Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə54/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   50   51   52   53   54   55   56   57   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
161 
(Məhəmməd  ailəsinə)  ehtiyacı  qalmadı.  Bəziləri  də  həzrətin  dünyaya 
gəlişinə  şəkk  edər.  Qeyb  dövründə  yaşayan  insan  dinini  hifz 
etməlidir...”
1
  
Әsbəğ ibn Nəbatə Әmirəl-möminindən (ə) belə nəql edir: “Agah 
olun ki, o cənab qeybə çəkilən vaxt nadan şəxs deyər: “Allahın Ali –
Məhəmmədə  ehtiyacı  yoxdur.”
2
 İmam  Sadiq  (ə)  buyurmuşdur: 
“İmamınızın qeybə çəkilməsi xəbərini eşitdikdə bunu inkar etməyin.”
3
  
Həzrət  Mehdinin  (ə)  qeyb  mövzusu  şiələr  arasında  o  qədər 
məşhurdur  ki,  şairlər  bu  mövzuda  şerlər  yazmış,  müəlliflər  öz 
kitablarında  bu  mövzuya  yer  vermişlər.  İmam  Mehdinin  (ə) 
mövludundan öncə onun qeybi haqqında yazan müəlliflərlə tanış olaq: 
Әli  ibn  Həsən  ibn  Məhəmməd  Tai  Tatiri  (Musa  ibn  Cəfərin  (ə) 
səhabəsi);  Әli  ibn  Ömər  Әrəc  Kufi  (Musa  ibn  Cəfərin  (ə)  səhabəsi); 
İbrahim ibn Saleh (Musa ibn Cəfərin (ə) səhabəsi); Həsən ibn Әli ibn 
Әbu-Həmzə  (İmam  Rizanın  (ə)  müasiri);  Abbas  ibn  Hişam  naşiri 
Әsəd  (imam  Rizanın  (ə)  səhabəsi);  Әli  ibn  Həsən  ibn  Füzal  (imam 
Hadi  (ə)  və  imam  Әsgərinin  (ə)  səhabəsi);  Fəzl  ibn  Şazan  Nişapuri 
(imam Hadi (ə) və imam Әsgərinin (ə) səhabəsi).
4
  
 
Sual:  255.  İmam  Mehdinin  (ə)  ikinci  səfiri  kim  idi  və  bu  şəxs 
hansı mövqeyə malik olmuşdur? 
Cavab:  Әbu-Cəfər  Məhəmməd  ibn  Osman  ibn  Səid  Әmri 
atasının  vəfatından  sonra  imam  Әsgərinin  (ə)  göstərişi  ilə  səfirlik 
məqamına  çatmışdır.  Həzrət  Qumdan  olanlara  buyurmuşdur:  “Şahid 
olun ki, Osman ibn Səid mənim vəkilimdir. Onun övladı Məhəmməd 
isə övladım Mehdinin (ə) vəkilidir.”
5
 
Bu şəxsin səfirliyi atasının imzası ilə də təsdiqlənmişdir.
6
  
İkinci  səfir  öz  dövrünün  şiələri  arasında  etibarı  ilə  seçilmiş, 
əmanətdar kimi tanınmışdır. İmamiyyə əqidəsindən olanların heç biri 
bu  həqiqətə  şəkk  etmir.  İmam  Әsgərinin  (ə)  bu  şəxs  və  onun  atası 
haqqında buyuruğu bütün şübhələri aradan qaldırır.
7
  
                                                 
1
 “İsbatul-Hudat”, c. 6, s. 386. 
2
 Həmin mənbə, s. 393. 
3
 Həmin mənbə, s. 350. 
4
 Həmin mənbə. 
5
 Tusi, Әl-Ğeybət”, s. 355. 
6
 Həmin mənbə, s. 359. 
7
 Həmin mənbə, s. 360; “Kafi”, c. 1, s. 329. 


 
162 
İmam  Mehdi  (ə)  özü  də  bu  şəxsin  səfirliyini  təsdiq  edib 
buyurmuşdur:  “Sən  atanın  həyatı  dövründə  daim  bizim  tərəfimizdən 
etibarlı sayılmısan...”
1
 
İkinci səfir 50 il müddətində öz vəzifəsini ən üstün şəkildə yerinə 
yetirdi.  Nəhayət,  hicri  304  və  ya  305-ci  ilin  cəmadiul-əvvəl  ayında 
dünyasını dəyişdi.
2
 
Məhəmməd  ibn  Osman  uyğun  vəzifənin  icrasında  başqa 
səfirlərdən daha çox xidmət göstərmişdir. O, fiqh kitabları tərtib etmiş, 
imam  Әsgəri  (ə),  imam  Mehdi  (ə),  atası  Osman  ibn  Səid  və  imam 
Hadinin  (ə)  buyurduqlarını  bu  kitabda  toplamışdır.
3
 İmam  Mehdi  (ə) 
onu öncədən öz ölümündən xəbərdar etmişdir. Bu səbəbdən də ikinci 
səfir  özü  üçün  qəbir  hazırlamış  və  ölümündən  sonra  atası  ilə  yanaşı 
dəfn olunmuşdur.
4
 
 
Sual: 256.  Həzrət Mehdinin  (ə)  üçüncü  səfiri kim  idi  və o  hansı 
mövqeyə malik idi? 
Cavab:  Üçüncü  səfir  Şeyx  Cəlil  Әbül-Qasim  Hüseyn  ibn  Ruh 
Növbəxti  idi.  O,  öncə  Әbu-Cəfər  Məhəmməd  ibn  Osman  Әmrinin 
vəkili olmuşdu və onun mülkünə nəzarət edirdi. Nəhayət, səfir seçildi 
və onun səfirliyinə heç bir şübhə yoxdur.
5
  
Bir  qrup  şiə  dörd  yüz  dinarlıq  malı  Әbu-Cəfər  Әmriyə  təqdim 
etdikdə o  göstəriş  verdi  ki, Hüseyn  ibn Ruha  müraciət  etsinlər.  Qarşı 
tərəfin tərəddüddə olduğunu görən səfir növbəti dəfə həmin məbləğin 
Hüseyn  ibn  Ruha  çatdırılmasını  göstəriş  verdi.  Әslində  bu,  həzrət 
Mehdinin (ə) göstərişi idi.  
Әbu-Cəfər  Әmrinin  vəziyyəti  pisləşdiyi  vaxt  Әbu-Әli  ibn 
Həmmam,  Әbu-Abdüllah  ibn  Məhəmməd  Katib,  Әbu-Abdullah 
Baqətani, Әbu-Səhl İsmail ibn Әli Növbəxti, Әbu-Әbdüllah ibn Vəcna 
kimi  şiə  böyükləri  ondan  canişini  haqqında  soruşdular.  Әbu-Cəfər 
Әmri  buyurdu:  “Bu,  Әbül-Qasim  Hüseyn  ibn  Ruhdur.  O,  mənim 
qaimim  və  sizin  aranızdakı  səfirimdir.  Hüseyn  ibn  Ruh  vəkildir  və 
əmin  şəxsdir.  İşlərinizə  görə  ona  müraciət  edin,  mühüm  işlərdə  ona 
etimad göstərin. Mənə tapşırılıb ki, bu göstərişi sizə çatdırım.”
6
  
                                                 
1
 “Bihar”, c. 51, s. 349. 
2
 Tusi, Әl-Ğeybət”, s. 366. 
3
 Həmin mənbə, s. 363. 
4
 Həmin mənbə, s. 365. 
5
 Həmin mənbə, s. 372. 
6
 Həmin mənbə, s. 371. 


 
163 
Әbu-Cəfər  ibn  Әhməd  Mutyəl  deyir:  “Məhəmməd  ibn  Osman 
Әmri  vəfat  etdiyi  vaxt  mən  onun  yastığı  kənarında  oturmuşdum. 
Hüseyn ibn Ruh isə onun ayaq tərəfində dayanmışdı. Mən sual verdim. 
Məhəmməd  ibn  Osman  üzünü  mənə  tutub  buyurdu:  “Mənə  əmr 
olunub  ki,  Әbül-Qasim  ibn  Ruha  vəsiyyət  edim.”  Mən  bu  sözləri 
eşidib  yerimdən  qalxdım  və  Hüseyn  ibn  Әli  Ruhu  Məhəmməd  ibn 
Osmanın yastığı kənarında, öz yerimdə əyləşdirdim.
1
 
Məhəmməd  ibn  Osmanın  təkidlərinin  və  Hüseyn  ibn  Ruha 
vəsiyyətinin  səbəbi  bu  idi  ki,  o,  imamlarla  yaxın  rabitədə  olan  adam 
kimi  tanınmırdı.  Onun  səfir  təyin  edilməsinin  səbəbi  ixlas  və 
fədakarlığı idi. Hüseyn ibn Ruh Әbu-Cəfər Әmrinin vəfatından sonra 
21 il səfir oldu. 
Bu şəxs çox ciddi təqiyyə şəraitində fəaliyyət göstərirdi. O, sünnə 
əhlindən  olmasını  izhar  etməklə  diqqəti  yayındırır  və  imamın 
səfirliyini  yerinə  yetirirdi.  Öz  fəaliyyəti  dövründə  bu  şəxs  müxtəlif 
azğınlıqlar və yalançı səfirlik iddiaları ilə ciddi mübarizə apardı. Hicri 
326-cı ildə Hüseyn ibn Ruh dünyasını dəyişdi.  
 
Sual: 257.  Həzrət Mehdinin  (ə)  dördüncü  səfiri  kim  idi  və  onun 
hansı mövqeyi vardı? 
Cavab:  Dördüncü  səfir  Şeyx  Cəlil  Әbül-Həsən  Әli  ibn 
Məhəmməd  Səməri  idi.  Onun  doğum  tarixi  məlum  deyil.  Amma  bu 
şəxs ilkin olaraq imam Әsgərinin səhabəsi kimi tanınmışdır.
2
 Bu şəxs 
Bağdadda  Hüseyn  ibn  Ruh  vasitəsi  ilə  həzrət  Mehdi  (ə)  tərəfindən 
səfirliyə  təyin  olunmuşdu.  Onun  səfirliyi  haqqında  konkret  bir 
məlumat yoxdur. Yalnız bunu demək olar ki, şiələr yekdil olaraq onun 
səfirliyini təsdiqləmişlər. Belə bir əminlik həzrət Mehdinin (ə) Hüseyn 
ibn Ruha göstərişindən yaranır. Səməri Hüseyn ibn Ruhun vəfatından 
sonra  üç il fəaliyyət göstərmişdir.  Bu şəxsin  səfirliyinə  heç bir şübhə 
olmasa da, o digər üç səfir qədər geniş fəaliyyət göstərməmişdir. Onun 
fəaliyyətindəki  məhdudluq  yaşadığı  dövrün  sıxıntıları  ilə  izah  oluna 
bilər.  Həmin  dövrdə  mövcud  olan  ideoloji  və  ictimai  sıxıntılar 
Səməridən sonra səfirlik fəaliyyətinin dayanmasının və böyük qeybin 
səbəbi ola  bilər.  Səməri  vəfatından bir  neçə  gün  öncə imamdan  kiçik 
                                                 
1
 Həmin mənbə, s. 370. 
2
 “Ricale-Şeyx-Tusi”, s. 400. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə