Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə44/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   40   41   42   43   44   45   46   47   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
131 
sonra  vücuda  gələ  bilməz.  Әlbəttə  ki,  nəticə  səbəbdən  öncə  gələ 
bilmədiyi kimi...
1
 
Bilirik  ki,  insan  yaranmışların  əşrəfidir.  O,  heyvandan,  heyvan 
bitkidən,  bitki  cansız  cisimlərdən  şərəflidir.  Şərəflilik  qaydasına 
əsasən  hər  hansı  feyz  bitkiyə  çatmamış  torpağa,  heyvana  çatmamış 
heyvana  çata  bilməz.  Bu  da  bir  həqiqətdir  ki,  elm  və  qüdrət  kimi 
feyzlər kamil insana çatmamış adi insana verilə bilməz.  
Demək,  bu  qaydaya  əsasən,  kamil  bir  insan  mövcuddur  və  o, 
Allahın höccətidir.  
Kuleyni imam Sadiqdən (ə) belə nəql edir: “Höccət xalqdan öncə 
vardı, xalqladır, xalqdan sonra olacaq.”
2
  
İmam  Sadiq  (ə)  başqa  bir  məqamda  buyurur:  “Әgər  yer  üzündə 
yalnız iki nəfər qalsa, hökmən onlardan biri imamdır.”
3
  
 
Sual: 199. “Məzhəre-came” dəlili ilə imamın vücudu necə sübuta 
yetirilir?  
Cavab:  İbn  Tirk  “Təmhidul-qəvaid”  kitabında  “Məzhəre-came” 
adlı  bir  dəlillə  imamın  varlığını  sübuta  yetirir.  Biz  bu  dəlili  xülasə 
şəkildə bir müqəddimə ilə təqdim edirik:  
1.  Kamil  insan  başqa  bir  mövcudda  görünməyən  məqama 
malikdir.  
2. Vacib zat heç bir vəsflə məhdudlaşmır. Bu səbəbdən də, ifadə 
olunan,  zatın  yox, onun  ünvanının vəsfidir.  İlkin  zühur  vahidiyyət və 
əhədiyyət kimi iki çöhrənin gerçək vəhdətidir.  
3.  Zühur  məqamında  vəhdət  hökmləri  qalib  gəldiyindən  çoxluq 
(kəsrət) aradan götürülür.  
Nəticə: Zati vəhdətdə təfsili adlar üçün macal qalmır. Çünki təfsil 
çoxluq  növündəndir.  Xarici  aləmdə  zahir  olan  təfsili  məzahir  böyük 
aləmin  əczasından  sayılır.  Çoxluq  hökmü  bu  məqamda  qalibdir,  yəni 
burada  zati  vəhdətin  zühuru  yoxdur.  Demək,  ilahi  fərman  vəhdətlə 
çoxluğun fərqlənə bilməyəcəyi orta həddi əsas götürür. Bu yolla haqq 
üçün təfsili adların və həqiqi vəhdətin məzhəri olur. Böyük ədalətdən 
qidalanan  bu  orta  hədd  həmin  kamil  insandır.  Bu  insan  bir  tərəfdən 
vəhdətin hakim olduğu ilahi dairəyə, digər bir tərəfdən təbiət aləminə 
bağlıdır.
4
  
                                                 
1
 “Nəhayətul-hikmət”, s. 319, 320. 
2
 “Kafi”, c. 1, s. 177. 
3
 “Həmin mənbə”, s. 179. 
4
 “Təmhidul-qəvaid”, s. 172. 


 
132 
 
Sual:  200.  Böyük  təcəlla  dəlili  əsasında  imamın  mövcudluğu 
necə sübut olunur? 
Cavab:  Həzrət  Mehdinin  (ə)  mövcudluğunu  sübuta  yetirən  əqli 
dəlillərdən  biri  “təcəllayi-əzəm”,  yəni  böyük  təcəlla  dəlilidir.  Bu 
dəlillə tanış olaq.  
a)  Təcəlliyyat  dedikdə  Quran  və  rəvayətlərdə  işarə  olunmuş 
zühura çıxma nəzərdə tutulur. Allah-təala buyurur: “Allah hər gün bir 
işdədir.”
1
  
b) Bu təcəlla və zühur vacibul-vücudun zatından bu mövcudların 
ayrılmasıdır.  
v) Allahın adları onun müqəddəs zatının cəmal və cəlal sifətlərini 
tanıtdırır. Bu adların əhatəlilik baxımından bir-birindən üstünlüyü var.  
q)  Allahın  hər  bir  adı  bir  əhatə  ilə  zühur  edirsə,  Onun  “ismi-
əzəm”  sifəti  böyük  bir  təcəllaya  malik  olmalıdır.  Bu  böyük  təcəlla 
kamil insandır.  
 
Sual: 201. “Təqabüli-qütbeyn”, yəni qütblərin qarşılaşması dəlili 
imamın (ə) mövcudluğunu necə sübuta yetirir? 
Cavab: Bu dəlili iki müqəddimə ilə bəyan edirik:  
a) Allah-təalanın camal və cəlal təcəllaları var.  
b)  İlahilik  və  tam  təcəlla  qütbləri  arasında  yaxınlıq  üçün  yer 
üzündə  bəndəlik  və  ilahi  xüsusiyyətlər  baxımından  kamil  insan 
olmalıdır.  Fəlsəfi  terminologiyada  işraqilər  onu  “pak  ilahi  kəlmə”, 
məşşaiyun  “оnuncu  əql”  adlandırırlar.  Allahın  şəninə  layiq  ibadəti 
yalnız  o  bilir  və  yerinə  yetirir.  Belə  bir  şəxs  yalnız  həzrət  Mehdi  (ə) 
ola bilər.  
 
Sual: 202. Feyzdə ziddiyyətin olmaması qanunu imamın varlığını 
necə sübuta yetirir? 
Cavab: Peyğəmbərlik və imamət mənəvi bir feyzdir. Kəlimilərin 
baxışına  əsasən  həzrət  Musanın  ölümü  ilə  bəşəriyyətin  ərş  aləmi  ilə 
rabitəsi  qırıldı.  Protestant  məsihilər  bu  əqidədədirlər  ki,  həzrət 
Məsihin dara  çəkilməsi ilə bəşəriyyətin ilahi dərgahla əlaqəsi üzüldü. 
İslamın sünni firqəsi də özünü bu feyzdən məhrum etmişdir. Onlar bu 
əqidədədir ki, İslam peyğəmbərinin (s) ölümü ilə bu feyz kəsilmişdir. 
Belə  bir  sual  verilə  bilər  ki,  nə  üçün  İslam  ümməti  peyğəmbərdən 
                                                 
1
 “Әr-Rəhman”, 29. 


 
133 
sonra  feyzdən  məhrum  olsun?  Nə  üçün  Allah-təala  imam  vasitəsi  ilə 
bəşəriyyəti bu feyzdən bəhrələndirməsin? 
İmamiyyə şiələr bu sualı cavablandırır. Onlar deyir: Bu feyz vəhy 
yolu  ilə  kəsilsə  də,  kamil  insan  vasitəsi  ilə  təmin  olunur.  Bu  feyz 
bəşəriyyətə həzrət Mehdinin (ə) kаmil vücudu ilə çatdırılır.  
Parisin  Sarbonna  universitetinin  professoru  Hanri  Kоrbən  deyir: 
“Mənim  əqidəmcə,  şiəlik  yeganə  məzhəbdir  ki,  bəşəriyyətlə  Allah 
arasındakı  hidayət  rabitəsinin  davamlığını  qəbul  edir.  Onlar  ilahi 
vilayəti qiyamət gününədək sabit saxlamışlar...”
1
  
 
Sual: 203. “Әql-bil-fel” dəlili imam Mehdinin (ə) vücudunu necə 
sübuta yetirir? 
Cavab: Fаrabi imam Mehdinin (ə) vücudunu sübuta yetirəcək bir 
dəlil  göstərir.  O  deyir:  “Fəzilət  cəmiyyətinin  hər  üzvündə  rəislik 
səlahiyyəti  yoxdur.  Bu  cəmiyyətin  rəisi  həm  xarakter  baxımından  bu 
məqama  layiq  olmalı,  həm  də  uyğun  məqsədlə  yaşamalıdır.  Belə  bir 
insan  yalnız  kamil  insan  ola  bilər.  O  həm  rəisdir,  həm  müəllimdir, 
həm  mürşiddir,  həm  də  tərbiyəçi...”
2
 Farabi  yetkin  cəmiyyətin 
formalaşması üçün müəllimin varlığını zəruri sayır. Bu müəllim imam 
Mehdidir (ə). Şiələr inanır ki, cəmiyyətin qurulması üçün kamil insan 
rəis olmalıdır.  
Bu böyük filosof imamı “əqli-bil-fel” kimi tanıyır. O elə bir insan 
nəzərdə  tutur  ki,  tam  əqli,  təbii,  kəsbi  imkanlara  malikdir,  nəhayət, 
kamala  çatmışdır,  bir  növ  özü  fəal  ağıldır.  Farabi  belə  bir  şəxsi 
cəmiyyətə  rəhbərliyə  layiq  bilir.  Onun  nəzərincə,  belə  rəis  cəmiyyət 
üçün ürək kimidir.  
 
Sual:  204.  Ehtimalları  hesablamaq  yolu  ilə  imamın  varlığını 
sübuta yetirmək olarmı? 
Cavab:  Mərhum  Şəhid  Sədr  bu  barədə  buyurur:  “Məhdəviyyət 
İslam  ümmətinin  əsrlər  boyu  etiqad  etdiyi  bir  həqiqətdir.  Xüsusilə 
həzrət  Mehdinin  (ə)  səfir  və  naiblərinin  70  illik  fəaliyyəti  dövründə 
xalq  bu  həqiqətlə  tanış  edilmişdir.  Bu  müddət  ərzində  kimsə  uyğun 
inancın ziddinə çıxmamışdır. Necə ola bilər ki, bir yalan nəinki yetmiş 
il,  əsrlər  boyu  yaşasın  və  bir-biri  ilə  heç  bir  əlaqəsi  olmayan  dörd 
nümayəndə  yekdil  fikirdə  olsun.  Elə  qədimdən  yalanın  ömrünün 
                                                 
1
 “Әş-şiə”, Әllamə Təbatəbai, s. 15. 
2
 “Tarixi-fəlsəfi dər cahane İslam”, s.438. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə