140
buyurdu:“Bəli, düz deyirsiniz. Peyğəmbər olduğu gündən həyatı boyu
bütün yer üzü üçün qorxudan olmayıbmı?!”
1
Әli ibn İbrahimin təfsirində oxuyuruq: “Hər bir zaman üçün
imam olmuşdur.”
2
Sual:213. “Hidayət” ayəsi imamın mövcudluğunu necə təsdiq
edir?
Cavab: Allah-təala buyurur: “Xəlq etdiyimiz kəslərdən bir firqəsi
hidayət olub haqqa dönər.”
Fəxr Razi ayənin təfsiri ilə bağlı deyir: “Ayədən məlum olur ki,
heç bir zaman dönəmi qiyam qaldırıb xalqı hidayət edən şəxssiz
olmamışdır.”
3
Mirzə Məhəmməd Məşhədi “Kənzul-dəqaiq” təfsirində deyir:
“Ayə hər bir dövrdə məsum şəxsin varlığını təsdiqləyir. Ayədə
bildirilir ki, hidayətçilər xalqın bir hissəsidir və hər kəs məsum
deyil.”
4
Әbdullah ibn Sənan deyir: İmam Sadiqdən (ə) bu ayə haqqında
soruşdum. Həzrət buyurdu: “Ayədə imamlar nəzərdə tutulmuşdur.”
5
Sual: 214. “Sadiqin” təbiri imamın mövcudluğunu necə təsdiq
edir?
Cavab: Allah-təala buyurur: “Ey möminlər! Təqva yolunu tutub
daim sadiqlərlə olun.”
6
Ayədə “sadiqlər” dedikdə bütün möminlər yox, onların bir qrupu
nəzərdə tutulmuşdur. Bəs bu firqənin hansı xüsusiyyətləri olmalıdır?
Ayənin özündən məlum olur ki, sadiqlər xalqı xoşbəxtlik yoluna
hidayət edənlərdir. Vəhy gətirənlər, peyğəmbərin xəlifələri sadiqlər
zümrəsindəndir. Allah bu zümrədən çirkinliyi uzaqlaşdırmışdır. Onlar
hər bir nöqsandan pakdır. Onların birincisi Әmirəl-möminin Әli ibn
Әbi-Talib (ə), sonuncusu həzrət Mehdidir (ə).
Fəxr Razi yuxarıdakı ayədən istifadə edərək deyir: “Hər bir
dövrdə məsum sadiqlər olmalıdır...”
7
1
“Kafi”, c. 1, s. 249.
2
“Təfsire Әli ibn İbrahim Qummi.
3
“Təfsire-Fəxr-Razi”, c.15, s. 72.
4
“Təfsire-Kənzul-dəqaiq”, c. 3, s. 637.
5
“Kafi”, c. 1, s. 414.
6
“Tövbə”, 119.
7
“Təfsire-Fəxr-Razi”, c.16, s. 220.
141
Kuleyni Bürəyd ibn Müaviyədən belə nəql edir: “İmam Baqirdən
(ə) bu ayə haqqında soruşdum. Həzrət buyurdu:“Nəzərdə tutulan
bizik.”
1
Uyğun ayə ilə bağlı imam Sadiq (ə) buyurur: “Sadiqlər həmin
imamlardır...”
2
Hakim Həsəkani Hənəfi Әbdüllah ibn Ömərə istinadən bildirir ki,
ayədə həzrət Məhəmməd və onun Әhli-beyti (ə) nəzərdə tutulmuşdur.
3
Sual: 215. “Ulil-Әmr” ayəsi imamın mövcudluğunu necə
təsdiqləyir?
Cavab: Allah-təala buyurur: “Allaha, rəsula, özünüzdən olan əmr
sahiblərinə itaət edin.”
4
“Ulil-əmr” “əmr sahibləri” deməkdir.
Yuxarıdakı ayədən aydın olur ki, hər bir dövrdə məsum imam
olmalıdır. İnsanlar Allaha itaət etdikləri kimi bu imama itaət etməlidir.
“Ulul-əmr” dedikdə xalqın itaət etməli olduğu məsum əmr
sahibləri nəzərdə tutulur. Ayədə qeyd-şərtsiz itaət qeyd olunduğundan
bu təbirin məsum imamlara aid olduğu aydınlaşır. Әgər əmr sahibi
məsum olmazsa, onun nöqsanları olar və belə bir şəxsə mütləq itaət
əmr edilməz. Demək, “ulil-əmr” bütün dövrlərdə mövcudluğu labüd
olan məsumlardır. Hazırkı dövrdə həzrət Mehdidən (ə) savay belə bir
şəxs yoxdur.
Bu həqiqəti rəvayətlər də təsdiqləyir.
“Səqələyn” adı ilə tanınmış hədis misal göstərilə bilər. Bu
hədisdə həzrət Peyğəmbər (s) məsum Әhli-beytə (ə) itaəti göstəriş
verir.
“Rəd” surəsinin 7-ci ayəsi və “12 xəlifə” hədisi də yuxarıdakı
ayədən uyğun nəticəni çıxarmağa əsas verir. Sünnə əhlindən olan bəzi
alimlər də yuxarıdakı ayənin əhli-beyti nəzərdə tutduğunu qəbul edir.
İbn Həyyan Әndəlоsi, Nişapuri, Məhəmməd Saleh Kəşfi Termizi,
Qunduzi Hənəfi, Həməvini Şafei, Hakim Həsəkani bu qəbil
alimlərdəndir.
Hakim Həsəkani Mücahidə istinadən ayənin təfsirində bildirir ki,
ayədə Әmirəl-möminin nəzərdə tutulmuşdur. Həmin vaxt həzrət
Peyğəmbər (s) Mədinədə Әlini özünə canişin təyin etmişdi.
1
“Kafi”, c. 1, s. 208.
2
Həmin mənbə.
3
“Təzkirətul-xəvvas”, s. 16.
4
“Nisa”, 59.
142
İmam Mehdi (ə) haqqında şiə rəvayətləri
Sual: 216. Şiə rəvayətləri imam Mehdinin (ə) varlığını necə
sübuta yetirir?
Cavab: həzrət Mehdinin (ə) varlığını, o cümlədən mövludunu
müxtəlif yollarla sübuta yetirmək olar. Bu yollardan biri mütəvatir
(yetərli həddə çatmış) hədislərdir. Qısa bir müqəddimə ilə həmin yolu
aydınlaşdıraq:
1-ci müqəddimə: Әrəstun məntiqinə əsasən mütəvatir xəbər
dedikdə yanlışlığı mümkünsüz olan çoxsaylı cəmiyyətin xəbəri
nəzərdə tutulur. Tərifdən aydın olur ki, mütəvatir xəbərin iki əsası var:
Çoxsaylı cəmiyyətin xəbəri; cəmiyyət elə bir sayda olmalıdır ki,
onların yalan danışmaq üçün bir-biri ilə razılaşması mümkünsüz olsun.
İmam Mehdinin (ə) mövcudluğunu təsdiqləyən hədislərin birinci əsası
hiss və vicdan prinsipləri üzərində qurulmuşdur. Nəql edən tərəfin
eşitdiyi və gözü ilə gördüyü çoxsaylı xəbərlər həzrət Mehdinin (ə)
vücudunu təsdiqləyir.
İkinci əsasın “bədahət” (aşkar) olduğu bildirilir. Әrəstun
məntiqinə əsasən mütəvatir xəbər altı “bədihi” (aşkar) mühakimədən
biridir.
Mərhum şəhid Sədr bu əqidədədir ki, yəqinliyi yaradan
Әrəstunun dediyi kimi mütəvatirliyin bədahət olması yox, ehtimalların
hesabıdır. Nəql olunan hər bir xəbər məsələnin həqiqət olması
ehtimalını artırır. Nəhayət, bu xəbərlər elə bir həddə çatır ki, insanda
yəqinlik yaranır.
İkinci müqəddimə: Mütəvatir xəbərdə hər bir xəbər verənin adil
olması zəruri deyil. Sadəcə, sübut olunmalıdır ki, həmin xəbərlər
yalan deyil.
3-cü müqəddimə: Təvatir xəbər üç qisimdir:
1. Söz təvatiri: Bu təvatirdə müştərək mehvər bütün xəbərlərdə
eyni ifadələrin işlədilməsidir.
2. Məna təvatiri: Burada müştərək mehvər xəbərlərdəki məna və
məhdudiyyətdir.
3. İcmali təvatir: Burada müştərək mehvər hər hansı qəziyyədir.
Məsələn, müxtəlif xəbərlərdə təkrarlandığından həzrət Әlinin (ə)
şücaətinə əmin olduğumuz kimi, eyni yolla həzrət Mehdinin (ə)
mövcudluğuna və mövluduna da əmin ola bilərik. Bu mövzuda
rəvayətləri sənəd baxımından araşdırmağa ehtiyac yoxdur. Çünki
mövzu ilə bağlı müxtəlif xəbərlərdən yəqinlik hasil olur. İmam
Dostları ilə paylaş: |