Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə48/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   44   45   46   47   48   49   50   51   ...   93

 
143 
Mehdinin  (ə)  varlığı  və  mövludu  hamı  tərəfindən  qəbul  olunan  bir 
həqiqətdir.  
 
Sual: 217. Hansı hədislər imam Mehdinin (ə) varlığını təsdiqləyir? 
Cavab: Şiə hədisləri arasında imam Mehdinin (ə) mövludunu və 
vücudunu  təsdiqləyən  bir  qurup  hədislər  var.  Bunların  böyük 
əksəriyyəti  səhih  sənədə  əsaslanır.  Qısa  şəkildə  bu  hədislərin  əsas 
mövzularını nəzərdən keçirək: 
Yalnız qaim imam vasitəsi ilə xalqa höccət tamamlanır; imamlar 
yer  üzünün  sütunlarıdır;  hər  bir  dövrün  öz  hidayətçisi  var;  imamlar 
Allah göstərişlərinin valisidir; imam xalq üçün həyat qaynağıdır. Qeyb 
hədisləri,  onlarla  rəvayət  bu  həqiqəti  təsdiqləyir.  Onların  əksəriyyəti 
səhih  sənədə  malikdir.  Bu  hədisləri  Kuleyni  və  başqaları  öz  hədis 
kitablarında nəql etmişdir.  
İbn-Fars deyir: “Bir şeyin gözlərdən qeybdə olmasını təsdiqləyən 
əsil maddə (qeyb) səhihdir.”  
Qəyyumi  deyir:  “Qeyb  maddəsi  bir  şeyin  uzaqlaşması 
mənasındadır...”);  həzrət  Mehdi  (ə)  üçün  iki  qeybin  olmasını 
təsdiqləyən hədislər; qeybin uzun müddət çəkəcəyini bildirən hədislər; 
qeybin  səbəblərini  göstərən  hədislər;  qeybin  faydalarını  bəyan  edən 
hədislər;  imamın  ömrünün  uzunluğunu  bildirən  hədislər;  həzrətin 
daim  cavan  yaşda  olduğunu  bildirən  hədislər;  qeyb  əsrində  həzrətə 
imanın fəzilətini bəyan edən hədislər.  
Firqələrin nəql etdiyi rəvayətlərdə imam Mehdi (ə) 
Sual: 218. “Səqəleyn” hədisi imamın varlığını necə sübut edir? 
Cavab:  Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Həqiqətən,  sizin 
aranızda  iki  canişin  qoyuram:  Allahın  kitabı,  göylə  yer  arasında 
uzanmış  bir  ip;  itrətim,  əhli-beytim.  Həqiqətən  bu  iki  şey  hovuz 
(behişt hovuzu) kənarında mənə yetişənədək bir-birindən ayrılmaz.”
1
  
Bu  hədisdə  həzrət  Peyğəmbər  (s)  buyurur  ki,  kitab  və  itrətim 
(əhli-beytim)  qiyamət  gününədək  bir-birindən  ayrılmaz.  Uyğun 
buyuruğa  əsasən,  qeyd  olunan  iki  əmanətdən  biri  olmadıqda  ikincisi 
də  aradan  götürülməlidir.  Quran  əlimizdədirsə,  əhli-beytin  hüzuru  da 
zəruridir.  
İbn  Hucr  Məkki  deyir:  “Әhli-beytin  (ə)  tapşırıldığı  hədislərdə 
belə bir nöqtəyə diqqət etmək lazımdır ki, qiyamət gününədək yer üzü 
                                                 
1
 “Müsnəde-Әhməd”, c. 5, s. 181. 


 
144 
Әhli-beytsiz  ola  bilməz.  Әhli-beyt  (ə)  yer  əhli  üçün  əmin-amanlıq 
kimi  tanıtdırılır.  Rəvayətdə  deyilir:  “Hər  bir  qövm  və  güruh  arasında 
mənim əhli-beytimdən olan ədalətli şəxs var.”
1
  
Hafis  Səmhuri  deyir:  “Səqəleyn”  hədisindən  məlum  olur  ki,  hər 
bir  dövrdə  əhli-beytdən  bir  şəxs  olmalıdır.  Qiyamət  gününədək  belə 
bir  şəxsə  üz  tutmaq  lazımdır.  Çünki  Әhli-beyt  yer  əhli  üçün  aman 
sayılmışdır. Onlar yer üzündən getsə, yer məhv olar.”
2
  
Eyni  məna  Süyutinin  “Cameus-səğir”  kitabında  Әllamə 
Minavidən  nəql  olunur.
3
 Şiə  və  sünnilərin  yekdil  olaraq  mütəvatir 
hədis kimi qəbul etdiyi “Səqəleyn” hədisi təsdiqləyir ki, hər bir dövrdə 
peyğəmbər  Әhli-beytindən  məsum  bir  imam  olmalıdır.  Bu  məsum 
şəxslər  mütləq  hidayətə  çatmış  və  zəlalətdən  uzaq  dayanmışlar.  Bu 
səbəbdən  də  başqalarını  hidayət  edə  bilir,  azğınlıqdan  çəkindirirlər. 
Dövrümüzdə bu şəxs yalnız Həzrət Mehdi (ə) ola bilər.  
 
Sual:  219.  İmamı  tanımağın  (mərifətin)  zəruriliyini  bildirən 
hədislər imamın mövcudluğunu necə sübuta yetirir? 
Cavab:  Şiə  və  sünni  rəvayətlərinə  əsasən,  həzrət  Peyğəmbər  (s) 
buyurmuşdur:  “Hər  kəs  öz  dövrünün  imamını  tanımadan  (mərifətsiz) 
ölsə, cahiliyyət dövründə dünyadan getmiş kimidir.”
4
  
Rəvayəti  azca  araşdırdıqdan  sonra  imamın  həqiqi  siması 
haqqında  təsəvvür  yaranır.  İnsanın,  dünyadan  cahil  getməsinə  səbəb 
olan  mərifətsizlik  hansı  mərifətsizlikdir?  Hansı  imamı  tanımamaq 
insanı  bədbəxtliyə  aparır?  İmamı  tanımamaqla  cahiliyyət  ölümü 
arasında hansı asılılıq var? 
Yoxsa söhbət dövrün zalım rəhbərlərindən gedir? Әlbəttə ki, belə 
deyil.  Nəzərdə  hər  bir  dövrün  məsum  imamı  nəzərdə  tutulmuşdur. 
Həqiqi  imamı  tanımadan  ölən  insan  cahiliyyət  dövründə  ölmüş 
kimidir.  
 
Sual: 220. “Әman” hədisi imamın mövcudluğunu necə sübut edir? 
Cavab:  Müxtəlif  firqələrdən  nəql  olunmuş  rəvayətlərə  əsasən 
peyğəmbər Әhli-beyti (ə) yer əhli üçün amandır. Әgər Әhli-beytim (ə) 
həlak olsa, yer əhli Allahın vəd etdiyi aqibətə düçar olar”.
5
  
                                                 
1
 “Səvaiqul-Muhriqə”, s. 90. 
2
 “Cəvahirul-əqdeyn”. 
3
 “Feyzul-qədir”, c. 3, s. 15. 
4
 “Şərhul-Məqasid”, c. 5, s. 239. 
5
 “Səvaiqul-muhriqə”, s. 150. 


 
145 
Səmhudi bu hədisi nəql etdikdən sonra deyir: “Ümmət üçün aman 
olan  Әhli-beyt  (ə)  dedikdə  xalqı  hidayət  edən  alimlər  nəzərdə  tutula 
bilər. Necə ki, xalq ulduzlar vasitəsi ilə hidayət olur.”
1
 
Bu hədis aydın şəkildə göstərir ki, hər bir dövrdə Әhli-beytdən (ə) 
məsum  bir  rəhbər  olmalıdır.  Hazırkı  dövrdə  həmin  şəxs  Mehdidir. 
İmam olmasa, bütün yer üzü məhv olar.  
 
Sual:  221.  “Səfinə”  hədisi  imamın  mövcudluğunu  necə  təsdiq 
edir? 
Cavab:  Firqələr  tərəfindən  nəql  olunmuş  rəvayətlərə  əsasən, 
həzrət  Peyğəmbər  (s)  öz  Әhli-beytini  (ə)  Nuhun  gəmisinə  (“Səfinə”) 
bənzətmişdir.  
İbn Hucr Məkki həzrət Peyğəmbərin  (s) dilindən belə nəql edir: 
“Həqiqətən, mənim Әhli-beytim (ə) Nuhun gəmisi kimidir. Hər kəs bu 
gəmiyə süvar olsa, nicat tapar.”
2
 
Bu  hədis  müxtəlif  yollarla,  müxtəlif  şəkillərdə  nəql  olunmuşdur. 
Onun məzmunu haqqında dərindən düşündükdə aydın olur ki, qiyamət 
gününədək  hər  bir  dövrdə  məsum  imam  olmalıdır.  Yalnız  imamın 
varlığı  ilə  qurtuluş  gəmisinə  süvar  olub  fitnə  dəryasından  keçmək  və 
behiştə yetişmək olar.  
 
Sual: 222. Qüreyşi imam haqqındakı hədis imamın varlığını necə 
sübuta yetirir? 
Cavab:  Buxari,  Müslim  və  başqaları  həzrət  Peyğəmbərin  (s) 
dilindən  belə  nəql  edirlər:  “Yer  üzündə  iki  nəfər  qalsa  belə  xilafət 
əmri Qüreyş üçün sabitdir.”
3
  
Bu  hədisdə  xarici  bir  olaydan  xəbər  verilir.  Bu  olayın 
gerçəkləşməsi vacibdir. Həzrət peyğəmbərin xilafətinin hər bir dövrdə 
layiqli bir qüreyşə tapşırmaq müsəlmanların vəzifəsidir. Fəxr Razi və 
başqalarının nəzərincə “ulil-əmr” məsumlara işarədir.
4
 Hər bir dövrdə 
qüreyşdən məsum bir imam mövcuddur. Nə qədər ki yer üzündə həyat 
davam edir, bu şəxs həzrət Mehdidir (ə).  
Başqa  sözlə,  rəvayət  və  ayədəki  “ulil-əmr”  sözü  zahir  və  batini 
rəhbərliyə 
işarədir. 
Tam 
mənada 
peyğəmbərin 
sifət 
və 
xüsusiyyətlərinə  malik  olan  şəxs  onun  canişini  olaraq  hər  vaxt 
                                                 
1
 “Rəşfətus-Sadi”, s. 78. 
2
 “Səvaiqul-Muhriqə”, s. 234. 
3
 “Səhihe-Buxari”, c. 9, s. 29. 
4
 “Nisa”, 59) (“Təfsire-Fəxr-Razi”, c.10, s. 144; “Təfsire-Әl-Mizan”, c. 4, s. 387-401. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə