədislər  zahiri  hakimiyyəti  yox,  Allahın  təyinatını 
bəyan edir. Allahın təyin etdiyi imamı xilafətə çatdırmaq xalqın işidir.  
Seyyid Məhəmməd Təqi Həkim deyir: Nəzərdə tutulan budur ki, 
hakimiyyət  məsum  imamların  haqqıdır.  İlahi  rəhbər  Allah  tərəfindən 
hakimiyyətə  təyin  olunur.  İmamların  zahiri  hakimiyyətə  çatmaması 
uyğun hədislərin bəyanına zidd deyil...
1
  
Sual: 226. 12 xəlifə hədisləri hansı məkanda bəyan olunmuşdur? 
Cavab:  Bu  barədə  müxtəlif  məlumatlar  verilir.  Bəziləri  bu 
hədislərin  Әrəfə  günü  Әrəfatda  bəyan  olunduğunu  bildirir.
2
 Bir 
başqaları uyğun hədisin məsciddə bəyan edildiyini iddia edir. Bəziləri 
isə hədisin harada bəyan olunmasına toxunmur. Görənsən Peyğəmbər 
(s) uyğun hədisi bir və ya bir neçə yerdə bəyan edibmi? 
Çox ehtimal ki, həzrət Peyğəmbər (s) bu hədisi müxtəlif yerlərdə 
bəyan  etmişdir.  Hədisin həccətul-vidada  bəyan  olunması  isə  aşkardır. 
Həmin  yerdə  həzrət  Peyğəmbər  (s)  öz  vəfatının  yaxınlaşması  barədə 
məlumat verdi. O məsum canişinləri haqqında vəsiyyət etdi.  
 
Sual:  227.  Nə  üçün  12  xəlifə  hədislərində  imamların  adı 
haqqında soruşulmur? 
Cavab:  Hətta  söhbətin  gedişində  peyğəmbərə  sual  ünvanlamaq 
müsəlmanlar arasında bir qayda idi. Rəvayətdə peyğəmbərdən sonrakı 
xəlifələrlə  bağlı  mühüm  məlumat  verilir.  Xilafət  məsələsi  İslam 
cəmiyyətinin  çox  mühüm  məsələlərindəndir.  Maraqlıdır  ki,  nə  üçün 
12-xəlifənin adı soruşulmamışdır? 
Әgər  səhabələr  istənilən  bir  məsələnin  xırdalığı  ilə 
maraqlanırdılarsa, nə üçün canişinlərin adı ilə maraqlanmamışlar? 
Ehtimal  olunur  ki,  imamların  adının  aşkar  şəkildə  bəyan 
olunmasına  əhli-beyt  (ə)  düşmənləri  mane  olmuşlar.  “Ğədire-Xum”, 
                                                 
1
 “Әl-üsusul-ammətu-lil fiqhil-müqarin”, s. 173. 
2
 “Müsnəde-Әhməd”, c. 5, s. 93. 


 
148 
“Səqəleyn”  hədislərindən  imamların  sayı,  onların  Әhli-beytdən  (ə) 
olması  və  birinci  imamın  Әli  ibn  Әbi-Talib  olması  məlum  olur. 
Həməvinin  və  Qunduzinin  nəql  etdiyi  rəvayətlərdə  Peyğəmbər  (s)  öz 
canişinlərinin adlarını da zikr edir.
1
  
 
Sual: 228.  Sünnə  əhlindən  nəql  olunmuş  bəzi  rəvayətlərdə Әbu-
Bəkr  və  Ömər  də  12  xəlifədən  biri  kimi  tanıtdırılır.  Bunu  necə  izah 
etmək olar? 
Cavab:  Təbərani  Әbdüllah  ibn  Әmrdən  belə  nəql  edir: 
Peyğəmbərdən  belə  eşitdim:  “Məndən  sonra  12  xəlifə  olacaq:  Әbu-
Bəkr Siddiq –  o məndən  sonra  çox  yubanmaz, onun  ev  dəyirmanının 
sahibi Ömər ibn Xəttab...”
2
  
Uyğun hədisə münasibətdə bir neçə iradımız var:  
1. Bu hədis sənəd baxımından mötəbər deyil. Bu hədisi nəql edən 
Әbdüllah ibn Salehin hədisləri Zəhəbi tərəfindən inkar olunur. Әhməd 
ibn Hənbəl deyir: O, ömrünün axırlarında əqidəsindən döndü.”  Saleh 
ibn  Məhəmməd  deyir:  “Mənim  zənnimcə,  o  hədis  nəqlində 
yalançıdır.” 
Bu rəvayətlərin digər sənədi Leys ibn Səddəndir. Bu şəxs Mənsur 
Abbasinin  yaxını  olmuş  və  Әhli-beyt  vilayətinə  qarşı  fəaliyyət 
göstərmişdir.  
2.  Bu  hədisdə  3  xəlifə,  xüsusi  ilə  Osman  xüsusi  bir  tərzdə  tərif 
olunur. Həqiqət isə tamam başqadır. 
3.  Digər  rəvayətlərə  müraciət  etdikdə  görürük  ki,  12  xəlifə 
hədislərində peyğəmbər Әhli-beyti nəzərdə tutulmuşdur.
3
  
 
Sual: 229. 12 xəlifə hədislərini şiələr mötəbər sayırmı? 
Cavab:  Әhməd  Katib  deyir:  “12  imamçı  şiələrin  nəql  etdiyi 
hədislər əsassızdır və onları təsdiqləyən dəlil yoxdur. Bu hədisləri nəql 
edənlər də mötəbər deyil.” 
Uyğun iddiaya cavab verək:  
1.  Həzrət  Peyğəmbərdən  (s)  sonra  12  imamın  olacağını  xəbər 
verən rəvayətlər təvatir həddindədir. Bildiyimiz kimi, mütəvatir hədis 
araşdırmasız qəbul olunur.  
                                                 
1
 “Fəraidus-Səmteyn”, c. 2, s. 132; “Yənabiul-Məvəddət”, c. 3, s. 281. 
2
 “Әl-Məcməul-Kəbir”, c. 1, s. 7. 
3
 “Fəraidus-Səmteyn”, c. 2, s. 133. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə