Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə46/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   42   43   44   45   46   47   48   49   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
137 
Ayədən  məlum  olur  ki,  qiyamət  günü  hər  bir  kəsdən  imam 
haqqında  soruşular.  Әgər  etiraf  etsə,  nicat  tapar  və  əməl  naməsi  sağ 
əlinə verilər. Demək, hər bir dövrün imamı olmalıdır. Elə bir imam ki, 
onu  tanımadan  kimsə  nicat  tapmaz.  Həzrət  Peyğəmbər  (s)  buyurur: 
“İmamını tanımamış ölən kəs cahiliyyət dövründə ölmüş kimidir.”
1
 
Hər  bir  dövrdə  imam  olmalıdır  ki,  xalq  öz  istəyi  ilə  onu  rəhbər 
seçib itaət edə bilsin.  
“Lövhe-məhfuz”  (müqəddəratın  qeyd  olunduğu  lövhə)  bir 
olduğundan  və  hər  tayfanın  öz  lövhəsi  olmadığından  ayədəki 
“imamları” sözü hər qövmün kitabı kimi də təbir oluna bilməz. Çünki 
söhbət  yaranışdan  sonadək  bütün  insanlardan  gedir.  Hansı  ki, 
göndərilmiş  ilk  şəriət  kitabı  Nuhun  kitabıdır.  Ondan  öncə  insanlara 
heç bir kitab nazil olmamışdır.  
Süyuti uyğun ayə ilə bağlı həzrət Peyğəmbərdən (s) belə nəql edir. 
Hər  bir  qövm  dövrünün  imamı,  Rəbbinin  kitabı  və  peyğəmbərinin 
sünnəsi ilə məhşur olacaq.”
2
 
İbn  Abbas  ayədəki  “imam”  sözünün  hidayət  və  ya  zəlalət 
imamına (rəhbərinə) işarə olduğunu bildirir.
3
  
Kuleyni  imam  Baqirdən  (ə)  belə  nəql  edir:  “İmam”  ayəsi  nazil 
olan  vaxt  müsəlmanlar  ərz  etdilər:  “Ey  Allahın  rəsulu!  Məgər  sən 
bütün  xalqın  imamı  deyilsən?”    Həzrət  buyurdu:“Mən  bütün 
bəşəriyyət  üçün  göndərilmiş  bir  peyğəmbərəm.  Amma  tezliklə 
məndən  sonra  əhli-beytimdən  imamlar  gələr.  Onlar  xalq  arasında 
qiyam  qaldırar,  amma  təkzib  olunarlar...”
4
 Bişr  ibn  Ğalib  imam 
Sadiqdən  (ə)  uyğun  ayə  haqqında  soruşduqda  həzrət  buyurur:  “O, 
xalqı  hidayətə  çağıran  və  xalq  tərəfindən  qəbul  olunan  imamdır.  O, 
xalqı zəlalətə çağıran rəhbər də ola bilər. Birincilər behiştdə, ikincilər 
cəhənnəmdədir.”
5
 
 
Sual:  209.  “İnzar”  (“Rəd”,  7)  ayəsi  imamın  varlığını  necə  sübut 
edir? 
Cavab: 
Allah-təala 
öz 
peyğəmbərinə 
xitabən 
buyurur: 
“Həqiqətən, sən bir qövm üçün qorxudan, hidayət edən şəxssən.”  
                                                 
1
 “Kafi”, c. 2, s. 19. 
2
 “Dürrül-mənsur”, c. 4, s. 194. 
3
 Həmin mənbə. 
4
 “Kafi”, c. 1, s. 215. 
5
 “Bihar”, c. 51, s. 161. 


 
138 
Ayədən  məlum  olur  ki,  hər  bir  dövrdə  hər  bir  qövm  üçün  onu 
haqqa çağıran rəhbər var. Belə bir çağırış Allahın rübubiyyət (Rəblik) 
tələbidir. Bu da məlum olur ki, yer üzü heç vaxt həqiqi hidayətçidən, 
rəhbərdən  məhrum  olmamışdır.  Ayədə  yalnız  peyğəmbərlər  nəzərdə 
tutulmur.  Zəməxşəri  ayə  ilə  bağlı  qeyd  edir  ki,  yalnız  peyğəmbərlər 
nəzərdə  tutulsaydı,  peyğəmbərlər  olmadığı  dövrdə  yer  üzü  höccətsiz 
qalardı.  
Təbəri uyğun ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: 
“Bu  ayə  nazil  oldu.  Həzrət  Peyğəmbər  (s)  əlini  sinəsinə  qoyub 
buyurdu:  “Mən  qorxudanam  və  hər  bir  qövm  üçün  yol  göstərənəm. 
Sonra əlini həzrət Әlinin (ə) çiyninə qoyub buyurdu: “Hidayət olanlar 
məndən sonra yalnız sənin vasitənlə olar.”
1
  
Hakim  Nişapuri  səhih  sənədə  əsasən  həzrət  Әlinin  (ə)  dilindən 
belə nəql edir: “Həzrət Peyğəmbər (s) qorxudandır, mən hadiyəm.”
2
  
Kuleyni imam Baqirdən (ə) belə nəql edir: “Həzrət Peyğəmbər (s) 
qorxudandır. Hər bir dövrdə xalqı peyğəmbərin gətirdiyinə dəvət edən 
imam və hadi var...”
3
 
Uyğun  ayə  ilə  bağlı  imam  Baqir  (ə)  buyurmuşdur:  “Allahın 
rəsulu qorxudandır, Әli isə hadidir. Agah ol! And olsun Allaha ki, ayə 
bizdən kənar olmaz və qiyamət gününədək aramızdadır.”
4
  
 
Sual:  210.  Şəhadətdən  danışan  ayələr  imamın  mövcudluğunu 
necə sübut edir? 
Cavab:  Bir  çox  ayələrdə  Allah-təala  qiyamət  günü  ümmətin 
əməllərinə  şahid  olacaq  insanlardan  (şahidlərdən)  danışır.  Bu 
ayələrdən bəzilərini nəzərdən keçirək:  
a)  “Məhşər  günü,  hər  bir  tayfaya  şahid  gətirdiyimiz  və  səni 
(peyğəmbəri) şahid tutacağımız vaxt necə olacaq?!”
5
  
b)  Hər  bir  ümmətdən  şahid  seçəcəyimiz  gün  kafirlərə  danışmaq 
icazəsi verilməz və onların tövbələri qəbul olunmaz.”
6
  
v)  Hər  ümmət  üçün  onların öz arasından  şahid seçəciyimiz,  səni 
(peyğəmbəri) ümmətə şahid gətirəcəyimiz gün...”
7
 
                                                 
1
 “Cameul-bəyan”, c. 13, s. 142. 
2
 “Mustədrəke-hakim”, c. 3, s. 129. 
3
 “Kafi”, c. 1, s. 191. 
4
 Həmin mənbə, s. 192. 
5
 “Nisa”, 41. 
6
 “Nəhl”, 84. 
7
 “Nəhl”, 89. 


 
139 
 
Ayələrdən  məlum  olur  ki,  Allah-təala  qiyamət  günü  hər  bir 
ümmətin  əməlinə  şəhadət  vermək  üçün  dünya  həyatında  məsum 
şəxslər  müəyyənləşdirmişdir.  Ümmətin  əməllərinə  şəhadət  verəcək 
kəs öz şəhadətində yanılmamalıdır. O ümmətin əməllərindən xəbərdar 
olmalıdır. Onlar bəşərin hidayətində Allahın höccətidirlər.  
Fəxr  Razi  “Qəsəs”  surəsinin  75-ci  ayəsi  haqqında  deyir:  “Onlar 
hər  bir  dövrdə  xalqın  əməllərinə  şahid  duranlardır.  Peyğəmbərlər  də 
bu qəbildəndir.”
1
 Müəllif “Nəhl” surəsinin 84-cü ayəsi haqqında deyir: 
“Dünyada  mövcud  olan  hər  bir  cəmiyyətin  əməllərinə  şahid  durası 
şəxsə ehtiyac var.” Peyğəmbər öz dövrünün şahidi idi. Peyğəmbərdən 
sonra da hər bir dövrün şahidə ehtiyacı var.  
Aydın olur ki, heç bir dövr şahidsiz deyil. Bu şahid pak olmalıdır. 
Әks-təqdirdə  onun  özünün  də  şahidə  ehtiyacı  olar.  Belə  olsa,  sonsuz 
şahidlər silsiləsi yaranar. Bu batil fikirdir.
2
  
 
Sual:  211.  Hər  bir  dövrdə  xalqın  əməllərinə  şahid  olan  şəxsin 
hansı xüsusiyyətləri olmalıdır? 
Cavab:  Quran  ayələrinə  əsasən,  məsum  höccətin  bir  sıra 
səciyyələri  olmalıdır:  Allahın  höccəti  insan  növündən  olmalıdır;  hər 
dövrün  bir  höccəti  ola  bilər;  höccətin  elmi  əhatəsi  olmalıdır;  Allahın 
kitabından xəbərdar olmalıdır.
3
  
Әbu-Səid Xidri deyir: Həzrət Peyğəmbərdən (s) bu ayə haqqında 
soruşdum. O buyurdu: “O (höccət), qardaşım Әli ibn Әbi-Talibdir.”
4
  
 
Sual:  212.  “Nəzir”  (qorxudan)  ayəsi  imamın  vücudunu  necə 
təsdiqləyir? 
Cavab:  Allah-təala  buyurur:  “Hər  bir  ümmətin  keçmişdə 
qorxudanı olub.”
5
  
Ayədən  məlum  olur  ki,  hər  bir  dövrdə  xalq  arasında  Allahın 
höccəti, hidayətçi olmuşdur.  
İmam  Baqir  (ə)  buyurur:  “Ey  şiələr!  Allah-təala  buyurur  ki,  hər 
bir  ümmətin  qorxudanı  olmuşdur.”  Әrz  olundu:  “Ey  Әba-Cəfər! 
Məgər  bu  ümmətin  qorxudanı  Məhəmməd  deyilmi?”  Həzrət 
                                                 
1
 “Təfsire-Fəxr-Razi”, c. 25, s. 12, 13. 
2
 Həmin mənbə, c. 20, s. 98. 
3
 Bax: “Rəd”, 43. 
4
 “Әl-Mizan”, c. 11, s. 388. 
5
 “Fatir”, 24. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə